Məhkəmə qərarları › İş №2(102)-6379/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6379/2021

06.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6379/2021 06.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh "xxxx" X13 Cəmiyyətinə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: öhdəliyin icra edilməməsi nəticəsində bank uçot dərəcəsi ilə müəyyən edilmiş ziyanın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X3, Cavabdehin nümayəndəsi X4, vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-5240/2021 nömrəli iş üz rə 08 iyul 2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" Bank ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 06 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh İKB ASC-nin (hazırki adı - "xxxx" Bank ASC) (bundan sonra – cavabdeh və ya bank) 8 saylı filialı arasında 29 iyul 2016-cı il tarixli müddətli əmanət müqaviləsi bağlanmışdır. Əmanət müqaviləsi əsasında iddiaçı banka 700000 ABŞ dolları məbləğində depozitə pul qoymuş və hər ay depozit faizlərini bu bankın filialından etibarnamə vasitəsilə almışdır. Müqavilənin müddəti 2017-ci ilin 30 iyununda avtomatik uzadılıb. Bu depozitin müddətinin bitmə tarixi 2019-cu ilin 02 iyun tarixində olmalı idi. Lakin iddiaçı, de pozitdə olan 700000 ABŞ dolları məbləğində olan pulu çıxara bilməmişdir. Yalnız müqavilə müddətinin bitdiyi tarixdən altı ay keçdikdən sonra, 10.12.2019-cu il tarixdə iddiaçı depozitin əsas məbləğini 700000 ABŞ dolları bankdan almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 08 aprel 2017-ci il tarixində qohumu X5 Azərbaycan Respublikasında yerləşən bütün banklarda təmsil etmək hüququnu ehtiva edən etibarnamə verdiyini, 08 aprel 2020-ci il tarixədək qüvvədə olan etibarnamədə hesaba nağd pul vəsaitini mədaxil etmək, pul vəsaitlərini digər hesaba keçirmək, hesabdan pul çıxarmaq və bütün digər bank əməliyyatlarını həyata keçirm ək səlahiyyətlərinin nəzərdə tutulduğunu, 29 iyun 2016-cı il tarixdə bankın 8 saylı filialına 700000 ABŞ dolları depozit yerləşdirdiyini, depozitin müddətinin 30.06.2017-ci il tarixdə avtomatik uzadıldığını, etibar etdiyi şəxsin əmanət məbləğini bankdan almaq istəyinin bankın hüquq departamentinin etibarnamə ilə depozitin çıxarmasına etiraz etməsi səbəbilə təmin olunmadığını, 11 iyul 2019-cu il tarixdə banka etdiyi yazılı müraciətə də cavab verilmədiyini, bankın hərəkətinin onun biznes fəaliyyətinə zərər yetirdiyini, pulu verilmədiyi üçün Gürcüstanda almalı olduğu mülkiyyəti əldən çıxardığını, eyni zamanda əmlakı alması üçün öncədən verdiyi 20000 ABŞ dolları behinin batdığını, bankın onun 700000 ABŞ dollarını faizlə kreditə buraxaraq özünə külli miqdarda gəlir əldə etdiyini, nəhayət 10.12. 2019-cu il tarxdə əmanətinin qaytarıldığını bildirmiş, buna görə cavabdehdən Azərbaycan Respublikası Mərkəzi Bankın uçot dərəcəsinə uyğun illik 8 faizlə hesablanmaqla 18666 ABŞ dolları əldən çıxmış gəlirin əvəzinin, 5000 manat mənəvi zərərin, 600 manat dövlət rüsumunun, yol xərclərinin, “Asan Xidmət”ə edilən ödənişlərinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Natavan Tağıyeva) 10 dekabr 2019cu il tarixli qətnaməsi ilə iddia tələbləri rədd edilmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunveric iliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli qərarına əsaslanmaqla belə nəticəyə gəlmişdir ki, iddiaçı, banka yerləşdirdiyi depozit vəsaitinin gec qaytarılması nəticəsində bankın bundan faydalanmasını, əldən çıxmış fayda şəklində maddi zərərə düşməsini, həmçinin mənəvi ziyan dəyməsini təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir və buna görə də onun iddia tələbləri təmin olunmamalıdır. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Emin Mehdiyev - sədrlik edən və məruzəçi, Şərafət Məmmədova, Xəyal Sarıyev) 22 sentyabr 2020-ci il tarixli, 2(103)-2768/2020 nömrəli qətnaməsi ilə ap elyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və onun hüquqi əsaslandırılması ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçı banka yerləşdirdiyi depozit vəsaitinin ona gec qaytarılması nəticəsində bankın bundan faydalandığını, iddiaçıya əldən çıxmış fayda şəklində maddi zərər, həmçinin mənəvi ziyan dəyməsini təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. İddiaçı qətnamədən kassasiya şikayəti vermişdir. Kassasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər: Aqil Abbasov sədrlik edən və məruzəçi, Elşanə Vəliyeva, Elşad Şamayev) 31 m art 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək iş yeni apellyasiya baxışına qaytarılmışdır. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının 29 iyun 2006-cı ildə Bankın 8 saylı filialına 700000 ABŞ dollarını depozit qoyması, depozit müddətinin 2017-ci ilin 30 iyununda avtomatik uzadılması, depozitin müddətinin bitmə tarixinin 02 iyun 2019-cu olması, müddətin 02 iyun 2019-cu bitməsinə baxmayaraq, depozit məbləğinin 10.12.2019-cu il tarixədək ödənilməməsi işin mübahisə edilməyən halı kimi müəyyən edilib. “Banklar haqqında” Qanunun tələblərinə görə digər fəaliyyət növləri ilə yanaşı, bankların müştərilərdən əmanət qəbul etmək və verdiyi kreditə görə müştəridən faiz almaq kimi fəaliyyət növləri vardır. Üm umiyyətlə, bank elə bir təsisatdır ki, fiziki və hüquqi şəxslərdən və ya digər mənbələrdən vəsaitləri depozit kimi cəlb edib, həmin vəsaitləri buna ehtiyacı olanlara müəyyən faizlərlə kredit kimi verir. Başqa sözlə, cəlb etdiyi depoziti kredit verməklə gəlir əldə etməsi bankın mahiyyətini təşkil edən fəaliyyət növüdür. Belə olan halda, kredit təşkilatı kimi bankın iddiaçıdan qəbul etdiyi pul vəsaitini (depoziti) müddətdən artıq özündə saxlaması nəticəsində faydalanması halını sübut etmək yükünü iddiaçı daşıya bilməz. Əksinə, bu halda iddiaçıdan qəbul etdiyi pul vəsaitini müddətdən artıq özündə saxlamaqla faydalanmaması halını cavabdeh sübut etməlidir. Birinci instansiya məhkəməsi isə hazırki tələb üzrə sübut etmə yükünü iddiaçının üzərinə qoymaqla düzgün nəticəyə gəlməmiş, apellyasiya məhk əməsi də eyni səhvi təkrarlamışdır. Bu isə MPM-nin 77.1-ci maddəsinin tələblərinə olmamışdır. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Elnur Həsənov - sədrlik edən və məruzəçi, Xumar Mərdanova, Fuad Babayev) 08 iyul 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılmış, iddia tələbləri qismən təmin olunaraq cavabdehdən pul vəsaitinin ödənilməsini əsassız gecikdirdiyi üçün 18229 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə), dövlət rüsumlarına görə 45,80 manat pulun tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissələrdə təmin olunmaması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin həmin qənaəti ilə razılaşmayaraq qeyd etmişdir ki, məhkəmə hüququn tətbiq edilməsində səhv buraxmış, tətbiq edilməli olan qanunu tətbiq etməmiş, habelə qanunu səhv təfsir etmiş, bununla nəticəsinin işin hallarına uyğun gəlməməsinə yol açmışdır. Belə ki, iddiaçının (nümayəndəsinin) 29 iyun 2016-cı il tarixdə bakın 8 saylı filialına 700000 ABŞ dolları depozit qoyması, depozit müddətinin 2017-ci ilin 30 iyununda avtomatik uzadılması, depozitin müddətinin bitmə tarixinin 30 iyun 2019-cu olması, iddiaçının səlahiyyətli nümayəndəsinin depozitin qaytarılmasını tələb etməsinə baxmayaraq, depozit məbləğinin 10.12.2019-cu il tarixədək qaytarılmadığı işin mübahisə edilməyən hallarıdır. Bu m ənada məhkəmə hesab etmişdir ki, iddiaçının əmanət məbləğinin qaytarılmalı olduğu tarixdən, onun faktiki qaytarıldığı tarixədək olan müddət ərzində bank əmanəti qanunsuz saxlamışdır və buna görə də həmin vəsaitin məbləğindən faizlər ödəməlidir. Bununla belə məhkəmənin qənaətinə görə, cavabdeh bank iddiaçının əmanətini qanunsuz saxladığına görə, əmanət müddətinin bitdiyi tarixdən etibarən deyil, iddiaçının nümayəndəsinin əmanətin qaytarılması tələbini banka bildirdiyi tarixdən etibarən məsuliyyət daşımalıdır; belə ki, işin hallarından, iddiaçının 11 iyul 2019-cu il tarixdə banka yazılı müraciət ünvanlayaraq depozit məbləğinin qaytarılmasını tələb etdiyi, məhz həmin tarixdə də sonuncu faiz ödənişini (1458 ABŞ dolları) aldığı aydın olur – onun bundan əvvəlki tarixdə əmanət məbləğinin qaytar ılmasını tələb etdiyi barədə isə hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçının əldən çıxardığı fayda Mərkəzi Bankın hazırkı dövr üçün müəyyənləşdirilən faiz uçot dərəcəsi əsas götürülməklə hesablanmalıdır; çünkü Mülki Məcəllənin 449.1-ci maddəsi, müvafiq tələbin məhz qərarın çıxarıldığı gün üçün bank üçot dərəcəsi əsas götürülməklə ödənilə biləcəyini təsbit edir. Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsində yer alan məlumata görə, hazırda uçot faiz dərəcəsi 6,25 faiz səviyyəsindədir və bunu nəzərə almaqla məhkəmə hesab etmişdir ki, iddiaçının əmanət məbləğinin əsassız olaraq qaytarılmadığı 5 aylıq müddət üçün (11.07.2019-cu il tarixdən 10.12.2019-cu il tarixinədək) onun xeyrinə 18229 ABŞ dolları əldən çıxardığı fayda qismində cav abdeh bankdan tutulmalıdır (700000 x 6,25% / 12 ay = 3645,8 x 5 ay = 18229,1). Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Banka ilə iddiaçı arasında 29 iyun 20l6-cı il tarixdə depozit müqaviləsi imzalanmışdır. İddiaçı tərəfındən qohumu X8 etibarnamə verilmişdir. Depozit məbləğinin iddiaçıya geri qaytarılması ilə bağlı etibarnamə əsasında X9 banka müraciət etmişdir. Lakin həmin etibarnamə ilə verilən səlahiyyətlərdə Bankın adının qeyd edilmədiyi, həmçinin etibarnamənin ve rilmə tarixi 08 aprel 2017-ci il i oduğu və həmin tarixdən 2 ildən artıq müddət keçdiyi üçün etibarnamənin qüvvədə olubolmamasını təsdiq edən sənədi etibar edilən şəxs X9 banka təqdim etməmişdir. Bundan başqa iddiaçı banka ünvanladığı ərizəsində və məhkəməyə təqdim etdiyi iddia ərzəsində depozitin ona gec qaytarılması nəticəsində onun biznes fəalyyətinə əsaslı zərər yetirildiyini göstərmişdir. Həmçinin etibar edilən şəxs X9 depozit məbləğini aldıqdan sonra özünə Gürcüstanda ev alacağını bildirmişdir. Qeyd edilən faktlar etibar edilən şəxs X1 zidd olaraq etibarnamədən öz xeyrinə istifadə etməsi üçün əsaslı şübhələr yaratmışdır. Bu səbəbdən depozit məbləğinin X6ytarılması üçün etibarnamənin qüvvədə olub-olmamasını təsdiq edən sənəd və ya yeni etibarnamə təqdim etməsi bank tərəfindən tələb ol unmuşdur. Bank tərəfindən etibarnamə ilə bağlı yuxarıda qeyd edilənlərin tələb edilməsinin səbəbi etibar edilən şəxsin, yəni X7 etibarnamədən öz xeyrinə istifadə etməsinin və bununla bağlı gələcəkdə depozit qoyan şəxs ilə bank arasında hər hansı bir mübahisənin yaranmasının qarşısının alınması olmuşdur. İddiaçı tərəfin banka etibarnamənin qüvvədə olubolmamasını təsdiq edən sənəd və ya yeni etibarnamə təqdim etmək imkanı olsa da, onlar bunu etməmişdilər. Qeyd edilənlərdən göründüyü kimi depozit məbləğinin vaxtında qaytarılmaması Bankın təqsirindən deyil, iddiaçı tərəfin tələb olunan sənədləri vaxtında təqdim etməməsindən irəli gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin nü mayəndəsi və vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. İddiaçının oğlunun məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi fak tlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən cavabdeh qətnamənin bütövlükdə ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, cavabdeh iddia tələbinin təmin edilən hissəsini mübahisələndirir. İddiaçı isə qətnamədən kassasiya şikayəti verməmişdir. Ona görə də, qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılır. Tətbiq edilən hüquq Maddə 944.1. Bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Maddə 948.1. Bank əmanətç iyə əmanətin məbləği üçün bank əmanəti müqaviləsi ilə müəyyənləşdirilmiş miqdarda faizlər ödəyir. Müqavilədə ödənilən faizlərin miqdarı haqqında şərtlər olmadıqda bank faizləri bu Məcəllənin 449.1-ci maddəsinə uyğun müəyyənləşdirilən miqdarda ödəməlidir. Maddə 947.2. İstənilən növ bank əmanəti müqaviləsinə görə bank əmanətçinin ilk tələbi ilə əmanəti məbləğinin ən azı dörddə bir hissəsini dərhal, qalan hissəsini isə ən geci beş bank günü müddətində verməlidir. Maddə 950.4. Bank əmanətin qaytarılmasının təmin edilməsi üçün bank əmanəti müqaviləsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmədikdə,....əmanətçi bankdan əmanət məbləğini dərhal qaytarmağı, bu Məcəllənin 948.1-ci maddəsinə uyğun müəyyənləşdirilmiş miqdarda faizlər ödəməyi və vurulmuş zərərin əvəzini verməyi tələb edə bilər. Mad də

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Maddə 449.1 Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəc əsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank üçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Maddə 21.2. Zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclər və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, (real zərər), habelə, hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldə çıxmış fayda) başa düşülür. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin mi qdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009cu il tarixli Qərarı: “...Mülki Məcəllənin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyi şiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə - mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndiril ən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 359.1-ci maddəsinə görə, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Baxılan işdə iddiaçı X5 Azərbaycan Respublikasında yerləşən bütün banklarda təmsil etmək hüququnu ehtiva edən etibarnamə vermişdir. Həmin şəxs bankdan pulu tələb edərkən səlahiyyətli olmuşdur. Bankın öz mülahizələrinə əsaslanaraq pulun verilməsindən imtina etməsi (müqavilə üzrə öhdəliklərini yerinə yetirməkdən imtina etməsi) nəticəsində iddiaçıya ziyan dəymişdir. Bu baxımdan kassasiya şikayətində göstərilənlər apellyasiya instansiyası məhkəməsinin qətnaməsnin ləğv edilməsi üçün əsas deyildir. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 41 7 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-5240/2021 nömrəli iş üzrə 08 iyul 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar