Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6491/2021 17.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1 və qeyrilərinin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1721/2021 nömrəli iş üzrə 05 iyul 2021-ci il tarixli qətnaməsindən cavabdehlər X3 və Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 17 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: Xaçmaz rayonunun Bostançı kəndində yerləşən ümumi sahəsi 186 kv.metr olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1, həmin evin yerləşdiyi 0,13 ha ölçüdə torpaq sahəsi isə birgə mülkiyyət hüququ əsasında Cavabdeh1, İddiaçı2, İddiaçı3, İddiaçı1 və İddiaçı4 məxsus olmaqla evə və torpaq sahəsinə dair onların mülkiyyət hüququ 15 may 2015-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Xaçmaz rayon 1 saylı Notariat Kontorunda təsdiq olunmuş 23 iyul 2015-ci il tarixli bağışlama müqaviləsinə əsasən rayonun Bostançı kəndində yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi mülkiyyətçilər tərəfindən Cavabdeh2 yetkinlik yaşına çatmayan oğlu X2 bağışlanmışdır. X1 həm in əmlaklar üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış və 31 iyul 2015-ci il tarixdə onun adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2018-ci ilin avqust ayında iddiaçılar İsayev Aynur Vəzirxan oğlu və qeyriləri (cəmi 4 nəfər) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (X1 nümayəndəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçılardan İddiaçı1 “Oliqofreniyanın debillik forması” diaqnozu ilə Xaçmaz Rayon Mərkəzi xəstəxanasının psixiatrik kabinetində qeydiyyatda olmasını və həmin xəstəliyi ilə əlaqədar hərəkətlərinin mənasını başa düşmədiyini, mülkiyyətlərində olan torpaq sahəsinin bağışlanmasına həmin evdə yaşamaqda davam etmək şərti ilə razılıq vermələrini, lakin müqavilədən so nra cavabdehlər tərəfindən evə buraxılmamalarını və s. əsas göstərməklə bağışlama müqaviləsinin və R.Cavabdeh3 adına verilmiş Reyestrdən Çıxarışın etibarsız hesab edilməsi və mübahisəli evə köçürülmələrinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-3096/2018 saylı, 14 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim: R.E.Xəlilov) iddia qismən təmin edilərək iddiaçıların (Aynur, Püstəxanım və İddiaçı4lərin) Xaçmaz rayonunun Bostançı kəndində yerləşən yaşayış evinə köçürülməsi, ümumi birgə mülkiyyətdə olan həyətyanı torpaq sahəsinin bağışlanılmasına dair hissədə müqavilənin və Reyestrdən Çıxarışın etibarsız hesab olunması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə cavabdeh X1 nümayəndəsi apellyasiya şikayəti verərək bağışlama müqaviləs inin onun iştirakçılarının iradəsinə və qanunun tələblərinə uyğun bağlanmasını, iddia tələbinin qanunda müəyyən olunmuş iddia müddətinin ötürülməklə irəli sürülməsini, lakin qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1129/2020 saylı, 07 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.R.Abasov (sədrlik edən və məruzəçi), S.A.Qafari və T.Q.Məmmədov) apellyasiya şikayəti təmin edilərək Xaçmaz Rayon Məhkəməsinin 2(067)-3096/2018 saylı, 14 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilmişdir. Kassasiya instansiyası məhkəməsində birinci icraat İş üzrə İddiaçı2 kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-813/21 saylı, 04 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ə.Ə.Əliyev (sədrlik edən və məruzəçi), M.T.Əhmədova və İ.K.Xəlilov) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1129/2020 nömrəli iş üzrə 07 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1721/2021 saylı, 05 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – G.F.Tağızadə (s ədrlik edən və məruzəçi), L.M.Məmmədova və T.O.Quliyev) apellyasiya şikayəti təmin edilməmiş, Xaçmaz Rayon Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli, 2(067)-3096/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə cavabdehlər kassasiya şikayəti verərək bağışlama müqaviləsinin etibarsız sayılması üçün qanuni əsasların olmamasını, iddia tələbinin iddia müddətinin ötürülməklə irəli sürülməsini, qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın rədd edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişlər. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassas iya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında cavabdehlər R.İsayev, Cavabdeh3 və onların vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. İddiaçı2 və onun vəkili kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişlər. Digər iddiaçılar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiklərindən məhkəmə tərəfindən onların izahatları dinlənilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 346.1 Fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki ş əxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Maddə 666.1 Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Maddə 670.1 Bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflə rin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İddiaçı lar hazırkı tələblə məhkəməyə müraciət edərkən onlardan İddiaçı1 “Oliqofreniyanın debillik forması” diaqnozu ilə rayon Mərkəzi Xəstəxanasının psixiatrik kabinetində qeydiyyatda olmaqla bağışlama müqaviləsinin bağlanmasına razılıq verərkən hərəkətlərinin mənasını dərk etməməsini, digər iddiaçıların isə evdə qalıb yaşamaq şərti ilə müqaviləni imzalamalarını əsas göstərmişlər. İşdən görünür ki, bağışlama müqaviləsinin predmeti olan fərdi yaşayış evi bütövlükdə Cavabdeh1 mülkiyyətində, torpaq sahəsi isə Cavabdeh1 də daxil olmaqla 5 nəfərin mülkiyyətində olmuşdur. Həmin müqavilə ilə həm fərdi yaşayış evi, həm də torpaq sahəsi Rəşad İsayevə bağışlanmışdır. İşə məhkəmədə baxılarkən iddiaçılardan İddiaçı3 ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin evə köçürülmə hissəsindən imtina etmişdir. Birinci instansiya məhkəməsi iddiaçılar Aynur, Püstəxanım və İddiaçı4ləri evə köçürməklə bağışlama müqaviləsini və həmin müqavilə əsasında verilmiş Reyestrdən Çıxarışı qismən etibarsız hesab edərkən iddianın təmin olunmamış hissəsinin nədən ibarət olmasını, yəni iddianın hansı hissədə rədd olunmasını dəqiqləşdirməmişdir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə görə qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 №-li qərarının 9.1-ci bəndinə əsasən iddia tələbi qismən təmin edildikdə qətnamədə əvvəl iddianın təmin olunan hissəsi, sonra isə təmin olunmayan hissəsi əsaslandırılmalı, qətnamənin nəticə hissəsində iddianın kimin haqqında hansı hissəsində təmin və yaxud rədd olunması konkretləşdirilməlidir. Məhkəmə qətnamənin nəticə hissəsində iddianın qismən təmin olunmasını göstərsə də, iddianın hansı hissədə təmin olunmamasını göstərməmiş və həmin nəticəsini əsaslandırmamışdır. İşə baxan apellyasiya instansiyası məhkəməsi isə həmin uyğunsuzluğu araşdırmadan birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamışdır. Bundan başqa, bağışlama müqaviləsi yalnız İddiaçı1 xəstəliyi ilə əlaqədar hərəkətlərinin mənasını başa düşməməsinə görə Mü lki Məcəllənin 346.1-ci maddəsinin tələbinə müvafiq olaraq etibarsız sayılmış, digər iddiaçıların bağışlama müqaviləsinin evdə yaşamaq şərti ilə imzalamalarına dair dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsi iddianın əsaslılığını yoxlamamış və işin həmin hallarına qiymət verməmişdir. Halbuki, işdən göründüyü kimi bağışlama müqaviləsi və Dövlət Reyestrindən Çıxarış onların da iddiaları təmin olunmaqla etibarsız hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 670.1-ci maddəsinə əsasən bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Bağışlama müqaviləsinə uyğun olaraq hədiyyə verən və onun vərəsələri hədiyyə alanın götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi barədə iddia verə bilərlər. Əgər öhdəliyin icrası ilə ictimai mənafelərə riayət edilirsə, hədiyyə verənin ölümündən sonra icranı müvafiq icra hakimiyyəti orqanı tələb edə bilər. (670.3) Lakin işdən görünür ki, bağışlama müqaviləsi hər hansı bir şərtdən asılı edilməmiş və “hədiyyə alan” “hədiyyə verən” qarşısında üzərinə heç bir öhdəlik götürməmişdir. Göstərilən vəziyyətdə digər iddiaçılara münasibətdə iddianın hansı hissədə təmin olunması qeyri-müəyyəndir. Qeyd olunanlarla əlaqədar kollegiya hesab edir ki, qətnamə bağışlama müqaviləsinin və Çıxarışın etibarsız hesab edilməsi hissəsində iddiaçılar Püstəxanım, Nurlan və İddiaçı3lərə münasibətdə qanunun tələblərinə uyğun əsaslandırılmadığından ləğv edilərək yeni apellyasiya baxışına qaytarılmalıdır. Mübahisə iddiaçıların evə köcürülməsi hissəsində işdə olan sübutlara və qanunun tələblərinə u yğun həll edildiyindən kollegiya hesab edir ki, qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Cavabdehlər X3 və Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1721/2021 nömrəli iş üzrə 05 iyul 2021-ci il tarixli qətnaməsi İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddiasının bağışlama müqaviləsinin və Çıxarışın etibarsız hesab edilməsi hissəsində ləğv edilsin və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6491/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-6491/2021
17.11.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver