Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6385/2022 20.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Mənzil Tikinti Kooperativinin cavabdehlər Cavabdeh1 və Bakı şəhər İcra Hakimiyyətinə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Mənzil Tikinti Kooperativinin cavabdehlər Cavabdeh1 və Bakı şəhər İcra Hakimiyyətinə qarşı əqdin etibarsız hesab edilməsi və mənzilin boşaldılması tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-745 5/2022 nömrəli, 27 oktyabr 2022-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 20 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı MTK cavabdehlər Cavabdeh1 və Bakı şəhər İcra Hakimiyyətinə qarşı əqdin etibarsız hesab edilməsi və mənzilin boşaldılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Cavabdeh1 məhkəməyə ərizə təqdim edərək, iddiaçının hazırki tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində birinci icraat
3. Səbail Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) (hakim İlkin Rüstəmli) 2(009)-1865/ 2022 saylı, 24 avqust 2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir.
4. Daha sonra Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2(009)-1865/2022 saylı qəradadı ilə mülki iş üzrə icraat dayandırılmış və mülki iş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsi qərara alınmışdır.
5. Qeyd olunan qərardaddan Cavabdeh1 xx.xx.2022-ci il tarixdə şikayət vermişdir.
6. Səbail Rayon Məhkəməsinin e-2(009)-1865/2022 saylı, 14 oktyabr 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. b)Apellyasiya instansiyası məhkəməsində icraat
7. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra-apellyasiya instansiyası məhkəməsi) 2(103)-7455 saylı, 27 oktyabr 2022-ci il tarixli qərardadı ilə (h akimlər Elnur Həsənov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Vahid Sadıqov) apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir.
8. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, şikayət qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun olmadığından apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 363.1.1, 361.1, 366.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
10. Cavabdeh1 (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini, birinci instansiya məhkəməsinin ilkin qərardadından verilmiş şikayətə apellyasiya instansiya m əhkəməsində baxılmasını xahiş etmişdir.
11. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin şikayət edilmiş qərardadında AR MPM-nin 361.1-ci maddəsinə səhvən istinad edilir və şikayət bu Məcəllənin 2 saylı əlavədə apellyasiya şikayətləri üçün müəyyən olunmuş formaya uyğun olmamasını əsas tutaraq, öz qeyd edilən qərarına gəlir – halbuki, həmin maddədə qətnamələrdən apellyasiya məhkəməsinə verilən apellyasiya şikayətlərindən bəhs edilir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
13. Maddə 363.1.1. Apellyasiya şikayəti apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.
14. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.
15. Maddə 366.2 Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Kassasiya baxışının hədləri
16. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instans iya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
17. Hazırda apellyasiya instansiya məhkəməsinin qərardadından cavabdeh kassasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsinin qərardadının tam ləğv olunmasını xahiş etdiyindən, qərardad tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən qərardad qəbul edilərkən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması v ə ya dəyişdirilməsi üçün əsas yoxdur.
19. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının kassasiya şikayətində qeyd etdiyi hallar apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas ola bilməz.
20. Kassasiya şikayətində AR MPM-nin 361.1-ci maddəsinə səhvən istinad edildiyini qeyd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.
21. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
22. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-c u maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7455/2022 nömrəli, 27 oktyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.