Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6392/2021 27.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs qarşı “əmlak üzərinə qoyulmuş həbsin götürülməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: cinayət icraatı qaydasında üzərinə həbs qoyulmuş əmlakın həbsdən azad olunması, mülkiyyətin müdafiəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrl ik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Rizvanov Vahid Süleyman oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 iyul 2021-ci il tarixli, 2(103)6963/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak üzərində Maraqlı şəxs mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı cavabdeh Maraqlı şəxs qarşı “pul” tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət etmiş və həmin icraatda Şəmkir Rayon Məhkəməsinin 18 iyul 2019-cu il t arixli qərardadı ilə işə mahiyyəti üzrə baxılıb qurtaranadək, cavabdehə məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilin üzərinə həbs qoyularaq, özgəninkiləşdirilməsinə qadağa edilmişdir. Şəmkir Rayon Məhkəməsinin 11 sentyabr 2019-cu il tarixli qiyabi qətnaməsi ilə İddiaçı iddiası təmin edilmiş, cavabdeh Maraqlı şəxs 142500 manat pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Həmin qətnamə əsasında icra sənədi verilmiş, Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsi tərəfindən cavabdehin əmlakının hərracdan satılması ilə bağlı sifariş verilmiş, “X4” MMC-nin 07 fevral 2020-ci il tarixli Hərracın yekunları barədə protokolu və eyni tarixli müqavilə ilə Maraqlı şəxs məxsus ünvan 1 3 nömrəli mənzil hərracdan İddiaçı 160500 manata satılmışdır. Həmin mənzil üzərində İddiaçı mülkiyyət hüquqları nın qeydiyyatı zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 avqust 2019-cu il tarixli qərarı ilə Maraqlı şəxs barəsində Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə istintaq olunan cinayət işi ilə əlaqədar Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin vəsatəti təmin edilərək, Maraqlı şəxs əmlakları, o cümlədən ünvan 1 3 nömrəli mənzili üzərinə həbs qoyulmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli hökmü ilə Maraqlı şəxs Azərbaycan Respublikası CPM-in 178.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Həmin hökmlə zərərçəkmiş şəxs İddiaçı vurulmuş maddi ziyana görə 161000 manat, mənəvi ziyana gör ə 10000 manat məbləğində pul vəsaitinin təqsirləndirilən şəxs Maraqlı şəxs alınaraq ona ödənilməsi barədə mülki iddiası baxılmamış saxlanılmışdır. Hökmdən təqsirləndirilən şəxs apellyasiya şikayəti vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 2 ünvanında yerləşən mənzilin həbsdən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, mübahisələndirilən mənzilin üzərinə Şəmkir Rayon Məhkəməsinin icraatında olan mülki iş üzrə iddianı təm in etmə tədbiri kimi həbs qoyulandan 1 aydan artıq vaxt keçəndən sonra müstəntiq həmin mənzilin üzərinə həbs qoyulmasına dair vəsatətlə məhkəməyə müraciət etmiş və məhkəmə artıq üzərində həbs olan mənzilin üzərinə yenidən həbs qoymuşdur. İddiaçı tərəfindən rəsmi qaydada 29 iyun 2020-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə və Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət edilmişdir. Qeyd olunan məsələ ilə bağlı yazılı cavab alınmasa da, iddiaçıya şifahi qaydada mülki icraat qaydasında məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İddiaçının mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması cinayət işi üzrə həbs qoyulması səbəbindən mümkün deyildir. Bu halın mövcudluğu iddiaçının mülkiyyət hüquqlarını kobud şəkildə pozur. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli, e-2(001)3967/2020 nömrəli qətnaməsi ilə (hakim N.X.Nəbizadə) iddia tələbi təmin edilmiş, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın həbsdən azad edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələri, İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ, Azərbaycan Respublikası CPM-in 248.1 və 253-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat İşdə iştirak etməyə cəlb edilməyən, qəbul edilən qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs qismində Maraqlı şəxs apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqəd i Rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli, e-2(001)-3967/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 iyul 2021-ci il tarixli, 2(103)6963/2021 nömrəli qətnaməsi ilə (hakim Ş.A.Məmmədovanın sədrliyi və məruzəsi ilə, hakimlər R.Ə.Eyvazovdan və F.Ş.Talışinskidən ibarət tərkibdə) maraqlarına toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli, e-2(001)-3967/2020 nömrəli qətnaməsi ləğv edilmiş, İddiaçı ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın həbsdən azad edilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə, biri nci instansiya məhkəməsi nəzərə almamışdır ki, təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulmamış, bu həbs Maraqlı şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq tərəfindən verilmiş vəsatət əsasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 avqust 2019-cu il tarixli qərarı ilə məhz təqsirləndirilən şəxsə - yəni Maraqlı şəxs aidiyyəti olan əmlak üzərinə qoyulmuş, həmin cinayət işi üzrə bir neçə zərərçəkmiş şəxs vardır. Həmçinin, iş materiallarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 07 iyul 2021-ci il tarixli qərardadı ilə cavabdeh Maraqlı şəxs şikayəti təmin olunmuş, Şəmkir Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli və 03 iyun 2021-ci il tarixli qərardadları ləğv edilmiş, cavabdehin qiyabi qətnamənin ləğv olunmasına dair ərizəsi təmin edilərək, Şəmkir Rayon Məhkəməsinin 11 sentyabr 2019-cu il tarixli qiyabi qətnaməsi ləğv edilmiş və iş üzrə icraat təzələnərək mahiyyət üzrə baxılması üçün mülki iş Şəmkir Rayon Məhkəməsinə qaytarılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən dəlillərə müfəssəl hüquqi qiymət verməmiş, baxış zamanı mübahisə ilə əlaqədar qəbul olunmuş məhkəmə aktının mövcudluğunu bilərək onların qanuni qüvvəsini almasını gözləmək üçün öz təşəbbüsü belə Azərbaycan Respublikasının MPM-in 254-cü maddəsinin tələblərinə uyğun işin icraatının dayandırılmasının zəruriliyini müzakirə etməmiş və faktiki olaraq qeyri-müəyyənlik yaratmışdır. Kassasiya şikayətinin və ona etirazın dəl illəri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 iyul 2021-ci il tarixli, 2(103)-6963/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, İddiaçı Maraqlı şəxs barəsində istintaq olunan cinayət işi üzrə zərərçəkmiş şəxs olmuşdur. Təqsirləndirilən şəxsin mülkiyyətində olmuş mənzil hərrac nəticəsində onun mülkiyyətinə keçəndən sonra iddiaçı Bakı Ağır Cinayətlər Məhkəməsinə ərizə ilə müraciət edərək, mənzilin dəyərini ona vurulmuş zərərdən çıxılmasını xahiş etmiş və Maraqlı şəxs cəza təyin edilərkən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmışdır. Həmçinin, Şəmkir Rayon Məhkəməsinin 11 sentyabr 2019-cu il tarixli qiyabi qətnaməsi qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Bundan əlavə apellyasiya instansiyası məhkəməsi tərəfindən çəkişmə prinsipi pozulmuş və işə iddiaçının iştirakı olmadan baxılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı və vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qayd ada məlumatlandırılmalarına baxmayaraq, cavabdehlərin nümayəndələri, üçüncü şəxs və ya vəkilləri məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında ol an sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Kassator apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv olunmasını xahiş etdiyinə görə, hazırki kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfin dən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 414.1-ci maddəsinə əsasən əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 253.0-cı maddəsinə əsasən təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslər cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi barədə müraciət etmək hüququna malikdirlər. Cinayət prosesini həyata keçirən orqan müraciətin təmin edilməsindən imtina etdikdə və ya müraciət alındığı vaxtdan 10 (on) gün müddətində müraciət etmiş şəxsə məlumat vermədikdə, həmin şəxs əmla kın həbsdən azad edilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququna malikdir. Tələbin kimin əmlakına yönəldilməsi məsələsi həll edilərkən əmlakın həbsdən azad edilməsi barədə iddia üzrə məhkəmənin qərarı müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror, habelə cinayət işinə baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlum at verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi süb utlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apell yasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədal ət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı inst ansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normalar, habelə işin faktiki hallarına hüquqi qiymət verilərkən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Belə ki, ilk olaraq qeyd edilməlidir ki, iddiaçı apellyasiya məhkəməsində məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, o, məhkəməyə teleqram verərək atasının vəfat etməsi ilə əlaqədar mə hkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi isə iddiaçının məhkəməyə gəlməməsinin üzrlü hesab edilməli olan həmin halı nəzərə almamış və işə onun iştirakı olmadan baxmaqla, MPM-in 9.2-ci maddəsinin tələblərini pozmuşdur. Digər tərəfdən iddianı rədd edən apellyasiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, hazırki tələbə CPM-in 253-cü maddəsi tətbiq edilə bilməz. Belə ki, cinayət icraatı qaydasında həbs qoyularkən mübahisələndirilən əmlak təqsirləndirilən şəxsin mülkiyyətində olmuş və həbs səhvən qoyulmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi həmin hal mübahisəsizdir. Bununla belə nəzərə alınmalıdır ki, mənzil üzərində həbs olsa da, onunla bağlı məhkəmə qətnaməsinin icrası qaydasında hərr ac keçirilmiş və iddiaçı hərracın qalibi tanınmaqla, onunla alqı-satqı müqaviləsi bağlanmışdır. Hərracın nəticələri maraqlı şəxslərlə mübahisələndirilməmiş və qanunla müəyyən edilmiş qaydada etibarsız hesab olunmamışdır. Belə olan halda, MM-in 146.1 və 146.2-ci maddələrinə əsasən hərracın nəticələri barədə alqı-satqı müqaviləsi imzalandığı tarixdən iddiaçının mənzil üzərində mülkiyyət hüququnun elementlərindən olan sahiblik və istifadə hüquqları yaranmışdır. İstinaq orqanının vəsatəti əsasında qoyulan həbs isə iddiaçının mənzili öz adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bununla da, ona sərəncam vermək hüququnu məhdudlaşdırmışdır. Apellyasiya məhkəməsinin digər dəlili ondan ibarət olmuşdur ki, Maraqlı şəxs barəsində istintaq olunan cinayət işi üzrə iddiaçıdan əlavə bir neçə cavabdeh vardır. Yəni apellyasiya məhkəməsinin mövqeyinə görə həbsin götürülməsi həmin zərərçəkmiş şəxslərin hüquq və mənafelərinə toxuna bilər. Apellyasiya məhkəməsinin bu mövqeyi ilə əlaqədar məhkəmə ilk olaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən Maraqlı şəxs barəsində olan cinayət işində zərərçəkmiş şəxs qismində tanınmış şəxslər deyil, məhz Maraqlı şəxs apellyasiya şikayəti vermişdir. Digər tərəfdən iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli hökmündən müəyyən olunur ki, həmin məhkəmə üzərinə həbs qoyulmuş ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli qətnaməsinə (hazırki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinə) əsasən həbsdən azad edi lməsini nəzərə almışdır. Yəni Maraqlı şəxs barəsində olan cinayət işi üzrə icraatda təqsirləndirilən şəxsin mülkiyyətində olan əmlakların, o cümlədən hazırda mübahisələndirilən mənzilin hesabına zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi məsələsi həll olunmamışdır. Belə olan halda, mənzil üzərinə həbsin qalması və son nəticə olaraq iddiaçının hüquqlarının məhdudlaşdırılması digər zərərçəkmiş şəxslərin hüquqlarının bərpasına hansı qaydada xidmət etməsi məsələsi apellyasiya məhkəməsi tərəfindən müzakirə olunmamışdır. Bundan əlavə iddianı rədd edən apellyasiya məhkəməsi göstərmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin 07 iyul 2021-ci il tarixli qərardadı ilə Şəmkir Rayon Məhkəməsinin qiyabi qətnaməsi ləğv edildiyi və iş üzrə icraat təzələnərək, mahiyyəti üzrə baxılması üçün həmin məhkə məyə qaytarıldığı halda, hazırki iş üzrə icraat birinci instansiya məhkəməsi tərəfindən MPM-in 254-cü maddəsinin tələblərinə əsasən dayandırılmamışdır. Bununla bağlı ilk olaraq qeyd olunmalıdır ki, hazırki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qətnamə 21 sentyabr 2020-ci il tarixdə qəbul edilmişdir. Yəni birinci instansiya məhkəməsi hələ mövcud olmayan Gəncə Apellyasiya Məhkəməsinin 07 iyul 2021-ci il tarixli qərardadına istinad edərək icraatı dayandıra bilməzdi. Digər tərəfdən isə apellyasiya məhkəməsi Şəmkir Rayon Məhkəməsində baxılan mülki iş üzrə yekun qərar qəbul edilənədək hazırki işə baxılmasının qeyri-mümkün hesab etdiyi halda, özü icraatın dayandırılması məsələsini müzakirə etməmiş, iş üzrə iddianın rədd edilməsi barədə qətnamə qəbul etmişdir. Nəhayət kassasiya ş ikayətinə əlavə olunmuş 08 yanvar 2021-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin surətindən müəyyən olunur ki, İddiaçı mübahisələndirilən mənzili başqa şəxsə - X1. Apellyasiya məhkəməsi hazırda mübahisələndirilən qətnaməni qəbul edərkən, birinci instansiya məhkəməsinin qətnaməsinin artıq icra olunmasını nəzərə almamış, mənzilin mövcud hüquqi statusunu, onun başqa şəxslərin mülkiyyətinə keçməsinin mümkünlüyünü araşdırmamış, həmin şəxsləri işə cəlb edilməsi məsələsini müzakirə etməmişdir. Məhkəmə kollegiyası hesab edir qeyd olunan hallar son nəticədə iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olmuşdur. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə t utur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsı z qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, tərəflərin təqdim etdikləri v ə iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 iyul 2021-ci il tarixli, 2(103)6963/2021 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6392/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-6392/2021
27.12.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver