Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6383/2021 06.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh xxx oğluna qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, iddiaçının hüquqi varisləri X2 və xxxxxoğlunun, cavabdehin vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh xxxxx oğluna qarşı pulun tutulması barədə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1981/2021 nömrəli iş üzrə 03 iyun 2021-ci il tarixli qətnaməsindən ca vabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 06 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 22 oktyabr 2014-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, 3-cü mkr, ev 18/33 a, 21 saylı mənzili (bundan sonra – mübahisəli mənzil) X1. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8961/2015 nömrəli iş üzrə 13.10.2015-ci il tarixli qətnaməsi ilə iddiaçı X3 cavabdeh İddiaçı qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzildən çıxarılma tələbinə dair iddiası təmin edilərək, İddiaçı mübahisəli mənzildən çıxarılması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1180/2016 nömrəli iş üzrə 25.05.2016-cı il tarixli qətnaməsi ilə qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3688/2018 nömrəli iş üzrə 20.04.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X4 qarşı mübahisəli mənzilin alqı-satqısına dair 22.10.2014-cü il tarixli müqavilənin və həmin müqavilə əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə iddiası təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3978/2018 nömrəli iş üzrə 21.12.2018-ci il tarixli qətnaməsi ilə qətnamə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh XXX oğluna (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 40000 manat məbləğində əsas pulun, ödənişin bütün gecikdirmə dövrü üçün məhkəmə qətnaməsinin çıxarıldığı günə qədər bank uçot dərəcəsini əsas götürməklə 12000 manat faiz məbləğinin və 30 manat məbləğində dövlət rüsumunun, cəmi 52030 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehi 2014-cü ildə qohumları XXXXXX vasitəsi ilə tanımışdır. Həmin vaxt onun pula ehtiyacı olub. XXXcavabdehin müdirinin ona 20 ay müddətinə faizsiz 10000 manat pul verə biləcəyini və onun həmin pulu hər ay 500 manat olmaqla hissə-hissə qaytarmağını təklif etmişlər. Razılaşdıqdan sonra onlar Bakı şəhərində görüşmüşlər. Cavabdeh ondan borc veriləcək pulun müqabilində hansı əmlakın girov qismində qoya biləcəyini soruşmuş, o isə yalnız mübahisəli mənzili girov qoya bildiyini demişdir. Onlar razılaşmışlar və 22.10.2014 -cü il tarixdə o, xxxx cavabdeh və onun sonradan tanıdığı X6 adlı şəxs Sumqayıt Regional “ASAN Xidmət” mərkəzinə gəlmişlər. Orada cavabdeh həmin mənzili 20 ay müddətinə XXX adlı şəxsin adına sənədləşdirməyini, notariusa 10000 manat deyil, 50000 manat deməyini, XXX adlı şəxsin onun adına 50000 manat məbləğində pul köçürəcəyini, pulu alandan sonra isə 10000 manat özünə götürüb qalan məbləği XXXə qaytarmaq üçün ona verməyini bildirmişdir. "ASAN Xidmət" mərkəzində sənədlər hazır olandan sonra XXX XXX orada yerləşən "xxxx" ASC-də onun adına 50000 manat məbləğində pul köçürmüş və o, həmin pulu Bankdan çıxarıb 10000 manat pulu özünə götürmüş, 40000 manat pulu isə cavabdehə vermişdir. 28.11.2014-cü il tarixdə cavabdehlə Bakı şəhəri Binəqədi rayonunda görüşmüşlər və o, cavabdehə 500 manat verib cav abdehdən həm 40000 manat pulu, həm də 500 manat pula görə qəbz tələb etmişdir. Cavabdeh 500 manat pula aid ona bir vərəqdən ibarət ödəniş cədvəli vermiş, 40000 manat pula aid isə heç nə verməmişdir. Cavabdehə qaytardığı 40000 manat pula və aylıq ödədiyi 500 manat pula dair ona qəbz və yaxud hər hansı bir yazılı təsdiqedici sübut vermədiyinə görə, onlar arasında mübahisə yaranmış və o, cavabdehə qəbz verməyincə, ona hər ay hissə-hissə qaytarmalı olduğu 500 manat pulu verməyəcəyini bildirmişdir. Beləliklə, 6 ay ərzində o, cavabdehə pul verməmiş və ona xəbər göndərmişdir ki, 10000 manatı gəlib aparsınlar və onun mənzilini qaytarsınlar. Lakin cavabdeh gəlməmişdir. Təxminən 7-8 aydan sonra XXX XXX onun ünvanına gələrək, pulun qaytarılmasını tələb etmiş və bu halda onun mənzilini qaytaracağını bildirmişdir. O, Bankdan 50000 manat götürsə də, həmin pulun 40000 manatının ona qaytarılması üçün cavabdehə verdiyini bildirmişdir. Lakin, XXX XXX yalnız onu tanıdığını vurğulamışdır. O, dəfələrlə bu barədə cavabdehə danışmış, lakin cavabdeh müxtəlif bəhanələr gətirməklə həmin 40000 manat pulu nə XXXə, nə də ona qaytarmayaraq mənimsəmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, onunla X6 arasında alğı-satqı müqaviləsi formal olaraq borca pulun alınması müqabilində bağlanması səbəbindən o, müqavilə bağlandıqdan sonra da həmin mənzildə yaşamışdır. Lakin cavabdeh ondan götürdüyü 40000 manatı qaytarmadığından və o, borcun ödənilməsi ilə bağlı XXX XXXla razılığa gələ bilməmiş və nəticədə alğı-satqı müqaviləsi bağlandıqdan bi r neçə ay sonra aralarında məhkəmə mübahisələri başlamışdır. Həmin mübahisələr 2019-cu ilin əvvəllərinə kimi davam etmiş və bütün bu müddət ərzində o, mənzilini geri qaytarmağa ümid etmiş və hazırkı iddianı qaldırmamışdır. Lakin məhkəmə mübahisələrinin nəticələri onun xeyrinə olmamışdır. Bundan sonra o, ondan 40000 manat pulu əsassız olaraq alan cavabdehin hərəkətlərindən Sumqayıt şəhər Polis idarəsinə şikayət etmiş, lakin araşdırmanın nəticələrinə görə Polis idarəsi onun hərəkətlərində cinayət tərkibinin olmadığını müəyyən etdiyindən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. Cavabdeh onun qohumu XXX xahişi ilə başqa-başqa şəxslər vasitəsi ilə X4 və ona pul göndərdiyini bildirir. Halbuki nə o, nə də X6 hər hansı məbləğdə pul almamışdır. Məhkəmə iclasında cavab deh iddianı qəbul etməyərək, izahatında bildirmişdir ki, iddiaçının qohumları olan XXXXXX onun tanışlarıdır. Bir gün ona müraciət edərək, bibilərinin əri, yəni iddiaçıya pul lazım olduğunu və bunun müqabilində onun evin satılmasının və ya girov qoyulmasının mümkün olduğunu bildirmişlər. O, da tanışı olan XXXadlı şəxsə bu barədə məlumat vermişdir. XXXisə mənzil müqabilində pul verməyə hazır olan şəxs qismində öz tanışı X6 adlı şəxsi təqdim etmişdir. İddiaçının mülkiyyətində olan mənzilə də məhz XXXbaxmışdır. XXX XXXu da həmin münasibətlərdə tanımışdır. Bundan sonra iddiaçı, o, XXX XXX və iddiaçının qohumları XXXXXX Sumqayıt şəhərində yerləşən “ASAN” xidmətə getmişlər. Lakin orada notarius girov müqaviləsinin rəsmiləşdirilməsinin qeyri-mümkün olduğunu bildirdikdən sonra, iddiaçı mənzilin alğ ısatqısına dair müqavilənin rəsmiləşdirilməsinə razılıq vermiş və bununla bağlı mənzildə qeydiyyatda olan şəxslər də “ASAN” xidmətə gələrək mənzilin alğı-satqısına razılıq vermişlər. Mənzilin alğı-satqı müqaviləsi bağlandıqdan sonra iddiaçı XXX XXX tərəfindən müqavilənin dəyəri olaraq notariusun depozit hesabına köçürülmüş 50000 manat pul götürmüşdür. Rəsmiləşdirmə işləri bitdikdən sonra XXX XXX getmişdir. Bundan sonra iddiaçı, o, habelə XXXXXX avtomobilə oturaraq söhbət etmişlər və orada iddiaçı həmin puldan 10000 manat hissəsini özünə götürmüş, 40000 manatı isə arxada əyləşən qohumlarına uzadaraq vermişdir. O, qabaqda əyləşdiyindən pulun dəqiq olaraq onların hansına verilməsini görməmişdir. İddiaçının oğlu da onlarla olmuş, lakin pulun verilməsi zamanı avtomobildə əyləşməmişdir. Sonradan o, arxa oturacağa keçmiş və onlar Bakı şəhəri istiqamətində getmişlər. XXXXXX avtovağzalda düşmüşlər. O, sonradan bilmişdir ki, həmin 40000 manat pul XXX XXXa verilməli idi. Daha sonra onların arasında mənzillə və pulla bağlı mübahisə yarandığını və iddiaçının XXXXXXdən pulunu tələb etdiyini eşitmişdir. Bundan sonra XXXin müraciətinə əsasən yoldaşlıqları naminə və borc qismində, yəni bir neçə aydan sonra qaytarmaq şərti ilə ona 18000 manat pul vermişdir. Həmin pul onun tərəfindən 2015-ci ilin əvvəllərində qeyd edilən XXXadlı şəxsə verilmişdir. Bildiyinə görə həmin pul XXX XXXa verilməli idi. Bundan sonra yenə də eyni əsaslarla XXXin xahişi ilə XXX əvəzinə iddiaçının vəkili olan XXXadlı şəxsə 2015-ci ildə 22500 manat məbləğində pul vermişdir. Həmin pulu XXXiddiaçıya verməli idi. Bundan b aşqa onun, iddiaçının uşaqları və XXX iştirakı ilə aralarında görüş olmuş və həmin vaxt o, yenə də XXX eyni əsaslı xahişi ilə iddiaçının oğluna verilməsi üçün ona 4000 manat məbləğində pulu borc vermişdir. Xatırlayır ki, görüş zamanı 4000 manat verə biləcəyini bildirdikdə XXXlə iddiaçının uşaqları arasında mübahisə də yaranmışdır. Həmin pulların qaytarılması üçün XXXə dəfələrlə müraciət etmiş, lakin bunun bir nəticəsi olmamış, XXX isə hazırda heç onun zənglərinə də cavab vermir və görüşlərdən yayınır. Bundan əlavə mənzilin 50000 manat müqabilində geri qaytarılması mövzusunda iddiaçı ilə XXX XXX arasında 2015-ci ilin iyun ayında “Nəsimi” metrostansiyasının, iyul ayında isə “Riyad” ticarət mərkəzinin yanında görüşlər olmuş və müzakirələr aparılmışdır. Həmin görüşlərdə o da iştirak etmiş, lak in bir nəticə olmamışdır. Bundan sonra tərəflər arasında məhkəmə mübahisələri başlamışdır. O, iddiaçıdan hər hansı məbləğdə pul götürməmişdir. Məhkəmə iclasında cavabdeh nümayəndəsi və vəkili iddianı qəbul etməyərək məhkəməyə verdiyi izahatında bildirmişdir ki, cavabdeh yalnız tanışları XXXXXX müraciəti əsasında onların qohumları olan iddiaçıya pul tapmağa köməklik etmiş, mənzilin rəsmiləşdirilməsi isə iddiaçının öz iradəsi olmuşdur. İddiaçı 40000 manat pulun cavabdehə verilməsini iddia etsə də, bu pulun ona verilməsini təsdiq edən hər hansı sənəd, o cümlədən qəbz təqdim edə bilmir. Onun mənzili 50000 manat pula satdıqdan sonra 40000 manat hissəsinin cavabdehə qaytarılması barədə iddiası ümumiyyətlə əsassızdır. Belə ki, cavabdeh hər hansı müqavilənin tərəfi olmamışdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-1109/2020 nömrəli iş üzrə 19 mart 2020-ci il tarixli qətnaməsi ilə (hakim F.Abdıyev) iddia qismən təmin edilərək, cavabdehdən 40000 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. İddiaçının 22.10.2014-cü il tarixdə bağlanmış alğı-satqı müqaviləsi üzrə ona verilmiş 50000 manat puldan cəmi 10000 manat hissəsini götürməsi barədə mövqeyi (iddiası) ilə bağlı məhkəmə qeyd etmişdir ki, həmin müqavilənin dəyərini təşkil edən 50000 manat pulun alıcı qismində çıxış edən XXX XXX tərəfindən ödənilməsi və iddiaçı tərəfindən qəbul edilməsi, habelə bu müqavilənin etibarsız olmaması işin mübahisəsiz halıdır, o cümlədən preyudisial əhəmiyyətə malik ol an məhkəmə aktı ilə öz təsdiqini tapmışdır (iddiaçının X4 qarşı həmin müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmiş, yuxarı instansiya məhkəməsi bu nəticə ilə razılaşmış və məhkəmə aktı artıq qanuni qüvvəsini almışdır). Məhkəmə iş materiallarına və tərəflərin izahatlarına istinadla belə qənaətə gəlmişdir ki, cavabdehin qanuni qüvvəsini almış və bu baxımdan preyudisial əhəmiyyətə malik olan qətnamədə əks olunmuş ifadəsi nəzərə alınmadığı və hazırkı izahatı əsas götürüldüyü təqdirdə də iddiaçıya məxsus 40000 manat pulun məhz cavabdeh tərəfindən götürüldüyü və bu günədək ona qaytarılmadığı müəyyən edilir. Məhkəmə hesab etmişdir ki, cavabdeh hər hansı hüquqi əsas olmadan iddiaçıya məxsus 40000 manat pulu ondan alaraq özündə saxlamış və bu hal onun tərəfindən hər hansı hüquqi əsas olmadan iddiaçının hesabına əmlak əldə etməsi və bununla da onun əsasız varlanması kimi qiymətləndirilməlidir. Belə olan halda, cavabdeh hər hansı hüquqi əsas olmadan əldə etdiyi 40000 manat pulu iddiaçıya qaytarmalıdır. Məhkəmə iddia tələbinin 12000 manat faiz məbləğinin tutulması hissəsi ilə bağlı belə qənaətə gəlmişdir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 433.2, 433.3, 1091.1, 1091.1, 1092.1, 1093.1, 449.1, 449.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 82.3, 217.4-cü maddələrinə, Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə istinadla əsaslandırmışdır. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən işə baxılarkən işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün XXXXXX məhkəmə iclasına çağırılmaları və izahat vermələri onlar tərəfindən tələb olunmuş, məhkəmə həmin şəxslərin məhkəməyə çağırılmalarına görə qərar qəbul etmiş, onlar iddiaçının qohumları olduğundan çağırılmalarını iddiaçıya həvalə etmişdir. Lakin iddiaçı ona sərf etmədiyindən həmin şəxslərin məhkəməyə gətirilməsinə dair qərarı icra etməmiş və bundan yayınmışdır. Həmin şəxslərin məhkəməyə gətirilməsi və izahatlarının dinlənilməsi işin obyektiv həllinə xid mət etməli idi. İşə baxan məhkəmə işin hallarını təhrif edərək bilərəkdən işdəki sübutlara qeyri-obyektiv, qərəzli yanaşaraq, həmin sübutları iddianın təmin edilməsi üçün kifayət hesab etmişdir. Şahidlərin dindirilməsi üçün cavabdeh tərəfindən vəsatətlər verilmiş, həmin vəsatətlər təmin edilsə də, icrası təmin olunmamışdır. Bundan başqa, cavabdeh tərəfindən sübutlar birinci instansiya məhkəməsinə təqdim edilsə də, məhkəmə həmin sübutları qəbul etməkdən imtina etmişdir. İddiaçı 12.12.2020-ci il tarixdə ölmüşdür. Apellyasiya instansiyası məhkəməsi tərəfindən X5, X7, X2 və XXX xxxxoğlu iddiaçının hüquqi varisləri kimi işə cəlb edilmişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1981/2021 nömrəli iş üzrə 03 iyun 2021-ci il tari xli qətnaməsi ilə (hakimlər – R.Həsənov (sədrlik edən və məruzəçi), İ.İbrahimli və Ş.Məhərrəmova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı 22 oktyabr 2014-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən ödənilmiş 50000 manat pul vəsaitinin 10000 manatını özünə götürdüyünü, 40000 manat pulu isə XXX XXXa qaytarması üçün cavabdehə verdiyini iddia etmişdir. Cavabdeh həmin pul vəsaitinin ona verilməməsi əsası ilə iddiaya etiraz etsə də, onun bu barədə bildirdikləri, iddiaçının XXX XXXa qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair işə Sumqayıt Şəhər Məhkəməsində baxılan zaman özünün verdiyi şahid ifadəsi ilə təkzib edilmişdir. Belə ki, həmin vaxt ifadə ve rən cavabdeh 40000 manat pulun ona verildiyini təsdiq etmişdir. Beləliklə məhkəmə belə qənaətə gəlmişdir ki, mərhum iddiaçı, 22 oktyabr 2014-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən ödənilmiş 50000 manat pul vəsaitinin 40000 manatını X4 qaytarması üçün cavabdehə vermiş, cavabdeh tapşırığı qəbul etsə də, pul vəsaitini aidiyyəti üzrə vermək vəzifəsini icra etməmişdir. Nəticədə iddiaçı əmlakının satışından əldə etdiyi pul vəsaitinin 40000 manat hissəsi miqdarında zərərə uğramışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi mübahisələndirilən hissədə qanuni və əsaslı olmuşdur, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 777.1, 777.2, 779.1, 1091.1, 1091.2, 1093.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Cavabdeh (Vəkil1) qətnamədən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsasları apellyasiya şikayətinin əsasları ilə eyni olan kassasiya şikayətində işin faktiki halları sadalanmış əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ma ddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Kassasiya şikayətinə görə, məhkəmə, onun Sumqayıt Şəhər Məhkəməsində işə baxılarkən verdiyi izahata istinad etməklə, guya həmin izahatda onun tərəfindən 40000 manat məbləğində pul vəsaitinin götürülməsinin etiraf edildiyini qeyd edir. Lakin, məhkəmə iclasında dəfələrlə bildirmişdir ki, onun izahatı təhrif edilmiş, Sumqayıt Şəhər Məhkəməsində də işə baxılarkən hazırkı izahatı ilə oxşar məzmunlu izahat verdiyini, 40000 manat məbləğində pul vəsaitinin XXX və XXXda qaldığını, həmin pul vəsaitinin onlar tərəfindən mənimsənildiyinə baxmayaraq XXX və XXXın xahişi ilə həmin pul vəsaitini hissə-hissə olmaqla XXXadlı şəxsə, eyni zamanda, iddiaçının oğluna qaytardığını qeyd etmişdir. Bunları təsdiq edən sübutlar birinci instansiya məhkəməs inə təqdim edilsə də məhkəmə həmin sübutları qəbul etməkdən imtina etmişdir. Məhkəmənin Sumqayıt Şəhər Məhkəməsinin 20 aprel 2018-ci il qətnaməsinə istinad etməsi tam qanunsuzdur və bu halda məhkəmə kobud prosessual pozuntuya yol vermişdir. Belə ki, o, məhkəmənin istinad etdiyi mülki işdə iştirak edən tərəf deyildir. Ona görə də həmin qətnamə ilə müəyyən edilmiş fakt hazırkı işdə sübut növü kimi qiymətləndirilə bilməz. Qeyd edilən mülki işə baxılarkən iddiaçı ondan məhz mənzilinin qaytarılmasına şahidlik etməyini xahiş etmiş, mənzilin borc müqabilində girov qoyulmasının təsdiqini xahiş etmiş, o, da öz növbəsində yalnız bu halı təsdiq etmək üçün məhkəməyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçının hüquqi varisi XXX xxxxxoğlu kassasiya şikayətinə qarşı yazıl etira z təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, kassasiya şikayətinin dəlilləri əsassızdır, təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. İddiaçının hüquqi varisləri məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiklərindən MPM-in 67-ci maddəsinə əsasən onların izahatı dinlənilmədi. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zəru rətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya icraatı üzrə birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayəti əsasında yoxlamış apellyasiya instansiyası məhkəməsinin aktı həmin tərəfin kassasiya şikayəti əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; Maddə 1092.1. Əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. MPM Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmənin qanuni qüvvəyə minmiş hö kmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir (maddə 82.4). Şahidin çağırılması barədə vəsatət qaldıran şəxs şahidin soyadını, adını, atasının adını və yaşadığı yeri göstərməyə borcludur (maddə 104.6). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir (maddə 407.2). Kassasiya instansiyası məhkəməsi apellyasi ya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğ v olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd olunmalıdır ki, iş materialları ilə cavabdehin şahidin dindirilməsi barədə MPM-in 104.6-cı maddəsinin tələblərinə cavab verən vəsatət təqdim etdiyi müəyyən olunmur. Bu baxımdan işə baxmış məhkəmənin şahidin məhkəmədə iştirakının təmin olunmasını tərəflərə təklif etməsi, bu mümkün olmadıqda isə işdə olan sübutlarla işin baxışını yekunlaşdırması məhkəmə aktının ləğv olunmasına əsas verən prosessual pozuntu kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, şəxsin şahid qismində başqa məhkəmə işində verdiyi ifadə onun tərəf olduğu digər iş üzrə preyudisial əhəmiyyət daşımasa da, bu hal həmin şahid ifadəsinin digər mülki işə baxarkən sübut növlərindən biri kimi digər sübutlarla bi rlikdə tədqiq edilməsi və qiymətləndirilməsini istisna etmir. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh XXX oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki koll egiyasının 2(103)-1981/2021 nömrəli iş üzrə 03 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6383/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-6383/2021
06.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver