Məhkəmə qərarları › İş №2(102)-6354/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6354/2019

04.10.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6354/2019 04.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X22 oğlunun katibliyi, İddiaçı, vəkili Vəkil, Cavabdeh və vəkili X15 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı 17 saylı Ərazi üzrə Daşınmaz əmlakın Dövlət reyestr xidmətindən verilmiş çıxarışın ləğv olunması və adına yeni çıxarışın verilməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02.05.2019-cu il tarixli, 2(107)-1555/2019 nömrəli qətnaməsindən İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi üzrə Cavabdeh adına verilmiş reyestrdən çıxarışın ləğv edilməsi və həmin mənzilə aid ona verilmiş yeni çıxarışın verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə verərək, ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi üzrə cavabdeh X8 adına verilmiş reyestrdən çıxarışın ləğv edilməsi və xxxsaylı mənzilində yerləşən mənzilin satışından əldə olunmuş 30000 (otuz min) ABŞ dolları məbləğində pulun X6 tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cava bdeh onun ilk nikahından olan doğma qızıdır. X5 onun həyat yoldaşı olmuşdur. X1 X1 ilə nikahda olduqları dövrdə xxx saylı mənzilini almışlar. Mənzil mərhum həyat yoldaşı X2 adına rəsmiləşdirilmişdir. Mənzil özgəninkiləşdirilənə qədər o, mərhum həyat yoldaşı X1, qızı X1 Rusiya Federasiyasında olmuşlar. Mənzilin satılması üçün qızı X2 etibarnamə vermişlər. Mənzilin satışından əldə olunan pul ilə Azərbaycana gəldikdən sonra mənzil almaq niyyətləri olmuşdur. Lakin cavabdeh ona edilmiş etibardan sui-istifadə edərək bir ay ərzində mənzili satmış və X1 ünvanında öz adına mənzil almışdır. Halbuki, onlar mənzilin yalnız satılmasına icazə vermişdilər. Bütün bunlara baxmayaraq o cavabdehi bağışlamış və ailə üzvü kimi bir yerdə yaşayacaqlarını düşündüyü üçün heç bir şikayət etməmişdir. Həyat yoldaşı v əfat etdiyi üçün o uşaqlarının və qohumlarının xeyr-duası ilə Gülçöhrə Rzayeva ilə ailə qurmuşdur. Lakin 2016-cı ildən cavabdehlə aralarında olan münasibətlər pisləşmiş və cavabdeh onun hazırki həyat yoldaşını mənzildən çıxarılmasına çalışmışdır. Bütün halları nəzərə alaraq bildirir ki, cavabdeh tərəfindən onun hüquqları pozulmuş, ona məxsus mənzil satılmaqla əvəzində onun pulu ilə cavabdeh özünə mənzil almışdır. Ona görə də Mingəçevir Şəhər Məhkəməsinin 11 may 2018-ci il tarixli, 2(051)-908/2018 nömrəli qətnaməsi ilə (hakim Ələkbər Hüseynov) iddia tələbi qismən təmin edilmiş, ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi üzrə cavabdeh X8 adına verilmiş reyestrdən çıxarışın ləğv edilməsi tələbinə dair hissədə təmin edilməməsi, xxxsaylı mənzilində yerləşən mənzilin satışından əldə olunmuş 29520 (iyirmi doqquz min beş yüz iyirmi) manat məbləğində pulun X6 tutulub İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər V.Məlikov - sədrlik edən və məruzəçi, A.Mahmudov, M.Hüseynov) 02.05.2019-cu il tarixli 2(107)-1555/2019 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 11 may 2018-ci il tarixli, 2(051)-908/2018 nömrəli qətnaməsi qismən - iddianın təmin olunmuş hissəsində - yəni xxxsaylı mənzilində yerləşən mənzilin satışından əldə olunmuş 29.520 manat pulun Cavabdeh tutulub İddiaçı ödənilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilmiş, iddia həmin hissədə qismən təmin edilmiş, Cavabdeh xxxsaylı mənzi lində yerləşən mənzilin satışından əldə olunmuş 29.520 manat pulun yarısı - yəni 14.760 manat pul tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02.05.2019-cu il tarixli, 2(107)-1555/2019 nömrəli qətnaməsinin ləğv edilərək işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359-cu maddəsinə əsasən təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. İlk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin ve rilməsində hansı əqdləri bağlamasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir. Belə olan halda nəzərə alınmalıdır ki, mübahisəli evə dair etibarnamə verilərkən X2 (təmsil olunan) Cavabdeh bu etibarnamə ilə onun maraqlarını üçüncü şəxslər qarşısında təmsil etmək və Cavabdeh özünün maraqları daxilində deyil, X2 maraqlarından hərəkət etmək səlahiyyəti vermişdir. Lakin işə baxan məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tələblərinə riayət edilməməsi barədə i rəli sürülən dəlillərə lazımi hüquqi qiymət verilməmişdir. Nəzərə alınmalıdır ki, mənzilə dair etibarnamə verilərkən bu etibarnamə ilə onun maraqlarını üçüncü şəxslər qarşısında təmsil etmək və cavabdehin özünün maraqları daxilində deyil, iddiaçının maraqlarından hərəkət etmək səlahiyyəti vermişdir. Bundan əlavə Şəki Apellyasiya Məhkəməsinin 02 may 2019-cu il tarixli 2(107)-1555/2019 saylı qətnaməsində məhkəmə belə nəticəyə gəlmişdir ki, mərhum X1 X1 mənzilin satışından əldə edilmiş pulun yarısı üzərində Cavabdeh sərəncam vermiş və ona öz adına evin alınmasına razılıq vermişdir. Lakin etibarnamə verilərkən yalnız evin satılması ilə bağlı səlahiyyət verilmişdir. Həmin pul üzərində sərəncam verilməsi və onun öz adına ev alması ilə bağlı heç bir səlahiyyət verilməmişdir. Cavabdeh ona verilən səlahiyyət daxilində deyil, öz maraqlarına uyğun hərəkət edərək, anasının ağır xəstə olması, ailənin düşdüyü vəziyyətdən öz maraqlarına uyğun hərəkət edərək yararlanmışdır. Çünki, mərhum X2 ağır xəstə idi, vəziyyəti sürətlə pisləşirdi, ev satılandan sonra Azərbaycana gətirilmiş və qısa bir müddət ərzində, də dünyasını dəyişmişdir. Evin satışından əldə olunan pulla cavabdehin öz adına ev alması və ya pulun yarısı üzərində onun sərəncam verməsinə anasının razılıq verməsini təsdiq edəcək sübutlar məhkəməyə təqdim edilməmişdir. Qeyd edilən mənzil mərhum X2 adına rəsmiləşdrilsədə, ər-arvadın birgə nikah dövründə əldə etdiyi mənzil idi və belə bir halda iddiaçının razılığı əsas idi. Lakin işin hallarından da, məlum olur ki, iddiaçının belə bir razılığı olmamışdır. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə k ollegiyasının iclasında iddiaçı və vəkili kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən cavabdeh və vəkili kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdirlər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh doğma atasıdır. X1 iddiaçının arvadı, cavabdehin isə anası olmuşdur. İddiaçı X1 X1 ilə nikahda olduqları dövrdə sonuncunun adına XXXsaylı mənzil alınmışdır. İddiaçı həmin mənzil özgəninkiləşdirilənə qədər mərhum həyat yo ldaşı X1 və qızı X1lə birlikdə Rusiya Federasiyasında, Gülnar isə Mingəçevir şəhərində yaşamışdır. Gülnarın və X1nin xəstəliyi ilə bağlı zərurət yarandığından mübahisəli mənzilin satılması üçün X1 onun adında çıxış etmək üçün X14Peterburq şəhərindən qızı X2 etibarnamə göndərmişdir. Cavabdeh anasının ona verdiyi etibarnamə əsasında həmin mənzili 30 may 2008-ci ildə, 29520 manata X2. Həmin vaxt X4 vəziyyəti ağırlaşdığı üçün iddiaçı onu Mingəçevir şəhərinə gətirmiş, qızı X2 və sonuncunun xalaları olan X1nin bacılarına təhvil verib Rusiya Federasiyasına qayıtmışdır. Daha sonra Cavabdeh özündə olan cəmi 29520 manat puldan anasının razılığı ilə 14000 manat pul götürərək 03 iyun 2008-ci ildə XXXsaylı, 2 otaqlı mənzili X7 almış və anası ilə birlikdə yaşamaq üçün həmin evə köçmüşdür. X5 ona məxsu s mənzilin satılmasından dərhal sonra Azərbaycana gəlmiş, mənzilin satılmasının şahidi olmuş, satışdan əldə olunmuş pul vəsaiti hesabına Gülnarın 14000 manata mənzil almasının şahidi olmuş, həmin mənzildə X1 birlikdə yaşamış və ölən günədək X1 aralarında heç bir mübahisə olmamışdır. Anasının səhhəti surətlə pisləşmiş və 14 avqust 2008-ci ildə vəfat etmişdir. İddiaçı 2012-ci ildə Azərbaycana gələrək X16 ilə evlənmiş və onunla birlikdə yaşamaq üçün Cavabdeh mülkiyyətində olan XXXsaylı, 2 otaqlı mənzilinə köçmüşlər. Onlar 2016-cı ilə qədər həmin evdə mehriban yaşasalar da, sonradan münasibətləri korlanmış və Cavabdeh iddiası əsasında 10.04.2017-ci ildə Ali Məhkəmənin qərarı ilə qüvvədə saxlanılmış Şəki Apellyasiya Məhkəməsinin 13.10.2016-cı il tarixli qətnaməsinə əsasən X11 Gülnarın mənzilind ən çıxarılması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, avabdeh Cavabdeh satmış olduğu xxxsaylı mənzil İddiaçı və arvadı X1 X1nın birgə mülkiyyəitində olmuşdur. Mənzilin 29520 manata satılması mübahissə doğurmur. Odur ki, mərhum Lütfiyyə X1 həmin pulun yarısı üzərində Cavabdeh sərəncam vermiş və ona öz adına evin almasına razılıq vermişdir. Lakin mənzilin satışından əldən olunmuş pulun yarısı- yəni 14760 manat hissəsi Cavabdeh qalmışdır ki, İddiaçı qaytarılmalıdır. Ona görə də məhkəmə hesab edir ki, iddia həmin hissədə qismən təmin olunması üçün bütün əsaslar mövcuddur və Cavabdeh 29520 manatın ikidə bir hissəsi, yəni 14760 manat pul alınıb İddiaçı verilməlidir. Qətnamədən iddiaçı kassasiya şikayəti verdiyindən, onun kassasiya şikayətinin dəlilləri əsasında qət namənin iddianın təmin edilməmiş hissəsini, yəni çıxarışın ləğv edilməsi və mənzilin satışından əldə olunmuş 30000 (otuz min) ABŞ dolları məbləğində pulun tutulması hissəsinin qanuniliyi yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi yoxlanılan hissədə maddi və prossesual hüquq normalarının pozuntusuna yol verməmişdir. İşdə olan AN-İ №0163202 saylı 03 iyun 2008-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X3 şəhəri X24 küçəsindəki 23 saylı evin, 4 saylı, 2 otaqlı mənzilini 14000 manata Cavabdeh satmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş MH ******* nömrəli 04.08.2008-ci il tarixli daşınmaz əmlakın dövlət reyestr indən çıxarışdan görünür ki, Mingəçevir şəhəri X24 küçəsi 23 saylı evin, 4 saylı mənzili xüsusi mülkiyyət kimi Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 114 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə kollegiyası mübahisəli mənzilə dair alqı-satqı müqaviləsi əsasında daşınmaz əmlakın dövlət reyestrində mənzilin cavabdehin adına qeydə alınaraq çıxarış verildiyini nəzərə alaraq, hesab edir ki, apellyasiya instansiya məhkəməsi haqlı olaraq tərəflər arasında alqı-satqı müqaviləsinin ləğv edilməsi ilə bağlı mübahisə olmadığı üçün həmin müqavilə üzrə mənzilin mülkiyyət sənədi olan reyestrdən çıxarışın ləğv edilməsi üçün də heç bir əsas olmadığı qənaətinə gəlmişdir. Həmçinin iddiaçı iddia tələbində mərhum həyat yoldaşına məxsus olan mənzilin etibarnamə əs asında cavabdeh tərəfindən satılması zamanı əldə edilmiş 30.000 ABŞ dollarının geri tələb etsə də, iş üzrə müəyyən edilmişdir ki, mənzil 30.000 ABŞ dollarına deyil, 29520 manata satılmışdır. Həmçinin həmin mənzil birgə nikah dövründə əldə edildiyindən o tam deyil, birgə mülkiyyət əsasında ər-arvada məxsus olmuş, həmin əmlakda paylar müəyyən edilməmişdir. Həmin mənzil mülkiyyətçi tərəfindən verilmiş etibarnamə əsasında cavabdeh tərəfindən özgəninkiləşdirilmişdir. Mülki Məcəllənin 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Həmin Məcəll ənin 222.2-ci maddəsinə əsasən birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Məhkəmə kollegiyası qətnamənin mənzilin satışından əldən olunmuş pulun yarısı- yəni 14760 manat hissəsinin Cavabdeh tərəfindən İddiaçı qaytarılması h issəsinə qiymət vermədən hesab edir ki, iddiaçının mənzilin satışından əldə edilmiş vəsaitin bütünlüklə ona qaytarılmasını tələb etmək hüququ yoxdur. Belə ki, iddiaçı satılmış mənzilin tam mülkiyyətçisi olmamışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır, həm in dəlillər apellyasiya instansiyası məhkəməsi qətnaməsinin yoxlanılan hissədə ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02.05.2019-cu il tarixli, 2(107)1555/2019 nömrəli qətnaməsi yoxlanılan hissədə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar