Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6351/2021 16.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 Ağahüseyn oğlunun və İddiaçı5 Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçılar İddiaçı2, X2 və İddiaçı5 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1781/2021 nömrəli iş üzrə 05 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya ş ikayəti üzrə işə 16 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 26.04.2019-cu il tarixli notarial qaydada təsdiqlənmiş kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı5 9000 manat borc almış və aldığı pulu 26.10.2019-cu il tarixinədək qaytarmağı öhdəsinə götürmüşdür. Yasamal RPİ-nin İŞ-nin müstəntiqi M.Məmmədovun "Cinayət işinin başlanmasının rədd edilməsi barədə" 15.03.2020-ci il tarixli qərarından görünür ki, İddiaçı1 Tahə oğlu, İddiaçı2 Tahə oğlu və X7 şikayət ərizəsi ilə Yasamal RPİ-nə müraciət etmiş, ilkin yoxlama zamanı izahatı alınmış Cavabdeh göstərmişdir ki, "tanışı, əvvəllər FHN-də kadrlar şöbəsində işləmiş X4 2019-cu ilin aprel ayında onunla söhbət edən vaxt tikinti şirkətinə şərik olduğunu bildirmiş, o d a, nisbətən ucuz qiymətə ev almaq üçün Qəzənfərə 10000 manat pul vermişdir. Sonra bu barədə tanışı Fizulinin yanında danışmışdır. Fizuli də həmin tikinti şirkətinə pul qoymaq istədiyini bildirmiş, qardaşı Zakirlə birlikdə gəlib ona 19000 manat pul vermişdir. Sonra Fizulinin qonşusu Asəf oğlu Elmanla birlikdə gəlib ona 10000 manat pul vermişdir. Həmin qərarla zərərçəkmiş şəxslərə mülki qaydada məhkəmədə iddia qaldırmaq hüququ izah olunmuşdur. Pirallahı RPŞ-nin Təhqiqat Qrupunun təhqiqatçısı C.Rzayevin "Cinayət işinin başlanmasının rədd edilməsi haqqında" 25.07.2020-ci il tarixli qərarından görünür ki, İddiaçı4 ərizəsi əsasında toplanmış material əsasında Cavabdeh 22.09.2020-ci il tarixdə Pirallahı rayonu, Pirallahı qəsəbəsi helikopter meydançasının ərazisində İddiaçı4 FHN-də işə düzəltmək a dı ilə sonuncudan 10000 manat pul alması, lakin təhqiqata məlum olmayan səbəbdən sonuncunu işə düzəltdirməməsi və pulu qaytarmaması müəyyən edilmiş, zərərçəkmiş şəxsə mülki qaydada məhkəmədə iddia qaldırmaq hüququ izah olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1 Tahə oğlu, İddiaçı2 Tahə oğlu, İddiaçı3, X5 və İddiaçı5 Şixəli oğlu Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən İddiaçı1 Tahə oğlunun xeyrinə 9500 manat, İddiaçı2 Tahə oğlunun xeyrinə 9500 manat, İddiaçı4 xeyrinə 10000 manat, İddiaçı3 xeyrinə 10000 manat və İddiaçı5 xeyrinə 9000 manatın, pulun qanunsuz saxlanmasına görə Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi bank uçot dərəcəsinə uyğun olaraq, faizlərin borcun ödənildiyi günə olan uçot dərəcəsinə müvafiq hesablanıb tutulması, hər birinə 10000 manat mənəvi zərərin və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçılardan Fövqəladə Hallar Nazirliyində işə düzəltmək adı ilə cəmi 57500 manat pul almış, lakin onları aldadaraq, pullarını ələ keçirərək mənimsəmişdir. Dəfələrlə müraciət etsələr də, müxtəlif bəhanələr gətirməklə pulu qaytarmaqdan yayınmışdır. Nəticədə 20.02.2020-ci il tarixdə iddiaçılar İddiaçı1 Tahə oğlu, İddiaçı2 Tahə oğlu və X7 şikayət ərizəsi ilə Yasamal RPİ-nə müraciət etmişdir. Yasamal RPİ-nin İŞ-nin müstəntiqi M.Məmmədovun "Cinayət işinin başlanmasının rədd edilməsi barədə" 15.03.2020-ci il tarixli qərarı ilə işin mülki xarakterli olduğuna görə məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. İlkin yoxlama zamanı izahatı alınmış Cavabdeh göstərmişdir ki, "tanışı, əvvəllər FHN-də kadrlar şöbəsində işləmiş X4 2019-cu ilin aprel ayında onunla söhbət edən vaxt tikinti şirkətinə şərik olduğunu bildirmiş, o da, nisbətən ucuz qiymətə ev almaq üçün Qəzənfərə 10000 manat pul vermişdir. Sonra bu barədə tanışı Fizulinin yanında danışmışdır. Fizuli də həmin tikinti şirkətinə pul qoymaq istədiyini bildirmiş, qardaşı Zakirlə birlikdə gəlib ona 19000 manat pul vermişdir. Sonra Fizulinin qonşusu Asəf oğlu Elmanla birlikdə gəlib ona 10000 manat pul vermişdir. O həmin pulları aparıb Qəzənfərə vermişdir. Qəzənfər ona altı ay müddətində tikintinin başa çatacağını və həmin binanın Nizami rayonu ərazisində tikildiyini bildirmişdi r. Tikinti başa çatdıqdan sonra ona üç otaqlı mənzil, pulunu aldığı Fizuli, Elman və Zakirə aldığı puldan təxminən 2-3 min manat artıq pul qaytaracağına söz vermişdir. Lakin 6-7 ay sonra Fizuli, Zakir və Elman ondan pullarını geri qaytarmasını tələb etmişdir. O həmin şəxsləri 2019-cu ilin oktyabr ayında Qəzənfər Quliyevlə görüşdürmüş, söhbət zamanı Qəzənfər pulu geri qaytara bilmədiyini bildirmiş, Fizuli aldığı pulun əvəzində öz oğlunu, qardaşı oğlunu və Elmanı FHN sistemində işə düzəltməsini xahiş etmişdir. Qəzənfər də onları işə düzəldəcəyinə söz vermişdir. Lakin sonradan Qəzənfərlə əlaqə saxlamaq mümkün olmamışdır. Qəzənfərin bacısı Aygün ona tikinti işlərinin dayandığını, işlər başlayan kimi pulları geri qaytaracağına söz vermişdir.” Halbuki, cavabdehin guya pulu tikintiyə vermələri ba rədə dedikləri həqiqətə uyğun deyil və özünü müdafiə xarakteri daşıyır. Bundan başqa Cavabdeh oğlunu işə düzəltmək adı ilə İddiaçı5 da 9000 manat pul almış, lakin onu da aldadaraq, pulu mənimsəmişdir. Pulu tələb etdikdə isə cavabdeh pulu qaytarcağına söz verərək bu barədə 26.04.2019-cu il tarixində notarial qaydada borc müqaviləsi imzalamışdır. Həmin borc müqaviləsinə əsasən Cavabdeh İddiaçı5 aldığı pulu 26.10.2019-cu il tarixinədək qaytarmalı olduğu halda bunu etməmişdir. Cavabdeh iddiaçı X1 də onu FHN-nə işə düzəldəcəyi adı ilə aldadaraq, 10000 manat pul alaraq, ələ keçirmiş və bugünədək qaytarmaqdan imtina etmişdir. Əlavə olaraq, cavabdehin qanunsuz hərəkətləri nəticəsində onlara maddi və keçirdikləri stresslər nəticəsində mənəvi ziyan da vurulmuşdur. Hesab edirlər ki, ödənilmiş 30 mana t dövlət rüsumu, həmçinin mənəvi zərərə görə hər birinə 10000 manat da cavabdehdən tutulmalıdır. Həmçinin pulun qanunsuz saxlanmasına görədə faizlər də cavabdehdən tutulmalıdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim F.Əyyubov, iş № 2(004)-2770/2020) iddia tələbi qismən təmin edilərək, Cavabdeh iddiaçılar İddiaçı1 Tahə oğlunun xeyrinə 9.500 (doqquz min beş yüz) manat, İddiaçı2 Tahə oğlunun xeyrinə 9.500 (doqquz min beş yüz) manat, X2 xeyrinə 10.000 (on min) manat, İddiaçı3 xeyrinə 10.000 (on min) manat, İddiaçı5 Şixəli oğlunun xeyrinə 9.000 (doqquz min) manat pul tutularaq ödənilməsi, Cavabdeh ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçılar İddiaçı1 Tahə oğluna, İddiaçı2 Tahə oğluna, X3, İddiaçı3 və İddiaçı5 Şixəli oğluna ver ilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh iddiaçılar İddiaçı1 Tahə oğlundan 9500 manat, İddiaçı2 Tahə oğlundan 9500 manat, İddiaçı3 10000 manat, X1 10000 manat və İddiaçı5 Şixəli oğlundan 9000 manat pul almış, həmin pulu iddiaçılara geri qaytarmamışdır. Göstərilənə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçılara yuxarıda qeyd olunan məbləğlərdə maddi ziyanın vurulması məhkəmə baxışında araşdırılmış sübutlarla təsdiq olunmuşdur. Belə ki, həmin hallar təqdim olunmuş kredit müqaviləsi, həmçinin, cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarları ilə öz təsdiqini tapmışdır. Bununla yanaşı, iddiaçıların cavabdehin qanunsuz hərəkətləri nəticəsində keçirdikləri stresslər nəticəsində onların hər birinə 10000 manat məbləğində mənəvi ziyanın vurulması, həmçinin, pulun qanunsuz saxlanmasına görə Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi bank uçot dərəcəsinə uyğun olaraq, faizlərin borcun ödənildiyi günə olan uçot dərəcəsinə müvafiq hesablanıb tutulması hissələrində əsaslandırılmadığından, bu barədə tələblər hər hansı mötəbər sübutla təsdiq edilmədiyindən iddia tələbinin həmin hissələrdə təmin edilməsi üçün məhkəmə tərəfindən hər hansı əsas müəyyən edilməmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), T.Səmədov və İ.Şirinov, iş № 2(103)-1781/2021) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2770/2020 saylı, 22.09.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçılara yuxarıda qeyd olunan məbləğlərdə maddi ziyanın vurulması işin hallarına və iş materiallarında olan sübutlarla təsdiq olunmuşdur. Bu hallar iş materiallarında olan kredit müqaviləsi (i.v. 6), cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarları (i.v. 13, 65) ilə öz təsdiqini tapmışdır. Ona görə də kollegiya hesab edir ki, iddia tələbinin maddi ziyanın tutulması hissəsində təmin edilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. İddiaçıların iddia tələbinin cavabdehin qanunsuz hərəkətləri nəticəsində keçirdikləri stresslər nəticəsində onl arın hər birinə 10000 manat məbləğində mənəvi ziyanın vurulması, həmçinin, pulun qanunsuz saxlanmasına görə Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi bank uçot dərəcəsinə uyğun olaraq, faizlərin borcun ödənildiyi günə olan uçot dərəcəsinə müvafiq hesablanıb tutulması hissələrinə münasibətdə kollegiya qeyd edir ki, həmin hissədə iddia tələbinin təmin edilməməsindən ibarət birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur. Çünki, iddia tələbi qeyd edilən hissədə əsaslandırılmadığından və bununla bağlı tələblər hər hansı mötəbər sübutla təsdiq edilmədiyindən iddia tələbinin həmin hissələrdə təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları K assasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdırlar ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)1781/2021 nömrəli iş üzrə 05 fevral 2021-ci il tarixli qətnaməsinin qismən ləğv edib, işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən məhkəmə kollegiyası cavabdeh iddiaçılar İddiaçı2, X2 və İ ddiaçı5 izahatlarını dinləməmişdir. Digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işi n faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən cavabdeh kassasiya şikayəti vermiş, qətnaməni qismən mübahisələndirmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi kassasiya şikayətinin dəlillərinə uyğun qismən yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1093.1-ci maddəsinə görə öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araş dırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü m addəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1.-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəy işdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1781/2021 nömrəli iş üzrə 05 fevral 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6351/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-6351/2021
16.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver