Məhkəmə qərarları › İş №2(102)-650/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-650/2020

03.02.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-650/2020 03.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və X4 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı vəkili X1 iştirakı ilə, İddiaçıtərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-10373/2019 nömrəli iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Binəqədirayon məhkəməsinin (hakim İlkin Əliyev) 2(001)-1808/19 saylı, 10may 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək 100000 manat məbləğində pulun cavabdeh ndan tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər İkram Şirinov - sədrlik edən və məruzəçi, Tofiq Səmədov, Elşən Kazımov) xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə onun mübahisələndirdiyi hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Binəqədirayon məhkəməsinin 10may 2019-cu il tarixli qətnaməsi iddia tələbi təmin edilən 100000 manat məbləğində pulun ndan tutularaq İddiaçı ödənilməsi hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi həmin hissədə də rədd edilm işdir. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh ndan 100000 manat məbləğində pulun, bank uçot dərəcəsinin əsas götürülməklə gecikdirməyə görə faizlərin və ödənilmiş 30 manat dövlət rüsumunun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)-2617/2017 saylı, xx.xx.2017-ci il tarixli qərardadına əsasən ilkin iddia üzrə iddiaçı ilə onun arasında olan birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə dair mülki iş üzrə barışıq sazişi təsdiq edilərək iş üzrə icraata xitam verilmişdir. Sonradan qeyd edilən qərardad nın şikayəti təmin edilərək qərardad ləğv edilmiş, iş üzrə icraat təzələnmişdir. Məhkəmə prosesi zamanı o, iddiaçı ilə razılaşaraq idd iadan imtina etməsi üçün 100000 manat ödəmişdir. Bu barədə barışıq sazişi məhkəmənin həyətində yerləşən 11 saylı Hüquq Məsləhətxanasının vəkili Fuad Məmmədov tərəfindən tərtib edilmiş və Bayramova (Bağırova) Ülviyyə barışıq sazişinə imza etmişdir, həm də sonradan notariat kontoruna gedərək notarial qaydada həmin barışıq sazişinə imza etmişdir. İddiaçı ona pulu məhkəmənin həyətində oğulları X6 iştirakı ilə təqdim etmişdir. Həmin pulun 75000 manatını o, xalası oğlu X2 borc almış və məhkəmənin həyətinə gətirərək xxx vermişdir. nın nümayəndəsi olmuş da orada iştirak etmişdir. Dəfələrlə 100000 manat pulun qaytarılması üçün müraciətlər etsə də, cavabdeh pulu qaytarmaqdan boyun qaçırmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiy a şikayətinə qarşı etiraz: İddiaçıkassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə tərəfindən çıxarılmış qətnamədə əsassız olaraq birgə nikah dövründə əldə edilmiş əmlakların bölünməsi üzrə çıxarılmış qərardad və qətnamələrə əsaslanaraq iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Qeyd olunmalıdır ki, cavabdeh barışıq sazişi təsdiq edildikdən sonra məqsədli şəkildə 4 ay sonra guya pulun ona verilmədiyini bəhanə edərək qərardaddan şikayət vermişdir, işə baxılarkən onun iştirakı təmin edilmədən barışıq sazişinin təsdiq edilməsi barədə qərard ad hakim tərəfindən qeyri-qanuni olaraq cavabdeh tərəfin mövqeyinin müdafiəsi şəraitində ləğv edilmişdir. Qətnamədə şahidlər X6 və X3 ifadələrində iddiaçının iddia etdiyi 100000 manatın cavabdehə verilməsi ilə bağlı hər hansı məlumat verməmələri göstərilmişdir. X10 ifadəsində pulun anasına məhkəmənin həyətində onun yanında verilməsini, onlar notariat kontorunda olarkən isə özünün avtomaşında oturmasını ifadəsində qeyd etmişdir. Həmçinin apellyasiya instansiyası tərəfindən X5 yalan və həqiqətə uyğun olmayan ifadəsi əsas götürülmüşdür. Halbuki qızı onun pulunun olub-olmamasını bilə bilməzdi. O, Nəzrinə elə bir sözlər deməmiş və verilmiş ifadə uydurmadan başqa bir şey deyildir. Apellyasiya məhkəməsi işin faktiki hallarını araşdıran son instansiyadır, lakin apellyasiya məhkəməsi tərəfindən heç bir ətraflı araşdırma aparılmamışdır, qanunun normalarını sadalamaqla kifayətlənilmiş və məhkəmə kollegiyası tərəfindən qanunun normaları düzgün tətbiq edilməmişdir, nəticədə düzgün olmayan qətnamə çıxarılmışdır. Tərəflərin izahatları: İddiaçı vəkili X7 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən ka ssasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, iddiaçının vəkilinin izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlil lərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki,Bakı şəhəri 9 saylı notariat kontorunda bağlanmış xx.xx.2017-ci il tarixli barışıq sazişinə əsasən tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər: İddiaçı Cavabdeh 100000 manat məbləğində pul verir; Cavabdeh isə öz növbəsində birgə nikah dövründə əldə olunmuş əmlaklardan, yəni ünvan 1 ünvanda yerləşən mənzilin ½ hissəsindən, ünvan 2 bağ evinin ½ hissəsindən, Bakı şəhəri, Nərimanov rayonu, 4-cü tikinti meydançasında “xxxx” MTK tərəfindən inşa edilmiş, sahəsi 135,3 kvadrat metr ola n üç otaqlı 220 saylı mənzilin ½ hissəsindən bərabər paylara bölünməsi iddiasından imtina edir. Həmin barışıq sazişi Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)-2617/2017 saylı, xx.xx.2017-ci il tarixli qərardadı ilə təsdiq edilərək Cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair ilkin, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı mülki iş üzrə icraata xitam verilmişdir. Hazırkı iş üzrə iddiaçı bildirir ki, cavabdehlə bağlanmış xx.xx.2017-ci il tarixli barışıq sazişinə əsasən iddiadan imtinaya görə ona 100000 manat vermişdir. Hazırda həmin 100000 manat məbləğində pulun, bank uçot dərəcəsini əsas götürməklə gecikdirməyə görə faizlərin ona ödənilməsini tələb edir. Bi rinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək 100000 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını qət etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, qeyd edilən barışıq sazişi Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)-2617/2017 saylı, xx.xx.2017-ci il tarixli qərardadı ilə təsdiq edilərək iddiaçı Cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair ilkin, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı mülki iş üzrə icraata xitam verilmişdir. Bundan sonra cavabdeh hazırkı iş üzrə İddiaçı barışıq sazişi ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən, yəni 100 000 manatı ödəmədiyindən həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Onun şikayəti Binəqədi rayon məhkəməsinin 2(001)-2617/2017 saylı, xx xxx 2017-ci il tarixli qərardadı ilə təmin edilərək qeyd edilən qərardad barışıq sazişinə görə ödənməli 100000 manat pulun cavabdehə verilməsinin müəyyən edilməməsi əsasına görə ləğv edilərək iş üzrə icraat təzələnmişdir. Həmin işə mahiyyəti üzrə baxılaraq Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)2617/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə “xxxx” MTK tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, 4-cü tikinti meydançasında “xxxx” MTK tərəfindən inşa edilmiş, sahəsi 135,3 kvadrat metr olan üç otaqlı 220 saylı mənzilin ½ hissəsinə iddiaçı Cavabdeh, qalan ½ hissəsinə isə cavabdeh İddiaçı pay hüququnun müəyyən olu nması qət edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya vermiş, şikayətinin əsas dəlili isə şahidlərin iştirakı ilə Cavabdeh 100000 manat verməsi olmuşdur, Bakı Apellyasiya Məhkəməsinin 2(103)12305/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4308/2018 saylı, xx xxxx 2018-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, barışıq sazişinə görə iddiaçı tərəfindən cavabdehə ödənməli olan 100000 manat pulun cavabdehə verilməməsi Binəqədi rayon məhkəməsinin xx xxx 2017-ci il tarixli qərardadı ilə müəyyən edildiyindən və həmin məhkəmə aktı hazırkı iş üzrə preyudisial əhəmiyyət kəsb etdiyindən hazırkı iddia tələbi təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktl arın həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Eyni zamanda iddiaçı tələbi ilə bağlı sübutu kimi iki şahid ifadəsini təqdim etmişdir. Birinci instansiya məhkəməsinin protokolundan görünür ki, şahidlər X10 və X8 ifadələrində iddiaçının iddia etdiyi 100000 manatın cavabdehə verilməsi ilə bağlı hər hansı məlumat verməmişlər (i.v. 37-40). Cavabdeh isə hazırkı iddia tələbinə etiraz kimi məhkəmə qərardadı ilə yanaşı, X5 ifadəsini də təqdim etmişdir. Birinci instansiya məhkəməsinin protokolundan görünür ki, X9 ifadəsində göstərmişdir ki, İddiaçı onun atasıdır, Binəqədidə atası ilə anasının iddiaları olan vaxt məhkəmə binasının həyətində söhbət olmuş, söhbət əsnasında atası anasına 100000 manat pul verməmiş, onsuz o qədər pulu olmadığını bildirmişdir. Hazırkı 100000 manat pulla bağlı iddianı isə anası xx problemləri olsun deyə qaldırmışdır. Atasının bildirdiklərini gəlib anasına demiş, lakin həmin atası ilə anası arasında barışıq sazişi notariusda təsdiq olunduğundna artıq gec olmuşdur. Göstərilənlər əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, barışıq sazişinə görə iddiaçı tərəfindən cavabdehə ödənməli olan 100000 manat pulun verilməməsi yuxarıda qeyd edilən sübutlarla müəyyən edildiyindən, həmçinin həmin 100000 manat pulun cavabdehə verilməsi barədə əsaslı və şübhədən kənar sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyindən, hazırkı iddia tələbi təmin edilə bilməz. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, ape llyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, şikayətdə qeyd edilənlər əsassızdır, qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, iddiaçı aralarında bağlanmış barışıq sazişi ilə bağlı qərardadın hakim tərəfindən qeyri-qanuni olaraq cavabdeh tərəfin mövqeyinin müdafiəsi şəraitində ləğv edildiyini qeyd etmişdir. Bununla bağlı məhkə mə kollegiyası qeyd edir ki, iddiaçı həmin qərardadı mübahisələndirmiş, lakin onun şikayəti təmin edilməyərək qərardad dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardadın qanuniliyi həmin işə baxan məhkəmə tərəfindən yoxlanılmışdır və hazırki mübahisənin predmetini təşkil etmir, sübut edilməyə ehtiyacı yoxdur. Şahid ifadələrinə apellyasiya instansiyası məhkəməsi hüquqi qiymət vermişdir. Qızının məhkəmədə yalan ifadə verməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırki işdə sübut etmə yükü iddiaçının üzərinə düşür. Cavabdehə 100000 manat pulun verilməsini iddiaçı sübut etməlidir. İddiaçı isə nəinki bu barədə məhkəməyə mötəbər sübut təqdim etmiş, həmçinin iş üzrə X5 ifadəsi ilə iddiaçının iddia tələbinin əsası öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini n 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-10373/2019 nömrəli iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar