Məhkəmə qərarları › İş №2(102)-645/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-645/2019

25.01.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-645/2019 25.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 25 yanvar 2019-cu il İş № 2(102)-645/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Quliyev Gündüz Ağababa oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xankişiyev Şafiq Fəyyaz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Cavabdeh Mənzil Tikinti Kooperativinin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 avqust 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh Mənzil Tikinti Kooperativi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 avqust 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh MMC-yə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə; Cavabdeh MTK isə İddiaçı qarşı müqavilə bəndinin etibarsız hesab olunması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal rayon məhkəməsinə müraciət etmişlər. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 17 aprel 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən X.Məhərrəmova, iş 2(004)-2648/2018)ilkin iddia qismən təmin edilərək, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 17 iyul 2013-cü il tarixli müqaviləyə əsasən Cavabdeh MTK-nın öhdəliklərinin icrasının gecikdirildiyi müddət ü çün ödənilməli olan aylıq ev kirayəsi pulu olaraq cəmi 16.800 (on altı min səkkiz yüz) manat və vurulmuş mənəvi zərərin əvəzi olaraq 1.000 (bir min) manat, iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumunun əvəzinin 10 manat məbləğində hissəsi, ümumilikdə 17.810 (on yeddi min səkkiz yüz on) manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi, ilkin iddia tələbinin qalan hissədə isə təmin edilməməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Talışinski (sədrlik edən və məruzəçi), R.Eyvazov və S.Hacıyev, iş № 2(103)-8221/2018)iş üzrə Bakı şəhəri Yasamal rayon məhkəməsinin 17 aprel 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kass asiya şikayətinin dəlilləri: Cavabdeh MTK kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pözuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 avqust 2018-ci iltarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələbinə müvafiq olaraq İddiaçı izahatı dinlənilməmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərda r edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pözulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, məhkəmə araşdırılması zamanı İddiaçı razılığı ilə ilkin Cavabdeh MTK onun hüquqi varisi, əsl cavabdeh Cavabdeh MMC ilə əvəz edilmiş, Cavabdeh MTK ilə İddiaçı arasında 17 iyul 2013-cü il tarixdə bağlanmış müqaviləyə əsasən Bakı şəhəri, ünvan1 ünvanında mənzilin ə vəzinə İddiaçı Cavabdeh MTK-nın ünvan 2 ünvanında tikilməkdə olan binasında 5-D saylı binada, 8-ci mərtəbədə 38 saylı mənzili verilmişdir. Müqavilə şərtlərinə görə Cavabdeh MTK tikintiquraşdırma işlərini layihə sənədlərinə uyğun olaraq yerinə yetirməyi və binanı 30 ay müddətində təhvil verməyi öhdəsinə götürmüş, Cavabdeh MTK İddiaçı verilmiş mənzili təmir edib təhvil verməyi öhdəsinə götürmüşdür və müqavilənin 2.2.3-cü bəndinsə 30 ay müddətində evin təmin edilib, təhvil verilmədiyi təqdirdə Cavabdeh MTK tərəfindən 700 manat ev kirayəsi ödəniləcəyi göstərilmişdir. Hazırda İddiaçı Cavabdeh MTK-nın öhdəliklərini yerinə yetirməməsinə əsaslanaraq, müqavilənin 2.2.3-cü bəndinə uyğun olaraq, öhdəliyin icrasının gecikdirildiyi müddət üçün hesablanmış məbləğin və mənəvi ziyanın əvəzinin tutulması b arədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda qarşılıqlı iddia tələbindən görünür ki, Cavabdeh MMC müqavilənin 2.2.3-cü bəndinin vacib əhəmiyyətli yanılma təsiri altında müqaviləyə salındığına istinad edib, müqavilənin qeyd olunan bəndinin etibarsız hesab edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8, 324.1, 324.5, 325, 337.1, 347.1, 347.2, 385.1, 386.1, 390.1, 390.2, 390.3, 405.1, 430, 442, 567, 568.1, 569.1, 646.1-ci maddələrinin tətbiq edilməsi ilə razılaşmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin ver diyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Müki Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Mülki Məcəllənin 347.1-ci maddəsinə müvafiq olaraq, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icras ını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öz öhdəsinə götürür. Müki Məcəllənin 568.1-ci maddəsinə əsasən, satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Müki Məcəllənin 646.1-ci maddəsinə müvafiq olaraq, daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Cavabdeh MTK kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, apellyasiya instansiyası məhkəməsi sübutlara düzgü n hüquqi qiymət verməmiş, işin hallarına qeyri-obyektiv yanaşaraq əsassız qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Ko nstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyy ən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin həmin dəlili iş materialları ilə təsdiq olunmur. Apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozun tularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 avqust 2018-ci iltarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 avqust 2018-ci iltarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli il

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar