Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-638/2020 27.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)3638/2019 nömrəli qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək mənəvi zərər kimi İddiaçı işgüzar nüfuzuna vurulmuş ziyana görə 50.000 man at məbləğində pulun Cavabdeh tutulması, Cavabdeh İddiaçı rəhbərliyindən rəsmi üzr istəməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli AT1756-2017 nömrəli Özəl tibb xidmətlərinin göstərilməsi haqqında müqavilənin surətinə əsasən, müqavilənin tərkib hissəsi olan spesifikasiyada göstərilən özəl tibb xidmətlərinin razılaşdırılmış müddət və vaxtlarda yerinə yetirilməsi müqabilində xidmət alan tərəfindən xidmət göstərənin hesabına razılaşdırılmış xidmət haqqının ödənilməsi müvafiq müqavilənin predmeti olmuşdur. Xidmətin qiyməti 800 manat təşkil etmiş, xidmət alan xidmətin dəyərini bir gün müddətində nisyə şəkildə ödəniş edir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2017-ci il tarixli AT2052-2017 nömrəli Pərakəndə alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı bu müqaviləyə əlavə edilən və onun tərkib hissəsi olan spesifikasiyada göstərilən miqdarda və çeşiddə "Elevation üz" adlı kosmetik malı alıcıya verməyi, alıcı isə malı qəbul edir və dəyərini razılaşdırılmış müddətdə hissə-hissə ödəyir. Bu müqavilənin predmeti olan kosmetik mal/mallar xüsusi tibbi təyinatlı müalicəvi xüsusiyyətlərə malik deyildir. Malın qiyməti 2000 manat təşkil edir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxxx 2017-ci il tarixli AT2540-2017 nömrəli Özəl tibb xidmətlərinin göstərilməsi haqqında müqavilənin surətindən görünür ki, müqavilənin tərkib hissəsi olan spesifikasiyada göstərilən özəl tibb xidmətlərinin razılaşdırılmış müddət və vaxtlarda yerinə yetirilm əsi müqabilində xidmət alan tərəfindən xidmət göstərənin hesabına razılaşdırılmış xidmət haqqının ödənilməsi müvafiq müqavilənin predmeti olmuşdur. Xidmətin qiyməti 500 manat təşkil etmiş, göstəriləcək xidmət iki mərhələdən ibarət olmuşdur. Xidmət alan xidmətin dəyərini iki dəfəyə hissə-hissə ödəniş edir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "İddiaçı" Məhdud Məsuliyyətli” Cəmiyyətinin iddia tələbinin tamamilə rədd edilərək, qarşılıqlı iddia tələbi təmin edilməklə onun tərəfindən cavabdehə ödənilmiş 3300 manat məbləğin geri qaytarılması, 50000 manat məbləğində mənəvi zərərin əvəzi kimi olan pul məbləğinin iddiaçıdan tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı olan Cavabdeh iddia tələbini onunla əsaslandırılmışdır ki, "İddiaçı" özəl tibb mərkəzində onun üzünü kimyəvi dərmanlarla yandıraraq tanınmaz hala salıblar. Dörd ay ərzində klinikanın prosedurlarından istifadə edən qadının üz dərisi tamamilə qaralıb və sağalması müşkülə çevrilibdir. Bu müddət ərzində ona üç min manatdan artıq müxtəlif kosmetik vasitələr aldırıblar, əvəzində isə dərisində sağalması mümkün olmayan çox ciddi problemlər yaranıb. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim G.A.Əsədova) ilk iddianın təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, vurulmuş maddi zərərin əvəzi kimi 3300 manat və mənəvi zərərin əvəzi olaraq 46000 manat məbləğində pul vəsaitinin İddiaçı MMC-dən tutulub Cavabdeh ödənilməsi, qarşılıql ı iddianın qalan hissədə təmin edilməməsi və ödənilmiş dövlət rüsumlarının tərəflərə aid edilməsi qət edilmişdir. İddiaçı özəl tibb mərkəzi qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Ə.Qurbanov (sədrlik edən və məruzəçi), E.Q.Nəbiyev və A.N.İmanov, iş № 2(103)6329/2018) iddiaçı "İddiaçı" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-438/2018 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(102)-11/2019 saylı qərarı ilə (hakimlər X1, X2 və X6) İddiaçın kassasiya şikayətinin qismən təmi n edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6329/2018 saylı xx xxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)3638/2019 nömrəli qətnaməsi ilə (hakimlər F.Ş.Talışinski, Z.Ə.Əliyev və R.Ə.Eyvazov) İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-438/2018 saylı işi üzrə xx xxxx 2018-ci il tarixli qətnaməsi (qarşılıqlı iddia ərizəsi üzrə mənəvi zərər hissəsində) dəyişdirilmiş-mənəvi zərərin əvəzi olaraq 10000 manat məbləğində pul vəsaiti müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(10 3)3638/2019 nömrəli qətnaməsindan Cavabdeh və vəkili Mustafayev Muxtar Nağı oğlu kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh və vəkili Mustafayev Muxtar Nağı oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-3638/2019 nömrəli qətnaməsinin qarşılıqlı iddianın təmin edilməmiş hissəsində ləğv edilməsini və qarşılıqlı iddianın tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, zərərin vurulmasında iddiaçının təqsirli olması tam sübuta yetirilmişdir. Lakin əsassız olaraq dəymiş zərərin məbləği azaldılmışdır. İşə baxan məhkəmə Ali Məhkəmənin qərarında qeyd edilənləri düzgün başa düşmədən qərar qəbul etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Tərəflər işə baxılmasının va xtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməməklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edib, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-438/2018 saylı işi üzrə xx xxxx 2018-ci il tarixli qətnaməsini qismən dəyişdirmək lə haqlı olmuş, mənəvi zərərlə bağlı qarşılıqlı iddian üzrə tələbinin təmin edilməmiş hissəsində maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, həmin hissədə iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X10 Təcrübi və Tədris Birliyinin xx.xx.2019-cu il tarixli 309 nömrəli ekspert rəyinə əsasən, Cavabdeh üz və boyun nahiyyələrində aparılmış kosmetoloji prosedurlarla və vurulmuş məlhəmlərlə onun üz nahiyyəsində yaranmış “ikincili hiperpiqmentasiya” arasında səbəbli əlaqənin olmasını göstərir. Cavabdeh "İddiaçı" klinikasına müraciət etməmişdən qabaq dəri problemləri ilə əlaqədar hər hansı bir tibb müəssəsinə müra ciət etməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X4” MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli məktuba əsasən, İqtisadiyyat Nazirliyi tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, ev 13, mənzil 1,2,3,4 və qeyri-yaşayış sahəsində dermatoloji və kosmetoloji işlər üzrə özəl tibb fəaliyyəti ilə məşğul olmaq üçün "İddiaçı" MMC-yə xx.xx.2016-cı il tarixli İN/L-2229/2016 qeydiyyat nömrəli lisenziya verilmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli məktuba əsasən, Cavabdeh xx.xx.2017-i il tarixdən xx.xx.2017-ci il tarixədək dövlət sərhədindən çıxış və girişi qeydə alınmışdır. Nərimanov rayon prokurorluğunun xx.xx.2017-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara ə sasən, Cavabdeh "İddiaçı" MMC-nin həkimlərinin hərəkətləri barədə müraciətində göstərilən xüsusatlar, yəni klinikada onun üzünə göstəriimiş qulluq nəticəsində üzünün dərisinin ona tətbiq olunmuş kosmetik vasitəiər nəticəsində yanması toplanmış materiallarla təsdiq olunmadığından və "İddiaçı" MMC-nin direktoru X8 ilə həkim kosmetoloqu X3 əməllərində cinayət tərkibi müəyyən edilmədiyindən, toplanmış 337-C-17 nömrəli material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İddiaçı MMC-nin nümayəndəsi vəkil X7 ərizə ilə müraciət edərək 3300 manat çəkilən maddi zərər və 5000 manat məbləğində əlavə pul ödəməyə hazır olduqlarını bildirmişdir. Maddi və prosessual hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi mübahisələndirilən hissədə iddian ın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, «İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya»nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. «İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya»nın 41 -ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduq da ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb ol ması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçüe əsas deyildir. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.” «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsin ə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir. Konstitusiya Məhkəməsinin göstərilən Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir ko nkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulm asının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Yuxarıda sadalanan maddi hüquq normalarına istinad edən apellyasiya instansiyası məhkəməsi mənəvi zərərin məbləğini müəyyən edərkən yuxarıda istinad edilən qərarda əks olunmuş işin halları nəzərə alaraq iş üzrə düzgün ədalətli nəticəyə gəlmişdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihalları nı tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnormalarınıdü zgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassatora aid hissədə ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İlkin iddia üzrə Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellya siya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)3638/2019 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-638/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-638/2020
27.01.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver