Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-643/2020 03.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı və vəkili Vəkil oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 sentyabr 2019-cu il tarixli qətnaməsindən İddiaçı və vəkili Vəkil oğlunun kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 aprel 2019-cu il tarixli qətnaməsi ilə iddianın rədd edilməsi qət olunmuşdur. Bakı Apellya siya Məhkəməsi Mülki Kollegiyasının 04 sentyabr 2019-cu il tarixli, 2(103)-9322/2019 saylı qətnaməsi ilə (hakimlər Z.Əliyev (sədrlik edən və məruzəçi), F.Talışinski və R.Eyvazov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 aprel 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı, fəaliyyət qabiliyyəti olmayan 19.09.1991-ci il təvəllüdlü X2 üzərində anası – hazırkı iş üzrə üçüncü şəxs Xnın qəyyum təyin edilməsi barədə Cavabdeh Başçısının 20 noyabr 2017-ci il tarixli, 334 saylı sərəncamının ləğv edilməsi və Xnın qəyyumluq vəzifəsindən kənarlaşdırılması, qəyyumluq fəaliyyətinə xitam verilməsi b arədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı və vəkili Vəkil oğlu kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, məhkəmə işin faktiki hallarına düzgün, obyektiv və qərəzsiz hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarını pozulmuşdur. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 sentyabr 2019-cu il tarixli 2(103)9322/2019 saylı qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilərək, iddia tələbinin təmin edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında İddiaçı və vəkili Vəkil oğlu Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 sentyabr 2019-cu il tarixli qətnaməsindən verdikləri ka ssasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhk əməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması əd alətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 35.1, 38.4-cü maddələrinə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci hissəsinə işin materialları üzrə gəldiyi nəticədən görünür ki, X qəyyum Xnın vəzifəsinin icrasında kənar edilməsi üçün istinad etdiyi halları sübuta yetirə bilməmiş, onun istinad etdiyi şahid ifadələri və yazışmalar qəyyumun fəaliyyət qabiliyyətsiz olan şəxsə amansız davranması qənaətinə gəlmək üçün mötəbər və kifayətedici sübutlar deyildir. Çünki, həmin ifadələr tərəflərlə heç bir mübahisəsi olmayan, qərəzsizliyinə şübhə yaranmayan başqa şəxslərin, habelə müva fiq dövlət orqanlarının (polisin, qəyyumluq orqanının və s.) məlumatları ilə təsdiqlənmir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə işin həqiqi hallarına uyğun olmaqla, iş üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlinmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi, İddiaçılə üçüncü şəxs X 18.11.1990-cı il tarixdə nikaha girmiş, 12.06.2008-ci il tarixdə nikahları pozulmuşdur, övladları X anasının yanında saxlanılmışdır. 2012-ci ildə baş vermiş avtoqəza nəticəsində X ağır kəllə beyin travması almış, ona ağır açıq kəllə-beyin travması, daxili qeyri kompensasiyalı hidorsefaliya, dərin spastik tetraparez, disfaziya və afaziya, motor afaziya diaqnozu qoyulmuşdur. Şəxs birinci dərəcəli əlildir. Bakı şəhəri, Xətai rayon məhkəməsinin 05 iyul 2017-ci tarixli qətnaməsi ilə, 19.09.1991-ci il təvəllüdlü X fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Bakı şəhəri Cavabdeh başçısının 20 noyabr 2017-ci il tarixli 334 nömrəli sərəncamı ilə Xin üzərində anası X qəyyum təyin edilmişdir. İddiaçı tələbində Bakı şəhəri Cavabdeh başçısının qəyyum təyin edilmə barədə 20 noyabr 2017-ci il tarixli 334 nömrəli sərəncamının ləğv edilməsini, Xnın qəyyumluq vəzifəsindən kənarlaşdırılmasını və qəyyumluq fəaliyyətinə xitam verilməsini iddia etmiş və bunu onunla əsaslandırmışdır ki, istər Xin, istərsə də qəyyum təyin olunmuş Xnın yaşayış yeri Yasamal rayonudur. Ona görə də, bu qəyyumluq işinə Cavabdeh Qəyyumluq və Himayəç ilik Komissiyası tərəfindən deyil, Yasamal rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən baxılmalı idi. Bundan başqa, Cavabdeh Qəyyumluq və Himayəçilik Komissiyasında Xin üzərində qəyyum təyin edilməsinə dair Xnın ərizəsinə baxarkən, onun iştirakı təmin edilməmişdir. Hal-hazırda Xə Türkiyə və ya Avropa klinikalarında ciddi tibbi yardım göstərilməlidir, lakin anası X artıq iki ildir ki, onu oğlu Xlə görüşməyə imkan vermir. X əlil oğlu ilə çox amansız davranır. Üçüncü şəxs isə iddiaya olan etirazın əsası kimi iddiaçının nikahın pozulduğu 2008-ci ildən Xin avtoqəzaya düşdüyü 2012-ci ilədək olan 4 il müddətinə və Xin yataq xəstəsinə çevrildiyi 2012-ci ildən hazırkı vaxtadək olan bu illər ərzində Xlə maraqlanmamasına, onunla görüşməməsinə, onun ehtiyaclarını qarşılam amasına, səhhətinin yaxşılaşması üçün vəsait sərf etməməsinə, son 10 ildə X3 himayəsində olaraq, onun bütün ehtiyaclarını onun qarşılamasına, bundan sonra da bütün maddi ehıiyaclarını onun ödəyəcəyinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qəyyum təyin edilmə barədə məsələnin Cavabdeh Qəyyumluq və Himayəçilik Komissiyasında baxılması ilə aidiyyət qaydasının pozulmaması barədə mövqeyi ilə razılaşır və hesab edir ki, X və X yaşayış yeri üzrə Xətai rayonu ərazisində qeydiyyatda olduqlarından, qəyyum təyin olunması barədə məsələyə həmin rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasında baxılması qanunvericiliyə zidd olmamışdır. Belə ki, işin materiallarından görünür ki, Bakı şəhəri Xətai RPİ tərəfindən 27.06.2008-ci il tarixdə verilmiş AZE seriyalı 06414468 saylı şəxsiyyət vəsiqəsinin və Bakı şəhəri ASAN 2 tərəfindən 29.01.2017-ci il tarixdə verilmiş AZE seriyalı 17083584 saylı şəxsiyyət vəsiqəsinin surətlərinə əsasən X və X ünvan 1 ünvanında qeydiyyatdadırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 35.1-ci maddəsinə görə, qəyyumu və ya himayəçini qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsin yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı fiziki şəxs üzərində qəyyumluq və ya himayəçilik qoyulması zərurətinin ona məlum olduğu andan üç ay ərzində təyin edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci hissəsinə görə, Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Məhkəmə kollegiyası həmçinin adı qeyd edilən şəxslərin başqa yaşayış sahəsində qanunla müəyyən edilmiş qaydada qeydiyyata düşmədən müvəqqəti yaşamaları onların rəsmi yaşayış yerinin dəyişməsi kimi qəbul oluna bilməməsinə dair apellyasiya instansiyası məhkəməsinin qənaətini də əsaslı sayır. Çünki, şəxsin yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) onun olduğu yer sayılır (adı çəkilən Qanunun 2-ci maddəsi). Məhkəmə kollegiyası daha sonra apellyasiya instansiyası məhkəməsinin X qəyyum Xnın vəzifəsinin icrasında kənar edilməsi üçün istinad etdiyi halları sübuta yetirə bilməməsinə dair mövqeyini də əsaslı sa yır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 38.4-cü maddəsinə görə, qəyyum və ya himayəçi onun üzərinə düşən vəzifələri gərəyincə yerinə yetirmədikdə, o cümlədən qəyyumluqdan və ya himayəçilikdən tamah məqsədi ilə istifadə etdikdə və ya qəyyumluqda olanı nəzarətsiz və lazımi köməksiz qoyduqda qəyyumluq və himayəçilik orqanı qəyyumu və ya himayəçini bu vəzifələrin icrasından kənar edə bilər və təqsirli fiziki şəxsin qanunla müəyyənləşdirilmiş məsuliyyətə cəlb olunması üçün zəruri tədbirlər görə bilər. İşin materiallarından görünür ki, Xnın övladı Xlə amansız davranması barədə İddiaçı iddiasının əsasını şahid ifadələri və “WhatsApp” yazışmaları təşkil edir. İşin materiallarından görünür ki, iddiaçının vəsatəti ilə şahid qimsində dinlənilmiş X7 və X8 ifadələrində bildirmişlər ki, onlar qəyyumluqda olana baxmağa kömək etmiş, yardım toplamışlar. Lakin bunun qarşılığında X onların qızıllarını oğurlamışdır. S 2-3 aylıq Dubay şəhərinə mal almağa gedirmiş, bu vaxt Xi Hnın yanında qoyurmuş. Snın X adlı şəxslə yaxın münasibətləri olmuş, həmin şəxs Xə siqaret, redbull kimi zərərli şeylər vermişdir. S uşağa fiziki təzyiqlər göstərmiş, onu döymüş və bunu çəkərək onlara göndərmişdir. İş materiallarına həmçinin X6 Anın mobil telefonuna “WhatsApp” proqramı ilə gələn bu məzmunlu yazılar da əlavə olunmuşdur. Üçüncü şəxsin vəsatəti üzrə şahid kimi dindirilmiş X9 ifadəsində bildirmişdir ki, o, Snın bacısıdır. İddiaçını bacısı ilə evli olduğu vaxtdan tanıyır. Bacısı övladının üzərində qəyyum təyin olunmuşdur. Hal-hazırda övladının bütün maddi və mənəvi tələbatını bacısı ödəyir. Bacısı oğlu avtonəqliyyat qəzasında düşdükdən sonra bacısı onu Azərbaycanda və Türkiyədə müxtəlif klinikalarında müalicə etdirmişdir. İddiaçı, 10 ildir ki, oğlu ilə maraqlanmamışdır. Bacısı ilə onun arasında heç bir mübahisə olmamışdır, onların münasibətləri yaxşıdır. S fəaliyyət qabiliyyəti olmayan oğlunu heç vaxt döyməmiş, ona qarşı kobud rəftar etməmişdir. Bacısı 2017-2019-cu illərdə 2-3 dəfə xaricə getmişdir, həmin müddət ərzində bacısı oğluna onun anası baxmışdır. Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid iş üzrə ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirməyə, düzgün ifadə verməyə borcludu r. (MPM-nin 62-ci və 104.1-ci maddələri) Həmçinin şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyəti olan hallar (sübutetmə predmetinə daxi olan hallar) barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirmə zamanı verdiyi məlumatlardır. İşin nəticəsində hüquqi baxımdan maraqlı olma dedikdə iş üzrə tərəflərlə yaxın qohumluq və tanışlıq münasibətlərinin olmasıdır. Hər bir halda qeyd edilən hallar həmin şəxslərin şahid qismində dindirilməsi üçün mane olmasada onların ifadələrində nəzərə alınmalıdır. MPM 88-ci maddəsinin tələblərinə cavab vermək üçün hakim ilk öncə təqdim olunmuş hər bir sübutu iki cəhətdən yoxlamalıdır. Birinci, şahid nəyi ifadə edi r (ifadənin məzmunu, təfsir), ikinci, şahidin ifadəsi inandırıcıdımı (sübut etmə qüvvəsi). Bu ardıcıllıqla sübutların qiymətləndirilməsi hakimin hansısa qərara gəlməyə imkan verib-verməməsi və bu sübut vasitəsinin sübut edilməli olan faktı bilavasitə sübut etməsi, yaxud da sübut edilməli olan fakt barəsində məntiqi yararlı nəticəyə gəlməyə imkan verən başqa bir fakt barəsində sübutun olmasının müəyyənləşdirməsidir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin şahid ifadələri üzrə gəldiyi hüquqi mövqeyi ilə də razılaşır. Belə ki, iddiaçının vəsatəti üzrə dindirilmiş şahidlərin ifadələrindən də görünür ki, onlar tanışdırlar, əvvəllər münasibətləri mehriban olsa da, hal-hazırda aralarında pul mübahisəsi var və bu hal üzrə hüquq-mühafizə orqanlarında müvafiq araşdırma aparılır. Di gər tərəfdən şahid qismində dindirilmiş X1 bacısı X5 verdiyi ifadələrində bacısı ilə heç bir zaman mübahisəsinin olmamasını, bacısına uşağa baxmağa onun anası və özü də köməklik etməsini, bacısı oğlu ilə kobud rəftar etməməsini, ona nəvaziş və qayğı ilə qulluq etməsini göstərmişdir. Kollegiyanın qənaətinə görə təqdim edilən sübut vasitəsi olan şahid ifadələri də, şahidlərin verdiyi məlumatlar da şübhədənkənar, faktla bağlı halları təsdiq edən obyektiv məlumatlar olmadığı, ifadələrinin obyektivliyi şübhə doğurduğundan və biri-birilə ziddiyyət təşkil etdiyi üçün apellyasiya məhkəməsi tərəfindən haqlı olaraq onları mötəbər sübut kimi qiymətləndirilməmiş və gəlinən bu qənaət də iş üzrə qəbul edilmiş qətnaməsində əsaslandırılmışdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Xnın qəyyumluğu altında olan Xin sağlamlığına qayğı göstərmədiyi, habelə ona lazımı tibbi yardım etmədiyini bildirsə də, qəyyumun zəruri maddi imkana malik olduğu halda bunları etməməsini, bunun üçün iddiaçının özünün müvafiq qəyyumluq orqanı qarşısında konkret təkliflərlə təşəbbüs göstərməsini, rəsmi müraciət etməsini, buna baxmayaraq üçüncü şəxsin qəyyumluqda olanı müalicələrdən bilərəkdən yayındırmasını təsdiqləyən sübutları məhkəməyə təqdim etməməsi ilə bağlı hüquqi mövqeyi ilə də razılaşır. Belə ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilm əsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Göründüyü kimi, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkk ür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxl anılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə kollegiyası daha sonra apellyasiya instansiyası məhkəməsinin iddia tələbinin qəyyumun xaricdə olarkən qəyyumluğu altında olan Xi nəzarətsiz və köməksiz qoyması barədə dəlili üzrə verdiyi hüquqi qiyməti də qanuni və əsaslı sayır. Belə ki, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi X 26.11.2017-03.12.2017-ci il tarixlərdə 8 gün müddətinə, 22.04.201824.04.2018-ci il tarixlərdə 3 gün müddətinə, 18.01.2019-23.01.2019-cu il tarixlərdə isə 5 gün müddətinə ölkə sərhədlərini tərk etmiş, yuxarıda qeyd edilən vaxtlarda qəyyumluqda olanın yanında qohumları, baxıcısı olmuşdur və qəyyumluqda olan şəxs n əzarətsiz və lazımı köməksiz qalmamışdır. Həmçinin də apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi kimi bu səfərlər zamanı Xin köməksiz qalmasına və bunun nəticəsində hansısa formada zərər çəkməsinə dair iş materiallarında sübutlar mövcud deyildir. Beləliklə də kollegiya hesab edir ki, Xnın qısa müddətlərdə xaricə ölkəyə getməsi faktının özü-özlüyündə qəyyumluqda olanı köməksiz qoyma kimi qiymətləndirilə bilməməsinə dair apellyasiya instansiyası məhkəməsinin nəticəsi qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələblərinin və apellyasiya şikayətinin əsası kimi istinad edilən hallar kassasiya şikayətinin dəlilləri kimi də təqdim edilmişdir. Kollegiya kassasiya şikayətinin dəlillərinə qiymət verməkdə davam edərək hesab edir ki, apellyasiya instansiyası məhkəm əsi istinad etdiyi hüquq normalarının tələblərinə əsasən Xnın qəyyum təyin edilməsi barədə Cavabdeh Başçısının 20 noyabr 2017-ci il tarixli, 334 saylı sərəncamının ləğv edilməsi və onun qəyyumluq vəzifəsindən kənarlaşdırılması, qəyyumluq fəaliyyətinə xitam verilməsinə hüquqi əsasların olmamasına dair düzgün və əsaslı hüquqi nəticəyə gəlmişdir. Kollegiya xüsusi olaraq qeyd etməyi zəruri sayır ki, iddiaçının xəstə uşağının qayğısına qalmaq, onun müalicəsi üçün vəsait sərf etmək, bir sözlə valideyn kimi üzərinə düşən vəzifələri yerinə yetirilmək niyyətindədirsə bu halda Xnın qəyyum təyin edilməsi barədə sərəncamın ləğv edilməsi və onun qəyyumluq vəzifəsindən kənarlaşdırılması, qəyyumluq fəaliyyətinə xitam verilməsi məsələsini qaldırılması önəmli sayıla bilməz. İddiaçı bu iddianı qaldırmadan d a övladının mənafeyi baxımından onun xəstəliyi ilə bağlı müalicəsi üçün əlindən gələn köməklik etməsi bir valideyn kimi onun borcudur. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, bu dəlillər qanuni, əsaslı və mahiyyətcə düzgün olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, iddiaçının apellyasiya şikayətinin dəl illərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218, 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməyərək düzgün və əsaslı nəticəy ə gəlmişdir. Buna görə də kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğu və hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgün olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-643/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-643/2020
03.02.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver