Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6369/2018 25.10.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin MülkiKollegiyasının QƏRARİ 25 oktyabr 2018-ciil İş № 2(102)-6369/2018 Bakışəhəri AzərbaycanRespublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Qoldman Tatyana Aleksandrovnanın sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlundan və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Qoşqarlı Rəşad Nizami oğlunun katibliyi, Cavabdehin vəkili X16, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" QSC-nin vəkili X19 və İddiaçının vəkili X3ün iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-818/2018 saylı 02 may 2018-ci il tarixli qətnaməsindən Cavabdehun və üçüncü ş əxs "xxxx" QSC-nin ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Göyçay Rayon Məhkəməsinin 19 aprel 2017-ci il tarixli qətnaməsi ilə (hakim F.M.Əfəndiyev, iş № 2(046)-973/2017) İddiaçının Cavabdehə qarşı Göyçay rayonunun keçmiş S.Vurğun adına təsərrüfatın qaytanlı torpaq kitabının 89-cu səhifəsinin 141-ci sırasında X5 adına olan ünvan 1 ünvanda yerləşən 0,15 ha həyətyanı torpaq sahəsinin qeydiyyatının, ünvan 1 ünvanda yerləşən 0,15 ha torpaq sahəsinə, iki mərtəbəli 56 kv.m olan fərdi yaşayış evinə və bir mərtəbəli, 34,2 kv.m olan tövləyə dair X5 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ucar Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli, 17 fevral 2010-cu il tarixli çıxarışın, ünvan 1 ünvanda yerləşən 56 kv.m ümumi, 28 kv.m yaşayış sahəsi, bir otaqdan ibarət olan yaşayış evinə dair X11 və Cavabdeh arasında bağlanmış 01 mart 2010-cu il tarixli, 4Ə-65 reyestr nömrəli bağışlama müqaviləsinin, ünvan 1 ünvanda yerləşən 0,15 ha torpaq sahəsinə, iki mərtəbəli 56 kv.m olan fərdi yaşayış evinə və bir mərtəbəli, 34,2 kv.m olan tövləyə dair Cavabdehin adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ucar Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli, 10 mart 2010-cu il tarixli çıxarışın və daşınmaz əmlakın 10 mart 2010-cu il tarixli, 408-10/178 inventar nömrəli texniki pasportunun, ünvan 1 ünvanda yerləşən 0,15 ha torpaq sahəsinə, iki mərtəbəli 56 kv.m olan fərdi yaşayış evinə d air Cavabdeh və "xxxx" QSC-nin Göyçay filialı arasında bağlanmış 26 iyul 2010-cu il tarixli, KX/M, 26L*******59 nömrəli ipoteka müqaviləsinin ləğv edilərək, etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 avqust 2017-ci il tarixli qətnaməsi ilə (sədrlik edən və məruzəçi hakim Ə.T.Məcidov, hakimlər M.A.Əsədli və İ.F.Quliyev, iş № 2(107)-1533/2017) İddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Göyçay Rayon Məhkəməsinin 19 aprel 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 27 dekabr 2017-ci il tarixli qərarı ilə(sədrlik edən və məruzəçi hakim Ə.Ə.Şadiyev, hakimlər Q.Ə.Allahverdiyev və İ.R.Xələfov, iş № 2(102)-8842/2017) İddiaçının kassasiya şikayə ti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 avqust 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən apellyasiya qaydasında baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 may 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən və məruzəçi hakim G.Q.Abbasov, hakimlər R.R.Rəfiyev və E.Ş.Hüseynov, iş № 2(107)-818/2018) İddiaçının apellyasiya şikayəti təmin edilmiş, Göyçay Rayon Məhkəməsinin 19 aprel 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılaraq İddiaçının iddiası təmin edilmiş, Göyçay rayonu keçmiş S.Vurğun adına təsərrüfatın qaytanlı torpaq kitabının 89-cu səhifəsinin 141-ci sırasında X5 adına olan ünvan 1 ünvanda yerləşən 0,15 ha həyətyanı torpaq sahəsinin qeydiyyatının et ibarsız hesab edilməsi, həmin qeydiyyat əsasında X5 adına verilmiş ünvan 1 ünvanda yerləşən 0,15 ha torpaq sahəsinə, iki mərtəbəli 56 kv.m olan fərdi yaşayış evinə və bir mərtəbəli, 34,2 kv.m olan tövləyə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ucar Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli, 17 fevral 2010-cu il tarixli çıxarışın, ünvan 1 ünvanda yerləşən 56 kv.m ümumi, 28 kv.m yaşayış sahəsi, bir otaqdan ibarət olan yaşayış evinə dair X11 və Cavabdeh arasında bağlanmış 01 mart 2010-cu il tarixli, 4Ə-65 reyestr nömrəli bağışlama müqaviləsi etibarsız hesab edilməklə, ünvan 1 ünvanda yerləşən 0,15 ha torpaq sahəsinə, iki mərtəbəli 56 kv.m olan fərdi yaşayış evinə və bir mərtəbəli, 34,2 kv.m olan tö vləyə dair Cavabdehin adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ucar Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli, 10 mart 2010-cu il tarixli çıxarışın və daşınmaz əmlakın 10 mart 2010-cu il tarixli, 408-10/178 inventar nömrəli texniki pasportun ləğv edilməsi, ünvan 1 ünvanda yerləşən 0,15 ha torpaq sahəsinə, iki mərtəbəli 56 kv.m olan fərdi yaşayış evinə dair Cavabdeh və "xxxx" QSC-nin Göyçay filialı arasında bağlanmış 26 iyul 2010-cu il tarixli, KX/M, 26L*******59 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. Göstərilən qətnamədən Cavabdeh və üçüncü şəxs "xxxx" QSC ayrı-ayrılıqda kassasiya şikayətləri vermişlər. İşin halları: İddiaçı məhkəmədə iddia qaldıraraq, ünvan 1 ünva nda yerləşən 0,15 ha torpaq sahəsinə və fərdi yaşayış evinə dair Cavabdehin adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ucar Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın və daşınmaz əmlakın texniki pasportunun etibarsız sayılmasına dair qətnamə çıxarılmasını xahiş etmiş, sonradan iddia tələbinin həcmini artıraraq, Göyçay rayonunun keçmiş S.Vurğun adına təsərrüfatın qaytanlı torpaq kitabının 89-cu səhifəsinin 141-ci sırasında X5 adına ünvan 1 ünvanda yerləşən 0,15 ha həyətyanı torpaq sahəsinin qeydiyyatının, ünvan 1 ünvanda yerləşən 0,15 ha torpaq sahəsinə, iki mərtəbəli 56 kv.m olan fərdi yaşayış evinə və bir mərtəbəli, 34,2 kv.m olan tövləyə dair X5 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanınd a Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ucar Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli, 17 fevral 2010-cu il tarixli çıxarışın, ünvan 1 ünvanda yerləşən 56 kv.m ümumi, 28 kv.m yaşayış sahəsi, bir otaqdan ibarət olan yaşayış evinə dair X11 və Cavabdeh arasında bağlanmış 01 mart 2010-cu il tarixli, 4Ə-65 reyestr nömrəli bağışlama müqaviləsinin, ünvan 1 ünvanda yerləşən 0,15 ha torpaq sahəsinə, iki mərtəbəli 56 kv.m olan fərdi yaşayış evinə və bir mərtəbəli, 34,2 kv.m olan tövləyə dair Cavabdehin adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ucar Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli, 10 mart 2010-cu il tarixli çıxarışın və daşınmaz əmlakın 10 mart 2010-cu il tarixli, 408-1 0/178 inventar nömrəli texniki pasportunun, ünvan 1 ünvanda yerləşən 0,15 ha torpaq sahəsinə, iki mərtəbəli 56 kv.m olan fərdi yaşayış evinə dair Cavabdeh və "xxxx" QSC-nin Göyçay filialı arasında bağlanmış 26 iyul 2010-cu il tarixli, KX/M, 26L*******59 nömrəli ipoteka müqaviləsinin ləğv edilərək etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1974-cü ildən mərhum X17 adına ünvan 1 ünvanda yerləşən 0.30 ha həyətyanı sahəsi və onun üzərində 1950-ci ildə tikilmiş bir mərtəbəli iki otaqdan ibarət olan ev və 1960-cı ildə tikilmiş tövlə vardır. Göyçay rayon notariat kontorunun 18 may 1990-cı il 6 nömrəli alqı-satqı müqaviləsinə əsasən mərhum X22 ünvan 1 ünvanda yerləşən həmin evin 1/2 hissəsini və həyətyanı torpağın 300 kv.m sah əsini X8 satmışdır. 1993-cü il tarixdə həmin ünvanda yerləşən 0.27 ha torpaq sahəsinin üzərində əlavə olaraq 2 mərtəbəli ev tikilmişdir. Mərhum X22 23 yanvar 2007-ci il tarixdə vəfat etmiş və mərhum ünvan 1 ünvanda yerləşən evi, həyətyanı sahəni və pay torpağını 10 yanvar 2007-ci il tarixli vəsiyyətnamə ilə ona vəsiyyət etmişdir. ünvan 1 ünvanda yerləşən evi, həyətyanı sahəni və pay torpağını vəsiyyətnamə üzrə qəbulu ilə bağlı Göyçay rayon notariat kontoruna ərizə ilə müraciət etmiş və ona pay torpağına dair vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, digər miras əmlakla bağlı isə ona şəhadətnamə verilməmişdir. Çünki, həmin evin 1/2 hissəsi və həyətyanı torpağın 0.27 ha torpaq sahəsinin sənədləri tam hazır deyildir. Bundan sonra 2015-ci ildə həmin ünvanda yerləşən onu n yaşadığı evə "xxxx"ın işçiləri gələrək, orada bildirmişlər ki, bu evə və torpaq sahəsinə görə cavabdeh öz adına sənəd çıxarmış və həmin əmlakı bankda girov qoyaraq pul götürmüşdür. Bundan sonra bu məsələyə aydınlıq gətirilməsi üçün 2015-ci ilin iyul ayında Göyçay rayon İcra Hakimiyyətinə məktubla müraciət etmiş və onun müraciətinə cavab olaraq məhkəməyə və hüquq mühafizə orqanlarına müraciət edilməsi tövsiyyə olunmuşdur. 2015-ci ilin iyul ayında mübahisəli evin və torpaq sahəsinin hansı əsaslarla cavabdehin mülkiyyətinə keçməsi və həmin sənədlərin surətinin verilməsi barədə məktubla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə müraciət etmiş və onun müraciətinə cavab olaraq ona Daşınmaz Əmlakın Dövlə t Reyestri haqqında Qanunun 5-ci maddəsinə əsaslanaraq imtina cavabı verilmişdir. Bundan sonra onun ailəsində hüzr düşdüyünə və maddi vəziyyəti çox pis olduğuna görə, o bir müddət bu məsələ ilə bağlı məşğul ola bilməmişdir. 18 yanvar 2017-ci il tarixdə Göyçay rayon notariat kontoruna müraciət edərək vəsiyyətnamə üzrə miras əmlakının qəbulu ilə bağlı mübahisəli daşınmaz əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Onun müraciətinə əsasən həmin notariat kontoru 19 yanvar 2017-ci il tarixli, 42 nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ucar Ərazi İdarəsinə təqdim edilməsi üçün məktub vermişdir. Həmin məktubda qeyd olunmuşdur ki, mərhum X5in adına həmin evə və həyətyanı sahəsinə dair hüquq müəyyənedici sənəd olmadığı üçün, ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün deyildir. Sonunda isə həmin məktubda həmin əmlakın mülkiyyət hüququ mərhum X5ə məxsus olmasına dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış və texniki pasport verilməsinin mümkünlüyü məsələsinə baxılmasını xahiş edilmişdir. Həmin məktubu Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ucar Ərazi İdarəsinə poçt vasitəsilə 26 yanvar 2017-ci il tarixdə göndərmişdir. Mübahisə məhkəmə instansiyaları tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Cavabdeh və onun vəkili X6 kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-818/2018 saylı 02 may 2018-ci il tarixli qətnaməsinin ləğv edilərək, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262ci maddəsinə müvafiq olaraq iddianın tamamilə rədd edilməsinə və iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətində göstərilir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, iş üzrə iddiaçı tərəfin kassasiya şikayətinə əsasən işə əvvəlcə baxan Azərbaycan Respublikasının Ali Məhkəməsi işin halları ilə bağlı hüquqi təfsir vermişdir. Həmin təfsirlə bağlı şərh səthi olmuşdur. Qərarda vurğulanır ki, "X22 tərəfindən, X9 0,15 ha torpaq sahəsi satması barədə arxivdən heç bir məlumat tapılmamışdır.... Dövlət Arxinin Göyçay filialından verilən arayışdan görünür ki, Göyçay rayon Ərəb kəndi S.Vurğun adına kolxozun qaytanlanm ış kitabı və.. KİHB 03.04.1994 tarixli məktubu arxivə verilməmişdir; X12 ilə X13 arasında bağlanmış...alqı-satqı müqaviləsi istisna olmaqla, 0,15 ha torpağın satılmasına dair hər hansı sənədin olmamasına apellyasiya məhkəməsi hüquqi qiymət verməmişdir..." və sairə. İşə yenidən baxan Şəki Apellyasiya Məhkəməsi hazırda mübahisələndirilən qətnaməsi ilə iddiaçının tələbinin tam şəkildə təmin olunmasına dair qanunsuz və əsassız qətnamə çıxarmışdır. Məhkəmənin qətnaməsinin qanuni olması qanunvericilikdə əksini tapmışdır. Amma, Şəki Apellyasiya Məhkəməsinin 02.05.2018 tarixli, 2(107)-818/2018 saylı qətnaməsi ilə qanunlar və faktlar ayaq altına atılmışdır. Belə ki, X22 özünə məxsus həyətyanı torpaq sahəsinin 0,3 ha sahəsini və üzərində yerləşən evin 1/2 hissəsini, Göyçay rayon notariat kontorund a 18 may 1990-cı il tarixində, 6 nömrəli alqı-satqı müpaviləsinə əsasən, X9 satmışdır. Bu necə ola bilər ki, məhkəmənin nəzərindən qaçsın. Bundan başqa, kassasiya şikayətinə görə nə birinci instansiya məhkəməsi, nə Şəki Apellyasiya Məhkəməsi və nə də Azərbaycan Respublikası Ali Məhkəməsinin və yenidən Şəki Apellyasiya Məhkəmələrinin araşdırılmalarında, həmin iş üzrə İddiaçı, cavabdehə qarşı irəli sürdüyü iddia ərizəsində, istinad etdiyi "vəsiyyətnamə"nin həqiqiliyi araşdırılmamışdır. Həmin "vəsiyyətnamə", adi gözlə baxıldığında, saxtakarlıq ortaya çıxır. Amma, məhkəmələr və o cümlədən də cavabdeh, bu hüquqi saxtakarlığı görməmişlər. Göyçay xüsusi notariusuna verilən vəkil sorğusuna cavabdan bəlli olur ki, iş üzrə iddiaçı- İddiaçı adına heç bir vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsi veri lməmişdir. Beləki, DƏDRX Ucar Ərazi İdarəsinə göndərilən 19.01.2017 tarixli 42 saylı məktubda bildirilir ki, "məlum edirəm ki, Göyçay rayon birinci Ərəbcəbirli kəndində yaşayan İddiaçı 19.01.2017 tarixdə ərizə ilə Göyçay rayon notariat kontoruna müraciət edərək, 23.01.2007 tarixdə vəfat etmiş X17 miras qalmış Göyçay rayon birinci Ərəbcəbirli kəndində yerləşən fərdi yaşayış evinə vəsiyyətnamə üzrə vərəsəli şəhadətnaməsi verilməsini bildirir. Lakin mərhum X17 adına həmin evə dair hüquqmüəyyənedici sənədin olmadığı üçün ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün deyil....". Beləliklə, kassasiya şikayətinə görə, iş üzrə iddiaçı qismində çıxış edən İddiaçı belə bir hüquqla məhkəməyə müraciət etmək kimi səlahiyyətləri də yoxdur. Ona görə də iş üzrə icraata xitam verilməlidir. Mül ki işin icraatına xitam verilməsi əsasları MPM-in 262-ci maddəsində əksini tapmışdır. Çünki, iş üzrə iddiaçı, mübahisənin tərəfi deyildir, tərəf olmadığı halda onun iddia tələbi irəli sürmək kimi hüququ da yoxdur. Azərbaycan Respublikası MPM-nin 151-153-cü maddələrində isə iddia ərizəsinin geri qaytarılması əsasları verilmişdir. Məhkəmə, iş materiallarını araşdırarkən iddianı mümkün saymamalı idi. Vətəndaşın hər hansı əmlaka mülkiyyət hüququ, onun Dövlət Reyestrində qeydiyyatdan keçdikdən sonra yaranır. Mərhumə-X17 Dövlət Reyestrində qeydiyyatdan keçən hər hansı bir əmlakı aşkar edilmədiyindən, vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsi tərtib edilməmişdir və belə bir şəhadətnamə də yoxdur. Digər tərəfdən, aradan tam 10 il keçdikdən sonra vərəsəliklə bağlı müraciət olunmuş, bu hal da araş dırılmamışdır. Bundan başqa, üçüncü şəxs "xxxx" QSC və onun vəkili C.B.Alıyev kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-818/2018 saylı 02 may 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayəti onunla əsaslandırılır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, o cümlədən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.4, 140, 269.1-ci maddələrinin və Azərbaycan Respublikası MPM-nin 88, 217, 218.1-ci maddələrinin tələblərinə riayət etməməklə, nəticədə qanunvericiliyin tələblərini pozmaqla, əsassız qətnamə qəbul etmişdir. Kassasiya şikayətində göstərilir ki, Azərbaycan Respublikası Əmlak Məsələlər i Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ucar Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli, 10 mart 2010-cu il tarixli çıxarışa əsasən 0,15 ha torpaq sahəsi və iki mərtəbəli 56 kv.m. olan fərdi yaşayış evi Cavabdehna məxsusdur. "xxxx" QSC Mülki Məcəllənin 140-cı maddəsini əsas götürərək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası əsaslanmış və hazırki ipoteka müqaviləsini bağlamışdır. Lakin Şəki apellyasiya məhkəməsi ipoteka müqaviləsini etibarsız hesab etməklə həmin maddi normanı düzgün tətbiq etməyərək pozmuşdur. ünvan 1 ünvanda yerləşən 0,15 rha torpaq sahəsinə, iki mərtəbəli 56 kv.m. olan fərdi yaşayış evinə dair Cavabdeh və "xxxx" QSC-nin Göyçay fılialı arasında 26 iyul 2010-cu il tarixli KX/M 26L* ******59 nömrəli ipoteka müqaviləsi bağlanmamışdır. Həmin əmlaka dair Cavabdeh və "xxxx" QSC-nin Göyçay filialı arasında bağlanmış 26.07.2010cu il tarixli 26S*******85 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Belə məlum olur ki, apellyasiya intansiyası məhkəməsi işi hərtərəfli araşdırmamış, nəticədə obyektiv olmayan qeyri-müəyyən iddia tələbini təmin etmiş və prosessual pozuntuya yol vermişdir. Bundan başqa, ünvan 1 ünvanda yerləşən 0,15 ha torpaq sahəsinə, iki mərtəbəli 56 kv.m olan fərdi yaşayış evinə və bir mərtəbəli, 34,2 kv.m olan tövləyə dair İddiaçı hər hansı bir hüquq müəyyən edici sənədləri yoxdur. Hazırkı iş üzrə o, mübahisəli daşınmaz əmlakların mülkiyyətçisi deyildir və ipoteka predmeti barəsində subyektiv hüquqa malik olmadığından ipoteka müqaviləsinin etibarsızlığını da tələb edə bilməzdi. Kassasiya şikayətinə görə, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra vətəndaş mülkiyyəti təsdiq edən sənədi əldə edə bilər. Həmin evə dair İddiaçı Sədrəddin oğlunun mülkiyyət hüququ təsdiq olunmadan Şəki Apellyasiya Məhkəməsi 26 iyul 2010-cu il tarixli KX/M 26L00000059 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarmış, bununla da maddi və prosessual normalarını pozmuşdur. Özüdəki iş materiallarında belə bir ipoteka müqaviləsi yoxdur. Prosessual məsələlər: Kassasiya instansiyası məhkəməsində işə baxılarkən Cavabdehun vəkili X23 cavabdehin kassasiya şikayətinin məzmununa uyğun izahat verməklə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-818/2018 saylı 02 may 2018-ci il tarixli qətnaməsinin ləğv edilərək, Azərbaycan Respublikası Mü lki Prosessual Məcəlləsinin 262ci maddəsinə müvafiq olaraq iddianın tamamilə rədd edilməsinə və iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" QSCnin vəkili X26 üçüncü şəxsin kassasiya şikayətinin məzmununa uyğun izahat verməklə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-818/2018 saylı 02 may 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili Hümbətov Azər Oqtay oğlu kassasiya instansiyası məhkəməsində işə baxılarkən izahat verərək kassasiya şikayətlərini qəbul etmədiyini bildirmiş və Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-818/2018 saylı 02 may 20 18-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, Cavabdeh, üçüncü şəxs "xxxx" QSC-nin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci və apellyasiya inst ansiyaları məhkəmələri tərəfindən sübut kimi müəyyən olan faktlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlayarkən iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırmaq kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası işin materiallarını tədqiq edərək, məruzəçini, işdə iştirak edən şəxslərin vəkillərini dinləyərək, kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırki işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş və bununla əlaqədar qəbul olunmuş qətnamə qanunsuz olmaqla aşa ğıdakı əsaslara görə ləğv edilməlidir. Birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş işin faktiki hallarından görünür ki, 1974-cü ildən mərhum X17 adına ünvan 1 ünvanda yerləşən 0.30 ha həyətyanı sahəsi və onun üzərində tikilmiş bir mərtəbəli iki otaqdan ibarət olan ev və tövlə olmuşdur. Göyçay rayon notariat kontorunun 18 may 1990-cı il 6 nömrəli alqısatqı müqaviləsinə əsasən mərhum X22 ünvan 1 ünvanda yerləşən həmin evin 1/2 hissəsini və həyətyanı torpağın 300 kv.m sahəsini X8 satmışdır. X5nın adına olan 12 mart 1990-cı il tarixli evin Qeydiyyat vəsiqəsində onun mülkiyyətində 2 otaqlı ev olması göstərilmişdir. İddiaçı mərhum X13ün vəsiyyət üzrə vərəsəsidir. Göyçay rayonunun keçmiş S.Vurğun adına təsərrüfatın qaytanlı torpaq kitabının 89cu səhifəsinin 141-ci s ırasında rayonun 1-ci Ərəbcəbirli kənd sakini X6 adına 0,15 hektar həyətyanı torpaq sahəsinin qeydiyyatı olmuşdur. Bu qeydiyyat və digər sənədlər əsasında Göyçay rayonunun 1-ci Ərəbcəbirli kəndində 0,15 ha torpaq sahəsində bir otaqlı, ümumi sahəsi 56 kv.m, yaşayış sahəsi 28 kv.m-dən ibarət olan fərdi yaşayış evi X6 adına 17 fevral 2010-cu il tarixdə **********80-10301 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Sonuncu dəfə X12 Göyçay rayon dövlət notariat kontorunun 01 mart 2010-cu il tarixli, 4Ə-65 saylı bağışlama müqaviləsinə əsasən sözügedən fərdi yaşayış evini Cavabdehə bağışlamışdır. Göyçay rayon dövlət notariat kontorunun 01 mart 2010-cu il tarixli 4Ə-65 saylı bağışlanma müqaviləsinə əsasən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi, 0,15 ha həyəty anı torpaq sahəsi 10 mart 2010-cu il tarixdə **********80-10301 reyestr nömrəsi ilə Cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi 0,15 ha həyətyanı torpaq sahəsi 26 iyul 2010-cu ildən 26 iyul 2020-ci il tarixədək müddətinə "xxxx" QSC-nin Göyçay filialının xeyrinə yüklü edilmişdir. İddiaçı mərhum X13ə məxsus həmin torpaq sahəsinin 0,15 ha hissəsinin qanuni əsas olmadan X8in adına keçirildiyini bildirmiş və həmin əsasa görə Göyçay rayonunun keçmiş S.Vurğun adına təsərrüfatın qaytanlı torpaq kitabının 89-cu səhifəsinin 141-ci sırasında X5 adına ünvan 1 ünvanda yerləşən 0,15 ha həyətyanı torpaq sahəsinin qeydiyyatının ləğv edilərək etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Digər tələblər həmi n tələbdən törəmədir. Lakin cavabdehin nümayəndəsi iddiaya etiraz edərək 1990-cı ildə X17 Zərifə Əsgərovaya yaşayış evinin 1/2 hissəsini satdığını, 01 mart 2010-cu il tarixdə bacısı Zərifə Əsgərova ünvan 1 ünvanda yerləşən 0,15 ha torpaq sahəsini və 56 kv.m ümumi, 28 kv.m yaşayış sahəsindən ibarət bir otaqlı evini cavabdehə bağışladığını, ünvan 1 ünvanda yerləşən 0,15 ha torpaq sahəsinə və fərdi yaşayış evinə dair Cavabdehin adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ucar Ərazi İdarəsi tərəfindən verilmiş çıxarış və daşınmaz əmlakın texniki pasportu tam qanuni şəkildə verildiyini, sənədləşdirmə işləri aparılarkən heç bir qanun pozuntusuna yol verilmədiyini, cavabdehə qarşı qaldırılmış iddia əsassız olduğuna görə iddian ın rədd edilməsini xahiş etmişdir. İşə apellyasiya qaydasında yenidən baxan apellyasiya instansiyası məhkəməsi, Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə istinad edib kassasiya instansiyası məhkəməsinin qərarında şərh edilən göstərişlərini nəzərə alaraq qeyd etmişdir ki, X9 0.15 ha torpaq sahəsinin ayrılması barədə və həmin torpaq sahəsinin ayrılmasına əsas olan sənədlərin rayon icra hakimiyyətinin arxivində saxlanılmadığı, aqrar islahatlar zamanı rayon ərazisində fəaliyyət göstərən və ləğv edilmiş kolxoz və sovxozlara məxsus sənədlərin Milli Arxiv İdarəsinin Göyçay rayon şöbəsinə təhvil verildiyi işdən görünsə də, Azərbaycan Respublikası Milli Arxiv idarəsi, Dövlət Arxivinin Göyçay filialının 06 aprel 2017-ci il tarixli №32 saylı arxiv arayışında Göyçay rayonu üzrə bütün kolxozları nın qaytanlanmış kitablarının DT və XK-ın idarəsində saxlanıldığı və həmin idarə ləğv olunduqdan sonra bütün kitabların DƏDRX-in Ucar ərazi idarəsinə təhvil verildiyi, arxivdə Göyçay rayon 1-ci Ərəbcəbirli kənd sakini X13 X9 0.15 ha torpaq sahəsinin satması ilə bağlı heç bir məlumatın tapılmadığı göstərilmiş, Azərbaycan Respublikası Milli Arxiv idarəsi, Dövlət Arxivinin Göyçay filialınının 14 aprel 2017-ci il tarixli 225 nömrəli arxiv arayışında Göyçay rayon Ərəb kəndi S.Vurğun adına kolxozun qaytanlanmış torpaq kitablarının arxivə təhvil verilmədiyi, təqdim olunmuş qaytanlı kitabın 89-cu səhifəsində göstərilən torpaq sahəsinin ayrılması üçün əsas kimi qeyd olunan KİHB-ın 03 aprel 1994cü il tarixli məktubunun arxivə təhvil verilmədiyi, həmçinin arxivdə X9 1-ci Ərəbcəbirli kəndində 0.15 ha torpaq sahəsinin ayrılması barədə hər hansı bir sənədin olmadığı göstərilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinin аrxivində sаxlаnılаn Dövlət Torpaq və Xəritəçəkmə komitəsinin 23 aprel 2009-cu il tarixli 96 saylı arayışından görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə komitəsinin Göyçay rayon şöbəsi bildirir ki, Göyçаy rayonu 1-ci Ərəbcəbirli kənd sakini X12 həqiqətən rayonun keçmiş S.Vurğun adına təsərrüfatının qaytanlı torpaq kitabının 89-cu səhifəsinin 141-ci sırasında onun adına 0,15 hektar həyətyanı torpaq sahəsinin qeydiyyatı vardır. Apellyasiya instansiyası məhkəməsi işdə olan sənədləri tədqiq edərək X6 mövcud olmayan bir hüquq əsasında torpaq sahəsini əldə etməsi qənaəti nə gəlmişdir. Belə ki, mübahisəli torpaq sahəsinin qanuni əsaslarla cavabdehə veriməsini özündə ehtiva edən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinin məktubu heç bir hüquqi sənəd olmayaraq, məzmunu qeyri-müəyyən olan S.Vurğun adına təsərrüfatın qaytanlı torpaq kitabının 89-cu səhifəsinin 141-ci sırasında Zərifənin adına 0,15 hektar həyətyanı torpaq sahəsinin qeydiyyatı olmasına dair arayışa əsaslanmışdır. Halbuki, Zərifənin hansı hüquq və əsasla S.Vurğun adına təsərrüfatın qaytanlı torpaq kitabının 89-cu səhifəsinin 141-ci sırasında adına 0,15 hektar həyətyanı torpaq sahəsinin qeydiyyata alınması iş materialları ilə təsdiq edilmir. İşdə Dövlət Torpaq və Xəritəçəkmə komitəsinin Göyçay rayon şöbəsini n arayışından başqa X6nın mübahisəli torpaq sahəsi üzərində hüquqlarının hansı əsasla qeydiyyata alınmasına dair sübut mövcud deyildir. Bu səbəbdən də onun qeyd edilən torpaq sahəsi barəsində sərəncam vermək hüququ yaranmadığı halda, o mübahisəli torpaq sahəsini özgəninkiləşdirmişdir. X18ə məxsus mübahisəli torpaq sahəsinin heç bir hüquqi əsas olmadan X6 adına təsərrüfat başına kitabda qeydiyyata alınması mübahisəli torpaq sahəsi üzərində mülkiyyətçinin X6 olması qənaətinə gəlinməsinə əsas vermir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hər hansı şəxsə hüquq müəyyən edici sənədlərin verilməsi üçün onun hüququ ya mövcud olmalı, ya da gözlənilən olmalıdır. Təsərrüfat başına kitabda isə X6 hansı hüquq əsasında qeydə alınmasına, X17 X9 0,15 ha torpaq sahəsini satmasına, bağışlam asına, vəsiyyət etməsinə və.s. dair heç bir sübut aşkar edilməmişdir. Göründüyü kimi, Göyçаy rayonu keçmiş S.Vurğun adına təsərrüfatın qaytanlı torpaq kitabının 89-cu səhifəsinin 141-ci sırasında Göyçаy rayonu 1-ci Ərəbcəbirli kənd sakini X6 аdınа tоrpаq sаhəsi üzərində hüququ qeyri-müəyyən səbəblərdən qeydiyyata alınmış və yuxarıda göstərilən mübahisəli reyestrdən çıxarış ilə rəsmiləşdirilmişdir. Nəticədə isə həmin torpaq sahəsinə dair iddiaçının mülkiyyət kimi qiymətləndirilməli olan istifadə hüququ pozulmuş, o, vəsiyyətnamə üzrə vərəsə kimi həmin torpaq sahəsinin əvəzsiz olaraq mülkiyyətinə verilməsi imkanından məhrum olmuş, həmin torpaq sahəsinə dair mülkiyyət hüququnu həyata keçirə bilməmişdir. Bundan başqa, apellyasiya insansiyası məhkəməsi cavabdehin nümayəndəsinin izahatına tənqidi yanaşıb qeyd etmişdir ki, X20 evin tikintisi üçün X5ə pul verdiyini iddia etsə də, bu barədə heç bir sübut təqdim edə bilməmişdir. Əksinə, onun özünün izahatı ilə dolayısı ilə təsdiq edilir ki, mübahisəli evin tikintisi X5 tərəfindən həyata keçirilmişdir. Buna görə də apellyasiya məhkəməsi hesab etmişdir ki, Göyçay rayonu keçmiş S.Vurğun аdınа təsərrüfаtın qаytаnlı tоrpаq kitаbının 89-cu səhifəsinin 141-ci sırаsındа X5 аdınа ünvan 1 ünvanda yerləşən 0,15 ha həyətyаnı torpaq sahəsinin qeydiyyаtı əsassız olduğundan etibarsız hesab edilməlidir. Məhkəmə Kollegiyası ilk növbədə qeyd edir ki, mülkiyyət hüququnun, o cümlədən torpağa mülkiyyət hüququnun müdafiəsi, qanunla müəyyən edilmiş məhdudiyyətlər istisna olmaqla maneəsiz həyata keçirilməsi, bu hüquqların müdafiəsi ilə ictimai mənafelər və d övlət maraqları arasında ədalətli tarazlığın təmin edilməsi hüquqi dövlətin qarşısında duran ən mühüm vəzifələrdəndir. Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Konstitusiyanın 25-ci maddəsinə əsasən iddiaçı və cavabdeh qanun və məhkəmə qarşısında bərabərdirlər, məhkəmə tərəfindən isə onlar arasında yaranmış mübahisəyə çəkişmə və tərəflərin hüquq bərabərliyi prinsipinə uyğun olaraq baxılmalıdır. Tə rəflərin məhkəmə prosesində bərabərliyi onların tələb və etirazlarının əsaslandırılması üçün gətirdiyi dəlillərə qərəzsiz qiymət verilməsindən ibarətdir. Sübutlara verilmiş qiymətin nəticəsi məhkəmə tərəfindən qəbul olunmuş qətnamənin əsaslandırıcı hissəsində göstərilir. Məhkəmə qətnamənin həmin hissəsində hər hansı qənaətə gələrkən əsaslandığı sübutları və hər hansı bir sübutun rədd edilməsinin əsaslarını göstərməlidir (MPM-nin 220.4-cü maddəsi). Ali Məhkəmənin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında verdiyi izaha əsasən, əgər məhkəmə sübutlara qiymət verərkən təqdim olunmuş hər hansı materialların, şahid ifadələrinin, digər faktiki halların tərəflərin özlərinin tələb və etirazlarının əsaslandırılması məqsədi ilə istinad etdikləri halları təs diq etmədiyini müəyyən edərsə, qətnamənin əsaslandırıcı hissəsində gəldiyi nəticəni qaneedici şəkildə əsaslandırmalıdır. İş üzrə obyektiv həqiqətin müəyyən olunması məhkəmə tərəfindən sübutların tədqiqi əsasında həyata keçirilir. Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). Belə liklə, sübutetmə yalnız qanunda göstərilmiş sübutlar vasitəsi ilə və müəyyən olunmuş prosessual qaydada həyata keçirilə bilər. Bu məhkəmənin işin halları barədə həqiqi, etibarlı məlumat əldə etməsini təmin edir, mülki işin düzgün həlli üçün əhəmiyyət kəsb edən faktlar barəsində məhkəmənin gəldiyi nəticələri mahiyyəti üzrə düzgün olmaqla bərabər həm də sübutlu edir. Təqdim olunmuş materiallardan görünür ki, hazırki iş üzrə mübahisənin faktiki əsası mərhum X22 tərəfindən İddiaçı 10.01.2007-ci il tarixdə vəsiyyət edilmiş ünvan 1 ünvanda yerləşən 0,27 ha həyətyanı torpaq sahəsi, onun üzərində tikilmiş bir mərtəbəli iki otaqdan ibarət olan evin 1/2 hissəsi, 1960-cı ildə tikilmiş tövlə və 1993-cü ildə tikilmiş iki mərtəbəli evə dair sənədləşmənin aparıla bilinməməsinin Göyçay rayonunun keçmiş S. Vurğun adına təsərrüfatın qaytanlı torpaq kitabının 89-cu səhifəsinin 141-ci sırasında mərhum X5 adına ünvan 1 ünvanda yerləşən 0,15 ha həyətyanı torpaq sahəsinin qeydiyyatının qanunsuzluğu təşkil edir. İddiaçı hazırda cavabdehin mülkiyyətində olan həmin 0,15 ha torpaq sahəsinin əslində mərhum X13ə məxsus 0,27 ha torpaq sahəsinin bir hissəsi olduğunu iddia edir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mübahisəni həll edərkən apellyasiya instansiyası məhkəməsi əvvəla mərhum X13ə məxsus olduğu iddia edilən sözügedən 0,27 ha torpaq sahəsinin, o cümlədən X13 tərəfindən X14ə satılmış 0,03 ha torpaq sahəsinin koordinatlarını-sərhədlərini, eləcə də mübahisələndirilən tikililərin hansı torpaq sahəsində yerləşdiyini müəyyən etməli, mübahisələndirilən 0,15 ha torpaq sahəsinin məhz iddia edilən 0,2 7 ha torpaq sahəsinə aid olub-olmadığını aydınlaşdırdıqdan sonra sözügedən 0,15 ha torpaq sahəsinin və ya onun bir hissəsinin X8 ayrılmasının qanuniliyini və əsaslılığını yoxlaya bilərdi. Bu İddiaçı ümumiyyətlə cavabdehin mülkiyyətində olan torpaq sahəsinin ona qanuni ayrılmasını mübahisələndirməyə subyektiv hüququnun olması və dəlillərinin yoxlanılması üçün mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə apellyasiya instansiyası məhkəməsi qanunla müəyyən olunmuş prosessual vasitələrdən istifadə etməli idi. Bu prosessual vasitələrdən biri də müvafiq ekspertizanın keçirilməsidir. Prosessual qanunvericiliyə əsasən, ekspertiza- obyektlərin ekspertlər tərəfindən elmi əsaslarla tədqiq edilməsidir. Ekspertizanın məqsədi işin düzgün həlli üçün önəmli olan faktlar barədə məlumatların əldə olunmasıdır. Eksp ertiza müvafiq prosessual qaydada həyata keçirilir. Bu zaman prosessual qanunvericiliklə müəyyən olunmuş qaydalara əməl olunmaqla müxtəlif ekspertiza növləri üçün mövcud olan xüsusi metodikalar tətbiq olunur. Bundan başqa, ekspertiza o zaman təyin olunur ki, işə baxılarkən qəbul olunmuş qərara təsir edən qənaətin formalaşdırılması üçün xüsusi biliklər tələb olunsun ki, həmin biliklərə məhkəmə öz hüquqi statusuna görə malik deyildir (MPM-nin 97.1-ci maddəsi). Beləliklə, Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsinin tələblərinə zidd olaraq, apellyasiya instansiyası məhkəməsi işin obyektiv tədqiqinə lazımi şərait yaratmamış, hazırki iş üzrə tərəflərin hüquq və vəzifələrinin müəyyən olunması üçün əhəmiyyət kəsb edən mötəbər sübutların əldə olunmasına dair tədbirlər görməmişdir. Bundan başqa, sübutların mövcud olmaması və ya keyfiyyətsizliyi kassasiya instansiyası məhkəməsini qəbul olunmuş qətnamənin əsaslılığını yoxlamaq imkanından məhrum edir və tərəflərin hüquqlarının müdafiəsinə şərait yaratmır. Mülki Prosessual Məcəllənin 2.1-ci maddəsinə görə isə, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Digər tərəfdən, Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi, Göyçay rayonu keçmiş S.Vurğun аdınа təsərrüfаtın qаytаnlı tоrpаq kitаbının 89-cu səhifəsinin 141-ci sırаsındа X5 аdınа ünvan 1 ünvanda yerləşən 0,15 ha həyətyаnı torpaq sahəsi nin qeydiyyаtının əsassız olması qənaətinə gələrkən həm də ona görə haqlı olmamışdır ki, X8 həmin kənddə ayrılmış torpaq sahəsinin 0,03 ha hissəsi məhz Göyçay rayon notariat kontorunun təsdiqlədiyi 18 may 1990-cı il tarixli 6 nömrəli alqı-satqı müqaviləsinə əsasən mərhum X22 tərəfindən X8ə satılmışdır. Bu fakt həm işin halları ilə, həm də iddiaçının özünün izahatı ilə sübut olunur. Bundan başqa, Məhkəmə Kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual qanunvericiliyin tələblərini də pozmuşdur. Təqdim olunmuş materiallardan görünür ki, iddiaçı birinci instansiya məhkəməsinə iddia ərizəsi və sonradan tələbin həcminin artırılmasına və dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərkən torpaq sahəsinin qeydiyyatının, torpaq sahə sinə və onun üzərində olan daşınmaz əmlaka dair çıxarışların, texniki pasportun, bağışlama və ipoteka müqavilələrinin ləğv edilərək etibarsız sayılmasını xahiş etsə də işə yenidən apellyasiya qaydasında baxılarkən ərizə (İİ cild, iş.v. 24) verərək tələbində dəqiqləşmə aparmış, torpaq sahəsinin qeydiyyatının, torpaq sahəsinə və onun üzərində olan daşınmaz əmlaka dair çıxarışların, bağışlama və ipoteka müqavilələrinin etibarsız hesab edilməsini xahiş etmiş, apellyasiya instansiyası məhkəməsi isə torpaq sahəsinin qeydiyyatını, bağışlama və ipoteka müqavilələrini etibarsız hesab etmiş, müvafiq çıxarışları və texniki pasportu ləğv etmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsində işə baxılarkən iddiaçı tərəf məhkəmə iclasında iştirak etmiş və apellyasiya baxışında dəqiqləşdirdiyi tələbl əri irəli sürmək imkanı olduğu təqdirdə bunu etməmişdir. Mülki Prosessual Məcəllənin 53-cü maddəsinin tələbinə əsasən, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Şərh olunan maddəyə əsasən, iddianın əsası və ya predmeti, habelə iddia tələbinin həcmi birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilənə qədər dəyişdirilə bilər. Başqa sözlə, iddianın predmeti və faktiki əsası, habelə iddianın həcmi yalnız birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə yekun aktı qəbul etmək üçün müşavirə otağına gedənə qədər dəyişdirilə bilər. Eyni zamanda, Mülki Prosessual Məcəllənin 372.3-cü maddəsinə əsasən, tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. Lakin yeni tələblə müraciət edən İddiaçı iddiasının hüquqi əsasını deyil, yəni istinad etdiyi maddi hüquq normaları deyil, faktiki olaraq iddianın predmetini dəyişmişdir. Bu isə yuxarıda qeyd olunan qanun tələblərinə ziddir. Bununla belə, Mülki Prosessual Məcəllənin 372.4-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Belə bir məhdudiyyətin müəyyən edilməsi onunla izah edilməlidir ki, birinci instansiya məhkəməsinin yalnız işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə çıxardığı qətnamənin qanuniliyi və əsaslılığı həmin tələblərə apellyasiya qaydasında yenidən baxılması yolu ilə yoxlanılır. Birinci instansiya məh kəməsində məhkəmə baxışının predmeti olmayan tələblərin apellyasiya icraatına qəbul edilməsi və baxılması mülki məhkəmə icraatının qaydalarına və məhkəmə sisteminin mövcud quruluşuna ziddir. Belə ki, qanunvericiliyə görə iddia ərizəsi birinci instansiya məhkəməsinə verilir (MPM–nin 149.1-ci maddəsi), məhkəmə yalnız işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır (MPM–nin 218.3-cü maddəsi) və məhz həmin qətnamədən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi ilə apellyasiya məhkəmə icraatı başlanmış hesab olunur (MPM–nin 366-cı maddəsi). Qanunun mənasına görə, apellyasiya qaydasında baxılan işə, o cümlədən iddia tələblərinə əvvəlcə birinci instansiya məhkəməsində baxılmalıdır, apellyasiya instansiyası məhkəməsi isə apellyasiya şikayəti üzrə işə yenidən- təkrar ba xır. Birinci instansiya məhkəməsində işə baxılmanın predmeti olmayan iddia tələblərinin apellyasiya icraatında qəbul olunması həmin tələblərə baxılmasının təkrarlığını istisna edir. Bundan başqa, mülki qanunvericilikdə müqavilələrin ləğvi və etibarsızlığı tamamilə fərqli anlayışlardır. Digər tərəfdən, məhkəmə yalnız qanunla müəyyən edilmiş halda iddia predmetindən kənara çıxa bilər. Üçüncü şəxsin kassasiya şikayətinə qiymət verərək Məhkəmə kollegiyası qeyd edir ki, sözügedən ipoteka müqaviləsi bağlanarkən hər hansı qanun pozuntusuna yol verilməmişdir. Həmçinin ipoteka müqaviləsinin predmetini ünvan 1 ünvanda yerləşən 2 mərtəbəli 1 otaqlı, 28 kv.m yaşayış sahəsi və 28 kv. yardımçı sahə olmaqla 56 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi təşkil edir. Apellyasiya instansiyası məhkəməsi i şi yenidən araşdırarkən həmin tikilinin hansı torpaq sahəsində yerləşdiyini dəqiq müəyyən etməli, bu zaman üçüncü şəxsin hüquqlarını və vicdanlılığını nəzərə almalıdır. Beləliklə, yuxarıda qeyd olunanları müzakirə edərək Məhkəmə Kollegiyası hesab edir ki, işə apellyasiya qaydasında baxılarkən qanunun yuxarıda qeyd olunmuş tələblərinə əməl edilməmiş, mövcud olan sübutlar birtərəfli araşdırılmış, mötəbər sübutlar əldə edilmədən iddianın təmin edilməsi qənaətinə gəlinmiş və bu da iş üzrə obyektiv və ədalətli qərar qəbul etməyə imkan yaratmamışdır. Halbuki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə, Azərbaycan Respublikası Konstitusiyasının 60 və 71-ci maddələrinə əsasən hər kəs qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasi təsilə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Maddi və prosessual hüquq normalarının pozulması və ya onların düzgün tətbiq olunmaması Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən mübahisəyə düzgün baxılmamasına dəlalət etməklə qəbul olunmuş qətnamənin ləğvi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsi). İşin yeni apellyasiya baxışı zamanı məhkəmə yuxarıda qeyd olunan bütün halları qanunla müəyyən olunmuş qaydada araşdırmalı, Azərbaycan Respublikası MPM-nin 14.1ci maddəsinə əsasən həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı və təqdim olunmuş sübutlara müvafiq qiymət verdikdən sonra qanunun tələblərinə əsaslanan qətnamə qəbul etməlidir. Kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası onları əsaslı hesab edir, çünki apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmişdir və bu da qəbul olunmuş qətnamənin ləğvi üçün əsasdır. Bununla belə, Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti qismən təmin olunmalıdır, çünki yeni qərarın qəbul olunması üçün Azərbaycan Respublikası MPM-nin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslar hazırki iş üzrə mövcud deyildir. İşə baxılması nəticəsində, o cümlədən apellyasiya icraatı qaydasında qəbul olunmuş hər bir məhkəmə qətnaməsi məhkəmənin mübahisə üzrə gəldiyi nəticəsini, işin hallarına dair hüquqi mövqeyini özündə əks etdirir. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə mə hkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Şərh edilənlər ə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417.1.3, 418, 419, 420-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Üçüncü şəxs "xxxx" QSC-nin kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-818/2018 saylı 02 may 2018-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür. imza imzalar Ali Məhkəmənin hakimi Tatyana Qoldman
Məhkəmə qərarları › İş №2(102)-6369/2018
Ali Məhkəmə Qərar — İş №2(102)-6369/2018
25.10.2018 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver