Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6521/2021 21.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Qəmbərova Tamara Yeremovna və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mirası qəbul etməsi faktının müəyyən edilməsi, vərəsəlik qaydasında mülkiyyət hüququnun tanınması, evə köçürülmə və cavabdehlərin evdən və yerləşdiyi həyətyanı torpaq sahəsindən çıxarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi və İddiaçı vəkili Vəkil iştirakı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasını n 2(103)-588/2021 saylı, 30 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 21 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları 1. ünvan 1 ünvanda yerləşən dörd otaqlı ev və bir mal tövləsindən ibarət mülk iddiaçının babası İddiaçı Heydər oğluna məxsus olmuş, onun 1944-cü ildə vəfatından sonra birinci növbəli vərəsələr kimi Ağa Əli, Bala Əli və Yaxşıxanım Həmid uşaqları Qəmbərovlar olmuşlar. X10 özünə aid miras əmlakda olan payından digər vərəsə X26 xeyrinə imtina etmişdir. Mübahisəli evin iki otağında iddiaçının atası Ağa Əli ailəsi ilə, digər iki otaqda isə əmisi Bala Əli yaşamışdır.
2. Bakı şəhəri Əzizbəyov Rayon Məhkəməsinin 1958-ci il qətnaməsi ilə miras əmlak iki qardaş arasında bərabər şəkildə bölünməklə, iddiaçının atasına iki otaq və tövlənin yarı hissəsi verilmiş, digər iki otaqla tövlənin yarı hissəsi və həyətyanı torpaq sahəsinin Bala Əliyə verilməsi, evin mərkəzi tinindən küçə qapısınadək iki hissəyə bölünüb tərəflərin istifadəsinə verilməsi qət edilmişdir. 3. 1991-ci ildə iddiaçının atası Ağa Əli vəfat etdikdən sonra onun birinci növbəli vərəsələri Akif, Nəzakət, Vagif və İddiaçılar olmuşlar. Vərəslərdən mübahisəlli evdə yalnız Qəmbərov Akif ailəsi ilə yaşamış, sonuncu 2018-ci ilin fevral ayında vəfat etdikdən sonra, cavabdeh Cavabdeh1 və digər ailə üzvləri ilə birlikdə həmin evdə yaşamaqda davam etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı məhkəməyə iddia ərizəsi ilə, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, mərhum əmisi X2 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Y.Qasımov küçəsi 21 “A” saylı evdən onun tərəfindən mirası qəbul etməsi faktının müəyyən edilməsi, həmin evə vərəsəlik qaydasında mülkiyyət hüququnun tanınması, onun həmin evə köçürülməsi və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin evdən və yerləşdiyi həyətyanı torpaq sahəsindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Xəzər Rayon Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli, 2(003)-3368/2018 saylı qətnaməsi ilə (hakim T.Əkbərov) iddia tələbi təmin edilərək, X2 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Y.Qasımov küçəsi 21 “A” saylı (keşmiş 356) evdən İddiaçı tərəfindən mirası qəbul etməsi faktının müəyy ən edilməsi, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Y.Qasımov küçəsi 21 “A” saylı (keşmiş 356) evə vərəsəlik qaydasında mülkiyyət hüququnun tanınması, onun həmin evə köçürülməsi və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin evdən və yerləşdiyi həyətyanı torpaq sahəsindən çıxarılmaları qət edilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Y.Qasımov küçəsində yerləşən 356 nömrəli 4 otaqlı evdən və 1 mal tövləsindən ibarət mülk iddiaçının babası mərhum İddiaçı məxsus olmuşdur. 1944-cü ildə iddiaçının babası İddiaçı həmin evdə vəfat etmişdir. Onun ölümündən sonra birinci növbəli vərəsələri kimi Qəmbərov X33, X9 və qızı X3 vərəsə olmuşlar. Sonradan vərəsə X3 özünə düşən paydan qardaşı X4 xeyrinə imtina etmişdir. Mübahisəli evin iki otağında atası Qəmbərov Ağa Əli onlarla birlikdə, digər otaqlarda isə onun qardaşı X16 yaşamışlar. Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) Rayon Məhkəməsinin 30 iyun 1958-ci qətnaməsi ilə İddiaçı Heydər oğlundan miras qalmış ev vərəsələr X9 və Qəmbərov Ağa Əli Həmid asında naturada bölündükdən sonra iddiaçının atası Qəmbərov X24 yaşadığı hissəyə 21 saylı, əmisi X4 yaşadığı hissəyə isə 21 “A” saylı ünvan verilmişdir. İddiaçının əmisi X4 övladı olmamış və o, iddiaçını öz övladı kimi qəbul etmiş, iddiaçı 1973-cü ildə ailə qurduqdan sonra əmisi X9 onu öz övladı kimi yaşadığı həmin evə, yəni 21“A” saylı mülkə köçürmüşdür. Həmin vaxtdan əmisi X6 məxsus olan mülk iddiaçının sahibliyində, istifadəsində olmuşdur. 1987-ci ildə X9 qəfil ürək tutmasından vəfat etmiş və bundan sonra da X4 yaşamış ol duğu hissə onun idarəçiliyində olmuşdur. İddiaçının babası İddiaçı Heydər oğlundan miras qalmış mülk onun birinci növbəlil vərəsələri - iddiaçının atası X18 və əmisi X9 arasında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən bərabər şəkildə naturada bölünmüş və mülkün sonradan 21“A” sayla nömrələnmiş hissəsi əmisi X4 mülkiyyətinə keçmiş və sonuncunun 1987-ci ildən ölməsi ilə ondan miras qalmış mülkə vərəsəlik açılmışdır. X2 miras qalmış hissə 1987-ci ildən iddiaçının istifadəsində olmuş, həmin hissənin kommunal xərcləri, torpaq vergisi və sair iddiaçı tərəfindən ödənilmiş və həmin vaxtdan miras mülkü faktiki surətdə idarə etməyə başlamaqla, mirasa yiyələnməklə mirası qəbul etmişdir. 18 fevral 2018-ci il tarixdə iddiaçının qardaşı X13 öldükdən sonra, Akifin arvadı - Cavabdeh1 iddiaçının v ə ailə üzvlərini miras mülkə buraxmamışdır.
7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli hüquq münasibətinin, yəni iddiaçının əmisi X4 1987-ildə vəfat etdiyi zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün hesab olunur. İddiaçının babası İddiaçı Heydər oğlundan miras qalmış mülk onun birinci növbəli vərəsələri - iddiaçının atası Qəmbərov X33 və əmisi X9 arasında məhkəmə qətnaməsinə əsasən bərabər şəkildə naturada bölünmüş və mülkün sonradan 21”A” sayla nömrələnmiş hissəsi X4 mülkiyyətinə keçmiş və 1987-ci ildə ölməsi ilə ondan miras qalmış mülkə vərəsəlik açılmışdır.
8. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti vermişdir. b) Ape llyasiya instansiyası məhkəməsindəki birinci icraat
9. Bakı Apellyasiya Məhkəməsinin 19.06.2019-cu il tarixli, 2(103)-6727/2019 saylı qətnaməsi ilə (hakimlər F.F.Babayev (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və E.M.Həsənov) cavabdehin apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia rədd edilmişdir.
10. Apllyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, ünvan 1 ünvanda yerləşən dörd otaqlı ev və bir mal tövləsindən ibarət mülk iddiaçının babası İddiaçı Heydər oğluna məxsus olmuşdur. Onun 1944-cü ildə vəfatından sonra birinci növbəli vərəsələr kimi Ağa Əli, Bala Əli və Yaxşıxanım Həmid uşaqları Qəmbərovlar olmuşlar. X10 özünə aid miras əmlakda olan payından digər vərəsə X26 xeyrinə imtina etmişdir. Mü bahisəli evin iki otağında iddiaçının atası Ağa Əli ailəsi ilə, digər iki otaqda isə əmisi Bala Əli yaşamışdır. Bakı şəhəri Əzizbəyov Rayon Məhkəməsinin 1958-ci il qətnaməsi ilə miras əmlak iki qardaş arasında bərabər şəkildə bölünməklə, iddiaçının atasına iki otaq və tövlənin yarı hissəsi verilmiş, digər iki otaqla tövlənin yarı hissəsi və həyətyanı torpaq sahəsi Bala Əliyə verilməsi, evin mərkəzi tinindən küçə qapısınadək iki hissəyə bölünüb tərəflərin istifadəsinə verilməsi qət edilmişdir. 1991-ci ildə iddiaçının atası Ağa Əli vəfat etdikdən sonra onun birinci növbəli vərəsələri Akif, Nəzakət, Vagif və İddiaçılar olmuşlar. Vərəslərdən mübahisəli evdə yalnız Qəmbərov Akif ailəsi ilə yaşamış, sonuncu 2018-ci ilin fevral ayında vəfat etdikdən sonra, cavabdeh Cavabdeh1 və digər ailə üzvləri ilə birlikdə həmin evdə yaşamaqda davam etmişdir.
11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanda yerləşən ev vahid əmlak kimi Cavabdeh1 mərhum əri Akif Qəmbərov, onun ölümündən sonra isə özü tərəfindən idarə edilmişdir. İddiaçı miras əmlakı faktik qəbul edib idarə etdiyini bəyan etsə də, mirası faktiki və ya rəsmi qəbul etmiş olduğuna dair hər hansı sübut təqdim edə bilməmişdir.
12. Qətnamədən İddiaçı Ağa oğlu kassasiya şikayəti vermişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)7117/2019 saylı, 06 noyabr 2019-cu il tarixli qərarı ilə İddiaçı Ağa oğlunun kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin 19.06.2019-cu il tarixli 2(103)- 6727/2019 saylı qətnaməs i ləğv edilmiş və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.
14. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mirasın kütləsinə miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak daxil odluğundan vərəsəlik mübahisəsinin həlli üçün ilk növbədə istinad edilən tikilinin qanunvericiliyin tələblərinə uyğun olaraq miras əmlak hesab edilib-edilmədiyi aydınlaşdırılmalıdır.
15. Buna baxmayaraq, apellyasiya instanisyası məhkəməsi Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Y.Qasımov küçəsi 21 “A” saylı evin hüquqi statusunu müəyyən etməməklə onun miras əmlak hesab edilib-edilməməsinə qiymət vermədən ona münasibətdə tərəflərin vərəsəlik hüququnu tanımışdır. Apellyasiya instansiyası məhkəməsi mübahisənin həlli zamanı maddi hüquq normalarının tətbiqində səhvə yol verərək, istinad edilən müddəaların tələblərinə uyğun olaraq aydınlaşdırılmalı məsələləri həll etmədən iş üzrə nəticəyə gəlməklə səhvə yol vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat 16.Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1900/2020 nömrəli iş üzrə 24 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Nəbiyev (sədrlik edən və məruzəçi), R.Qurbanov və A.Hüseyn) Cavabdeh1 apellyasiya şikayətləri təmin edilərək, Xəzər Rayon Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, İddiaçı Ağa oğlunun, mərhum əmisi X2 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Y.Qasımov küçəsi 21 “A” saylı evdən onun tərəfindən mirası qəbul etməsi faktının müəyyən edilməsi, həmin ev ə vərəsəlik qaydasında mülkiyyət hüququnun tanınması, onun həmin evə köçürülməsi və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin evdən və yerləşdiyi həyətyanı torpaq sahəsindən çıxarılmaları tələbinə dair iddiası rədd edilmişdir.
17. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarında olan Bakı şəhəri Əzizbəyov Rayon Məhkəməsinin 30 iyun 1958-ci il tarixli qətnaməsinin surətindən görünür ki, qətnamə ilə tələb təmin edilərək, Şüvəlan qəsəbəsindəki mərhum İddiaçı qalmış və halhazırda oğulları Ağa Əli və Bala Əlinin yaşadıqları 356 nömrəli 4 otaqdan və 1 tövlədən ibarət mülk tərəflər arasında bərabər surətdə bölünmüşdür. Qətnamədə tələbkarın ixtiyarında olan 2 otağın və tövlənin yarı hissəsinin ona verilməsi, cavabdehin yaşadığı 2 otağın şüşəbəndlə birlikdə və tövlənin yarısının onun istif adəsinə verilməsi, həyətyanı sahənin tərəflərin otaqlarının mərkəz tinindən başlayaraq, küçə qapısına qədər 2 hissəyə bölünməsi və arasının kəsilməsi, hər bir tərəfin hissəsində yerləşən meyvə ağaclarının öz ixtiyarında saxlanılması qət edilmişdir. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Y.Qasımov küçəsi 21 “A” saylı ev X2 miras qalmış əmlak kütləsinə daxil olmadığından, həmin əmlaka dair mirasın qəbul edilməsi faktı müəyyən edilə bilməz.
18. Beləliklə, araşdırılmış sübutlarla işin müəyyən olunmuş faktiki hallarından və qanunvericiliyin qeyd olunan normalarından aydın olur ki, iddiaçının cavabdehə qarşı tələbinin hüquqi və faktiki əsasları mövcud deyildir.
19. İddiaçı Ağa oğlu kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar çıx arılmasını xahiş etmişdir. d) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)3859/2020 saylı, 24 iyul 2020-ci il tarixli qərarı ilə (hakimlər V.T.Həsənov (sədrlik edən və məruzəçi), Ə.A.Abbasov və İ.K.Dəmirov) İddiaçı Ağa oğlunun kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin 24.02.2020-ci il tarixli 2(103)-1900/2020 saylı qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.
21. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə istinad etsə də, kassasiya instansiyası məhkəməsinin qərarında şərh edilmiş gö stərişlərə əməl etməmişdir. Belə ki, kassasiya məhkəməsinin əvvəlki qərarında qeyd edilmişdir ki, mirasa miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak daxil olduğundan vərəsəlik mübahisəsinin həlli üçün ilk növbədə istinad edilən tikilinin qanunvericiliyin tələblərinə uyğun olaraq miras əmlak hesab edilib-edilmədiyi aydınlaşdırılmalıdır. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Y.Qasımov küçəsi 21 “A” saylı evin hüquqi statusunu müəyyən etməməklə onun miras əmlak hesab edilib-edilməməsinə qiymət vermədən ona münasibətdə tərəflərin vərəsəlik hüququnu tanımışdır. Apellyasiya instansiyası məhkəməsi yenidən işə baxarkən mübahisənin həlli zamanı maddi hüquq normalarının tətbiqində səhvə yol verərək, istinad edilən müddəaların tələblə rinə uyğun olaraq aydınlaşdırılmalı məsələləri həll etmədən iş üzrə nəticəyə gəlməklə səhvə yol vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
22. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-588/2021 nömrəli iş üzrə 30 iyun 2021-cu il tarixli qətnaməsi ilə (hakimlər İ.Ə.Kərimli (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və E.CKazımov) Cavabdeh1 apellyasiya şikayətləri təmin edilərək, Xəzər Rayon Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, İddiaçı Ağa oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin evdən və yerləşdiyi həyətyanı torpaq sahəsindən çıxarılmaları tələbinə dair iddiası rədd edilmişdir.
23. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə qətnaməsi əsasında miras əmlakın iki qardaş arasında bölünmə si qət edilsə də, mülk faktiki olaraq bölünməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş iddiaçının qonşuları X5, X19 və iddiaçının əmisinin gəlini X7 ifadələrində evin faktiki olaraq 21 və 21A saylı hissələrə bölündüyünü, evin 21A saylı hissəsinin Balaəli Həmid oğlu tərəfindən 1973-cü ildə qardaşı oğlu İddiaçı bağışlandığını, İddiaçı arvadı Svetlana Qəmbərovanın 1973-cü ildə həmin evə gəlin gəldiyini göstərmişlər.
24. Birinci instansiya məhkəməsində işə baxılarkən keçirilmiş 10 sentyabr 2018-ci il və 18 dekabr 2018-ci il tarixli məhkəmə iclaslarında iddiaçının nümayəndəsi qismində iştirak edən iddiaçının arvadı X1 izahatında göstərmişdir ki, qardaşlar yola getmədiklərinə görə hal-hazırda köçmək istədikləri evdən 1982-ci ildə çıxmışlar (i.v.32, 97).
25. İddiaçı mübah isəli evin 21A saylı hissəsinin 1973-cü ildə əmisi X36 tərəfindən ona bağışlandığını, 18 fevral 2018-ci il tarixədək mübahisəli evdə yaşadığını göstərsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir.
26. Bundan əvvəlki apellyasiya icraatı zamanı şahid qismində dindirilmiş iddiaçının qardaşı X12 ifadəsində göstərmişdir ki, qardaşı İddiaçı 1973-cü ildən həmin evdə 2-3 il yaşamış, 1982-ci ildə qeydiyyatdan çıxmışdır. Qardaşı Akifin arvadı Tamara isə 1984-cü ildən hal-hazırkı dövrə qədər həmin evdə yaşayır (i.v.155).
27. Məhkəmə belə qənaətə gəlir ki, ünvan 2 ünvanında yerləşən ev vahid əmlak kimi Cavabdeh1 mərhum əri Akif Qəmbərov, onun ölümündən sonra isə Cavabdeh1 tərəfindən idarə edilmişdir.
28. İddiaçı iddia ərizəsinə dəqiqləşdirmədə 1987-ci ildə əmisi X9 vəfat etdikdən sonra əm isinin yaşamış olduğu hissəsinin onun idarəçiliyində olduğunu göstərmişdir.
29. Lakin təqdim olunmuş sübutlardan da görünür ki, İddiaçı hələ əmisinin ölümündən xeyli əvvəl həmin evdən köçüb getmiş, mirası nə faktiki, nə də notariat orqanına ərizə verməklə qəbul etməmişdir. 30. ünvan 2 ünvanında yerləşən ev vahid əmlak kimi Cavabdeh1 mərhum əri Akif Qəmbərov, onun ölümündən sonra isə Cavabdeh1 tərəfindən idarə edilmişdir. İddiaçı miras əmlakı faktiki qəbul edib idarə etdiyini bəyan etsə də, mirası faktiki və ya rəsmi qəbul etmiş olduğuna dair hər hansı sübut təqdim edə bilməmişdir.
31. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, araşdırılmış sübutlarla işin müəyyən olunmuş faktiki hallarından və qanunvericiliyin qeyd olunan normalarından aydın olur ki, iddiaçının cavabdehə qarşı tələbi nin hüquqi və faktiki əsasları mövcud deyildir.
32. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının atası X31 vəfat etdiyi dövrdə (yəni onun mirasının açıldığı vaxt) qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 552-ci maddəsində, mirası əldə etmək üçün vərəsənin onu qəbul etməli olduğu, vərəsənin, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab edildiyi, bu maddədə göstərilən hərəkətlərin vərəsəlik açılan gündən altı ay müddətində edilməli olduğu təsbit edilmişdir.
33. İddiaçının Bakı şəhəri, Şüvəlan qəsəbəsi, Y.Qasımov küçəsində yerləşən 21 saylı yaşayış evinə münasibətdə atasının vərəsəsi kimi və əmisi X26 miras əmlak da olan hissəsinin ona bağışlanması ilə bağlı hüququnun tanınması üçün iddiaçı yuxarıda qeyd olunan qaydada mirası qəbul etməli idi, hazırkı iş üzrə isə bu hal müəyyən olunmamışdır.
34. Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırkı iş üzrə 06 noyabr 2019-cu il və 24 iyul 2020-ci il tarixli qərarlarında qeyd olunmuşdur ki, məhkəmə araşdırmaları zamanı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Y.Qasımov küçəsi 21A saylı evin hüquqi statusu müəyyən edilməməklə onun miras əmlak hesab edilib-edilməməsinə qiymət verilmədən ona münasibətdə tərəflərin vərəsəlik hüququ tanınmışdır.
35. Məhkəmənin sorğusu əsasında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim olunmuş Bakı şəhəri, Əzizbəyov (indiki Xəzər) rayonu, Şüvəlan qəsəbəsi, Y.Qasımov küçəsində yerləşən 21 saylı evə dair 1963-cü i ldə tərtib olunmuş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” pasportun surətindən görünür ki, pasportda ev sahibi kimi Qəmbərov Ağəli Həmid oğlu və X28 göstərilmişdir. Pasportda evin əsas tikililərinin tikilmə tarixi kimi 1910-cu il, hamamın tikilmə tarixi 1960-cı il, darvazanın qoyulma tarixi 1920-ci il göstərilmişdir.
36. Apellyasiya instansiyasının qənaətinə görə İddiaçı hələ əmisinin ölümündən xeyli əvvəl həmin evdən köçüb getmiş, mirası nə faktiki, nə də notariat orqanına ərizə verməklə qəbul etməmişdir. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Y.Qasımov küçəsi 21 saylı evə vahid əmlak kimi texniki pasport verildiyinə görə 21A ünvanı altında ev mövcud olmamışdır. İddiaçının torpaq sahəsi və əmlaka görə vergi ödəyicisi kimi Şüvəlan Bəl ədiyyəsində qeydiyyatda olmas halı iddiaçının miras əmlakı faktik qəbul edilməsi üçün əsas deyildir.
37. İddiaçı Ağa oğlu kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətlərinin dəlilləri
38. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin hallarına düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarını pozmuşdur. İddiaçı həmin evə aid olan torpaq və əmlak vergisini ödəyibdir. İş materiallarında olan evin şəklindən də məlum olur ki, cavabdehin evi ilə iddiaçının evi yanaşı olsa da, iddiaçıya məxsus olan ev daha köhnə və t əmirsiz hissədir. İddiaçının iddia etdiyi hissədə mənzilin pəncərəsi və qapısı köhnə qapı pəncərədir. İddiaçının 1973-cü ildə ailə quraraq, əmisi X6 məxsus olan hissəyə köçməsi, iddiaçının özünün və şahidlərin məhkəmə iclasında verdikləri ifadələrlə tam təsdiq olunmuşdur. İddiaçının qardaşı Akif ölənədək tərəflər arasında hər hansı mübahisə olmamışdır, İddiaçı və onun ailə üzvləri həmin həyətə tez-tez gəlib getmiş və özlərinə məxsus olan hissə ilə maraqlanmışlar. Bu illər ərzində X6 aid olan 21 “A” saylı hissənin torpaq və əmlak vergisi də məhz İddiaçı tərəfindən ödənilibdir. Xəzər Rayon Məhkəməsində şahid qismində dindirilmiş X8 da mərhum X4 gəlini olduğunu, mübahisəli evin 21 “A” saylı hissəsinin toyunda İddiaçı bağışladığını və həmin hissəyə cavabdehin İddiaçı həmin hissəyə buraxmadığın ı öz ifadəsində qeyd etsə də, Bakı Apellyasiya Məhkəməsi həmin halları araşdırmamışdır. Ümumiyyətlə digər şahidlərin ifadələri də, məhkəmə tərəfindən nəzərə alınmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazların dəlilləri
39. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
40. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunmasını xahiş etdi.
41. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə digər iştirakçılar məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-nin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya ba xışının hədləri
42. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
43. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
44. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
45. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq
46. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (01 mart 1965-ci ildən 01.09.2000ci ilədək qüvvədə olmuş) Maddə
528. Vərəsəliyin açılması Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün hesab olunur. Maddə
552. Mirasın qəbulu Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktik surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş sayılır. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir.
47. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə
418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır Kassasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüqu q normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
49. Belə ki, iddiaçının tələbi bir-biri ilə bağlı 3 tələbdən ibarətdir:
1. Əmisi - 1987-ci ildə vəfat etmiş X2 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Y.Qasımov küçəsi 21 “A” saylı evdən ibarət mirasın iddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi;
2. Həmin evə vərəsəlik qaydasında mülkiyyət hüququnun tanınması və bu evə köçürülməsi;
3. Cavabdehlərin evdən və yerləşdiyi həyətyanı torpaq sahəsindən çıxarılması.
50. İddiaçının 2-ci və 3-cü tələbləri irəli sürm əyə subyektiv hüququ, 1-ci tələbi təmin olunduğu, yəni mirası qəbul etməsi faktı müəyyən edildiyi halda mümkündür. İddiaçının 1ci tələbi təmin olunmadığı halda digər tələblər üzrə araşdırma aparılmasına zərurət qalmayacaqdır.
51. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına əsasən çıxarılmalıdır.
52. Mülki qanunvericilik hər bir mülki hüquq münasibətinin yaranmasını müəyyən faktla bağlayır. Qanunvericilik vərəsəliyin açılmasını da miras qoyanın ölümü ilə. Bu baxımdan, miras qoyan X36 1987-ci ildə vəfat etdiyinə görə məhkəmələr, haqlı olaraq ondan qalan mirasın qəbul edilməsi barəd ə tələbinə həmin vaxtda qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin normalarını tətbiq etmişdir. Həmin Məcəllənin 552-ci maddəsinə görə mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir.
53. Göründüyü kimi bu norma vərəsənin qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirmədikdə həmin hüququ itirməsini ehtiva edir. Ümumiyyətlə vərəsəlik hüquq münasibətlərində mirasın qəbul edilməsi ilə yaranan hüquq münasibətləri mühüm əhəmiyyət kəsb edir. Çünki istər qanun üzrə, istərsə də vəsiyyətnamə üzrə mümkün vərəsə tərəfindən miras əmlak yalnız o halda əldə edilə, ona bölünə bilər ki, o, mirası qəbul etmiş olsun.
54. Mirası qəbul etmə vərəsənin müəyyən ir adəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Bu hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir (Əvvəlki Mülki Məcəllənin 552-ci maddəsinin ikinci hissəsi).
55. Apellyasiya instansiyası məhkəməsi bu baxımdan işin hallarını araşdırmış və iddiaçının əmisi vəfat etdikdən sonra altı ay müddətində ondan miras qalmış əmlakı qəbul etmək üçün notariat qaydada müraciət etmədiyini, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamadığını müəyyən etmişdir.
56. İddiaçının miras qalmış evə torpaq və əmlak vergis i ödəməsi, onun mirası qəbul etməsi faktının şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə tam təsdiq olunması, iddiaçının və ailə üzvlərinin həmin həyətə tez-tez gəlib getmələri, bu illər ərzində X6 aid olan 21 “A” saylı hissənin torpaq və əmlak vergisinin məhz iddiaçı tərəfindən ödənilməsi barədə dəlilləri iddianın təmin olunması üçün əsas deyildir.
57. Çünki yuxarıda qeyd olunduğu kimi miras, onun açıldığı gündən altı ay müddətinə qəbul edilməli idi və mirası qeyri-formal üsulla qəbul etməni ehtiva edən hərəkətləri də həmin müddətdə etməli idi. Lakin iddiaçının miras qoyandan qalmış evin və torpaq sahəsinin vergisini ödədiyi barədə təqdim olunan sübutlarla (03.08.2018-ci ildə Şüvəlan bələdiyyəsinə 48 manat torpaq vergisinin ödənilməsi barədə "xxxx" ASC-nin qəbzi (1-ci cild səh. 92), 11.04.2019-cu ildə Şüvəlan bələdiyyəsinə 2,7 manat torpaq vergisinin ödənilməsi barədə "xxxx" ASC-nin qəbzi (1-ci cild səh. 192), onun Şüvəlan qəsəbəsi Y.Qasımov küçəsi 21A ünvanda yerləşən torpaq sahəsi və əmlaka görə Şüvəlan bələdiyyəsi üzrə vergi ödəyicisi kimi qeydiyyata alınması barədə Şüvəlan bələdiyyəsinin 12.04.2019-cu il tarixli, 21 saylı arayışı və s.) bu hallar təsdiq olunmur, bu vergi ödənişlərinin 2018-2019-cu illərə aid olduğu müəyyən edilir.
58. İddiaçının istinad etdiyi şahid ifadələrində də iddiaçının 1987-ci ildə miras açıldıqdan sonrakı altı ayda mirası qəbul etməyə yönələn hərəkətlərin edilməsi təsdiq olunmur.
59. İddiaçı və onun ailə üzvlərinin həmin həyətə tez-tez gəlib getməsi və özlərinə məxsus olan hissə ilə maraqlanması barədə dəlil də mirası qəbul etməyə d əlalət edən hal kimi qəbul edilə bilməz.
60. Çünki miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasa faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.
61. İddiaçının mübahisəli həyətə gəlib-getməsi faktını mirasın faktiki qəbul edilməsi kimi qiymətləndirmək mümkün deyildir. İddi açının mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyən, məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşımasından ibarət hərəkətləri, miras qoyanın əmlakını faktiki cəhətdən ələ keçirib оnа sahiblik etməsini göstərən faktlar yoxdur.
62. Kassasiya şikayətlərinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
63. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiy asının 2(103)-588/2021 nömrəli iş üzrə 30 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.