Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-648/2019 18.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ 18 yanvar 2019-cu il İş № 2(102)-648/2019 Bakı şəhərində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı vəkili Nümayəndə, Cavabdeh-nin direktoru X1 və vəkili Orucov Vüsal Əkbər oğlunun iştirakı ilə, İddiaçı və vəkili Nümayəndə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-11105/2018 nömrəli iş üzrə 17 oktyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim R.N.Quliyev) 2(005)-457/2018 nömrəli iş üzrə 08 fevral 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, ünvan 1 ünvanda yerləşən evin qiymətləndirilməsinə dair Azərbaycan Respublikası Cavabdeh-nin 19 aprel 2012-ci il tarixli, 124/Y-QY(111) saylı qiymətləndirməyə aid hesabatın ləğv edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakimlər A.N.İmanov (sədrlik edən və məruzəçi), E.Q.Nəbiyev və R.Ə.Qurbanov) 2(103)-11105/2018 nömrəli iş üzrə 17 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdehnin apellyasiya şikayəti təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-457/2018 saylı iş üzrə 08 fevral 2018-ci il tarixli qətnaməsi ləğv edilməsi, İddiaçı cavabdeh “xxxx “MMC-yə qarşı “qiymətləndirməyə dair hesabatın ləğv edilməsi” barədə iddia tələbi təmin edilməməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh-yə qarşı qiymətləndirməyə dair hesabatın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, arvadı X4 ilə 15.01.1996-cı il tarixdə “xxxx” ASC-də işə qəbul olunmuşlar. İşə qəbul olunduğu vaxtdan ünvan 2 ünvanda yerləşən evdə yaşamışlar. Yaşadıqları bu ev 1963-cü ildə “xxxx” zavodu tərəfindən inşa edilib. Ev ümumilikdə 110,6 kv.m. olmaqla 3 otaqdan ibarətdir. 23.05.1999-cu ildə ünvan 4 ünvanda yerləşən ev “xxxx” ASC-nin qərarına əsasən yaşamaq üçün ailəyə verilmişdir. 2010-cu ildə metropolitenin “Dərnəgül” elektrik deposunun tikintisi ilə əlaqədar yaşadıqları ev söküntüyə düşmüşdür. Evin söküntüsü ilə əlaqədar sökülən evin bir kv.m. üçün 413 manat olmaqla 45.509 manat kompensasiya ödənilmişdir. Kompensasiyanın az ödənilməsi onunla əsaslandırılmışdır ki, söküntüyə düşən ev zəbt olunmuş torpaq sahəsində tikilib. Hansı ki, “xxxx” ASC-nin 08.07.2016-cı il tarixli, 01/029 saylı arayışından görünür ki, sözü gedən ev 1963-cü ildə “xxxx” zavodu tərəfindən inşa olunub. Göründüyü kimi, evin zəbt olunmuş torpaq sahəsində tikilməsinin faktiki əsası yoxdur. Bakı ŞİHB-nın məlum sərəncamına əsasən söküntünün hər kv.m. üçün 1500 manat ödənilməlidir. Bu minvalla cavabdeh 110,6 kv.m. üçün 110.6 x 1500 = 165.900 manat ödəməli idi. Faktiki olaraq, ödənilmiş 45509 manat ödənilməli olan 165000 manatdan çıxılmalıdır. 165900 manatdan 45509 manat çıxıldıqd an sonra ödəniləcək məbləğ 120391 manat təşkil edir. Azərbaycan Respublikası Prezidentinin 26.12.2007-ci il tarixli 689 saylı fərmanının 2.3 bəndinə əsasən 20 faiz əlavə ödənilməlidir. Yəni 120391 x 20,0% əlavə haqq ödənilməlidir. Hesablanma aşağıdakı kimi aparılmalıdır. 120391 x 20,0%= 24078+120391=144469. Yuxarıdakı hesablamadan görünür ki, cavabdeh söküntüyə görə 144469 manat az ödəməklə iddiaçıya ziyan vurmuş və onun kostitusiyada təsbit olunmuş mənzil və mülkiyyət hüquqlarını, eyni zamanda Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında Azərbaycan Respublikasının Qanununun bir çox müddəalarını pozmuşdur. Cavabdeh kompensasiyanın vaxtında ödəmədiyi üçün manat 80 faiz dəyərdən düşmüş və beləliklə iddiaçıya 144469 x 80%=115571 vurmuşdur.Kompensasiya ödənilərkən Cavabdeh-nin qiymə tləndirməyə dair hesabatı əsas götürülüb. Yuxarıda göstərilənlərə əsasən qiymətləndirmə aparılarkən evin hər kv.m. üçün 413 manat ödənilib. Evin ümumi hissəsi 110.6 kv.m. olmuşdur. Qiymətləndirməyə dair hesebatın iddiaçıya göndərilməsi ilə əlaqədar Cavabdeh-yə ünvanlandığı 06.09.2017-ci il tarixli sorğuya cavab verilməmişdir. Sorğuya cavab verilməsə də hesabata əlavə edilmiş 20.04.2012-ci il tarixli 124/Y-QY(111) saylı müşaiət məktubundan görünür ki, evin söküntüsü üçün cəmi 45509 manat ödənilməsi nəzərdə tutulmuşdur. İstər 2012-ci ildə, istərsə də indi mənzillərin satış və alış qiyməti 1000 manatla 1500 manat arasında dəyişir. Ödənilmiş 45505 manat pula 110 kv.m. ölçüdə mənzil alınması mümkün deyil. Bu səbəbdən də o, bu günə kimi mənzil ala bilməmişdir. Yuxarıda şərh olunanlardan görünür ki, qiymətləndirmə aparılarkən real bazar qiymətləri nəzərə alınmamışdır. Hər kv.m. üçün 413 manat ödənilməsi nə hüquqi, nə də iqtisadi cəhətdən əsaslandırılmamışdır. Göstərilənlərə əsasən, Cavabdeh-nin ünvan 4 ünvanda yerləşən evə dair 19 aprel 2012-ci il tarixli, 124/Y-QY saylı hesabatının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı və vəkili Nümayəndə kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-11105/2018 nömrəli iş üzrə 17 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edib, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul e dərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına İddiaçı və vəkili Nümayəndə kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyası iclasında iştirak edən İddiaçı vəkili Nümayəndə kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən Cavabdeh-nin direktoru X1 və vəkili Orucov Vüsal Əkbər oğlu kassasiya şikayətinin əsassız hesab edərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı iştirak etmədiyi üçün və iştirak etməməsinin üzrlü səbəbi barədə məlumat vermədiyindən məhkəmə kollegiyası işə onun iştirakı olmada n baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatları dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MKnın 2(103)-11105/2018 nömrəli iş üzrə 17 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara h üquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğundur və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir. Belə ki, iş materiallarına əlavə edilmiş Ca vabdeh-nin 19 aprel 2012-cı il tarixli, 124/Y-QY(111) nömrəli Qiymətləndirməyə aid Hesabatın surətindən görünür ki, İddiaçı qeydiyyatda olduğu ünvan 1 ünvanda yerləşən ev 45509 (qırx beş min beş yüz doqquz) manat dəyərində qiymətləndirilmişdir. Bundan başqa, iş materiallarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 dekabr 2017-ci il tarixli qərardadı ilə mülki iş üzrə əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması “xxxx” MMC-yə həvalə edilmişdir. İşdən görünür ki, “xxxx” MMC 23 yanvar 2018-ci il tarixli rəy vermişdir. Həmin rəyə əsasən ünvan 1 ünvanda yerləşən ev 27 aprel 2012-ci il dövrə 132720 (yüz otuz iki min yeddi yüz iyirmi) -143780 (myüz qırx üç min yeddi yüz səksən) manat dəyərində, hazırki dövrə isə 149310 (yüz qırx doqquz min ü ş yüz on) manat dəyərində qiymətləndirilmişdir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Həmin Qanununun 8-ci maddəsinə əsasən Qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Göstərilən Qanununun 9-cu maddəsinin tələbinə əsasən qiymətləndirici dövlət və kommersiya sirləri istisna olmaqla, qiymətləndirməni həyata keçirmək üçün zəruri hesab etdiyi hər cür məlumatı yazılı və ya şifahi formada üçüncü şəxslərdən almaq hüququna malikdir. Apellyasiya instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunda əmlakın dəyərini müəyyənləşdirən qiymətləndiricinin hesabatının məhkəmə qaydasında mübahisələndirilməsi imkanının nəzərdə tutulması istənilən halda belə qiymətləndirməni mübahisələndirmək hüququna malik olmaq kimi qəbul edilə bilməz. Həmin qiymətləndirmə hesabatı yalnız tərəfin hüququnun pozuntusunun yarandığı güman edilən real vəziyyətlərdə məhkəmə mübahisələndirməsinin predmeti ola bilər. Apellya siya instansiya məhkməsinin qənaətinə görə hazırki iş üzrə qiymətləndirmə hesabatının tərəflərin hüquqlarının pozması müəyyən edilməmişdir. Aşağı instansiya məhkəməsinin qiymətləndirmə hesabatına əsasən sözügedən əmlak 45509 manat məbləğində qiymətləndirilmiş, iddiaçı qeyd edilən məbləğlə razılaşmaqla cavabdeh tərəfindən həmin məbləğ iddiaçıya kompensasiya şəklində ödənilməsinə görə iddia tələbinin əsassız hesab etməsi barədə gəldiyi nəticəsi tam qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin txxxxim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin M əcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Adıçəkilən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla t əsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-11105/2018 nömrəli iş üzrə 17 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 41 9-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı və vəkili Nümayəndə kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-11105/2018 nömrəli iş üzrə 17 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Aslan Kalbalıyev
Məhkəmə qərarları › İş №2(102)-648/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-648/2019
18.01.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver