Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-645/2020 03.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X7 oğlunun katibliyi, İddiaçı8 nümayəndəsi İddiaçı2, Cavabdeh-nin vəkili X5 oğlunun, maraqlı şəxslər İddiaçı2, X2, İddiaçı5, İddiaçı7 iştirakları ilə, İddiaçı8 Cavabdeh-nə (maraqlı şəxslər: İddiaçı1, İddiaçı2, X4, İddiaçı4, İddiaçı5, İddiaçı6 və İddiaçı7) qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli 2(103)-11333/2019 nömrəli qətnaməsindən İddiaçı8 və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, X4, İddiaçı4, İddiaçı5, İddiaçı6 və İddiaçı7 - Cavabdeh-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onlara vurulmuş maddi zərərin əvəzi kimi 20000 (iyirmi min) manat, mənəvi zərərin əvəzi kimi 30000 (otuz min) manat, ümumilikdə 50000 (əlli min) manat vəsaitin alınaraq onlara verilməsi, eyni zamanda Cavabdeh-nin saxtakarlıq əməllərinə hüquqi qiymət verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı8 ərizəsinə əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(009)-1532/2019 saylı qərardadı ilə əsl olmayan id diaçılar İddiaçı1, İddiaçı2, X4, İddiaçı4, İddiaçı5, İddiaçı6 və İddiaçı7 əsl İddiaçı8 ilə əvəz edilmişlər. İddiaçı1, İddiaçı2, X4, İddiaçı4, İddiaçı5, İddiaçı6 və İddiaçı7 isə maraqlı şəxs qismində işə cəlb edilmişlər. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim Rəna Qafarova) xx xxxx 2019-cu il tarixli, 2(009)-1532/2019 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Aida Hüseyn - sədrlik edən və məruzəçi, Etibar Nəbiyev və Raqib Qurbanov) xx.xx.2019-cu il tarixli 2(103)-11333/2019 nömrəli qətnaməsi ilə İddiaçı8 apellyasiya şikayəti təmin edilməyərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını qət edilmişdir. İddiaçı8 və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmələrə tərəfindən təqdim edilmiş sübutlar düzgün qiymətləndirilməmiş, işin həqiqi hallarına uyğun olaraq tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq edilməmiş, apellyasiya instansiyası məhkəməsi faktlara səthi yanaşaraq, Azərbaycan Respublikası məhkəmələr və hakimlər haqqında qanunun 3,4,7,8,9-cu maddələri kobudcasına pozmuşdur. Prosessual məsələlər: Cavabdeh-nin vəkili X5 oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etmişdirlər. İddiaçının nümayəndəsi İddiaçı2, maraqlı şəxslər İddiaçı2, X5, İddiaçı 5 və İddiaçı7 məhkəmə iclasında vəkilsiz iştirak etdiklərinə görə Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinə əsasən onların izahatı dinlənilməmişdir. Digər proses iştirakçılarına işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş iş in hallarından göründüyü kimi, Şuşa Rayon Məhkəməsi xx xxxxxx 2015-ci il tarixli, 2(077)-340/2015 saylı qətnaməsi ilə Cavabdeh ilə cavabdeh X6 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 016CASA140450004 kredit müqaviləsinin ləğv edilməsi, X1, X5 və İddiaçı8 müştərək qaydada kredit müqaviləsi üzrə cəmi 17692,11 (on yeddi min altı yüz doxsan iki) ABŞ dolları pulun qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi məzənnəsi ilə hesablanmaqla və ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada tutulması qət edilmişdir. Sonradan İddiaçı8 zaminlik müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmə araşdırması zamanı iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin edil miş, ekspert rəyində Cavabdeh-nin Sumqayıt filialı ilə İddiaçı8 arasında bağlanmış zaminlik müqaviləsindəki imzanın İddiaçı8 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunduğu müəyyən edilmiş və məhkəmənin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə İddiaçı8 ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 016FİZAM03127701 nömrəli zaminlik müqaviləsi etibarsız hesab edilmişdir. Bundan sonra, İddiaçı8 Şuşa Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(077)340/2015 saylı qətnaməsindən apelyasiya şikayəti vermiş və Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(105)-283/2018 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmiş, qeyd olunan qətnamə ləğv edilmiş və iddiaçı Cavabdeh-nin X3 və İddiaçı8 qarşı kredit müqaviləsinin ləğv edilməsi, kreditin, f aizlərin və zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Həmçinin icra məmurunun təqdimat əsasında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-618/2018 saylı xx.xx.2018-ci il tarixli qərardadı ilə iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin üzərinə həbs qoyulmuşdur. İddiaçı bankın saxta zaminlik müqaviləsi əsasında zaminə qarşı iddia qaldırması və qətnamənin icrası ilə bağlı evinin üzərinə həbs qoyulması nəticəsində ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin satışı ilə bağlı 3000 manat beh alması və evin həbsdə olması səbəbindən evin satışını həyata keçirə bilmədiyindən həmin behin iki qatını qaytarılması, həmçinin ailənin səhhətinə dəyən zərərə görə 20.000 manat maddi, 30000 manat mənəvi ziyan tələb edir. Məhkəmələr iddiaçıya cavabdehin təqsirl i hərəkətləri nəticəsində maddi ziyan vurulması halının sübuta yetirilməməsini nəzərə alaraq belə qənaətə gəlmişdirlər ki, iddia tələbi maddi ziyanla bağlı hissədə əsassızdır, maddi ziyan vurulması müəyyən edilmədiyindən iddia tələbinin iddiaçıya dəymiş mənəvi zərərin əvəzi olaraq 30000 manat ödənilməsi hissəsi də təmin edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasını n yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual M əcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunla və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2.-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əld ən çıxmış fayda) başa düşülür. Göstərilən maddi hüquq normalarının məzmunundan görünür ki, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. İddiaçı cavabdehin hərəkətləri nəticəsində onun və ailəsinin səhhətinə 20.000 manat məbləğində ziyan dəyməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Digər tərəfdən, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin üzərinə həbs məhkəmə qətnaməsi qüvvədə olan zaman icra məmurunun təqdimatı əsasında qoyulmuşdur, sonradan icra sə nədinin verilməsinə əsas olan qətnamə ləğv edildiyindən icra məmurunun təqdimatı əsasında Suraxanı rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə həmin həbs götürülmüşdür. Belə olan halda, həbsin qoyulması nəticəsində iddiaçının öz əmlakına görə aldığı behi qaytarmaqla zərərə uğraması birbaşa bankın qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyan olmadığından, həmin ziyanla bankın qanunsuz hərəkət və yaxud hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, həmçinin zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması müəyyən edilmədiyindən bu hissədə də maddi ziyan tələbi əsassız olmuşdur. Mənəvi ziyan tələbinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi h aqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsanhüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” konvensiyanın müddəaları və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlam lığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin qərarın 4-cü bəndində müəyyən edilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Azərb aycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarının 8-cü bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Hazırki iş üzrə isə mənəvi ziyanın tutulmasına əsas verən bu hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iddiaçının iddia tələbini sübut edə bilməməsinə dair nəticəsi işin araşdırılmış hallarına uyğun olmuşdur. Azərba ycan Respublikasının MPM-in 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, ha belə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı8 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli 2(103)-11333/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul
Məhkəmə qərarları › İş №2(102)-645/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-645/2020
03.02.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver