Məhkəmə qərarları › İş №2(102)-6369/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6369/2019

20.09.2019 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6369/2019 20.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Ələkbərov Orxan Malik oğlunun katibliyi, iddiaçının vəkili X10 iştirakı ilə, İddiaçı və vəkili X10 Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-5759/2019 nömrəli iş üzrə 08 may 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim M.A.Bağırova) 2(009)-2989/2018 nömrəli, 20 dekabr 2018-ci il tarixli qətnaməsi i lə iddiaçının cavabdeh Azərbaycan Respublikasının Baş prokurorluğuna qarşı “mülkiyyət hüququnun müdafiəsi” tələbinə dair iddianın təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakimlər X.Ə.Sarıyev (sədrlik edən və məruzəçi), E.Y.Şamayev və Ş.Ə.Məhərrəmova) 2(103)-5759/2019 nömrəli, 08 may 2019-cu il tarixli qətnaməsi ilə iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20 dekabr 2018-ci il tarixli, 2(009)-2989/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş prokurorluğuna qarşı “mülkiyyət hüququnun müdafiəsi” tələbinə dair iddia ərizəsi və iddia ərizəsinə dəqiqləşdirmə barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, həyat yoldaşı X8 təqsirləndirilmədinə dair ********* saylı cinayət işi üzrə birgə nikah dövründə əvəzsiz olaraq əldə etdiyi Bakı şəhəri, ünvan 1-də 124 saylı mənzilin üzərinə həbsin səhvən qoyulduğunu nəzərə alaraq, onun götürülməsini və məlum cinayət işinin istintaqı zamanı götürülmüş ona və uşaqlarına məxsus əşyaların, pul vəsaitlərinin geri qaytarılması ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğuna 16.04.2018-ci il tarixli ərizə verilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun 03/152006057/674 nömrəli, 30.04.2018-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, onun 16 aprel tarixli ərizəsi Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işinin materialları na əlavə edilərək baxılmış, nəticəsi barədə ona əlavə məlumat veriləcəkdir. Belə məzmunlu cavabları əvvəllər də almışdır, lakin onlara baxılması və əlavə məlumat verilməsi bu günədək baş verməmişdir. Aşağıdakılara əsasən Baş prokurorluğun qərarları və hərəkətləri əsassız və qanunsuzdur: Bakı şəhəri, ünvan 1-də, 124 saylı mənzili xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Həmin mənzil 20 fevral 2013-cü il tarixində Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestrində onun adına qeydiyyata alınaraq, ******* nömrəli çıxarış verilmişdir. Həmin mənzil iş yerindən ona əvəzsiz olaraq verilmişdir. Həmin mənzil mülkiyyət hüququ ilə ona məxsus olan şəxsi əmlakdır. Habelə həmin mənzilə dair ilkin sənədləri çıxarış almaqdan ötrü vaxtilə DƏDRX-nə təqdim etmişdir, daha sonra ilk in sənədləri əldə etmək üçün adı çəkilən orqana sorğu ilə müraciət etmişdir, lakin həmin sənədlərin ona verilməsindən imtina olunmuşdur. Lakin “xxxx” MTK-nın 20 yanvar 2016-cı il tarixli arayışında göstərilmişdir ki, o, Bakı şəhəri, ünvan 1-də, 124 saylı mənzilin sahibidir və həmin mənzil ona Bakı şəhəri İcra Hakimiyyətinin 13 noyabr 2007-ci il tarixli, 538 saylı sərəncamı əsasında verilmişdir. Nəsimi rayon Məhkəməsinin 5(006)-166/2016 nömrəli, 04 may 2016-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini Rüstəm Usubovıın vəsatəti, Baş Prokuror Zakir Qaralovun təqdimatı əsasında adı çəkilən mənzilin üzərinə həbs qoyulmuşdur. Təqdimat və vəsatət onunla əsaslandırılmışdır ki, guya X8 adına, həmçinin onun adıma rəsmiləşdirilmiş mənzillər cinayət yolu ilə əldə edilmiş maliyyə vəsaitləri hesabına əldə edildiyindən həmin mənzillər üzərinə həbs qoyulmuşdur, həmçinin göstərilmişdir ki, həbs qoyulmasını zəruri edən kifayət qədər sübutlar mövcuddur. Həmin məhkəmə qərarının ləğv edilməsi və sözügedən əmlak üzərindən həbsin götürülməsi barədə tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 06.12.2016-cı il tarixli 5(103)-55/2016 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Nəsimi rayon Məhkəməsinin 04 may 2016-cı il tarixli qərarı dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. 01 noyabr 2015cı il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi, istintaq qrupunun üzvü Ramiz Alverdiyev tərəfindən yaşadıqları ünvan 1 və digər saxl anc yerlərində axtarış aparılmışdır. Axtarış nəticəsində mənzildən az-çox dəyəri olan hər şey. nağd pul, mənə və uşaqlarına hədiyyə olaraq bağışlanılmış qızıl-zinət əşyaları, müxtəlif markalı qol saatları, 4 ədəd “Dell” və “Sony” markalı noutbuklar, “Sony” markalı fotoaparat, “Nokia" və “Vertus" markalı telefonlar, 2 ədəd DVD diski, mənim və həyat yoldaşımın adına olan daşınar və daşınmaz əmlaka aid olan bütün sənədlər, “Jaguar XF” markalı avtomobil və axtarış protokolunda göstərilən digər əşyalar götürülmüşdür. Belə ki, axtarış nəticəsində biz yaşayış üçün zəruri olan maddi vəsaitlərdən və avadanlıqlardan məhrum olunmuşuq. Eyni zamanda yuxarıda sadalanan əşyaların cinayət yolu ilə əldə edilməsini göstərən heç bir əsaslı dəlil də mövcud olmamışdır. “xxxx” ASC ilə onun arasında bağlanmış 19 oktyabr 2015-ci il tarixli “kirayəlik depozit qutusu” müqaviləsinə əsasən onun istifadəsinə verilmiş “xxxx” ASC-nin Mərkəzi filialında yerləşən 74 nömrəli depozit qutusu 02 noyabr 2015-ci il tarixində Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsi tərəfindən açılmış, həmin depozit qutusunda yerləşdirilmiş ona və uşaqlarına aid olan şəxsi zinət əşyaları, pul vəsaitləri, daşınmaz əmlaka dair mülkiyyət hüququnu təsdiq edən sənədlər və digər əşyalar siyahıya alınaraq götürülmüşdür. “xxxx” ASC ilə onun arasında 24 yanvar 2013-cü il və 24 iyul 2014-cü il tarixli depozit müqavilələri bağlanmışdır. O, əmanətçi qismində 24 yanvar 2013-cü il tarixindən 26 yanvar 2015ci il tarixinədək illik 10.00 (on) faiz olmaqla depozit hesabında saxlamaq üçün banka 2 00000.00 (iki yüz min) ABŞ dolları və 24 iyul 2014-cü il tarixindən 25 iyul 2016-cı il tarixinədək illik 10.00 (on) faiz olmaqla depozit hesabında saxlamaq üçün banka 100000.00 (bır yüz min) ABŞ dolları məbləğində pul vəsaiti təqdim etmişdir. Həmin pul vəsaitinə də həbs qoyulmuşdur. Yuxarıda qeyd edilən əmlakların da hamısı cinayət yolu ilə deyil, tam qanuni yolla əldə edilmiş və heç bir cinayətin törədilməsində alət və ya vasitə kimi istifadə edilməmişdir. Belə ki, qanunsuz olaraq üzərinə həbs qoyulmuş və (və ya) götürülmüş əmlakları həyat yoldaşı X8 1995-ci ildə Moskva şəhərindən Bakı şəhərinə köçən zaman özü ilə gətirdiyi vəsait və eləcə də DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 20.09.2008-ci il tarixli ********** nömrəli Çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə X8 mə xsus olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən torpaq sahəsinin notariat kontoru vasitəsi ilə satışından əldə edilən vəsait hesabına əldə etmişlər. Bunu təsdiq edən gömrük sənədinin və alğı-satqı müqaviləsinin surətini də iddia ərizəsinə əlavə edir. Məlum hadisələrlə bağlı heç bir əsaslı səbəb olmadan keçmiş Milli Təhlükəsizlik Nazirliyinin Tibb İdarəsində həkim-pediatr vəzifəsindən çıxarılmış və işsiz qalmışdır. Orada işlədiyi müddətdə onun əmək haqqı təxminən 700 manat civarında olmuşdur. Hazırda heç bir yerdə işləmir, əlavə gəliri yoxdur. Uşaqlar onun himayəsindədirlər, onların normal yaşaması və inkişafı üçün zəruri tələbatların təmin edilməsi gərəkir. Təhsil-tərbiyə xərclərinin, tibbi xərclərinin ödənilməsi, zəruri qida məhsullarının, geyimlərinin alınması, kommunal xərclər və sair günü- gündən daha çox vəsait tələb edir. Hətta ona heç bir qanuni əsas olmadan xaricə tibbi müayinə üçün getməyə belə qanunsuz məhdudiyyətlər qoyulub və bu qanunsuzluqdan müdafiə oluna bilmir. Layiq olmadığı halda ona və ailəsinə münasibətdə kobud və qərəzli hərəkətlərə yol verilir. Bir sıra şəxsi sıxıntılarla üzləşməli olurlar. İlk növbədə az yaşlı 3 qız uşağının taleyinin sual altında qalması, onların heç bir təqsiri olmadan bu məsum yaşlarında səfalətə düşmələri, onlara hədiyyə kimi verilmiş əşyaların belə izsiz-soraqsız aparılması, gündəlik ehtiyaclarının, ödənilməsi üçün vəsaitsiz qalmaları, maşınların, hətta dövlətin ona və uşaqlarına verdiyi mənzilin də əldən çıxması təhlükəsi, ən nəhayət ata himayəsindən məhrum olmaları onun vəziyyətinin nə yerdə olduğunu izahsız d a çatdıra bilər. Bununla bağlı hesab edir ki, bütün baş verənlər, barəsində qanunsuzolaraq tətbiq edilmiş ölkədən getmək məhdudiyyəti, həmçinin mülkiyyət hüququnun pozulması ona qarşı amansız rəftarın, işgəncənin bariz nümunəsidir. Göstərilənlərə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, ünvan 1-də, 124 saylı mənzilin üzərindən həbsin üzərindən həbsin götürülməsi, ünvan 2 ünvanında və digər saxlanc yerlərində axtarış aparılaraq götürülmüş, Azərbaycan Respublikası Baş Prokurorluğunun ACDİÜ İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi Ramiz Alverdiyev tərəfindən tərtib edilmiş “Axtarış aparılması haqqında” 01 noyabr 2015-ci il tarixli protokolda qeyd edilən əşyaların və pul vəsaitlərinin cavabdeh tərəfindən ona qaytarılması, “xxxx” ASC-nin Mərkəzi Filialında yerləşən onun istifadəsin ə verilmiş 74 nömrəli depozit qutusuna baxış keçirilərək götürülmüş, Azərbaycan Respublikası Baş Prokurorluğunun ACDİÜ İstintaq İdarəsinin Kriminalistika şöbəsinin prokuroru Əli Babayev tərəfindən tərtib edilmiş “baxış keçirilməsi və götürmə aparılması haqqında” 02 noyabr 2015-ci il tarixli protokolda qeyd edilən əşyaların və pul vəsaitlərinin cavabdeh tərəfindən ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı və vəkili X 10 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)5759/2019 nömrəli iş üzrə 08 may 2019-cu il tarixli qətnaməsini ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayəti onunl a əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili X10 kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq digər proses iştirakçıları iştirak etmədiyi üçün və iştirak etməmələrinin üzrlü səbəbi barədə məlumat vermədiyindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatı dinləyib, iş materiallarını və kassasiya şi kayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MKnın 2(103)-5759/2019 nömrəli iş üzrə 08 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunu b-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İş materiallarında olan: 04 may 2016-cı il tarixli, 5(006)-166/2016 saylı Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs X8 oğluna məxsus olmaqla onun adına rəsmiləşdirilmiş Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, 360-cı məhəllədəki 2 girişli 16 mərtəbəli yaşayış evinin, 2-ci giriş, 4-cü mərtəbəsində yerlə şən ümumi sahəsi 259 kv.m olan 4 otaqlı, 57 saylı mənzilin, həmçinin onun həyat yoldaşı İddiaçı adına rəsmiləşmiş ünvan 3 ünvanda yerləşən 5 otaqlı ümumi sahəsi 274.1 kv.m.olan mənzilin, Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti ilə Ş.Əzizbəyov küçəsinin kəsişməsindəki yaşayış binasının 2-ci girişinin, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 298,04 kv.m olan 4 otaqlı, 14 saylı mənzilin üzərinə həbs qoyulması qərara alınmışdır. 27 iyul 2016-cı il tarixli, 5(103)-38/16 saylı Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarından görünür ki, Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 04 may 2016-cı il tarixli, 5(006)-166/2016 saylı qərarı dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. 20.02.2013-cü il tarixli, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlə t reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, ünvan 1124 saylı mənzilin mülkiyyətçisi İddiaçıdır. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 1830 nömrəli reyestr kitabının 168476 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bakı şəhər İcra Hakimiyyəti başçısının 13.11.2007-ci il tarixli 538 saylı sərəncamından aydın olur ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 11.09.2007-ci il tarixli, 423 saylı sərəncamında qismən dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı İddiaçı, BŞİH Başçısının 11.09.2007-ci il tarixli, 423 saylı sərəncamı ilə, Nəsimi rayonu, XŞuşinski və F.Qasımzadə küçəslərinin kəsişməsində inşa edilən 4 saylı “C” yaşayış binasının 1-ci girişinin 15-ci mərtəbəsində yerləşən ümumi sahəsi 168,7 kv.m, yaşayış sahəsi 91,3 kv.m olan 4 otaqlı, 69 saylı mənzillə təmin edilmişdir. Hal-hazırda İddiaçı BŞİH Başçısına ərizə ilə müraciət edərək, ona ayrılmış mənzilin sahəsi daha geniş olan və nisbətən aşağı mərtəbədə yerləşən başqa bir mənzillə əvəz edilməsini xahiş etmişdir. Yuxarıda qeyd olunanları və “xxxx” MMC-nin 12.11,2007-ci il tarixli, 43 saylı məktubu ilə Nəsimi rayonu, Bülbül prospekti ilə Ş.Əzizbəyov küçəsinin kəsişməsində inşa edilən yaşayış binasında BŞİH-nin mənzil fonduna mənzil ayrıldığını nəzərə alaraq İddiaçı, 1 nəfər ailə tərkibi ilə, Nəsimi rayonu, Bülbül prospekti ilə Ş.Əzizbəyov küçəsinin kəsişməsində inşa edilən yaşayış binasının 2-ci girişinin 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 298,04 kv.m, yaşayış sahəsi 202,37 kv.m olan, 4 otaqlı 14 saylı mənzil verilməsinə dair sərəncam verilmişdir. “xxxx” MTK-nın 20.01.2016-cı il tarixli arayışından görünür ki, Bakı şəhəri, ünvan 1-də, 124 saylı mənzilin sahibidir və hal-hazırda ailəsi ilə birlikdə göstərilən mənzildə yaşayır. xxxxın iddiaçıya ünvanlanmış 08 dekabr 2015-ci il tarixli, 779 nömrəli məktubuunn surətindən görünür ki, bankla iddiaçı arasında bağlanmış “Kirayəlik Depozit Qutusu Müqaviləsi”nin şərtləri əsasında sonuncunun istifasinə verilmiş 74 №-li depozit qutusu 02 noyabr 2015-ci il tarixində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin müvafiq qərarının icrası məqsədi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi tərəfindən “xxxx” ASC-nin daxili qaydalarına uyğun olaraq Bankın əməkdaşlarının və iki nəfər hal şahidlərinin iştirakı ilə açılmış, qutuda yerləşdirilmiş əşyalar siyahıya alınaraq götürülmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddia tələbi mənzilin üzərində mülkiyyət və istifadə, habelə, daşınmaz əmlakın mülkiyyətçisinin istifadə hüquqları ilə əlaqədardır və buna görə də məhkəmə, mübahisələndirilən mənzilin iddiaçının qanunla qorunan hüquq və azadlıqlarını pozub-pozmamasının, eləcə də onun məhkəmə müdafiəsindən faydalanmaq imkanlarının mövcudluğunun aydınlaşdırılması üçün qüvvədə olan qanunlar və digər normativ-hüquqi aktlar əsasında təhlil aparılmasını zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyanın 13-cü maddəsinin İİ hissəsinə görə mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Yuxarıda istinad olu nan mülki hüquq normalarının birgə təhlilindən göründüyü kimi, daşınmaz əmlaka, mülkiyyət hüququ üzərində onun mülkiyyət hüququ qanuna müvafiq qaydada qeydə alındığı halda yaranmış hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsində qeyd edilir ki, mülkiyyət huququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Təqdim olunmuş materiallardan görünür ki, ********* saylı cinayət işi vəzifə səlahiyyətlərindən suiistifadə etmə, vəzifə səlahiyyətlərini aşma, hədə-qorxu ilə külli miqdarda pul tələb etmə, rüşvət alma və sair faktlar üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3, 311.3.1, 308.2 və 308.2 və digər maddələrə istintaq olunur. Cinay ət işi üzrə Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi X9 oğlunun yaxın əlaqəsi olan X8 oğlu ayrı-ayrı şəxslərdən hədə-qorxu tətbiq etməklə külli miqdarda rüşvət alma əməllərinə görə 18.11.2015-ci il tarixdə Azərbaycan Respublikası CMnin 311.3.3, 311.3.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, istintaqdan qaçıb gizləndiyindən barəsində axtarış elan olunmaqla həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işi üzrə əldə edilmiş sübutlar təqsirləndirilən şəxs X8 oğluna məxsus olmaqla onun adına rəsmiləşmiş Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 360-cı məhəllədəki, 2 girişli, 16 mərtəbəli yaşayış evinin 2-ci giriş, 4-cü mərtəbəsində yerləşən, ümumi İ sahəsi 259 kv.m olan 4 otaqlı 57 saylı mənzilin, h əmçinin onun həyat yoldaşı İddiaçı adına rəsmiləşmiş ünvan 4 ünvanında yerləşən 5 otaqlı ümumi sahəsi 274,1 kv.m olan mənzilin, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti ilə Ş.Əzizbəyov küçəsinin kəsişməsində yaşayış binasının 2-ci girişinin 8-ci mərətəbəsində yerləşən 298,04 kv.m olan 4 otaqlı 124 saylı mənzilin cinayət yolu ilə əldə edilmiş maliyyə vəsaitləri hesabına əldə edilməsinə kifayət qədər əsas verir. Zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanın ödənilməsinin, həmçinin gələcək mülki iddianın, xüsusi müsadirənin təmin edilməsi, təqsirləndirilən şəxsə məxsus əmlakların özgəninkiləşdirilməsinin qarşısını almaq məqsədilə qeyd olunan daşınmaz əmlakın üzərinə cinayət təqibinin davam etdiyi müddət ərzində həbs qoyulması zəruri hesab olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi düz gün olaraq hesab etmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 40 nömrəli evin 4-cü giriş, 8-ci mərtəbəsində ümumi sahəsi 274,4 kv.m olan 5 otaqlı 124 saylı mənzilin, əşyalarının və pul vəsaitlərinin geri qaytarılması tələbi ilə bağlı iddiaçının hər hansı hüququnun pozulmasından və onun məhkəmə müdafiəsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İddiaçının hüquqlarını pozub-pozmadığı məsələsinə müvafiq məhkəmə qərar verə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddə sinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasə n qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğ un olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-5759/2019 nömrəli iş üzrə 08 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı və vəkili X10 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-5759/2019 nömrəli iş üzrə 08 m ay 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar