Məhkəmə qərarları › İş №2(102)-6475/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6475/2021

16.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6475/2021 16.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, Cavabdeh iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3196/2021 nömrəli iş üzrə 07 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 16 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakılar ı müəyyən etdi: İşin halları 04 may 2016-cı il tarixli, 1-04-05-2016-SM-BP nömrəli təminatlı kredit müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən Cavabdeh 240 ay müddətinə, illik 8% ödəmək şərti ilə, 213.330.00 manat məbləğində kredit verilmişdir. 04 may 2016-cı il tarixli, 1-04-05-2016-SM-BP nömrəli zaminlik müqaviləsindən görünür ki, kreditorla borclu arasında bağlanmış 04 may 2016-cı il tarixli kredit müqaviləsinə əsasən 213.330.00 manat məbləğində 240 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi zamin "xxxx" Mənzil Tikinti Kooperativi borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı və bu borcun özünün malik olduğu pul vəsaitləri, daşınar və daşınmaz əmlakı, banklardakı vəsaitləri, qiymətli kağızları və s. hesabına ödənilməsini öhdəsinə götürür. 04 may 2016-cı il tarixli, 1-04-05-2016-SM-BP nömrəli zaminlik müqaviləsindən görünür ki, kreditorla borclu arasında bağlanmış 04 may 2016-cı il tarixli kredit müqaviləsinə əsasən 213.330.00 manat məbləğində 240 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi zamin İddiaçı borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı və bu borcun özünün malik olduğu pul vəsaitləri, daşınar və daşınmaz əmlakı, banklardakı vəsaitləri, qiymətli kağızları və s. hesabına ödənilməsini öhdəsinə götürür. Hesabdan çıxarışdan, həmçinin "xxxx" ASC tərəfindən verilmiş 01 mart 2019-cu il tarixli, MXK-0212 nömrəli arayışdan görünür ki, Cavabdeh tərəfindən 04 may 2016-cı il tarixli, 1-04-05-2 016SM-BP nömrəli kredit müqaviləsi üzrə kredit ödənişləri ödənilmədiyi üçün öhdəlik borcalanın zamini İddiaçı Bankda olan hesablarından cəmi 1931,10 manat tutulmaqla təmin olunmuş 19 oktyabr 2019-cu il tarixdə müvafiq kredit müqaviləsi üzrə kredit borcu Banka tam qaytarılmış və ona hesablanmış faizlər tam ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 avqust 2019-cu il tarixli, 20760 №-li rəyindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh adından bağlanmış 1-04-05-2016-SM-BP nömrəli, 04 may 2016-cı il tarixli saylı zaminlik müqaviləsinin 1-ci və 2-ci nüsxələrinin 1-ci və 2-ci vərəqlərinin aşağı sağ tərəfindəki imzalar Cavabdeh tərəfindən icra olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 127 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəm ə Ekspertizası Mərkəzinin 20 fevral 2020-ci il tarixli, 24267 №-li rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları əsasında və 04.05.2016-cı il tarixli kredit müqaviləsinin şərtləri nəzərə alınaraq Cavabdeh "xxxx" ASC-yə 08.01.2018-ci il tarixə olan borcu 213.330,00 manat əsas borc, 20.647,95 manat faiz borcu təşkil edir. Qeyd edilir ki, 08.01.2018-ci il tarixdən sonra, kredit müqaviləsi üzrə 01.02.2018-ci il tarixdə 500 manat, 19.10.2018-ci il tarixdə 249.784,18 manat ödəniş edilmişdir. 249.784,18 manat məbləğində olan ödəniş 1-04-052016-SM-BP nömrəli, 04 may 2016-cı il tarixli saylı zaminlik müqaviləsi əsasında zamin kimi çıxış edən İddiaçı Almas qızına məxsus ******************** saylı hesabdan silinmişdir. Aparılmış tədqiqatın dəyəri 145 manat təşkil edir. İ ş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi, onun nümayəndəsi və vəkili Vəkil1 isə 29.06.2020-ci il tarixli iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə 36454,18 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında 04.05.2016-cı il tarixdə kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi İddiaçı ilə bank arasında 04.05.2016-cı il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh bank qarşısında olan öhdəliklərini vaxtında və lazımınca icra etməmişdir. "xxxx" ASC tərəfindən təqdim olunan 29 mart 2019-cu il tarixli hesabdan çıxarışda 19.10.2018-ci il tarixdə İddiaçı zaminlik müqaviləsinə əsasən ümümilikdə 249.784,18 manat məbləğində pul silinmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim S.Mustafayeva, iş № 2(006)-170/2020) iddia tələbi təmin edilərək, Cavabdeh İddiaçı xeyrinə 36454.18 (otuz altı min dörd yüz əlli dörd manat, on səkkiz qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq, məhkəmə ekspertizalarının tədqiqat dəyəri olan 272 (iki yüz yetmiş iki) manat pul vəsaiti Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cav abdeh 04 may 2016-cı il tarixli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və öhdəliyi icra etmədiyi üçün İddiaçı zamin kimi onun əvəzindən "xxxx" ASC-yə cəmi 249.784,18 manat ödəniş etmişdir. Belə ki, cavabdehin öhdəliyi üzrə iddiaçının Bankda olan hesablarından cəmi 249.784,18 manat pul tutulmuşdur. Beləliklə, zamin İddiaçı bank qarşısında üzərinə düşən öhdəliyi lazımi qaydada yerinə yetirsə də, əsas borclu Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Nəticədə kreditorun əsas borcluya qarşı kredit müqaviləsi üzrə hüquqları təmin edilmiş pul öhdəliyinə münasibətdə zaminə keçmiş və əsas borclunun zamin qarşısında məsuliyyəti yaranmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə mü raciət etməkdə haqlı olmuşdur. Belə ki, Cavabdeh iddiaçı qarşısında məsuliyyəti yarandığından 36454,18 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Apelyasiya instansiyası məhkəməsində icraat Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmişdir. Belə ki, İddiaçı tərəfindən zamin kimi 249784,18 manat məbləğində pul ödənildiyi halda, yalnız 36454,18 manat pul məbləğini tələb etməsinin səbəbi araşdırılmamışdır. Əslində isə iddiaçı cavabdehə məxsus "xxxx" Tikinti Kooperativi tərəfindən inşa olunan Bakı şəhəri Nərimanov rayonu H.Əliyev küçəsi 945-ci məhəllədə tikilməkdə olan 1 saylı binanın ümumi sahəsi 140,59 kv.metrdən ibarət 3 otaqlı 64 saylı mənzilini qeyri-qanuni olaraq, adından çıxararaq öz adına keçirmiş, sonradan isə həmin mənzil "xxxx" tərəfindən digər şəxsə satılmışdır. İş materiallarında olan qiymətləndirmə rəyindən görünür ki, mənzilin bazar dəyəri 245000 manat təşkil edir. Məhkəmə mühasibatlıq ekspertizasının 20 fevral 2020-ci il tarixli rəyinə əsasən isə, Cavabdeh "xxxx" ASC-yə 08.01.2018-ci il tarixə 213330 manat əsas borcu və 20647,95 manat faiz borcu vardır. Belə olan halda, mənzilin bazar dəyəri və banka olan borcun məbləğini əsas götürdükdə, əslində iddiaçının cavabdehə (245000-(213330+20647,95)=11022,05 manat məbləğində borcu var. Bundan əlavə, məhkəməyə müraciət olunana qədər Bank və ya zami n tərəfindən cavabdehə qarşı hər hansı pretenziya məktubu və ya digər məktub göndərilməmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Kərimli (sədrlik edən və məruzəçi), A.İsgəndərov və E.Kazımov, iş № 2(103)-3196/2021) Cavabdeh apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli 2(006)-170/2020 saylı qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh ilə "xxxx" MTK arasında 04 may 2016-cı il tarixdə Bakı şəhəri Nərimanov rayonu H.Əliyev küçəsi 945-ci məhəllədə tikilməkdə olan 1 saylı binanın A blokunun 8-ci mərtəbəsində ümum i sahəsi 140.59 kv.m. olan 3 otaqlı 64 saylı mənzilin alınmasına dair alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən, bu Müqavilə üzrə mənzilin 1 kv.metrlik sahəsinin qiyməti 1686 manat olmaqla müqavilənin qiyməti cəmi 237034,74 manat müəyyən edilmişdir. Müqavilə üzrə tərəflər pul vəsaitinin 213330 manatının "xxxx" ASC ilə bağlanmış kredit müqaviləsinə əsasən götürülmüş pula əsasən ödənilməsinə dair razılaşmışlar. "xxxx" MTK tərəfindən verilən 04 may 2016-cı il tarixli maliyyə arayışından isə göründüyü kimi Bakı şəhəri Nərimanov rayonu H.Əliyev küçəsi 945-ci məhəllədə tikilməkdə olan 1 saylı binanın A blokunun 8-ci mərtəbəsində ümumi sahəsi 140.59 kv.m. olan 3 otaqlı 64 saylı mənzilin dəyəri Cavabdeh tərəfindən tam ödənilib (İ cild, i.v.90). Birinci instansiy a məhkəməsi zamanı keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının da rəyindən göründüyü kimi cavabdeh tərəfindən banka 08 yanvar 2018-ci il tarixədək 8033,44 manat, həmin tarixdən sonra 500 manat ödənilmiş və həmin məbləğlər faiz borcundan silinərək Cavabdeh banka olan əsas borcu 213330 manat, faiz borcu isə 20647,95 manat təşkil etmişdir. Lakin həmin kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməməsi səbəbindən zamin İddiaçı hesabından 249784,18 manat pul silinmişdir. Bundan əlavə birinci instansiya məhkəməsi zamanı alınmış "xxxx" MMC-nin 27 iyun 2019cu il tarixli hesabatından görünür ki, Bakı şəhəri Nərimanov rayonu H.Əliyev küçəsi 945-ci məhəllədə tikilməkdə olan 1 saylı binanın A blokunun 8-ci mərtəbəsində ümumi sahəsi 140.59 kv.m. olan 3 otaqlı 64 saylı mənzil 245000 manat məbləğind ə qiymətləndirilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədiyinə görə İddiaçı borclunu xəbərdar etmədən zamin kimi kredit müqaviləsi üzrə tələbi icra etmiş, mənzil onun sərəncamına keçmiş, sonradan isə mənzili X1. Mülki qanunvericiliyin tələbinə əsasən zamin öhdəliyi icra etməmişdən əvvəl bu barədə borclunu xəbərdar etməli idi. Əgər qanunvericiliyin tələb olunan normasını zamin pozmuşdursa, bu halda borclu zaminin reqress tələbinə qarşı kreditora qarşı olan öz etirazlarını irəli sürə bilər. Məhkəmə mühasibatlıq ekspertizasının rəyinə əsasən Cavabdeh 04 may 2016-cı il tarixli, 1-04-052016-SM-BP nömrəli təminatlı kredit müqaviləsinə əsasən "xxxx" ASC-yə 08.01.2018-ci il tarixə 213330 manat əsas borcu, 20647,95 manat faiz borcu olmuşdur. 08.01.2018-ci il tarixdən sonra kredit müqaviləsi üzrə 01.02.2018-ci il tarixdə 500 manat, 19.10.2018-ci il tarixdə 249784,18 manat ödəniş edilmişdir. 249784,18 manat məbləğində olan ödəniş 04 may 2016-cı il tarixli 1-04-05-2016-SM-BP nömrəli zaminlik müqaviləsi əsasında zamin kimi çıxış edən İddiaçı məxsus ******************** saylı hesabdan silinmişdir. İddiaçı tərəfindən zamin kimi əsas borclu Cavabdeh əvəzinə pul ödənildiyi 19.10.2018-ci il tarixə isə Cavabdeh banka müqavilə üzrə 8 faiz dərəcəsi ilə 40202,04 manat məbləğində faiz borcu ödəməli olduğu halda (1-ci cild i.v.197), cəmi 8033,44+500=8533,44 manat ödəniş etmiş, ödənilən pulların hamısı faiz borcundan silinmişdir. Beləliklə, 19.10.2018-ci il tarixinə Cavabdeh "xxxx" ASC-yə 213330 manat əsas borcu, 31668,6 manat faiz borcu, cəmi 244998,6 manat borcu qalmışdır. İddiaçı isə həmin tarixdə Cavabdeh əvəzinə banka 249784,18 manat ödəniş etmiş, bunun əvəzində "xxxx" MTK-nın verdiyi 04 may 2016-cı il tarixli maliyyə arayışına əsasən Cavabdeh tərəfindən dəyəri tam ödənilmiş və "xxxx" MMC-nin 27 iyun 2019-cu il tarixli hesabatına əsasən bazar dəyəri 245000 manat olan Bakı şəhəri Nərimanov rayonu H.Əliyev küçəsi 945-ci məhəllədə tikilməkdə olan 1 saylı binanın A blokunun 8-ci mərtəbəsində ümumi sahəsi 140.59 kv.m. olan 3 otaqlı 64 saylı mənzil onun adına keçirilmişdir. İddiaçı Cavabdeh əvəzinə 249784,18 manat məbləğində pul ödədiyi halda, iddia ərizəsində ondan əvvəlcə 44988,32 manat pul tələb etmiş, daha sonra isə iddia tələbinin həcmini azaldaraq 36454,18 manat pul tələb etdiyini bildirmiş, ödədiyi qalan pulu tələb etməməsinin səbəbini izah etməmişdir. Cavabdeh "xxxx" ASC-yə 19.10.2018-ci il tarixinə borclu qaldığı 244998,6 manat pulun müqabilində Cavabdeh tərəfindən dəyəri tam ödənilmiş, bazar dəyəri 245000 manat olan mənzil İddiaçı adına keçirildiyindən, sonuncunun Cavabdeh əvəzinə ödədiyi pulu geri tələb etməkdə haqlı olmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil1) kassasiya şikayətini onunla əsaslandırmışdırlar ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)3196/2021 nömrəli iş üzrə 07 iyul 2021-ci il tarixli qətnaməsinin ləğv olunması və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edi r. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən məhkəmə kollegiyası Cavabdeh izahatını dinləməmişdir. Digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti vermişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi kassasiya şikayətinin dəlillərinə uyğun tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 4 42-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.2-ci maddəsinə əsasə n, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 474.2-ci maddəsinə zamin kreditorun tələbini ödəyənədək bu barədə borclunu xəbərdar etməyə, zaminə qarşı iddia irəli sürüldükdə isə borclunu işdə iştiraka cəlb etməyə borcludur. 474.3-cü maddəsinə görə isə zamin bu Məcəllənin 474.2-ci maddəsində göstərilən vəzifələri yerinə yetirmədikdə borclu zaminin reqres tələbinə qarşı kreditora qarşı olan etirazlarını irəli sürə bilər. 475.1-ci maddəsinə əsasən, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqla rı və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1.-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya insta nsiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3196/2021 nömrəli iş üzrə 07 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar