Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-644/2023 07.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdehnə (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Yasamal rayon icra şöbəsi, X4 və X5 cəlb edilməklə) qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: icraata qəbul qərardadının ləğv edilərək işin kassasiya baxışından çıxarılmaqla apellyasiya instansiyası məhkəməsinə qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5344/2022 nömrəli, 10 oktyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 27 fevral 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı 210.000 ABŞ dolları və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçı X2 xeyrinə tutulması qət edilmiş, qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri müvafiq instansiya məhkəmələri tərəfindən təmin edilməmiş, qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmiş və Bakı şəhəri Yasamal rayon İcra və probasiya şöbəsinə icra vərəqi göndərilmişdir.
2. Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 qətnaməni icra etmək məqsədilə borclu İddiaçı məxsus olan Zaqatala rayonu Göyəm kəndində yerləşən əmlak komple ksini qiymətləndirmə tapşırığı vermişdir ki, onları hərrac vasitəsilə sataraq, qanuni qüvvəyə minmiş qətnaməni icra etsin. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona məxsus olan torpaq sahəsi və əmlak kompleks tikilisinin qiymətləndirilmələrinə dair 01 fevral 2021-ci il tarixli hesabatın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. İddiaçı tələbini işin hallarına uyğun olaraq belə əsaslandırmışdır ki, qiymətləndirmə hesabatı tam qanunsuz və əsassızdır. Belə ki, bütün Zaqatala əhli bilir ki, ona məxsus olan torpaq sahəsi yerləşdiyi yerdə bir sot torpağın ən aşağı qiyməti 2.500-3.000 manatdır, sənaye tikilisinin 1 k v.m. qiyməti heç vaxt 100 manat olmamışdır. Nədənsə, mütəxəssis bu cür başa düşüb və ağlına gələn məbləği yazıb. Odur ki, ona məxsus olan torpaq sahəsinə və əmlak kompleksi tikilisinə cavabdeh tərəfindən tərtib edilmiş qiymətləndirmə hesabatı qərəzli, qeyriobyektiv və qanunsuzdur. Buna görə də həmin qiymətləndirmə hesabatı etibarsız hesab edilməlidir. Bunun üçün isə obyektiv rəy alınmalıdır.
5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli, 2(001)245/2022 nömrəli qətnaməsi ilə (hakim M.Rüstəmli) iddia rədd edilmişdir.
6. Məhkəmə iş üzrə gəldiyi nəticəni “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 3, 7, 8-ci və Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. İddiaçı apell yasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən təyin olunmuş ekspertiza ilə əmlakın ən aşağı qiymətinin 310.000 manat olduğu müəyyən olunmuşdur. Buradan da məlum olur ki, iddiaçının mübahisələndirdiyi 246.575 manat məbləği əmlak kompeksinin həqiqi qiyməti deyil. Buna görə də, iddiaçı hazırkı iddia tələbini irəli sürmüşdür, lakin məhkəmə iddia tələbini əsassız olaraq rədd etmişdir.
9. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5344/2022 nömrəli, 10 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Məmmədova – sədrlik edən və məruzəçi, F.Babayev və R.Eyvazov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya mə hkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
11. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, miras əmlakın miras kütləsinə aid olubolmadığı araşdırılmamış, əmlakın miras qalmış bağ evinin və torpaq sahəsinin satılması vasitəsi ilə əldə edildiyi məhkəmə tərəfindən araşdırılmamışdır. Həmçinin, miras əmlakın qəbul edilmə müddətinin ötürülməsi ilə əlaqədar sübutlar məhkəmə tərəfindən araşdırılmamışdır. 10. b) Kassasiya şikayətinə qa rşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
13. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
14. Maddə 417.1.7 Kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması müəyyən edərsə, icraata qəbul qərardadını l əğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Kassasiya baxışının hədləri
15. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
16. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyas ı məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, kassasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardad ləğv edilməli və mülki iş kassasiya baxışından çıxarılaraq apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
18. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti vermiş, kassasiya şikayəti mülki işin materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Həmin şikayət icraata qəbul olunmuşdur.
19. Kassasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən olunmuşdur ki, kassasiya şikayəti Azərbaycan Respublikası MPM-in 407-ci maddəsində müəyyən olunmuş qaydalara uyğun tərtib olunmamışdır.
20. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1 -ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində 17. iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 21. 407.1.4-cü maddəsinə əsasən kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə t utulmuş əsasların mövcudluğunun əsaslandırılması göstərilməlidir. 22. 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 23. 408.1.5-ci maddəsinə əsasən kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə, kassasiya şikayəti qaytarılır.
24. İddiaçı kassasiya şikayətində maddi hüquq normalarının pozulması kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 76.1, 77.1, 80-cı maddələrinə istinad etmiş və hazırkı işlə bağlılığı olmayan d igər işin hallarına istinad etmişdir. Kassasiya şikayətinin məzmununda həmin maddələrin pozuntusunun hazırki işdə konkret nədə ifadə olmasını, hazırki mübahisəyə aidiyyətini göstərməmişdir. Bununla da, kassator Azərbaycan Respublikası MPM-in 407.1.4-ci maddəsinin tələblərini pozmuşdur.
25. Azərbaycan Respublikasının MPM-in 409-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətini iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərmişdir.
26. Qeyd olunanlara əsasən, kassasiya şikayətində maddi və yaxud prosessual hüquq normalarının pozulmasının nədən ibarət olması göstərilmədiyi üçün icraata qəbulu mümkün olmamasına baxmayaraq icraata qəbul olunmuşdur.
27. Bu halda, kassasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardad ləğv edilməli və mülki iş kassasiya baxışından çıxarılaraq apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
28. MPM-in 417.1.7-ci maddəsinə əsasən, kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən e dilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər.
29. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5344/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 27 dekabr 2022-ci il tarixli qərardadı ləğv edilsin və mülki iş kassasiya baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.