Məhkəmə qərarları › İş №2(102)-6512/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6512/2019

31.10.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6512/2019 31.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 may 2019-cu il tarixli, 2(107)1227/2019 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Zaqatala rayon məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli, 2(033)-724/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim A.A.İsmayılov) İddiaçı Cavabdeh2 MMC v ə digərlərinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” barədə iddiası təmin edilərək, iddiaçının mülkiyyətində olanünvan 1 ünvanda 0,04 ha həyətyanı torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, yaşayış sahəsi 74,05 kv.metr, ümumi sahəsi 105,05 kv.metr olan fərdi yaşayış evinə dair keçirilmiş hərracın, “hərracın yekunları haqqında” 13 aprel 2018-ci il tarixli, 41 saylı protokolun və “hərracın yekunları üzrə əmlakın alqı-satqısına dair” 13 aprel 2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi qət edilib. Üçüncü şəxs “xxxx” QSC və Cavabdeh2 MMC qətnamədən ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 may 2019-cu il tarixli, 2(107)1227/2019 saylı qətnaməsi ilə (hakimlər Ə.T.Məcidov sədrlik edən, məruzəçi, M.A.Əsə dli və İ.F.Quliyev) apellyasiya şikayətləri təmin edilərək, iş üzrə Zaqatalarayon məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilib, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia ərizəsi rədd olunub. İddiaçı qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ: İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehlərə və üçüncü şəxsə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” barədə iddia qaldırıb və tələbini onunla əsaslandırıb ki, Zaqatala rayon məhkəməsinin 08 yanvar 2016-cı il tarixli qətnaməsi ilə ondan, X və X1dan 19 avqust 2013-cü il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 27.112 ABŞ dolları, faiz borcuna görə 6.450 ABŞ dolları, hesablanmış cəriməyə görə 1.500 ABŞ dolları, cəmi 35.063 ABŞ dolları kredit borcunun tutulub “xxxx” QSC ödənilməsi və tutmanın mülkiyyə tində olan ünvan 2 ünvanda 0,04 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, ilkin satış qiyməti63.000 manat müəyyən edilməklə evin açıq hərracdan satılması qət edilib. Bundan sonra qətnamə qanuni qüvvəyə minərək icraya yönəldilib. Cavabdeh1 sifarişi əsasında Cavabdeh2 MMC tərəfindən sözügedən ipoteka predmetinin qiymətləndirilməsi həyata keçirilmədən və ilkin satış qiyməti müəyyən edilmədən ipoteka predmeti satılmaq üçün hərraca çıxarılıb. Lakin, hərracın keçirilməsi zamanı iştirakı təmin edilməyib və nəticədə qanunla təmin edilmiş hüquqları pozulub.Ona görə də iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsasla ndırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı vəkili X2 kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC və üçüncü şəxs “xxxx” QSC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya in stansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, İddiaçı vəkili X2in izahatını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb, hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib i ddia ərizəsini rədd edərkən, ipoteka predmetinə dair ilkin hərracın 29 yanvar 2018ci il tarixdə, təkrar hərracın 09 mart 2018-ci il tarixdə keçirilməsinə, lakin, ipoteka predmetinin satılmamasına, bununla da təkrar hərracın baş tutmamasına və bu barədə 16 mart 2018-ci il tarixdə “Kaspi” qəzetində elan dərc edilməsinə, 13 aprel 2018-ci il tarixdə 30 təqvim günü ərzində Cavabdeh2 MMC ilə ”xxxx”QSC arasında imzalanmış ”hərracın yekunları haqqında” 41 saylı protokola əsasən ipoteka predmetinin son satış qiymətlə, yəni 40.162,50 manata ”xxxx” QSC əldə etməsinə və beləliklə də hərracın keçirilməsi və onun yekunu olaraq ipoteka predmetinin ”xxxx” QSC tərəfindən əldə edilməsi prosesində heç bir qanun pozuntusuna yol verilməməsinə istinad edib və hüquqi mövqeyini ”İpoteka haqqında” Azərbaycan Respu blikası Qanununun 43.3, 43.8-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmayıb. Əvvəla, apellyasiya instansiyası məhkəməsi qətnamədə, ipoteka predmeti olan İddiaçı məxsus ünvan 1 ünvanda 0,04 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinin açıq hərraca çıxarılması barədə ”Cavabdeh2” MMC tərəfindən birinci dəfə 29 yanvar 2018-ci il tarixdə, ikinci dəfə 09 mart 2018-ci il tarixdə ”Kaspi” qəzetində elan verildiyini göstərsə də, işdən görünür k i, belə bir elan bir dəfə verilib. Halbuki, ”İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Harrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Həmin Qanunun 434.1, 43.1.2, 43.2-ci maddələrinin mənasına görə, hərracın iştirakçısı olmadıqda və sair hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiy i kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat dərc etdirir. Bu Qanunun 43.1.1-43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini pozaraq, ”Cavabdeh2” MMC tərəfindən hərracın baş tutmaması barədə elanın göstərilən normalarda təsbit edildiyi kimi 3 təqvim günündən gec olmayaraq deyil, 7 təqvim günündən sonra, yəni 16 mart 2018-ci il tarixdə ”Kaspi” qəzetində dərc edilməsini nəzərə almamışdır. Bundan başqa apellyasiya instansiyası məhkəməsi qətnamədə ipoteka predmetinə dair ilkin hərracın 29 yanvar 2018-ci il tarixdə, təkrar hərracın 09 mart 2018-ci il tarixdə keçirildiyini, lakin, ipoteka predmetinin satılmadığını, bu barədə 16 mart 2018-ci il tarixdə “Kaspi” qəzetində elan dərc edildiyini və beləliklə də təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetinin qanuni əsaslarla ”xxxx” QSC tərəfindən əldə edildiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi bununla razılışmır. Belə ki, ”İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.4-cü maddəsində göstərilir ki, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Həmin Qanunun 43.5-ci maddəsində göstərilir ki, təkrar h ərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Həmin Qanunun 43.6-cı maddəsinə əsasən, təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Həmin Qanunun 43.8-ci maddəsinə görə, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərinə uyğun olaraq ipoteka saxlayanın təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə edib-etməməsini, təkrar hərracın keçirilməsi zamını sadalanan maddələrin tələblərinin pozulub-pozulmamasını, təkrar hərracın keçirilməsi zamanı iddiaçının bilavasitə iştirakının təmin edilib-edil məməsini, bu barədə sifarişli poçt göndərişi (məktubu) ilə göndərilmiş bildirişdəki imzanın ona və ya ailə üzvlərinə məxsus olub-olmamasını yoxlamadan (hansıki, iiddiaçı, iddia ərizəsində, kassasiya şikayətində hərracın keçirilməsi barədə məlumatsız olduğunu bildirir), zərurət yarandığı halda xüsusi bilik tələb edən bu kimi sualları aydınlaşdırmaq üçün iş üzrə müvafaiq ekspertiza keçirib rəy almadan, eləcə də ”xxxx” QSC ilə ”Cavabdeh2” MMC arasında ipoteka predmetinə dair ”hərracın yekunları haqqında” 41 saylı protokolun 13 aprel 2018-ci il tarixdə imzalanmasını nəzərə almadan, ilkin və təkrar hərracların keçirilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilməməsi qənaətinə gəlmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə da ir” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. Həmin Qanunun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. İpoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanında n istifadə etmək hüququnu yaradır. “İpoteka haqqında” Qanunun başqa şəkildə şərh edilməsi, yəni ipoteka saxlayana bu imkanın qanunla müəyyən edilmiş müddətdən sonra da yenidən verilməsi, ipoteka qoyanın qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarar. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 44-cü maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Eləcə də Mülki Məcəllənin 416-cı maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 416.2-ci maddəsində göstərilir ki, hərracın etibarsız sayılması hərracı udmuş şəxslə b ağlanan müqavilənin etibarsızlığına səbəb olur. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanunilik və əsaslılıq baxımından yuxarıda sadalanan maddi hüquq normalarının tələblərinə cavab vermir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin mənasına görə, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması anlaşılır. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblə rinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Eyni hüquqi mövqe “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarında da göstərilir. Həmin Qərarda qeyd olunur ki, məhkəmə qətnaməsi o, vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materillarına uyğun olsun. Azərbay can Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki hallarını, sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib, hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nai l olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 may 2019-cu il tarixli, 2(107)-1227/2019 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar