Məhkəmə qərarları › İş №2(102)-6490/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6490/2019

15.10.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6490/2019 15.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi, məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı və cavabdeh Ləğv Prosesində olan “xxxx” KB ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 may 2019-cu il tarixli, 2(103)5457/2019 saylı qətnaməsindən cavabdeh Ləğv Prosesində olan “xxxx” KB ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 21 dekabr 2018-ci il tarixli, 2(006)6196/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim N.T.Tağıyeva) İddiaçı cavabdeh Ləğv Prosesində olan “xxxx” KB ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh2 MMC qarşı “bankın əməliyyat sistemində, kredit bürosundan çıxarışda qeyd olunmuş gecikdirilmiş borcun olmamasının müəyyən edilməsi və borclu olmamasına dair qeydin aparılmasının cavabdehlərin öhdəsinə qoyulması” barədə iddiası qismən təmin edilərək, iddiaçının cavabdeh təşkilatın əməliyyat sistemində və Cavabdeh2 MMC kredit bürosundan çıxarışda qeyd olunmuş 8.862,45 manat gecikdirilmiş borcun olmamasının müəyyən edilməsi və borclu olmamasına dair qeydin aparılmasının cavabdeh təşkilatın öhdəsinə qoyulması qət edilib. Cava bdeh təşkilat qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 may 2019-cu il tarixli, 2(103)5457/2019-saylı qətnaməsi ilə (hakimlər X.A.Mərdanova sədrlik edən, məruzəçi, E.M.Həsənov və F.F.Babayev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 21 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Cavabdeh təşkilat qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ: İşdən görünür ki, iddiaçı cavabdehlər qarşı “bankın əməliyyat sistemində, kredit bürosundan çıxarışda qeyd olunmuş gecikdirilmiş borcun olmamasının müəyyən edilməsi və borclu olmamasına dair qeydin aparılmasının cavabdeh təşkilatın öhdəsinə qoyulması” barədə iddiaərizəsi ilə məhkəməyə müraciət edərək, bankın əməliyyat sistemində və kredi t bürosundan çıxarışda qeyd edilmiş 8.862,45 manat gecikdirilmiş borcun olmamasının müəyyən edilməsi və borclu olmamasına dair qeydin aparılmasının cavabdehlərin öhdəsinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin rədd edilməsi və ya işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında cavabdeh Ləğv Prosesində olan “xxxx” KB ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Əfifə Əsgərova kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. İddiaçı məhkəmə iclasında iştirak etsə də, vəkillə birgə təmsil olunmadığı üçün kassasiya instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. Cavabdeh2 MMC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də nümayəndəsini məhkəmə iclasına göndərmədiyi üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən onun iştirakı olmadan işə ba xılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, cavabdeh Ləğv Prosesində olan “xxxx” KB ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Əfifə Əsgərovanın izahatını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası mə hkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, iddia tələblərinin qismən əsaslı olmasına, iddia ərizəsini qismən təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini “Kredit büroları haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2, 6.1, 16.1.1-16.1.5-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən, maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apellyasiya inst ansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 29 sentyabr 2014-cü il tarixli qətnaməsi ilə İddiaçı 29 may 2010-cu il tarixli kredit müqaviləsi üzrə cəmi 5.568,60 manat kredit borcunun tutulub QSC “Bank Standard” KB verilməsi qət edilib. Bakı şəhəri, Yasamal rayon İcra və Probasiya Şöbəsinin 14 noyabr 2018-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərar ilə Bakı şəhəri, Nərimanov rayon məhkəməsi tərəfindən verilmiş 29 sentyabr 2014-cü il tarixli icra sənədi üzrə icraata xitam verilib. Lakin Cavabdeh2 MMC tərəfindən verilən Çıxarışdan görünür ki, iddiaçının 8.862,41 manat faiz kimi göstərilən borcu vardır. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb ilk əvvəl haqlı olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20.1.5-ci maddəsinə əsasən, icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddi, prosessual hüquq normalarının tələblərini əsas tutub haqlı olaraq qeyd etmişdir ki, Bakı şəhəri, Nəriman ov rayon məhkəməsinin 29 sentyabr 2014-cü il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün icra qurumuna göndərilmişdir. Bundan sonra Bakı şəhəri, Yasamal rayon İcra və Probasiya Şöbəsinin “icra sənədi üzrə icraata xitam verilməsinə dair” 14 noyabr 2018-ci il tarixli qərarı ilə Bakı şəhəri, Nərimanov rayon məhkəməsi tərəfindən verilmiş 29 sentyabr 2014-cü il tarixli icra sənədi üzrə icraata “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20.1.5-ci maddəsinə əsasən xitam verilib. Göründüyü kimi Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 29 sentyabr 2014-cü il tarixli qətnaməsinə əsasən verilmiş icra sənədi borclu İddiaçı tərəfindən tam icra olunduğu üçün icra icraatına xitam verilmişdir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 35.4-cü maddəsinə əsasən, bankl ar hər bir borcalan haqqında məlumatı maliyyə bazarlarına nəzarət orqanının müəyyən etdiyi qaydada maliyyə bazarlarına nəzarət orqanında yaradılan mərkəzləşdirilmiş kredit reyestrinə verməlidir. Mərkəzləşdirilmiş kredit reyestrində toplanan məlumatlara bank sirrinin bu Qanunla müəyyən olunmuş qorunması qaydaları şamil olunur. Banklar tərəfindən borcalanlar barədə məlumatın kredit bürosuna təqdim edilməsi və kredit bürosundan alınması qaydası “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən, kredit bürosu kredit tarixçəsi subyektinin kredit tarixçəsini təşkil edən məlumatları toplayır, saxlayır, təhlil edir və kredit hesabatlarını verir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən, kredit tarixçəsi- məlumatların saxlandığı üsul və formadan asılı olmayaraq kredit tarixçəsi subyektinin cari və ödənilmiş borcları, borc öhdəliklərinin təminatı ilə bağlı, habelə ödəmə qabiliyyətinin və borc öhdəliklərinin icra intizamının qiymətləndirilməsi üçün bu Qanuna uyğun olaraq lazım olan digər məlumatların məcmusudur. Həmin Qanunun 16.1.1-16.1.5-ci maddələrinə əsasən, məlumat təchizatçıları kredit bürosuna borcun ilkin məbləği; cari borc məbləği; borcun məqsədi; müqavilə üzrə borcun yaranması və ödənilməsi (əsas borcun və faizlərin) tarixləri, borc üzrə aparılmış ödənişlər; vaxtı keçmiş borc məbləği (əsas borc və (və ya) faizlərin tam və ya bir hissəsinin ödənilməsi müqavilədə nəzərdə tutulmuş müddətdən 30 təqvim günündən artıq gecikdirilmiş borc) barədə məlumatları təqdim edirlər. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən, kredi t bürosu topladığı məlumatı həmin məlumatda edilmiş son dəyişiklikdən sonra 10 il müddətində saxlayır və həmin məlumatın istifadəçilərə verilməsini təmin edir. Bu müddət başa çatdıqdan sonra məlumat məhv edilir və ya kredit tarixçəsi subyektinin razılığına əsasən arxivləşdirilir. Cavabdeh2 MMC məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməsi Qaydalarının 2.2-ci bəndinə əsasən, borclar haqqında məlumatlar borcun eyniləşdirmə nömrəsi və qalıq dəyəri əks etdirilməklə təqdim edilir. Həmin Qaydaların 2.5-ci bəndinə əsasən, Büroya bağlanmış kreditlər haqqında məlumatlar kreditin tam ödənildiyi tarixdən 2 (iki) iş günü ərzində təqdim edilir. Göründüyü kimi borclu İddiaçı tərəfindən banka olan borcu tam ödənilsə də, borcun tam ödənilməsi barədə məlumatlar Cavabdeh2 MMC İddiaçı aid kredit tarixçəsinə əlavə edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb haqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən haqlı olaraq qeyd etmişdir ki, iddiaçının cavabdeh təşkilatın əməliyyat sistemində və Cavabdeh2 MMC kredit bürosundan çıxarışda qeyd olunmuş 8.862,45 manat gecikdirilmiş borcunun olmamasını müəyyən etməklə, eləcə də iddiaçının borcunun olmamasına dair qeydin aparılmasını cavabdehlərin öhdəsinə qoymaqla düzgün nəticəyə gəlmiş və sadalanan maddi hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmişdir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki,kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh Ləğv Prosesində olan “xxxx” KB ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 may 2019-cu il tarixli, 2(103)-5457/2019 saylı qətnaməsi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar