Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6494/2019 31.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, iddiaçılar İddiaçı2 Məməcan qızı, İddiaçı1, İddiaçı3 Məməcan qızının vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 may 2019-cu il tarixli, 2(107)1864/2019 saylı qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3nın kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Zaqatala rayon məhkəməsinin 14 fevral 2019-cu il tarixli, 2(033)-84/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim E.H.Məmmədov) iddiaçılar İddiaçı1, İddiaçı2 Məməcan qızı və İddiaçı3 Məməcan qızının cavabdeh Zaqatala rayon 2 saylı Notariat Kontoruna qarşı “əmlakın bölüşdürülməsi zamanı mübahisəyə baxılmasına tətbiq edilən maddənin tətbiqinin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxilə kimi qiymətləndirilərək notariusun maddənin qanunsuz tətbiqindən çəkinməsinə” dair iddiası rədd edilib. İddiaçılar qətnamədən apellyasiya şikayəti veriblər. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 may 2019-cu il tarixli, 2(107)1864/2019 saylı qətnaməsi ilə (hakimlər A.A.Mahmudov sədrlik edən, məruzəçi, E.Ş.Hüseynov və V.İ.Məlikov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Zaqatala rayon məhkəməsinin 14 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdir ilmədən saxlanıb. İddiaçılar qətnamədən kassasiya şikayəti veriblər. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçılar məhkəmədə cavabdeh təşkilata qarşı “əmlakın bölüşdürülməsi zamanı mübahisəyə baxılmasına tətbiq edilən maddənin tətbiqinin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxilə kimi qiymətləndirilərək notariusun maddənin qanunsuz tətbiqindən çəkinməsinə” dair iddia qaldırıb və tələblərini onunla əsaslandırıblar ki, onlar birinci növbəli vərəsələrdir və atalarından miras qalmış ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakı qanun üzrə qəbul etmişlər. Mirasın qanun üzrə qəbulunu atalarının vəfatı vaxtı 23 aprel 1990-cı ildə gerçəkləşdirmişlər. Mirasa vərəslik açıldığı gündən altı ay keçdikdən sonra Zaqatal rayonu, 2 saylı Notariat Kontoruna müraciət edərək, “qanun üzrə vərəsəlik hüququ haqqınd a” Şəhadətnamə verilməsi üçün müarciət etmişlər. Notarius Mülki Məcəllənin 1291-ci maddəsini düzgün tövsif etməyərək, vərəsələr arasında mübahisə olduğunu bildirərərək onların adlarına “qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verməkdən imtina etmişdir. Lakin, onlar cavabdeh təşkilatın bu hərəkətlərini qanunsuz hesab edirlər. Belə ki, mirası qoyanın altı nəfər vərəsəsi olduğundan miras əmlakdan hər birinin payı 1/6 hissədə müəyyən edilməlidir. Ona görə də iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 vəkili X kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 və cavabdeh Zaqatala rayonu, 2 saylı Notariat Kontoru məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhk əməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya i nstansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlyarkən, iddia tələbinin əsassız olmasına, iddia ərizəsini rədd etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 1151, 1291-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən, maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmişdir və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasınd a ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, cavabdeh təşkilatın 03 sentyabr 2018-ci il tarixli məktubuna əsasən iddiaçıların adına “qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilməsindən Mülki Məcəllənin 1291-ci maddəsinə əsasən imtina edilmişdir. Eləcə də Zaqatala rayon İHB-nın Aşağı Tala kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəsinin 25 noyabr 2015-ci il tarixli arayışına görə, mərhum Məməcan Ramazanovdan miras qalmış ev 2012-ci ildə baş vermiş zəlzələ nəticəsində qəzalı vəziyyətə düşüb. Belə ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin komissiyası tərəfindən evə baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin ev qəzalı vəziyyətdə dir, ev sökülərək yeni 2 mərtəbəli fərdi yaşayış evi inşa edilmişdir və ev mərhum X1un bacısı X2nın adına yazılmışdır. Həmin Nümayəndəliyin digər 22 aprel 2015-ci il tarixli arayışına görə, mərhum Məməcan Ramazanovdan miras qalmış ev 2012-ci ildə baş vermiş zəlzələ nəticəsində qəzalı vəziyyətə düşüb və Azərbaycan Respublikası Fövqəlada Hallar Nazirliyi tərəfindən həmin evin əvəzinə 2 mərtəbəli 5 otaqlı fərdi yaşayış evi tikilib istifadəyə verilib. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir (Mülki Məcəllənin 1151-ci maddəsi). Mülki Məcəllənin miras şərikləri arasında mi rasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 17 və 26-cı maddələrinə uyğun olaraq notariusun apardığı notariat hərəkətindən biri də vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsidir. Həmin Qanunun 57-ci maddəsinə əsasən, mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericilikə müəyyən edilmiş müddətlərdə verilməlidir. Həmin Qanunun 58-ci maddəsinin tələbinə görə, vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən e dilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Mirasın qəbulu müddətini ötürmüş vərəsələr mirası qəbul etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Razılıq notarius tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək təqdim olunmalıdır. Notarius yetkinlik yaşına çatmamış və fəaliyyət qabiliyyəti olmayan vərəsələrin adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə onların əmlak mənafelərini mühafizə etmək məqsədi ilə vərəsənin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir. Miras əmlak dövlətə keçdikdə şəhadətnamə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına veril məlidir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 40-cı maddəsinin birinci bəndinə əsasən notarius və notariat hərəkətləri aparan digər vəzifəli şəxslər hərəkətin aparılması qanuna zidd olduqda notariat hərəkətlərini aparmaqdan imtina etməlidirlər. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddi hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işə əlavə edilmiş sübutları tədqiq edib, kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşıdırıb haqlı olaraq qeyd etmişdir ki, iddiaçılar atalarından miras qalmış əmlaka dair “qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilməsi üçün cavabdeh təşkilata müraciət etmiş, lakin vərəsələr (miras şərikləri) arsında mirasın bölüşdürülməsi ilə bağlı mübahisə (ixtilaf) olduğundan notar ius Mülki Məcəllənin 1291-ci maddəsinə istinad edərək, notariat hərəkətini aparmaqdan düzgün olaraq imtina etmiş və iddiaçılara aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüquqlarını izah etmişdir. İddia tələbindən görünür ki, iddiaçılar məhkəməyə miras əmlaka vərəsəlik hüququnun tanınması ilə bağlı deyil, notariusun hərəkətləri ilə bağlı şikayət etmişlər. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb düzgün olaraq qeyd etmişdir ki, iddiaçıların kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətində göstərdikləri dəlillər əsassız oluğundan qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Çünki notariat hərəkətlərinin aparılması zamanı tərəflər arasında hər hansı mübahisə, ixtilaf və ya “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 40-cı maddəsində qeyd olunan hallardan biri olduqda notariuslar notariat hərəkətinin aparılmasından imtina edərək tərəflərə aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququni izah edirlər. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb, Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apelly asiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsi bu nəticəyə gələrkən eyni zamanda iddiaçıların atalarından miras qalmış evin qəzalı vəziyyətdə olduğu üçün Azərbaycan Respublikası Fövqəlada Hallar Nazirliyi tərəfindən sökülüb yenidən tikilməsini və həmin evin hazırda mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamasını da nəzərə alır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci ma ddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3nın kassasiya şikayətitəmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 may 2019-cu il tarixli, 2(107)-1864/2019 saylı qətnaməsi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6494/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6494/2019
31.10.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver