Məhkəmə qərarları › İş №2(103)-984/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-984/2020

27.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-984/2020 27.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər – Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, X4 və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Gülnar İsgəndər qızı Salahovanın katibliyi ilə, İddiaçı və onun vəkili və nümayəndəsi X5, Cavabdeh “xxxxxxxxxx” ASC-nin nümayəndəsi X3 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(006)- 4427/2019 nömrəli qətnaməsindən İddiaçı və cavabdeh “xxxxxxxxxx” ASC tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxxxxxxxx" ASC-yə, müstəqil tələb irəli sürməyən 3-cü şəxs Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı «sığorta ödənişinin verilməsi və sığorta ödənişinin gecikdirilməsi ilə əlaqədar məbləğin ödənilməsinə dair» iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxxxxxxxx" ASC-dən sığorta ödənişi kimi 50.000 (əlli min) manat məbləğində, sığorta ödənişinin gecikdirilmiş cəmi 910 günü üçün (hər gün üçün 8 manat hesabı ilə) hesablanmış 7280 (yeddi min iki yüz) manat məbləğində olmaqla, cəmi 57280 (əlli yeddi min iki yüz səksən) manat məbləğində maddi zərərin əvəzinin, eləcə də, ödənilmiş 30 manat dövlət rüsumunun və 510 manat məbləğində vəkil xərcinin tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, «xxxxxxx» ASC ilə aralarında bağlanmış xx.xx.2015-ci il tarixli 605 AİK nömrəli kredit müqaviləsi üzrə ona Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsi, ev- 43, mənzil 68-də yerləşən mənzilin alınması məqsədilə Azərbaycan ipoteka fondunun vəsaitləri hesabına 50.000 (əlli min) manat məbləğində kredit verilmişdir. Qeyd edir ki, həmin mənzilin satış qiyməti 61.000 (altmış bir min) manat olmaqla 11.000 (on bir min) manat tərəfindən, 50.000 (əlli min manat) isə kreditor «xxxxxxx» ASC tərəfindən ödənilmiş və bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir və o ev satın almışdır. Onun həmin kredit üzrə aylıq ödənişi 238.71 (iki yüz otuz səkkiz manat yetmiş bir qepik) manat təşkil edir. 2015-ci ildən hal- hazıradək 10.750.69 (on mln yeddi yüz əlli manat altmış, doqquz qəpik) manat ödəniş etmişdir. Həmin ipoteka krediti üzrə hal-hazırda əsas məbləğ 46.508.56 (qırx altı mln beş yüz səkkiz manat, əlli altı qəpik) manat, faiz məbləği üzrə 134.38 (bir yüz otuz dörd manat, otuz altı qəpik) manat öhdəliyi mövcuddur. Həmçinin, onunla "xxxxxxxxxx" ASC arasında xx.xx.2015-ci il tarixdə PM********** saylı sığorta müqaviləsi bağlanılmış və ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsi, ev 43, mənzil 68-də yerləşən fərdi yaşayış evi sığorta olunaraq, əmlakın yanğından və digər risklərdən sığortası növü üzrə sığorta təminatı almışdır. O, ərizə ilə "xxxxxxxxxx" ASC-yə müraciət edərək, sığortalanmış əmlaka 2016-cı ilin yanvar ayında torpaq sürüşməsi nəticəsində maddi zərər dəydiyini bildirməklə, hadisə ilə bağlı sığorta tədbirlərinin həyata keçırilməsini xahiş etmişdir. Onun ərizəsinə cavabdeh tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, AS-17/1832 nömrəli cavab məktubunda baş vermiş hadisənin sığorta hadisəsi hesab edilməməsi göstərilmişdir. Cavabdehin bu məktubunu və həmin məktubda qeyd olunan imtinaya əsas olmuş xüsusatları qanunsuz və əsassız hesab edir. Belə ki, cavabdeh tərəfındən sığortalanmış mənzildə mövcud torpaq sürüşməsi baş verdiyi gündən, yəni təxminən 2016-cı ilin yanvar ayından yaşamır. Torpaq sürüşməsi baş verdiyindən mənzili qəzalı vəziyyətə düşmüşdür. 2018-ci ilin mart ayından həmin bina sökülmüşdür. İşin bu halı həmçinin Azərbaycan Respublikasının FNH-nin Nəsimi Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2018-ci il tarixli xx/xx-05292 saylı məktubunun surəti ilə də təsdiq edilir. Belə ki, həmin məktubun məzmununa əsasən mübahisəli ünvanda 5 mərtəbəli yaşayış binasında yerləşən mənzil cari ilin mart ayından söküntü işləri aparıldığına görə həmin mənzilə dəyiş ziyanla bağlı məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi mümkün olmamışdır. Suraxanı Rayon İcra Hakimiyyətinin iddiaçıya ünvanladığı xx.xx.2017-ci il tarixli B-162-071 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Baş Nazirinin müavini cənab Abid Şərifovun 17/294-12/31 No-li xx.xx.2017-ci il tarixli dərkənarı əsasında Fövqəladə Hallar Nazirliyinin mütəxəssislərinin rəyini nəzərə alaraq, Bakı şəhəri, Suraxanı rayonu, Zığ şossesi 43 ünvanda yerləşən 5 mərtəbəli yaşayış binasında və onun ətrafındakı istinad divarlarında çatların yaranması ilə əlaqədar baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması üçün həmin yaşayış binasının 5, 6, 7 və 8-ci girişlərindəki mənzillərə 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 137 saylı Mənzil-Kommunal İstismar Sahəsinin əməkdaşları tərəfindən baxış keçirilmiş, orda faktiki yaşayan mənzil sahiblərinin siyahısı tərtib olunmuş və kirayə haqqı ödənilməklə onlar müvəqqəti olaraq başqa ünvanlara köçürülmüşdür. Həmçinin, Suraxanı Rayon İcra Hakimiyyətinin «xxxxxxxxxx» ASC-nin İdarə Heyətinin sədrinin müavinə ünvanladığı xx.xx.2019-cu il tarixli 1/386 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 171s saylı sərəncamı Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən icra olunaraq Bakı şəhəri, Suraxanı rayonu, Zığ yolu küçəsi 43 ünvanda yerləşən 5 mərtəbəli 8 girişli yaşayış binasının bərpası mümkün olmayan 7-ci və 8-ci girişlərindəki 30 mənzilin sahiblərinə hər kv.m üçün 1000 manat hesabı ilə birdəfəlik maddi yardım və bir aylıq kirayə haqqı üçün 200 manat olmaqla ayrılmış vəsait onların adlarına açılmış müvafiq bank hesablarına köçürülmüş, eləcə də binanın 1-6-cı girişlərində bərpagücləndirmə işləri aparılmış, 7-8-ci girişləri isə sökülərək ərazi abadlaşdırılmışdır. Qeyd olunan məktubda daha sonra göstərilmişdir ki, sözügedən binanın vətəndaş İddiaçı məxsus ümumi sahəsi 49,43 kv.m olan 2 otaqlı mənzilin boşaldılması müqabilində ayrılmış 49 430 manat birdəfəlik maddi yardım və bir aylıq kirayə haqqı 200 manat olmaqla ümumilikdə 49 630 manat vəsait “xxxxxxx” ASC-nin RİH-ə ünvanladığı məktub əsasında vətəndaş İddiaçıla Suraxanı Rayon İcra Hakimiyyəti arasında bağlanmış müqaviləyə uyğun olaraq həmin bankın Müştəri Xidmətləri Departamentində vətəndaşın adına açılmış müvafiq hesaba köçürülmüşdür. Cavabdehin imtina məktubuna münasibətdə bildirmək istəyir ki, cavabdehin ona məxsus mənzilə heç bir zərərin dəyməməsi əsası ilə imtina verilmişdir. Cavabdeh ona məxsus ümumi sahəsi 49,43 kv.m olan 2 otaqlı mənzilin boşaldılması müqabilində ayrılmış 49 430 manat birdəfəlik maddi yardımın “xxxxxxx” ASC-nin RİH-ə ünvanladığı məktub əsasında onunla Suraxanı Rayon İcra Hakimiyyəti arasında bağlanmış müqaviləyə uyğun olaraq həmin bankın Müştəri Xidmətləri Departamentində onun adına açılmış müvafiq hesaba köçürülməsi ilə sığorta hadisəsi nəticəsində ödənilməli olan sığorta ödənişini səhv başa düşür. Bankın Müştəri Xidmətləri Departamentində onun adına açılmış müvafiq hesaba köçürülmüş məbləğ Suraxanı Rayon İcra Hakimiyyətinin «xxxxxxxxxx» ASC-nin İdarə Heyətinin sədrinin müavinə ünvanladığı xx.xx.2019-cu il tarixli 1/386 saylı məktubunda qeyd edildiyi kimi birdəfəlik maddi yardımdır. Maddi yardım anlayışları ilə sığorta ödənişi kimi anlayışlar eyni mənalı olmamaqla ayrı-ayrı anlayışlar olmaqla müxtəlif hüquqi nəticələrə səbəb olan ödənişlərdir. Cavabdeh maddi yardım anlayışı ilə sığorta ödənişi kimi anlayışları səhv salmaqla yanaşı, eyni zamanda əvvəlki məhkəmə baxışlarında hətta vəsatətlə məhkəməyə müraciət edərək, ona məxsus ümumi sahəsi 49,43 kv.m olan 2 otaqlı mənzilin boşaldılması müqabilində ayrılmış 49 430 manat birdəfəlik maddi yardımın “xxxxxxx” ASC-nin RİH-ə ünvanladığı məktub əsasında mənimlə Suraxanı Rayon İcra Hakimiyyəti arasında bağlanmış müqaviləyə uyğun olaraq həmin bankın Müştəri Xidmətləri Departamentində adına açılmış müvafiq hesaba köçürülməsi halında cavabdehə qarşı sığorta ödənişi qaldırmağını Azərbaycan Respublikasının CM-nin 178-ci maddəsində nəzərdə tutulan cinayət törətməyə cəhd qənaətinə gəlmiş və məhkəmədən barəsində xüsusi qərardad çıxarılmasını belə xahiş etmişdir. Lakin cavabdeh nəzərə almır ki, onunla Suraxanı Rayon İcra Hakimiyyəti arasında bağlanmış müqaviləyə uyğun olaraq həmin bankın Müştəri Xidmətləri Departamentində onun adına açılmış müvafiq hesaba köçürülmüş 49 430 manat birdəfəlik maddi yardımı o indiyədək almamış və həmin maddi yardım cavabdeh tərəfindən ona ödənilməli olan sığorta ödənişinə heç bir aidiyyatı yoxdur. Əgər aidiyyatı olsa idi, bunu maddi yardım kimi deyil, sığorta müqaviləsinə əsasın təyinatını sığorta ödənişi kimi göstərərdilər. Hesab edir ki, cavabdeh Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 922.1-ci maddəsinə düzgün istinad etsə də, həmin normanın tələbinə riayət etmədən, sözügedən Məcəllənin 935.1.8-ci maddəsinə istinad etməklə sığorta ödənişindən imtina etməkdə haqlı olmamışdır. Belə ki, mənimlə cavabdeh arasında bağlanmış siğorta müqaviləsində sığorta ödənişindən imtinaya əsas olan hallar mövcud deyildir. Əksinə, sığorta hadisəsinin baş verməsi və buna əsas olan hallar həm yuxarıda istinad edilən Suraxanı rayon İcra Hakimiyyətinin «xxxxxxxxxx» ASC- nin İdarə Heyətinin sədrinin müavinə ünvanladığı xx.xx.2019-cu il tarixli 1/386 saylı məktubunda, “xxxxxxxxxx” ASC-nin İdarə heyətinin xx.xx.2012-ci il tarixdə təsdiq etdiyi və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin xx.xx.2012-ci il tarixdə razılaşdırıldığı “Əmlakın yanğından və digər risklərdən sığortası qaydalar”da öz əksini tapmışdır. Hesab edir ki, cavabdeh "xxxxxxxxxx" ASC sığorta ödənişinin verilməsindən imtinanın əsaslarını nəzərdə tutan Azərbaycan Respublikast Mülki Məcəlləsinin 935-ci madəsində qeyd olunan hallardan hər-hansı birinin mövcud olmasını sübut edə bilməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(006)- 4427/2019 nömrəli qətnaməsi ilə iddia ərizəsi qismən təmin olunaraq, cavabdeh "xxxxxxxxxx" ASC-dən sığorta ödənişi kimi 11370 manat məbləğində pulun, eləcə də, ödənilmiş 10 manat dövlət rüsumunun və 300 manat məbləğində vəkil xərcinin tutularaq, İddiaçı ödənilməsi qət olunmuşdur. Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon məhkəməsinin xx xxxxxxxx 2019-cu İl tarixli 2(006)-4427/2019 saylı qətnaməsini iddianın təmin edilməyən hissələrində ləğv edərək, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şkayətini onunla əsaslandırır ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməyən hissəsi üzrə maddi və prosessual hüqüq normalarını pozmuş, düzgün tətbiq etməmiş, məhkəmənin bu hissədə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün fakiki hallar aydınlaşdırılmamış və araşdırılmamış, qətnamədə həmin hissədə göstərilən dəlillər işin hallarına uyğun olmamışdır. Birinci instansiya məhkəməsi ona vurulan ziyanın yalnız 11370 manat hissəsində təmin etməklə onun qanunla qorunan mənafelərini tam bərpa etməmişdir. Çünki məhkəmə qətnamədə İcra Hakimiyyəti tərəfindən kompensasiya müqaviləsində nəzərdə tutulmuş 49630 manat məbləğini onun bank hesabına köçürülməsini göstərməklə yanaşı, bunun sığorta ödənişi olmamasını da qeyd etmiş, faktiki olaraq iddianın əsas dəlili olan kompensasiya ilə sığota ödənişinin ayrıayrı anlayışlar olmaqla, bunların da müxtəlif hüquqi nəticələrin yaratmasına dair dəlili ilə razılaşmış, eləcə də, ona vurulan ziyanın məbləğinin 61000 manat olmasını və bu ziyanın da məhz yuxarıda göstərildiyi kimi sığorta hadisəsi nəticəsində baş verməsini nəzərə alsa da, onun mənzilinin satış qiyməti olan 61000 manat məbləğini əhatə edən vurulmuş ziyanın böyük bir hissəsini qarşılaması və buna görə də cavabdehin vurulan ziyanın qalan hissəsi olan 11370 manat məbləğinin sığorta ödənişi kimi mona ödənilməli olması kimi səhv nəticəyə gəlmişdir. Halbuki, məhkəmə onun bank hesabına köçürülmüş və hələ də bu vaxta kimi götürülməmiş kompensasiyanın bu məsələyə aidiyyatı olmadığı üçün ona sığorta hadisəsi baş verdiyinə görə 50000 manat sığorta ödənişinin tam olaraq ödənilməsinə dair qətnamə qəbul etməli idi. Qətnamədən narazı qalan cavabdeh “xxxxxxxxxx” ASC apelyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(006)-4427/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırır ki, İddiaçı ilə “xxxxxxxxxx” ASC arasında bağlanmış xx xxx 2015-ci il tarixli PM********** saylı sığorta müqaviləsində təminat verilən sığorta riskləri kimi yanğın, ildırım vurması, partlayış, daxili su, fırtına, tufan, qasırğa, zəlzələ və vulkan püskürtməsi və s. risklər nəzərdə tutulmuşdur ki, baş vermiş hadisə sığorta müqaviləsinə əsasən təminat verilmiş sığorta risklərinə daxil olmadığından və sığortalanmış mənzilə zərərə dəymədiyindən sığorta hadisəsi heasb edilmir. Baş vermiş hadisə qanunvericilyə və müqaviləyə əsasən sığorta hadisəsi hesab edilmədiyindən sığorta ödənişi verilməsindən imtina edilmişdir. ASC tərəfindən xx xxxx 2019-cu il tarixli AS-19/664 nömrəli məktubla Suraxanı Rayin İcra Hakimiyyətinə müraciət edilərək, onlar tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsi, ev- 43, mənzil 68-də yerləşən mənzilin sakinlərinin təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlərin həyata keçirilib-keçirilməməsi, sakinlərin yeni mənzillərlə təmin olunubolunmaması barədə məlumat verilməsi xahiş edilmişdir. Suraxanı Rayin İcra Hakimiyyətinin xx xxxx 2019-cu il tarixli 1/386 nömrəli məktubda həmin binanın vətandaşı İddiaçı ümumi sahəsi 49,43 kv.m mənzilin boşaldılması müqabilində ayrılmış 49430,00 manat pul vəsaitinin “xxxxxxx” ASC-nin ünvanladığı məktub əsasında vətəndaş İddiaçıla İcra Hakimiyyəti arasında bağlanmış müaviləyə uyğun olaraq həmin bankın Müştəri Xidmətləri Departamentində vətandaşın adın aaçılmış müvafiq hesaba köçürüldüyü qeyd edilmişdir. Beləliklə məktubdan görünür ki, iddiaçıya 49630 manat pul vəsaiti ödənilərək, ona dəymiş maddi ziyan aradan qaldırılmışdır. Birinci instansiya məhkəməsinin qət etdiyi 11370,00 mant pul vəsaiti ilə bağlı Cəmiyyətlə hər hansı müqavilə bağlanmamış və Cəmiyyətin öhdəliyi yaranmamışdır. Məhkəmə kolegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili və nümayəndəsi X8 iddia ərizəsinə istinad etməklə, apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini, cavabdeh tərəfin apelyasiya şikayətinin təmin edilməməsini və Bakı şəhəri Nəsimi Rayon məhkəməsinin xx xxxxxxxx 2019-cu İl tarixli 2(006)-4427/2019 saylı qətnaməsini iddianın təmin edilməyən hissələrində ləğv edərək, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə kolegiyasının iclasında iştirak edən cavabdeh “xxxxxxxxxx” ASC-nin nümayəndəsi X6 apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək,cavabdeh “xxxxxxxxxx” ASC-nin apelyasiya şikayətinin təmin edilməsini təmin edilməsini və qətnaməni ləğv edib iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin apelyasiya baxışı zamanı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş"xxxxxxx" ASC (nümayəndəsi) və işdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə hər hansı bir məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq və tərəflərin izahatlarını dinləyərək, hesab edir ki, apelyasiya şikayətləri təmin olunmamalı və qətnamə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - "xxxxxxxxxx" ASC tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, AS-17/1832 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, təqdim edilmiş ərizəyə baxılmış, hadisə tam təfsilatı ilə araşdırılmışdır. Hadisə ilə bağlı Cəmiyyətə Suraxanı Rayon İcra Hakimiyyətinin təqdim etdiyi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfındən aparılmış kompleks geoloji tədqiqatların nəticələri haqqında arayışından görünür ki, Zığ qəsəbəsində yerləşən 39 və 43 saylı beşmərtəbəli yaşayış binalarının ön hissəsində müvafıq ölçülərdə olan 10 ədəd şaquli drenaj quyularının layihələndirilərək təcili qazılması, istismara verilməsi, həmçinin 43 saylı binanın 1 və 8 saylı bloklarında və ətrafında yerləşən deformasiyaya məruz qalmış istinad divarlarında bərpa gücləndirmə işlərinin yerinə yetirilməsi, ərazidə tikilməkdə olan kanalizasiya sisteminin sürətləndirilməsi və digər tədbirlərin həyata keçirilməsi, eyni zamanda, Suraxanı Rayon İcra Hakimiyyətinə sakinlərin təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlərinin yerinə yetirilməsinin tapşırılması təklif olunmuşdur. Həmçinin sənədlərdən, habelə sığorta tələbi barədə ərizədən və video izahatdan da məlum olur ki, qeyd olunan binaya Suraxanı Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin nümayəndələri tərəfındən baxış keçirilmiş, əhalinin yaşaması üçün təhlükəli olduğu aşkarlanmış və həmin binanın sakinləri Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən kirayə haqqı ödənilməklə kirayə mənzillərə köçürülmüşdürlər. Cəmiyyətdə sığortalanmış mənzilə zərər dəymədiyindən, mənzildən istifadə edə bilməməyinin səbəbinin ərazidəki ekzogen geoloji proseslərlə əlaqədar binada yaşayışın əhali üçün təhlükəli olması olduğundan və nəticələrinin aradan qaldırılması məqsədi ilə Suraxanı Rayon İcra Hakimiyyəti tərəfındən tədbirlərin həyata keçirilməsi davam etdirildiyindən baş vermiş hadisə sığorta hadisəsi hesab edilmir. - Azərbaycan Respublikasının FNH-nin Nəsimi Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2018-ci il tarixli xx/xx-05292 saylı məktubundan görünür ki, mübahisəli ünvanda 5 mərtəbəli yaşayış binasında yerləşən mənzil cari ilin mart ayından söküntü işləri aparıldığına görə həmin mənzilə dəymiş ziyanla bağlı məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi mümkün olmamışdır. - Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisində ekzogen geoloji proseslərə məruz qalmış ərazilərdə (sürüşmə, uçqun, çökmə və s.) Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən aparılmış kompleks geoloji tədqiqatların nəticələri haqqında Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli məktubu ilə təqdim edilmiş Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsi, 43 ünvanında yerləşən yaşayış evinin texniki vəziyyəti haqqında xx.xx.2017-ci il tarixli aktdan görünür ki, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizlıyə Nəzarət Dövlət Agentliyinin "Azərdövlətlayihə" DBL İnstitutunun baş konstruktoru Səxavət Əsədov, 1 saylı şöbənin baş konstruktoru V.Ə.Məmmədov, S.Ə.Dadaşov adına Elmı-Tədqiqat və Layihə- X2 institutunun elmi işçisi Zakir Əhmədov və "xxxxxxxxxxxxxxxxx" ASC-nin müşahidə şurasının sədri X7 tapşırığı əsasında Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində ekzoqen proseslərə məruz qalmış ərazıdə H.Allahverdiyev küçəsində yerləşən 43 saylı binaya təkrar vızual-texniki baxış keçirərək aşağıda göstərılənləri muəyyənləşdirdilər. Bina 8 bloklu, zirzəmili və 5 mərtəbəli olub 80 mənzillidir. Binada yaranmış çat və deformasiyaların inkişaf dinamikasını öyrənmək məqsədilə konstruksiyaların üzərində 2015-2016-cı illərdə gips mayaklar qoyulmuş və göstərilən müddət ərzində daim müşahidə aparılmışdır. Aparılmış tədqiqat işləri nəticəsində məlum olmuşdur ki son vaxtlar ərazidə ekzogen geolojı proseslər inkişaf edərək daha da aktivləşmişdir Bu da sahədə yerləşən çoxlu sayda fərdi yaşayış evlərındə dağılmaların əmələ gəlməsinə, həmçinin 43 saylı binanın yükdaşıyan divarlarında və ətraf ərazilərdəkı istinad divarlarında çat deformasiyaların yaranmasına səbəb olmuşdur. Deyilənlərlə bağlı Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli 17/29 saylı tapşırığına uyğun olaraq FHN TTNDA-nın "Azərdövlətlayihə" DBLİ tərəfindən 43 saylı binanın 5-ci və 6-cı bloklarının gücləndirmə layihəsi işlənmişdir. Hal-hazırda "xxxxxxxxxxxxxxxxx" ASC tərəfindən binanın 5-ci və 6-cı blokunun gücləndirmə işlərinə x xxxx 2017-ci il tarixindən başlanmışdır. O cümlədən zirzəmidə olan tökmə qruntlar çıxarılmış divarlardan axaraq zirzəmi döşəməsındə yığılan kənarlaşdırılmış zirzəmi divarlarında layihəyə uyğun gücləndirmə işləri yerinə yetirilir. Son zamanlar yamacda baş vermış aktivləşmənin nətıcəsi olaraq hal-hazırda 43 saylı binanın 1, 2. 3 və 4-cü girişlərində zirzəmi mərtəbəsındə də çatlar və deformasiyaların yaranması müşahidə olunmuşdur. Belə ki, zirzəmi mərtəbəsindən beton blokların içərı tərəfində 0,3- 0,8 sm enində çatlar, beton blokların tikiş yerlərində aralanmalar və yerdəyişmələr aşkar edilmişdir. Hal-hazırda beton blokların tikişlərindən mütəmadi olaraq zirzəmiyə qrunt suları daxil olur (fotoşəkıllər əlavə edilib) və zirzəmi divarlarında qruntların təzyiqinin artması müşahidə edilir. Binanın 7-ci və 8-ci bloklarının zirzəmilərində isə yamac tərəfdə yerləşən boyuna, yukdaşıyan xarıcı divarları içəriyə dogru 70-80 sm yerini dəyişmış və divarlarda təhlükəli çatlar yaranmışdır (yerləşmə sxemləri əlavə edilir) Zirzəmi divarlarının üzərində yerləşən və qalınlığı 40 sm olan fasad divarları hal-hazırda asılı vəzıyyətdə qalmışdır. (fotoşəkillər əlavə edilir) örtük tavalarının məhz bu divarların üzərində oturduğumuz bınanın yükdaşıyan konstruksiyalarının tikintisinin keyfiyyətı çox aşağı səviyyədə olduğunu nəzərə alaraq binada hər an uçulma təhlükəsı yaranmışdır Deyilənləri nəzərə alaraq, aşağıdakı təcili tədbirlərin yerinə yetirilməsi məqbul hesab edilir: 43 saylı binanın 1, 2, 3 və 4-cü bloklarının bünövrəsı və zirzəmi divarlarında gücləndirmə işləri yerinə yetirilməlidir. 7-ci və 8-ci blokların gucləndırılməsi təhlükəli olduğundan və səmərəli olmadığından bu blokların sökülməsi məqsədəmüvafiqdir. Binanın arxasındakı maili yamacda yerləşən fərdi yaşayış evlərindən axan məişət suları və atmosfer çöküntüləri 5 mərtəbəli binalar üçün təhlukə yaratdığından, ərazidə drenaj və kanalizasiya sistemi yaradılmalıdır. - Azərbaycan Respublikasinin Fövqəladə Hallar Nazirlliyinin Azərbaycan Respublikası Baş nazirinin müavininə ünvanladığı xx.xx.2017-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsındə ekzogen proseslərə məruz qalmış ərazidə yerləşən 43 saylı binanın 5-ci və 6-cı bloklarında hazırda gücəndirmə işlərı davam etdirilir. Son zamanlar yamacda baş vermış aktivləşmənin nəticəsi olaraq binanın l, 2, 3 və 4-cu bloklarının zirzəmilərində də çat və dıgər deformasiyaların yaranması aşkar olunmuş, beton blokların tıkış yerlərində aralanmalar muşahidə edilmışdır. Binanın 7-ci və 8-ci bloklarının zirzəmilərində isə yamac tərəfdə yerləşən boyuna yükdaşıyan xarici divarları içəriyə dogru 70-80 sm yerini dəyişmiş və divarlarda təhlukəlı çatlar yaranmışdır. Zirzəmi divarlarının üzərində yerləşən və qalınlığı 40 sm olan fasad dıvarları hal-hazırda asılı vəziyyətdə qalmışdır. Örtük tavalarının məhz bu dıvarların üzərındə oturduğunu, binanın yukdaşıyan konstruksiyalarının tıkıntısının keyfıyyətınin çox aşağı səviyyədə olduğunu nəzərə alaraq binada hər an uçulma təhkıkəsı yaranmışdır. Qeyd edılənlərlə bağlı nazirlıyin mütəxəssısləri tərəfindən müvafıq aktlar tərtib olunmuşdur. Mütəxəssıslərin rəyinə əsasən bınanın İ, 2, 3 və 4- cü bloklarının bünövrələri və zirzəmi səviyyəsinədək divarlarında gücləndırmə işlərinin yerinə yetirilməsi tövsiyyə olunur. 7 və 8-ci blokların sökülməsi məqsədəuyğun hesab edilir. - Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlukəsızlıyə Nəzarət Dövləl Agentliyinin Bakı şəhəri, Suraxanı rayonu, Zığ yolu küçəsi, 43 ünvanında yerləşən evin sökülməsinin səbəbi və söküntü işləri ilə bağlı bütün sənədlərin təqdim edilməsi barədə 15 avqust və xx xxxxxxxx 2019-cu il tarixli 2(006)-4427/2019 nömrəli məktublara verilən və məhkəməyə ünvanladığı xx.xx.2019-cu il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisində ekzogen geoloji proseslər nəticəsində dəymiş ziyanın müəyyənləşdirilməsi məqsədilə Agentliyin "Azərdövlətlayihə" DBLİ-nin və S.Ə.Dadaşov adına ETLKİMİ-nin mütəxəssisləri tərəfindən xx xxxxxxxx 2017-ci il tarixdə qeyd etdiyiniz 43 saylı binaya vizual texniki baxış keçirilmiş və müvafiq akt tərtib edilmişdir. Həmin Akta əsasən 43 saylı binanın 1, 2, 3 və 4-cu girişləri üzrə gücləndirilmə işlərinin yerinə yetirilməsi, 7 və 8-ci girişlərin gücləndirilməsi təhlükəli olduğundan və iqtisadi cəhətdən səmərəli olmadığından onların sökülməsi məqsədəuyğun hesab edilmişdir. Məsələ ilə bağlı, Fövqəladə Hallar Nazırliyi tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq məlumat verilmişdir. Söküntü işləri Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən aparılıdığından onunla bağlı bütün sənədlərin əldə edilməsi üçün İcra Hakimiyyətinə müraciət edilməsi məqsədəuyğundur. - Suraxanı rayon İcra Hakimiyyətinin «xxxxxxxxxxx» ASC-nin Sığorta Hadisələrinin Tənzimlənməsi Departamentinin direktoruna ünvanladığı xx.xx.2017-ci il tarixli məktubla təqdim edilmiş Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisində ekzogen geoioji proseslərə məruz qalmış ərazilərdə (sürüşmə, uçqun, çökmə və s.) aparılmış kompleks geoloji tədqiqatların nəticələri haqqında arayışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonunun Zığ qəsəbəsi ərazisində baş verən ekzogen geoloji proseslərin əmələgəlmə və inkişaf dərəcəsinin müəyyən olunması, onun yeni təzahürlərinin aşkarlanması, ekzogen geoloji proseslərin hər bir genetik tipinin fəallığının dinamikasını, rejim formalaşdıran amillərin rolunun müəyyənləşdirilməsi, proseslər zamanı gözlənilən təzahürləri və fövqəladə hallara səbəb olması ilə əlaqədar kompleks geoloji tədqiqat işləri aparılmışdır. Aparılmış çöl, kameral və tematik işlərin materiallarının analizi və sintezi aşağdakı nəticələrə gəlməyə imkan vermişdir. Tektonika: Zığ yamacı Qaraçuxur və Zığ braxiantiklinallarının təmas zonasında yerləşir. Qaraçuxur braxiantiklinalı asimmetrik quruluşa malik olan gömülmüş qapalı struktur tipə malikdir. Antiklinalın quruluşunda Eopleystosen çöküntüləri iştirak edir. Şimalda romb şəklində qapanan antiklinal cənuba doğru genişlənərək az meyiliklə Zığ gölünə doğru gömülür. Geomorfologiya: Zığ yamacının qərb, şərq və şimal-qərb hissələri tektonik qırılmalarla daha da mürəkkəbləşmiş, şərq və şimal-şərq hissələrdə qırılma boyu sıldırım yamaclar əmələ gəlmişdir. Yamac əvvəlcə sıldırım formada olmuş, daha sonra maili vəziyyət alaraq Zığ vadisinə düşmüşdür. Yamacın mailliyi yuxarı hissədə 75-90°, aşağı hissədə isə 20-25°-dir. Qeyd edilən bu yamac şərqdən və şimal-şərqdən ,«irəliləyən» yamac kateqoriyasına aid olub mütəmadi qırılıb düşməyə məruz qalmaqdadır. Ərazinin relyefi onun geoloji quruluşunda iştirak edən çöküntülərin fıziki-mexaniki xüsusiyyətlərinin, tektonik quruluşunun, neotektonik hərəkətlərin və ərazinin iqlim şəraitinin qarşılıqlı təsiri nəticəsində formalaşmışdır. Topoqrafiya: Ərazidə baş verən ekzogen geoloji proseslərin dinamikasına nəzarət etmək məqsədilə ərazinin 1:500 miqyasında topoqrafik xəritəsi hazırlanmış və 27 piket nöqtəsi və 2 topoprofil üzərində ölçmələr aparılmışdır. Aparılmış ölçmələrin nəticələri əsasən xx xxxx 2016-cı il tarixindən xx xxxxxx 2016-cı il tarixinədək müddətdə ərazidə təqribən 21 sm-dək şaquli və 14 sm-dək üfüqi yerdəyişmə qeydə alınmışdır. Bildiririk ki, sürüşmə kimi təsvir edilən bu sahələrin əksəriyyətində batma (çökmə) baş vermişdir. Çünki sürüşmüş kütlə yerində qalmış və ancaq oturma zamanı qaş hissəsinin yamacın meyli istiqamətində azca əyilməsi müşahidə olunur. Digər tərəfdən sıldırım yamaclarda (Əhmədli yaylasının şərq yamacı) çöküntülər qırılıb düşərkən şaquli divar əmələ gəlmiş və qırılıb düşən kütlə bu divara söykənmiş vəziyyətdə qalmaqdadır. Son zamanlar Zığ yamacında ekzogen geoloji proseslərin aktivləşməsi müşahidə olunmaqdadır. Odur ki, 2010-2014-cü illər ərzində ərazidə 1 ədəd 5 mərtəbəli bina yaşayış evi təhlükəli sahələrdə olduğu üçün köçürülməsi məqsədəuyğun hesab edilmişdir. Halhazırda 5 mərtəbəli bina tam sökülərək sakinləri təhlükəsiz əraziyə köçürülmüşdür. Zığ sahəsində keçirilmiş davamlı monitorinqlər zamanı müəyyən edilmişdir ki, xx xxxxx 2014cü il tarixindən xx xxxxxx 2016-cı il tarixinədək müddətdə Zığ qəsəbəsinin şimal-qərb hissəsirdə mövcud sürüşmə, uçqun və çökmə prosesinə məruz qalmış ərazilərdə aktivləşmə müşahidə edilməkdədir. Belə ki, sürüşmə, uçqun və çökmə proseslərinin aktivləşməsi əsasən sahənin qərb və şərq hissələrində müşahidə edilmişdir. Qərb hissədə ekzogen geoloji proseslərə məruz qalmış sahənin konturu 15-50 m, şərq istiqamətdə isə 28-45 m genişlənmişdir. Relyefin maili olması, təsərrüfat və məişət sularının idarə olunmaması, tikinti zamanı yamacın şaquli formada kəsilməsi və qruntun təbii strukturunun pozulması prosesləri daha da aktivləşdirmişdir. xx xxxxxx 2017-ci il tarixində müşahidə reperlər üzərində aparılmış növbəti ölçmələr ekzogen geoloji proseslərin dinamikasında aktivləşmənin olduğuna dəlalət edir. Rederlərin koordinatlarında 2-7 sm şaquli və 5-6 sm üfüqi yerdəyişmələr müşahidə olunmuşdur. Mühəndisi-geoloji tədqiqatlar: Zığ yamacının Tədqiqat sahəsinin mühəndis-geoloji şəraitini qiymətləndirmək məqsədilə dərinlikləri 20-40 m olmaqla 16 ədəd mühəndisi geoloji və 6 ədəd inklinometr quyusu qazılmışdır. Süxur nümunələrinin çöl və laboratoriya məlumatlarının birgə araşdırılması nəticəsində sahəninin geoloji-litoloji quruluşunda 6 müxtəlif litoloji tərkibli süxur ayrılmışdır. Bu litoloji vahidlərin qalınlıqları sahə üzrə aşağıdakı kimi dəyişir: Tökmə süxur qatı 0.20- 5.50 m Qum qatı 0.50-5.80 m Qumca qatı 0.30-0.80 m Gilcə qatı 0.80-19.20 m Gilqatı 7.50-27.90-m Əhəngdaşı qatı 0.50-4.20 m xx xxxxxx 2017-ci il tarixində aparılmış vizual mühəndisi-geoloji tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, 43 saylı bina istinad divarının arasında asfalt örtüyü 10-15 sm qabarmış, ərazidə mövcud olan torpaq çatlarında 3-7 sm genişlənmə müəyyən edilmişdir. Hidrogeologiya: Ərazinin yeraltı hidrosferinin öyrənilməsi məqsədi ilə qazılmış 3 ədəd hidrogeoloji-axtarış quyularında ekzogen geoloji proseslərin əmələ gəlməsində əsas faktor olan sulu horizontun süxurlarının süzülmə xassələri və qidalanma mənbəyi öyrənilmişdir. Uzun illər ərzində yeraltı suların əsas qidalanma mənbəyi kimi atmosfer və texnogen amillərin olduğu qeyd edilmiş və texnogen suların əhəngdaşlarından sızılaraq yeraltı suları qidalandırdığı göstərilmişdir ki, bununla da razılaşmaq olmaz. Çünki bu sahədə laylar 15-20° bucaq altında qərb istiqamətdə yatır. Günəşli yasayış sahəsinden texnogen sular axarsa bunlar qətiyyən layların yatımının əksinə axa bilməz. Müəyyən edilmişdir ki, Zığ qəsəbəsinin qərb hissəsində yer səthinə çıxan sular Günəşli yaşayış massivindən gəlmə deyil, tektonik çatlar, qırılmalar vasitəsilə yer səthinə çıxır. EGP-nin baş verməsi və mütəmadi aktivləşməsi əsasən texnogen və tektonik amillərlə əlaqədardır. Yaşayış massivlərinin salınması, su kəmərlərinin və kanalizasiya xətlərinin çəkilməsi, bağ sahələrinin salınması və onların suvarılması, relyefin kəskin surətdə parçalanması, əsas qidalanma mənbələrinin süni xarakterli olması, ərazidə mürəkkəb hidrogeoloji şəraitin yaranmasına səbəb olmuşdur. Bu suların qidalanmasına atmosfer çoküntüləri o qədər də təsir etmir. Çünki, sahənin yaşayış binaları və asfalt örtüklə örtülməsi və relyefin meylli olması bura düşən atmosfer çöküntülərinin yamac aşağı axmasına şərait yaradır və ancaq relyefin hamarlaşdığı sahələrdə qrunt sularını qidalandırır. Fikrimizcə Günəşli yaylasının şərq kənar hissəsində Qaraçuxur braxiantiklinalının qərb qanadında xeyli neft quyuları qazılmışdır ki, bunlardan da bir neçəsi buradan keçən meridional istiqamətli tektonik qırılma zonasına düşür. Bu yamacda formalaşan yeraltı sular, göründüyü kimi neft quyuları və tektonik qırılmalarla əlaqədardır. Onu da qeyd edək ki, hazırda qırılma xətti üzərində yerləşmiş quyuların hamısının ağzı bağlıdır və bu quyulardan neft çıxarılmamışdır. Görünür ki, bu quyular vasitəsilə yerin dərin qatlarında sulu horizont kəsilmiş və sonradan sular yer səthinə qalxmağa başlamışdır. Qırılma zonasında əmələ gəlmiş çatlar bu suların yer səthinə çıxmasında kanal rolunu oynamışdır Qeyd olunan bu sular layların yatım istiqamətində qərbə doğru axır. Zığ qəsəbəsi ərazisində təbii su çıxışlarından başqa süni yolla 5-7 m, bəzən də 10 m dərinliyi olan quyular vasitəsilə suyun yer səthinə çıxışları baş verir ki, bu da kənd əhalisinin suya olan tələbatmı müəyyən dərəcədə təmin edir (heyvanların suvarılması və s.). Tədqiqat aparılan sahədə qazılmış mühəndisi-geoloji quyularda qrunt sulara 4.0-15.1 m-də rast gəlinmişdir. Sahədə qazılmış hidrogeoloji quyularda suların statik səviyyəsi 11.50-24.93 m, sərf 0.28 l/san, xüsusi sərf 0.023-0.028 l.s/m-dir Sularda quru qalığın miqdarı 13-17 q/l, sular sulfatlı-natriumli tiplidirlər. Kimyəvi tərkiblərinə görə güclü xlor və güclü sulfat aqressivliyı müşahidə olunur. Hidrogeoloji axtarış işləri zamanı maraqlı bir fakt da müəyyən edilmişdir. Belə ki, 43 saylı binanın ön hissəsində qazılmış HQ-1 saylı quyuda suçəkmə işləri zamanı müəyyən edilmişdir ki, quyu tam susuzdur, amma binanın arxa hissəsində qazıımış HQ-2 saylı quyuda yeraltı suların qərarlaşmış səviyyəsi 11,50 m müəyyən edilmişdir. Bu cür paradoks iki quyu arasından keçən qırılma ilə bağlıdır. Bu qırılma sukeçirməyən tipli dizyunktiv olub, binada yaranan deformasiyalara da zəmin yaratmışdır. Qeyd olunan bu suların gələcəkdə bu sahədə təhlükə yaratmaması üçün yuxarıda qeyd etdiyimiz mövcud qidalanma mənbələrini daim nəzarətdə saxlamaq vacibdir. Bundan başqa, ərazidə salınmış fərdi yaşayış binalarının kanalizasiya xətlərinin ümumi şəhər kanalizasiya xətlərinə qoşulması təmin edilməlidir, əks təqdirdə gələcəkdə bu sahədə çətin problemlər yarana bilər. Quyulardan götürülmüş su nümunələrinin kimyəvi analizlərinin nəticələrinə görə (Mqekv%-lə) Ca-33.06, Mg-51.03, Cİ-53.06, S04 -31.4- dır. Bu da Krlov düsturuna görə Mg- Ca- SO4-Cl tipə aiddir. Minerallaşma dərəcələri 6.5-8.7 mq/l arasında dəyişir.xx xxxxxx 2017-ci il tarixində müşahidə quyularında aparılmış hidrogeoloji monitorinq yeraltı suların səviyyəsinin 0.33 -3.78 m qalxdığına dəlalət edir. Mikroseysmik və ŞEZ tədqiqatları: Ərazidə aparılmış mikroseysmik tədqiqatlar ərazinin mürəkkəb seysmogeoloji quruluşa malik olduğunu göstərmişdir. Bunu seysmik tədqiqatların nəticəsi olan vaxt kəsilişlərində də izləmək mümkün olmuşdur. Emal prosesində kəsilişlərdə müxtəlif dərəcəli qırılmaları və İ və İİ şərti horizontları izləmək mümkün olmuşdur. Ərazidə geoloji kəsilişi təşkil edən süxurlar litoloji baxımından 250 m dərinliyə qədər dəqiq bölgülərə ayrılmış, plikativ və dizyunktiv pozulma və çat zonalarının aşkar edilmiş, çat və pozulmalar bütün uzunluğu boyunca izlənilmiş, süxurların korroziya aktivliyi qiymətləndirilmiş, litoloji-stratiqrafik uyğunsuzluqlar müəyyən edilmiş, ekzogen geoloji proseslərin təzahürləri izlənilmiş, nisbi sukeçirməyən və kollektor xüsusiyyətli layların yatma dərinliyi və qalınlığı müəyvən edilmişdir. Aparılmış vizual texniki araşdırmaların nəticələri: Ekzogen geoloji proseslərin təsirinə məruz qalmış sahədə 1 və 2 mərtəbəli fərdi yaşayış evləritikilmişdir. Bu təhlükəli ərazidə yerləşən 134 fərdi yaşayış evindən 48 ədədi qəzalı, 29 ədədi məhdud işlək, 57 ədədi isə işlək vəziyyətdə olan fərdi yaşayış evlərdir. Bildiririk ki, bu evlərin texniki vəziyyəti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən dəfələrlə baxış keçirilmiş və müvafıq aktlar tərtib edilərək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilmişdir. Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş şifahi məlumata əsasən Zığ qəsəbəsi ərazisində baş vermiş ekzogen geoloji proseslər nəticəsində evləri qəzalı vəziyyətə düşmüş sakinlərə torpaq sahələrinin paylanması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2016-cı il tarixli 407s nömrəli sərəncamı ilə Əmircan-Hövsan avtomobil yolunun 5-ci km-də, yolun sağ tərəfində yerləşən və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin daimi istifadəsində olan 6,0 ha torpaq sahəsinin təyinatı dəyişdirilərək Zığ Bələdiyyəsinin mülkiyyətinə verilmişdir. Ayrılmış torpaq sahəsinin qeydiyyata alınması işinin sürətləndirilməsi məqsədilə aidiyyəti üzrə göstəriş verilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2016-cı il tarixli xx/xx/2950- 12 nömrəli tapşırığı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə müvafiq tapşırıq verilmişdir. Ekzogen geoloji proseslərin inkişaf etdiyi ərazidə yerləşən 43 və 39 nömrəli yaşayış binaları təqribən 1998-ci illərdə inşa olunmuşdur. Binalar 5 mərtəbəli, 8 girişli, zirzəmili və kürsülü olmaqla xarici və daxili divarları mişarlanmış əhəngdaşındandır. Bloklar arasında antiseysmik tikişlər nəzərdə tutulmuşdur. Baxış zamanı 43 nömrəli yaşayış binasının xarici divarlarında pəncərəaltı hissələrdə müxtəlif istiqamətli çatların, binanın kürsü hissəsində və zirzəmidə 2-3 sm enində, binanın daxilində mənzillərdə müxtəlif istiqamətli birtərəfli və keçici çatlar vardır. İstinad divarları seysmik tikişlər olan yerlərdə yuxarı hissədə bir-birinə nisbətən 4-10 sm-ə qədər binaya doğru əyilmişdir. 39 nömrəli binanın 8-ci bloku 7-ci bloka tərəf əyilmiş və yuxarıda bu iki blok tam birləşmış vəziyyətdədir. 43 nömrəli binanın zirzəmisinin bəzi hissələrində, 39-cu binanın ısə 8-ci blokunun zirzəmisində təxminən 10-20 cm qalınlığında suya rast gəlinmişdir. Binada və onun arxasındakı istinad divarında yaranmış çat və deformasiyalara səbəb digər faktorlarla yanaşı yamacın yuxarı hissəsində tikilmiş fərdi yaşayış evlərinin və müxtəlif təyinatlı obyektlərdən axan kanalizasiya və suvarma üçün istifadə edilən suların, atmosfer sularının qruntdan süzülərək binanın və istinad divarının bünövrəsinə sızması nəticəsində özülaltı qruntun yumşalmasına və onun deformasiyaya uğramasına şərait yaratmışdır. Binanın zirzəmisində təqribən 10-20 sm qalınlığında toplanmış suyun bünövrə əsasının yükdaşıma qabiliyyətinin zəifləməsinə şərait yaradır. 43 nömrəli binanın arxa hissəsindəki xarici divarların səki səviyyəsində bir neçə yerdə uzunluğu 3-4 metrə qədər olan üfüqi aralanmalar müşahidə olunur ki, bu da özülün normadan artıq çökməsini göstərir. Həmin hissələrin üst hissəsində xarici və daxili divaraltı özüllərin qeyri-bərabər çökməsindən 3-cü mərtəbəyə qədər hissələrdə müxtəlif istiqamətli çatların intensivliyi müşahidə olunur. Yaşayış binasının 5-6-cı girişləri məhdud işlək, 7 və 8-ci girişlər; qəzalı vəziyyətdədir və binanın dağılması hər an baş verə bilər. Əlavə olaraq bildirirlər ki, 43 və 39 nömrəli binaların aşağı tərəfindən keçən avtomobil yolunun sağ kənarı ilə yığma beton bloklardan pilləli istinad divarları inşa edilmişdir. Aşağıda yerləşən beşmərtəbəli binaya yaxın birinci pillənin hündürlüyü təxminən 4-5 metr, yola bitişik ikinci pillənnin hündürlüyü isə təxminən 7-9 metrdir. Yola bitişik istinad divarının bir hissəsi aşağıdakı binaya doğru əyilmiş, yol ilə divar arasında olan piyadalar üçün səki müəyyən hissələrdə çökmüş, dağılmış və istinad divarı ilə səki arasında torpaqda 10-15 sm-ə qədər aralanmalar əmələ gəlmiş və bu sahədə hər an uçma təhlükəsi baş verə bilər. Ərazidə aparılmış mühəndisi-geoloji planalma zamanı 43 saylı binanın yaxınlığında iki istiqamətdə tektonik qırılmaların keçdiyi və bu qırılmalar boyu fərdi yaşayış evlərinin dağıldığı müəyyən olunmuşdur. Hazırda ərazidə ekzogen geoloji proseslər aktiv fazada inkişaf etməkdədir. Proseslərin qarşısının alınmaması Zığ yamacının şərq və qərb kənarları istiqamətində ekzogen geoloji proseslərin daha da geniş əraziləri əhatə edəcəyi proqnozlaşdırılır. Qeyd olunanları nəzərə alaraq aşağıdakı təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini təklif edirlər: Aparılmış hidrogeoloji və mikroseysmiki tədqiqatların nəticələrinə əsasən ərazidə yeraltı suların səviyyəsinin 15-20 m endirilməsi məqsədilə Zığ qəsəbəsi, H.Aİİahverdiyev küçəsində yerləşən 39 və 43 saylı 5 mərtəbəli yaşayış binalarının ön hissəsində diametri 630 mm və dərinliyi 100 m olan 10 ədəd şaquli drenaj quyularının layihələndirilərək təcili qazılması və istismara verilməsi: Zığ qəsəbəsi, H.Aİİahverdiyev küçəsində yerləşən 39 və 43 saylı 5 mərtəbəli yaşayış binalarının önünündə və binalardan Suraxanı-Zığ şossesinə doğru olan yamacda yerləşən istinad divarlarının tikinti norma və qaydalarının tələblərinə uyğun olaraq yenidən qurulması; Zığ yamacında ekzogen geoloji proseslərə məruz qalmış geoloji mühitin ekopotensialını qorumac məqsədi ilə yerüstü suların idarə olunması üçün yerüstü üfüqi drenaj xətlərinin çəkilməsi; Ekzogen geoloji proseslərə məruz qalmış sahələrdə yeni evlərin və müxtəlif təyinatlı tikinti obyektlərinin tikintisinin qadağan olunması; Ərazidə tikilməkdə olan kanalizasiya sısteminin sürətləndirilməsi; Ekzogen geoloji proseslərin dinamikasında cüzi bir aktivliyin baş verməsi 43 saylı binanın qəzalı vəziyyətdə olan 7 və 8 saylı və məhdud işlək vəziyyətdə olan 5 və saylı bloklarının hər an dağılmasına səbəb ola biləcəyini nəzərə alaraq sakinlərin təcili olaraq təhlükəsiz əraziyə köçürülməsinin təmin edilməsi; Binanın 1- 8 bloklarında və ətrafında yerləşən deformasiyaya məruz qalmış istina divarlarında bərpagücləndirmə işlərinin yerinə yetirilməsi; Yerli İcra Hakimiyyətinə sakinlərin təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlərin yerinə yetirilməsinin tapşırılması. - Suraxanı rayon İcra Hakimiyyətinin «xxxxxxxxxxx» ASC-yə ünvanladığı xx.xx.2019- cu il tarixli 1/386 saylı məktubundan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsində yerləşən 43 saylı binanın (həmin evin 68 saylı mənzili) sakinlərinin təhlükəsizliyinin təmin edilməsi üçün müvafıq tədbirlərin həyata keçirilib keçirilməməsi, keçirilmədiyi təqdirdə hansı tədbirlərin yerinə yetiriləcəyi və sakinlərin mənzillərlə təmin olunub-olunmaması barədə məlumat verilməsi haqqında məktubunuza baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 171s saylı Sərəncamı Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən icra olunaraq Bakı şəhəri, Suraxanı rayonu, Zığ yolu küçəsi 43 ünvanda yerləşən 5 mərtəbəli 8 girişli yaşayış binasının bərpası mümkün olmayan 7-ci və 8-ci girişlərindəki 30 mənzilin sahiblərinə hər kvadratmetr üçün 1000 (bir min) manat hesabı ilə birdəfəlik maddi yardım və bir aylıq kirayə haqqı üçün 200 (iki yüz) manat olmaqla ayrılmış vəsait onların adlarına açılmış müvafiq bank hesablarına köçürülmüş, eləcə də, binanın 1-6-cı girişlərində bərpagücləndirmə işləri aparılmış, 7-8-ci girişləri isə sökülərək ərazi abadlaşdırılmışdır. Həmçinin nəzərinizə çatdırınq ki, sözügedən binanın vətəndaş İddiaçı məxsus ümumi sahəsi 49,43 m2 otaqlı mənilinin boşaldılması müqabilində ayrılmış 49 430 (qırx doqquz min dörd yüz otuz) manat birdəfəlik maddi yardım və bir aylıq kirayə haqqı 200 (iki yüz) manat olmaqla ümumilikdə 49 630 (qırx doqquz min altı yüz otuz) manat vəsait "xxxxxxx" ASC-nin RİH-ə ünvanladığı məktub əsasında vətəndaş İddiaçıla Suraxanı Rayon İcra Hakimiyyəti arasında bağlanmış müqaviləyə uyğun olaraq həmin bankın Müştəri Xidmətləri Departamentində vətəndaşın adına açılmış müvafiq hesaba köçürülmüşdür. - Bakı şəhəri, 24 saylı Notariat Kontorunda xx.xx.2018-ci il tarixdə təsdiq edilmiş birinci tərəf İddiaçı ilə ikinci tərəf Suraxanı rayon İcra Hakimiyyəti arasında bağlanmış xx.xx.2018-ci il tarixli «kompensasiya müqaviləsi»nin 1.1 bəndindən görünür ki, "Birinci tərəf" İddiaçı mülkiyyətində olan Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRXnın Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2015-ci il tarixli Seriya: RX N9 ******* saylı çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsi, ev 43 ünvanında yerləşən 68 saylı mənzildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 171s saylı Sərəncamına əsasən köçürülmə ilə əlaqədar aldığı birdəfəlik maddi yardıma görə “ikinci tərəf”in xeyrinə imtina edir. Həmin müqavilənin 2-ci bəndinə əsasən Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nın xx.xx.2015-ci il tarixli Seriya: RX No ******* saylı çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsi, ev 43 ünvanında yerləşən 68 mənzil "Birinci tərəf»ə məxsusdur. Həmin müqavilənin 3-cü bəndinə əsasən müqavilə bağlananadək yaşayış sahəsi məhkəmə və digər mübahisə predmeti olmamışdir. X1 əldə edilmiş xx.xx.2018-ci il tarixii ********** nömrəli arayışına əsasən mənzil "xxxxxxx" ASC xx.xx.2015-çi il tarixindən yüklülük qeydə alınmışdır. Həmin müqavilənin 4-cü bəndinə əsasən "Birinci tərəf" "ikinci tərəfdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12,03.2018-cl il tarixli 171s saylı sərəncamı ilə muəyyən olunmuş 49430 (qırx doqquz min dörd yüz otuz) manat və 1 (bir) aylıq kirayə haqqı üçün 200 manat olmaqla cəmi 49630 manat məbləğində birdəfəlik maddi yardım almaqla yaşayış sahəsində «İkinci tərəf» in xeyrinə imtina edir. -«xxxxxxx» ASC-nin Suraxanı rayon İcra Hakimiyyətinə ünvanladığı xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, İddiaçı ilə Bank arasında bağlanmış alqı-satqı və ipoteka müqaviləsinə əsasən, AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* N»-li, xx.xx.2015-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət revestrindən çıxarışına əsasən İddiaçı xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsi, ev 43, mənzil 68 verilmiş kreditin təminatı məqsədilə (bankın xeyrinə ipoteka ilə yüklü edilmiş və ipoteka hüququ dövlət qeydiyyatına alınmışdır. Əmlakın mülkiyyətçisi onlara müraciət edərək bildirmişdir ki, həmin ipoteka predmeti olan əmlak Suraxanı rayon İcra Hakimiyyəti tərəfındən sökülmüşdür. Yuxarıda qeyd olunanlan nəzərə alaraq, İddiaçı xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsi, ev 43, mənzil 68-in sökülməsi ilə əlaqədar olaraq Suraxanı rayon İcra Hakimiyyəti tərəfındən ödəniləcək birdəfəlik maddi yardımın İddiaçı "xxxxxxx" ASC-nin Müştəri Xidmətləri Departamentində olan AZ43ATAZ******************** nömrəli bank hesabına köçürülməsini xahiş edilir. - “xxxxxxxxxx" ASC ilə iddiaçı arasında xx.xx.2015-ci il tarixdə PM********** saylı bağlınmış sığorta müqaviləsindən görünür ki, sonuncuya məxsus Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsi, ev 43, mənzil 68-də yerləşən fərdi yaşayış evi sığorta olunaraq, əmlakın yanğından və digər risklərdən sığortası növü üzrə sığorta təminatı almışdır. - xx xxxxxx 2017-ci il tarixli, ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. -15 saylı vəkil bürosunun 301090 saylı xx.xx.2019-cu il tarixli mədaxil qəbzinin əslindən görünür ki, iddiaçı vəkil xidmətlərinə görə 510 manat məbləğində pul ödəmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə «xxxxxxx» ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli 605 AİK nömrəli kredit müqaviləsi üzrə ona Bakı şəhəri, Suraxanı rayonu Zığ qəsəbəsi, Zığ yol küçəsi, ev- 43, mənzil 68-də yerləşən mənzilin alınması məqsədilə Azərbaycan ipoteka fondunun vəsaitləri hesabına 50.000 (əlli min) manat məbləğində kredit verilmişdir. Həmin mənzilin satış qiyməti 61.000 (altmış bir min manat) olmaqla 11.000 (on bir min manat) iddiaçı tərəfindən, 50.000 (əlli min manat) isə kreditor «xxxxxxx» ASC tərəfındən ödənilmiş və bankın xeyrinə ipoteka ilə yüklü edilmiş, həmçinin «xxxxxxxxxx" ASC arasında xx.xx.2015ci il tarixdə PM********** saylı sığorta müqaviləsi bağlanılmış və ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsi, ev 43, mənzil 68-də yerləşən fərdi yaşayış evi sığorta olunaraq, əmlakın yanğından və digər risklərdən sığortası növü üzrə sığorta təminatı almışdır. Sığortalanmış əmlaka 2016-cı ilin yanvar ayında torpaq sürüşməsi nəticəsində maddi zərər dəymiş, iddiaçı tərəf "Cavabdeh" ASC-yə müraciət edərək hadisə ilə bağlı sığorta tədbirlərinin həyata keçırilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, AS-17/1832 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, Cəmiyyətdə sığortalanmış mənzilə zərər dəymədiyindən, mənzildən istifadə edə bilməməyinin səbəbinin ərazidəki ekzogen geoloji proseslərlə əlaqədar binada yaşayışın əhali üçün təhlükəli olması olduğundan və nəticələrinin aradan qaldırılması məqsədi ilə Suraxanı Rayon İcra Hakimiyyəti tərəfındən tədbirlərin həyata keçirilməsi davam etdirildiyindən baş vermiş hadisə sığorta hadisəsi hesab edilmir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdehə sığorta hadisəsi ilə bağlı müraciət etdikdə sığortalı mənzil yerləşdiyi bina qəzalı vəziyyətdə olmaqla sökülməmişdir və bu əsasla da cavabdeh sığorta hadisəsi olmadığı üçün sığorta ödənişini verməkdən imtina etmişdir. Lakin işin araşdırılmış hallarından müəyyən edildiyi kimi sığortalı mənzilin yerləşdiyi bina davam edən ekzoqen proseslərin, sürüşmənin nəticəsində tam yararsız vəziyyyətə düşdüyü üçün sökülməsi labüd olmuşdur. İşin bu halı iş materiallarında olan Azərbaycan Respublikasının FNH-nin Nəsimi rayon məhkəməsinə ünvanladığı xx.xx.2018-ci il tarixli xx/xx-05292 saylı məktubunun, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisində ekzogen geoloji proseslərə məruz qalmış ərazilərdə (sürüşmə, uçqun, çökmə və s.) Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən aparılmış kompleks geoloji tədqiqatların nəticələri haqqında Suraxanı rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli məktubu ilə təqdim edilmiş Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Aİİahverdiyev küçəsi, 43 ünvanında yerləşən yaşayış evinin texniki vəziyyəti haqqında xx.xx.2017-ci il tarixli aktın, Azərbaycan Respublikasinin Fövqəladə Hallar Nazirlliyinin Azərbaycan Respublikası Baş nazirinin müavininə ünvanladığı xx.xx.2017-ci il tarixli məktubun, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlukəsızlıyə Nəzarət Dövləl Agentliyinin Bakı şəhəri, Suraxanı rayonu, Zığ yolu küçəsi, 43 ünvanında yerləşən evin sökülməsinin səbəbi və söküntü işləri ilə bağlı məhkəməyə ünvanladığı xx.xx.2019-cu il tarixli cavab məktubunun, Suraxanı rayon İcra Hakimiyyətinin «xxxxxxxxxxx» ASC-nin Sığorta Hadisələrinin Tənzimlənməsi Departamentinin direktoruna ünvanladığı xx.xx.2017-ci il tarixli məktubla təqdim edilmiş Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisində ekzogen geoioji proseslərə məruz qalmış ərazilərdə (sürüşmə, uçqun, çökmə və s.) aparılmış kompleks geoloji tədqiqatların nəticələri haqqında arayışın məzmunları ilə tam təsdiq edilir. İşin materiallarından görünür ki, torpaq sürüşməsi baş verdiyindən iddiaçının sığortanmış mənzili qəzalı vəziyyətə düşmüş və dövlət orqanları tərəfindən həmin mənzildə yaşayanlarla bərabər qəzalı binanın digər sakinlərinin də təhlükəsizliyini təmin etmək üçün dövlət səviyyəsində kompelks tədbirlər görülmüşdür. Belə olan halda məhkəmə kollegiyası cavabdehin sığorta olunan əmlakla bağlı sığorta hadisəsi olmaması və buna görə də sığorta hadisəsinin baş verməməsinə dair iddiaya olan etirazının əsası kimi istinad etdiyi halları əsassız sayır və hesab edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış siğorta müqaviləsində sığorta ödənişindən imtinaya əsas olan hallar mövcud olmamışdır. Məhkəmə kolegiyası qeyd edir ki, sığorta hadisəsinin baş verməsi və buna əsas olan hallar həm yuxarıda istinad edilən Suraxanı Rayon İcra Hakimiyyətinin «xxxxxxxxxx» ASC- nin İdarə Heyətinin sədrinin müavinə ünvanladığı xx.xx.2019-cu il tarixli 1/386 saylı məktubunda, “xxxxxxxxxx” ASC-nin İdarə heyətinin xx.xx.2012-ci il tarixdə təsdiq etdiyi və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin xx.xx.2012-ci il tarixdə razılaşdırıldığı “Əmlakın yanğından və digər risklərdən sığortası qaydalar”da öz əksini tapmışdır. Belə ki, sözügedən «Qaydalar»ın: - 1.1 bəndinin “c” hissəsinə əsasən yerin çökməsi, qabarması və sürüşməsi əsas təminata müdaxil olan risklərdən biridir. - 2.1 bəndinə əsasən binalar Daşınmaz Əmlak kimi sığorta təminatına daxildir. - 3.1 və 3.1.6 bəndlərinə əsasən yer sürüşməsinə görə dəyən zərər əlavə razılaşmaya uyğun olaraq və əlavə sığorta haqqı ödənilməsi şərti ilə sığorta təminatına daxil edə bilərlər. - 5.1 bəndinə əsasən sığorta haqqının bütövlükdə və ya hissə-hissə ödənilməsi razılaşdırıla bilər. Sığorta haqqı bütövlükdə (sığorta haqqının birinci hissəsi) sığorta şəhadətnaməsi təqdim olunan vaxt və ya sığorta müqaviləsinin başlanğıc tarixindən 30 gün ərzində, (hissələrlə ödənilməsi razılaşdırılarsa, qalan hissələr isə sığorta şəhadətnaməsində göstərilən tarixlərdə) ödənilməlidir. - 19.1 bəndinə əsasən, bu qaydalara əsasən sığortalanmış əmlaka dəymiş zərərin məbləği sığortalı ilə sığortaçı arasındaki razılaşmaya əsasən müəyyən edilir. - 20 hissəyə əsasən sığorta ödənişi hesablandığı zaman sığortalanmış əmlakın hadisə baş verən zamanda olan dəyəri əsas götürülür. - 23.1 bəndinə əsasən sığortaçı müəyyən edilmiş sığorta ödənişini bu qaydalara əsasən müəyyən edilmiş müddət ərzində mütləq ödəməlidir. - 24-cü hissəyə əsasən tərəflər sığorta müqaviləsi üzrə çıxan mübahisələri danışıqlar yolu ilə həll edirlər. Razılığa gəlinmədiyi təqdirdə mübahisələri Azərbaycan Respublikasının mövcud qanunvericiliyində müəyyən olunmuş qaydada aidiyyəti məhkəmələrdə baxılır. Həmçinin də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 883.1-ci maddəsinə görə, sığorta müqaviləsi sığortalının müvafıq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfındən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. - 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. - 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunvericiliyində, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. - 922.3-cü maddəsinə əsasən sığorta hadisəsi baş vermə ehtımalına və (və ya) təsadüfılik əlamətlərinə malik olmalıdır. - 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. - 926.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. - 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada müvafıq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 933.1-ci maddəsinə əsasən sığorta ödənişi aşağıdakılardan hər birinin mövcud olduğu halda həyata keçirilir: - 933.1.1-ci maddəsinə əsasən sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi; - 933.1.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafıq sənəd. - 933.1.3-cü maddəsinə əsasən icbari sığorta qanunlarında və müvafıq sığorta qaydalarında nəzərdə tutulan, sığorta ödənişinin verilməsi üçün tələb olunan digər sənədlər. - 934.1-ci maddəsinə əsasən bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. - 935-ci maddəsində siğorta ödənişindən imtinanm əsasları qeyd olunmuşdur. Beləliklə də məhkəmə hesab edir ki, cavabdeh "Cavabdeh" ASC sığorta ödənişinin verilməsindən imtinanın əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935-ci madəsində qeyd olunan hallardan hər-hansı birinin mövcud olmasını sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. - 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; - 21.1-ci zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuşşəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitindəəldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; - 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; - 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mıilki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki qanunvericiliyin sadalanan normalarının mənasına görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. Məhkəmə kollegiyası işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh "xxxxxxxxxx" ASC tərəfindən iddiaçının sığorta müqaviləsi üzrə hüquqlarının pozulması halına yol verilmiş və o, bu hüquqlarının müdafiəsi üçün məhkəmə müdafiəsi hüququndan istifadə etməkdə haqlı olmuşdur. Lakin bununla belə məhkəmə kollegiyası hesab edir ki, iddia tam deyil, qismən təmin olunmalıdır. Belə ki, işin materiallarından görünür ki, iddiaçıya Azərbaycan İpoteka Fondunun vəsaitləri hesabına 50.000 (əlli min) manat məbləğində kredit verilmiş, sığortalı mənzilin satış qiyməti 61.000 (altmış bir min) manat olmaqla 11.000 (on bir min) manatı iddiaçı tərəfindən, 50.000 (əlli min manat) isə kreditor «xxxxxxx» ASC tərəfındən ödənilmiş və bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Hazırki vaxta kimi iddiaçı tərəfindən ipoteka müqaviləsi üzrə ödənişlər həyata keçirilir. Həmçinin müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 171s saylı Sərəncamı Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən icra olunaraq İddiaçı məxsus ümumi sahəsi 49,43 kv. m 2 otaqlı mənilinin boşaldılması müqabilində ayrılmış 49 430 (qırx doqquz min dörd yüz otuz) manat birdəfəlik maddi yardım və bir aylıq kirayə haqqı 200 (iki yüz) manat olmaqla ümumilikdə 49630 (qırx doqquz min altı yüz otuz) manat vəsait "xxxxxxx" ASC-nin RİH-ə ünvanladığı məktub əsasında vətəndaş İddiaçıla Suraxanı Rayon İcra Hakimiyyəti arasında bağlanmış müqaviləyə uyğun olaraq həmin bankın Müştəri Xidmətləri Departamentində onun adına açılmış müvafiq hesaba köçürülmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, İcra Hakimiyyəti tərəfindən kompensasiya müqaviləsində nəzərdə tutulmuş 49630 manat məbləği iddiaçının bank hesabına köçürülsə də və bu sığorta ödənişi olmasa da, bu məbləğ onun mənzilinin satış qiyməti olan 61000 manat məbləğini əhatə edən vurulmuş ziyanın böyuk bir hissəsini qarşıladığı üçün cavabdeh ona vurulan ziyanın qalan hissəsi olan 11370 manat məbləği sığorta ödənişi kimi iddiaçıya ödəməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən 49630 manat məbləğin 50000 manatlıq sığorta ödənişini tam əhatə etməməsini, eləcə də, iddiaçıya faktiki olaraq vurulan ziyanın məbləğinin 61000 manat olmasını və bu ziyanın da məhz yuxarıda göstərildiyi kimi sığorta hadisəsi nəticəsində baş verməsini nəzərə alır. «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanunu 1.1.19 maddəsinə əsasən sığorta hadisəsi—qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Məhkəmə kollegiyası iddia tələblərinin sığorta ödənişinin gecikdirilmiş cəmi 910 günü üçün (hər gün üçün 8 manat hesabı ilə) hesablanmış 7280 (yeddi min iki yüz) manat məbləğinin tutulması hissəsinin təmin edilməməsi nəticəsinə gəlir və bu nəticəsini sığorta ödənişi ilə bağlı tələbin qismən əsaslı olması və gecikdirmənin obyektiv səbəblərdən baş verməsi ilə (cavabdehin sığorta hadisəsi ilə bağlı dövlət orqanları ilə yazışmaları və iddiaçının ona qarşı iddia qaldırmaqla məhkəmə çəkişmələrinin davam etməsi) əsaslandırır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, işin faktiki hallarını və qanunvericiliyin göstərilən müddəalarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin qismən təmin olunması və cavabdehdən İddiaçı xeyrinə 11370 manat məbləğində pul vəsaitinin, həmçinin 10 (on) manat dövlət rüsumu vəsaitin, 300 manat məbləğində vəkil xərcinin tutulması və iddia ərizəsinin qalan hissədə əsassız olduğundan rədd edilməsi barədə mövqeyi düzgündür. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayətləri təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(006)- 4427/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar