Məhkəmə qərarları › İş №2(102)-636/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-636/2020

04.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-636/2020 04.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin vəkili X4 və nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin və Azərbaycan Respu blikasının Maliyyə X1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi “dəbbə pulunun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçıtərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim E.Əliyev) iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən Z.Əliyev, hakimlər F.Talışinski və R.Eyvazov) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçıkassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətinə qarşı “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” xx xxx 1997-ci il tarixli, 296-İQ nömrəli Azərbaycan Respublikası qanununa əsasən verilməli birdəfəlik şəhid sığ orta məbləği olan 11.000 manat məbləğində pulu sığortaçı kimi vaxtında ödəmədiyinə görə hər gecikdirilmiş gün üçün həmin miqdar sığorta pulunun 0,1 faiz həcmində dəbbə pulunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxxx 2013-cü il tarixli qətnaməsi ilə, xx xxxxxx 1992-ci il tarixdə Daşaltı əməliyyatları zamanı şəhid olmuş v ə Xətai rayon Xalq məhkəməsi tərəfindən xx xxxx 1997-ci ildə ölmüş elan edilmiş hərbçi X3 atası İddiaçı 11.000 manat məbləğində sığorta pulunun ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə həvalə ediməsi qət edilmişdir. Bundan sonra iddiaçı, sığorta pulunun ödənilməsi üçün, müxtəlif orqanlara müraciətlər etmiş, nəhayət Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2018-ci il tarixli Fərmanı qəbul olunduqdan sonra sığorta ödənişi həyata keçirilmişdir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 5 və 7-ci hissələrinə görə, sığortaçı, yaxud onun ərazi bölmələri bu Qanunda nəzərdə tutulmuş şərtlərə və məbləğdə sığorta olunana və ya onun vərəsələrinə sığorta ödənişini müvafiq sənədləri aldı ğı gündən 7 gün ərzində verir. Sığortaçı sığorta ödənişini bu maddənin beşinci hissəsi ilə müəyyən edilmiş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Məhkəmə kollegiyası mübahisənin hüquqi həlli ilə bağlı qeyd edir ki, hərbi qulluqçuların həlak olması, itkin düşməsi və ya xəsarət alması zamanı sığorta ödənişlərinin verilməsinə dair normativ hüquqi bazanın formalaşdırılmasına 1997-ci il avqustun 2-də “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə minməsi ilə başlanılmışdır. Həmin Qanunun 6-cı maddəsinin 1 və 2-ci hissələrinə əsasən hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası müvafiq icra hakimiyyəti orqanları (sığortalılar) üçün bu məqsədlə hər il dövlət büd cəsində nəzərdə tutulmuş vəsait hesabına aparılır. Sığortalılar hərbi qulluqçuların dövlət icbari şəxsi sığortasını təmin etmək üçün onlara bu məqsədlə dövlət büdcəsindən ayrılan vəsaitdən tələb olunan sığorta haqlarının məbləğini hər il rüblər üzrə sığortaçıya ödəyirlər. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanuna dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının xx xxxxxxx 2006-cı il tarixli Qanunu ilə hərbi qulluqçuların icbari sığorta məbləği artırılmışdır. Bununla əlaqədar sığorta ödənişinin alınması üçün sığorta orqanına və məhkəmələrə müraciətlərin sayı çoxaldığından Ali Məhkəmə, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun bəzi müddəalarının şərh olunmasını Konstitusiya Məhkəməsindən xahiş etmişdir. Azərbaycan Re spublikası Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair xx xxxxxx 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Konstitusiyasının 12, 16 və 25-ci maddələrinin tələblərinə uyğun olaraq “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının xx xxx 1997-ci il tarixli Qanunu qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin hal-hazıra qədər sığorta məbləğini almamış hərbi qulluqçulara qanunvericilikdə nəzərdə tutulmuş sığorta məbləği ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 16-cı bəndinə əsasən, bu məbləğin ödənilməsi qaydasının və şərtlərinin qısa m üddətdə müəyyən edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında xx xxxxx 2018-ci il tarixli Fərmanı ilə, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmənin verilməsi, birdəfəlik ödəmənin bu Fərmanın 5-ci hissəsində nəzərd ə tutulmuş ümumi siyahıdakı hərbi qulluqçuların Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq müəyyən edilən vərəsələrinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilməsi qərara alınmışdır. Beləliklə işin yuxarıda qeyd edilən işin hallarından göründüyü kimi iddiaçıya sığorta ödənişi Dövlət Sığorta Şirkəti tərəfindən könüllü qaydada deyil bununla bağlı qəbul edilmiş məhkəmə qətnaməsi əsasında verilmişdir. Nəzərə alınmalıdır “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5 və 7-ci maddələrinin məzmunundan görünür ki, sığorta təşkilatı o halda hər gecikdirilmiş gün üçün ödəniş məbləğinin 0,1 faizi qismində dəbbə pulu ödəməklə bağlı məsuliyyət daşıyır ki, o sığorta ödənişinin verilməsi ilə ba ğlı müvafiq sənədləri alsın və bu sənədlər əsasında müraciət edən şəxsə sığorta ödənişinin verilməsi mübahisə doğurmasın və belə hallarda sığorta şirkəti sığorta ödənişini 7 gün ərzində verməsin. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı qətnamənin vaxtında icra edilməməsi ilə pozulmiş hüququnun bərpasını hazırkı iş üzrə verilmiş tələb qaydasında deyil, MPM-nin 232-ci maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirə bilərdi və hazırkı iş üzrə iddianın rədd edilməsi qeyd edilən hüququn həyata keçirilməsinə maneəçilik törətmir. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçıkassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixliqətnaməsi dəyişdir ilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar