Məhkəmə qərarları › İş №2(102)-6371/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6371/2019

20.09.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6371/2019 20.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Ələkbərov Orxan Malik oğlunun katibliyi, İddiaçı və vəkilin iştirakı ilə, İddiaçı Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-9852/2019 nömrəli iş üzrə 27 iyun 2019-cu il tarixli qərardadından verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhər Yasamal Rayon Məhkəməsinin (hakim E.Ə.Mehdiyev) 2(004)-1816/2019 nömrəli, 01 may 2019-ci il tarixli qətnaməsi ilə iddiaçı cavabdeh ə qarşı «şərəf və ləyaqətin müdafiəsi, maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsinin təmin edilməməsi, ödənilmiş 30 manat dövlət rüsumunu İddiaçı aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın (hakimlər V.N.Sadıqov (sədrlik edən və məruzəçi), A.Q.Hüseynov və A.N.İmanov) 2(103)-9852/2019 nömrəli, 27 iyun 2019-cu il tarixli qərardadı ilə Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-1816/2019 nömrəli, 01 may 2019-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilib, apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdehə qarşı «şərəf və ləyaqətin müdafiəsi, maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən maddi ziyana görə 2407,40 manatın, mənəvi zərər görə 30000 manatın və ödənilmiş 30,40 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi, şərəf və ləyaqətini alçaldan məlumatları onun müəyyən etdiyi kütləvi informasiya vasitələrindən birində təkzib etməklə cavabdehin ondan üzr istəməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)9852/2019 nömrəli iş üzrə 27 iyun 2019-cu il tarixli qərardadı ləğv edilməsini və mülki işin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansi yası məhkəməsi qərardad qəbul edərkən prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh iştirak etmədiyi üçün və iştirak etməməsinin üzrlü səbəbi barədə məlumat vermədiyindən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatları dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-9852/2019 nömrəli iş üzrə 27 iyun 2019-cu il tarixli qə raradadı ləğv edilib iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməli, kassasiya şikayəti təmin edilməlidir. Bakı Apellyasiya Məhkəməsinin iş materialları üzrə gəldiyi nəticəyə əsasən hazırki iş üzrə iddiaçı tərəfindən apellyasiya şikayəti vermə müddəti 1 ay 5 gün ötürülmüşdür. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi digər nəticədən görünür ki, iddiaçı qətnamədən apellyasiya şikayəti vermək üçün prosessual müddəti ötürdüyü halda, birinci instansiya məhkəməsi həmin xüsusatı yoxlmadan şikayəti iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəsini Azərbaycan Respublikasının MPMnin 130.3, 363.1.3-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasi ya Məhkəməsinin bu nəticələri ilə razılaşmaq olmaz. Belə ki, işin materiallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 may 2019-cu il tarixli 2(004)-1816/2019 saylı qətnaməsinin surəti iddiaçıya 13 may 2019-cu il tarixdə rəsmi qaydada verilmişdir. İddiaçının həmin qətnamədən verdiyi apellyasiya şikayəti isə 18 iyun 2019-cı il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuşdur. İşin materiallarından həmçinin görünür ki, iddiaçı tərəfindən apellyasiya şikayəti verilməsi üçün dövlət rüsumu 11.06.2019-cu il tarixdə ödənilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin birinci instansiya məhkəməsinə hansı qaydada təqdim edilməsini araşdırmamışdır. Belə ki, işin materiallarından görünür ki, iddiaçı Naxçıvan şəhəri Qaraxan bəyli kəndində yaşayır və apellyasiya şikayətini poçt vasitəsilə də göndərilməsindən istifadə edə bilər. Azərbaycan Respublikasının MPM-nin 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək və şikayətə əlavə edilmiş sənədləri nəzərə alaraq hesab edir ki, bu dəlillər Apellyasiya Məhkəməsinin qərardadının ləğvinə əsasdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbi q olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi işə baxarkən prosessual hüquq normalarına riayət etməmiş və iş üzrə düzgün hüquqi nəticəyə gəlmədiyindən həmin qərardad qanunsuz və əsassız olduğu üçün ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmalı, yeni apellyasiya baxışı zamanı kassasiya şikayətinə əlavə edilmiş apellyasiya şikayətinin poçt vasitəsilə göndərilməsinə dair sənədlərin əslinə baxış keçirilməklə müvafiq prosessual hərəkətlər aparılması davam etdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçının kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-9852/2019 nömrəli iş üzrə 27 iyun 2019-cu il tarixli qərardadı ləğv edilsin və iş yenidən baxılması üçün həmin Məhkəməyə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar