Məhkəmə qərarları › İş №2(102)-6431/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6431/2019

17.10.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6431/2019 17.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Rüstəmov Əli Məhəmməd oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Hadi Mirqədir Mirababa oğlunun katibliyi, kassatorun vəkili X4, cavabdehin vəkili X1 iştirakı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qətnaməsindən iddiaçı Nəbiyev İsmayıl Şahmar oğlunun kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 fevral 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(005)-314/20 19, hakim R.N.Quliyev) iddiaçı Nəbiyev İsmayıl Şahmar oğlunun Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-6894/2019, hakimlər V.T.Həsənov, Ş.A.Məmmədova, X.Ə.Sarıyev) Nəbiyev İsmayıl Şahmar oğlunun apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: Bakı şəhəri Xətai Rayon prokurorunun 04.10.2016-cı il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi və cinayət işinin başl anması barədə» qərarı ilə Nəbiyev İsmayıl Şahmar oğlunun şikayət ərizəsi əsasında Xətai RPİ-nin İstintaq şöbəsində toplanmış material üzrə müstəntiq Kamal Vəliyev tərəfindən qəbul edilmiş 30.06.2016-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qanunsuz və əsassız qərarının ləğv edilməsi, fakta görə Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə cinayət işinin başlanması qərara alınmış, cinayət işi ibtidai istintaq aparılması üçün Xətai RPİ-nin İstintaq şöbəsinə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru Rəhman Kərimovun 17.04.2017-ci il tarixli «cinayət işi üzrə icraata xitam verilməsi haqqında» qərarı ilə Nəbiyev İsmayıl Şahmar oğlunun ərizəsi əsasında toplanmış materialları üzrə Azərbaycan Respublika sı CM-nin 178.3.2-ci maddəsi ilə başlanmış cinayət işi üzrə icraata xitam verilməsi, Nəbiyev İsmayıl Şahmar oğlunun iş üzrə zərərçəkmiş şəxs qismində tanınmasına xitam verilməsi qərara alınmışdır. 18 sentyabr 2018-ci il tarixdə Nəbiyev X2 İlqar Abbas oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən aldadılma nəticəsində ona dəymiş 142.500 avro (ekvivalenti manatla 293.550 manat) məbləğində maddi ziyanın, 300.000 manat həcmində əldən çıxmış fayda və mənəvi zərərin ümumilikdə 593.550 manat məbləğində pulun cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassato r şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iddia tələbinin rədd edilməsi üçün heç bir əsas göstərilməmiş və heç bir əsaslandırılma aparılmamışdır. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin vəkili isə kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfin dən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını maddi və mənəvi zərərin ödənilməsi təşkil edir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun müddətdir ki, “şəkərli diabet” xəstəsi olmaqla, sağ ayağı diz nahiyəsindən aşağı hissədə amputasiya edilmiş, cavabdehin ona ayağının protezləşdirməsinin Almaniyada həyata keçirilməsinə köməklik göstərəcəyi vədinə inanaraq tibbi müayinə və müalicə olunması, eləcə də orada müvəqqəti yaşamasına görə ayrı-ayrı vaxtlarda hissə-hissə ona 142.500 avro pul vermiş, lakin cavabdehin onu aldatması nəticəsində maddi və mənəvi zərər çəkmişdir. Sübut etmə v əzifəsinin əsaslarını müəyyən edən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya məhkəməsinin qətnaməsindən göstərildiyi kimi, hazırki mübahisə üzrə iddiaçının üzərinə düşən ilkin sübutetmə yükü göstərilən məbləğlərin cavabdehə verilməsi və geri qaytarmamasının sübut edilməsindən asılıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinin tələblərinə görətərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır İddiaçı məhkəməyə tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı sübut təqdim etməmiş, təqdim etdiyi cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarlarda da istinad etdiyi halların təsdiq edilməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar