Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6368/2019 07.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı1 vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 18 aprel 2019-cu il tarixli qətnaməsindən cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 oktyabr 2018-ci il tarixli, 2(006)2021/2018 saylı qətnaməsi ilə, iddia tələbi təmin edilərək, Bakı şəhəri, Tbilisi prospekti 1058-ci məhəllədə yerləşən 34 saylı binanın sakinlərinin ümumi mülkiyyətində olan binanın dam hissəsində aparılan qeyri-qanuni tikinti işlərinin aparılmasının dayandırılması, iddiaçıların mövcud hüquqlarının pozulmasınadək mövcud olan vəziyyət bərpa edilməsi və bu hüququ pozan hərəkətlərin qarşısının alınması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 aprel 2019-cu il tarixli, 2(103)-4885/2019 saylı qətnaməsi ilə (hakimlər Ş.Məmmədova sədrlik edən, məruzəçi, V.Həsənov və N.Cəfərov) cavabdeh “xxxx” MMC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 oktyabr 2018-ci il tarixli qətnaməsinin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması q ət edilmişdir. İŞİN HALLARİ: İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh “xxxx ”MMC, X5, üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə qarşı «mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan hərəkətlərin qarşısının alınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “xxxx” MMC tərəfindən Bakı şəhəri, Tbilisi prospekti 1058-ci məhəllədə yerləşən 34 saylı binanın sakinlərinin ümumi mülkiyyətində olan binanın dam hissəsində aparılan qeyri-qanuni tikinti işlərinin dayandırılması, mənzil hüquqlarının pozulanadək müvcud olan vəziyyətin bərpa edilməsi və bu hüququ pozan hərəkətlərin qarşısının alınması barədə qətnamə qəbul edilməsini xahiş etmi şdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə vəsatətdə qoyulan suallar üzrə əlavə məhkəmə-tikinti-texniki ekspertizası təyin edilməklə iş üzrə obyektiv, hərtərəfli, qərəzsiz araşdırma aparılmaqla həqiqətə nail olunmalı, iddianın rədd edilməsi barədə iş üzrə ədalətli qətnamə çıxarılmalıdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 aprel 2019-cu il tarixli qətnaməsinin maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olmadığından ləğv olunmasını və mübahisəli işin yenidən araşdırılması üçün Bakı A pellyasiya Məhkəməsinə göndərilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək Bakı Apellyasiya Məhkəməsinin 18 aprel 2019-cu il tarixli qətnaməsinin maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyindən dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edil mədən, Bakı Apellyasiya Məhkəməsinin 18 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutl ara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 227, Mənzil Məcəlləsinin 35.1, 35.3, 35.4, 180.1, 180.4-cü maddələrinə əsasən işin materialları üzrə gəldiyi nəticədən görünür ki, dayandırılması tələb olunan tikinti işlərinin aparılmasının bina sakinlərinin birgəyaşayış qaydalarına və qanunvericiliyin tələblərinə uyğun olmaması müəyyən olunduğundan iddia tələbi əsaslıdır. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməs i tərəfindən qəbul edilmiş qətnamə işin həqiqi hallarına uyğun olmaqla, iş üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlinmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi, İddiaçı2, İddiaçı1 və İddiaçı3 Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prosepkti 1058-ci məhəllədə inşa edilən 14 mərtəbəli, 3 nömrəli payçıları və sakinləridir. İşin materiallarından görünür ki, iddiaçılar ünvan 1 ünvanda yerləşən “xxxx” MMCnın direktoru X4 bir qrup şəxslərlə birlikdə binanın damında yerləşən, sakinlərin ümumi isifadəsində olan texniki sahəni (liftlər, havalandırma, kanalizasiya, isitmə və soyutma sistemlərinin kommunikasiya xətlərinin yerləşdiyi sahə) əsas layihə sənədlərini kobu d və qanunsuz şəkildə pozmaqla əlavə mənzil tikintisi ilə məşğul olmaqdadırlar. Bu məqsədlə həmin zonaya də əks olunmuş tikinti materialları (kərpic, qum və sair) daşınmış və binanın layihə sənədlərindən kənara çıxılaraq qeyri-qanuni olaraq isti və soyuq su xəttləri çəkilərək sayğaclaşdırılmasını göstərərək, orada aparılacaq hər hansı bir fəaliyyət, sakinlərin narahatçılığına səbəb olmaqla yanaşı binanın yükdaşıyan tikinti konstruksiyasının layihə yükgötürmə qabiliyyətinin azalmasına, yanğın təhlükəsizliyi və havalandırma standartlarının pozulmasına, liftlərin və digər kommunikasiya xətlərinə kənar müdaxilələrin olunmasına, mənzillərin təhlükəsizliyinə və su basmalarına səbəb ola bilməsinə istinad edərək cavabdeh tərəfindən aparılan bu tikinti işləri qanunsuz olması və bu işlərin aparılmas ının qarşısının alınmalı olmasını iddia etmişlər. İş materiallarında olan, sözügedən binanın payçıları və sakinləri tərəfindən tərtib edilmiş və imzalanmış 26 yanvar 2018-ci il tarixli aktdan görünür ki, həmin binanın inşasını həyata keçirmiş və hal-hazırda idarə edilməsini yerinə yetirən ünvan 1 ünvandayerləşən “xxxx” MMC-nin drektoru Xəyyam Aydəmirəvun bir qrup şəxslərlə birlikdə binanın damında yerləşən texniki sahəni (liftlər, havalandırma, kanalizasiya, isitmə və soyutma sistemlərinin kommunikasiya xətlərinin yerləşdiyi sahə) əsas layihə sənədlərini kobud və qanunsuz şəkildə pozmaqla əlavə mənzil tikintisi ilə məşğul olmasına qəti şəkildə etiraz etdiklərini və orada aparılacaq hər hansı bir fəaliyyət sakinlərin narahatçılığına səbəb olmaqla yanaşı binanın yükdaşıyan tikinti konstruksi yasının layihə yükgötürmə qabiliyyətinin azalmasına, yanğın təhlükəsizliyi və havalandırma standartlarının pozulmasına, liftlərin və digər kommunikasiya xətlərinə kənar müdaxilələrin olunmasına, yuxarı mərtəbələrdə mənzillərin təhlükəsizliyinə, su basma və s hadisələrə səbəb olacğını, aiddiyatı olan dövlət qurumlarının bununla əlaqədar təxirəsalınmaz tədbirlərin görülməsini xahiş etmişlər. Cavabdehin etirazının əsasını müzakirə predmetinin yalnız binanın 14-cü mərtəbəsindən sonrakı “mansart” deyilən hissədə içi boş yüngül tipli qırmızı kərpiclər vasitəsilə arakəsmələrin bağlanması və bu yolla texniki otaqların yaradılmasından ibarət olması təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 05.09.2018-ci il tarixli 13901 saylı məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş “təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları ”na əsasən tikililərin inşa edilməsi, həmçinin binalarda hər hansı dəyişikliklərin və yenidənqurma işlərinin aparılması, layihə-smeta sənədləri tərtib edildikdən, müvafiq qaydada ekspertizadan keçirildikdən və aidiyyatı orqanlarla razılaşdırıldıqdan sonra həyata keçirilə bilər. Rəyin tədqiqat prosesinin təsviri hissəsindən görünür ki, baxış zamanı müəyyən olunmuşdur ki, tədqiq olunan yaşayış evi 14 mərtəbədən + 2 texniki mərtəbədən + qaraj sahəsindən ibarət olub, monolit dəmir betondan inşa edilmişdir. Binanın 14-cü mərtəbəsinin üstündə (15-ci mərtəbədə) yerləşən texniki mərtəbəyə baxış zamanı, həmin sahənin bir hissəsində faktiki olaraq qum və kərpic bloklar yığıldığı, su xətti çəkildiyi və sayğac quraşdırıldığı müəyyən edilmiş, lakin hər hansı tikinti işlərinin (əlavə tikinti inşa edilməsi, mərtəbənin artırılması və s.) aparılması müəyyən olunmamışdır. Azərbaycan Republikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, dayandırılması tələb olunan tikinti işlərinin aparılmasının bina sakinlərinin birgəyaşayış qaydalarına və qanunvericiliyin tələblərinə uyğun olmaması müəyyən olunduğundan, apellyasiya instansiyası məhkəməsinin iddia tələbləri və apellyasiya şikayətinin dəlilləri üzrə gəldiyi nəticə əsaslı hesab olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsinə əsasən dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Qanunu bilməmək məsuliyyə tdən azad etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 227-ci maddəsinə əsasən yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ixtiyarı yoxdur ki, yaşayış binasının ümumi əmlakına mülkiyyət hüququndakı payını özgəninkiləşdirsin, habelə həmin payın yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququndan ayrılıqda verilməsinə səbəb olan digər hərəkətləri yerinə yetirsin. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması ü çün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir; Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, çoxmənzilli binada ümumi mülkiyyətin azaldılmasına yalnız həmin binanın yenidən qurulması yolu ilə binanın bütün sahə mülkiyyətçilərinin razılığı ilə yol verilir; Həmin Məcəllənin 35.4-cü maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında qəbul edilmiş qərara əsasən çoxmənzilli binada ümumi mülkiyyət obyektləri digər şəxslərin istifadəsinə verilə bilər, bu şərtlə ki, belə qərar vətəndaşların və hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmasın. Mülki Məcəllənin 180.1-ci maddəsində isə təsbit edilmişdir ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə dəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məhkəmə kollegiyas ı kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, kassatorun müzakirə predmeti kimi binanın 14-cü mərtəbəsindən sonrakı «mansart» deyilən hissədə içi boş yüngül tipli qırmızı kərpiclər vasitəsilə arakəsmələrin bağlanması və bu yolla texniki otaqların yaradılması, bunda da məqsədin texniki işçilərin dincəlməsi, alət və ləavəzimatların saxlanması üçün şərait yaradılmasından ibarət olmasına dair dəlilləri, buna dair hər hansı sübut təqdim edilmədiyi üçün əsassızdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olun muş sübutlar üzrə çıxarılır. Bundan da əlavə, iş materiallarında cavabdehin göstərilən tikinti işlərinin aparılmasının Bakı şəhəri, Nəsimi rayonu Tbilisi prospekti, 1058-ci məhəllədə yerləşən 34 saylı binanın yükdaşıyan tikinti konstruksiyasının layihə yükgötürmə qabiliyyətinin azalmamasına, yanğın təhlükəsizliyi və tikinti ilə əlaqədar digər standartlarının pozulmamasına dair aidiyyatı orqanlarla razılaşdırılmasına dair müvafiq sənədlər də mövcud deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyab r 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218, 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməyərək mahiyyəti üzrə düzgün qətnamə qəbul etmişdir. Buna görə də kassasiya şikayətində göstərilən dəlillər isə əsassız olduğu üçün hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın həmin iş üzrə 18 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6368/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6368/2019
07.10.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver