Məhkəmə qərarları › İş №2(102)-653/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-653/2020

11.02.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-653/2020 11.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı nümayəndəsi, vəkili Vəkil, cavabdeh “BP Eksploreyşn (Kaspian Sİ) Limited” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin vəkili X2 və nümayəndəsi X1 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)9912/2019 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bak ı şəhəri, Nəsimi rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(006)-2123/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim S.F.Cəfərov) İddiaçı cavabdeh “BP Eksploreyşn (Kaspian Si) Limited” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı “əmrin ləğv edilməsi, əvvəlki işinə uyğun başqa bir işə bərpa edilməsi və məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi” barədə iddiası rədd edilib. İddiaçı qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)9912/2019 saylı qətnaməsi ilə (hakimlər E.M.Həsənov sədrlik edən, məruzəçi, X.A.Mərdanova və F.F.Babayev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. İd diaçı qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdeh təşkilata qarşı iddia ərizəsi ilə müraciət edərək, əmək müqaviləsinə xitam verilməsinə dair işəgötürənin xx xxxxxx 2017-ci il tarixli, 6494 saylı əmrinin ləğv edilməsi, əvvəlki işinə uyğun olaraq başqa bir işə bərpa edilməsi və məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi barədə iddia qaldırıb və tələbini onunla əsaslandırıb ki, sonuncu dəfə cavabdeh təşkilatın “Sosial sərmayələr və icmalarla əlaqələr üzrə” menecer vəzifəsində işləyib, tabeçiliyində 10 ştat vahidi üzrə 10 işçi (9 işçi ştatda, 1 işçi isə ştatdan kənar) işləyib, 1 ştat vahidi “Sosial sərmayələr üzrə” mütəxəssis vəzifəsi isə vakant olub. Vəzifəsi ixtisara salındıqdan sonra tabeçiliyində olan bütün işçilər başqa i şlə təmin olunublar. İşdən azad edilməsindən qısa müddət sonra “Kommunikasiya üzrə” menecerin tabeliyinə verilmiş “Sosial sərmayələr üzrə” mütəxəssis vakant vəzifəsinə və eyni adlı başqa vəzifəyə yeni işçilər götürülüb. Yeni “Xarici əlaqələr üzrə” menecer vəzifəsi yaradılıb, “Hökumətlə əlaqələr üzrə” menecer onun tabeçiliyinə verilib. “Xarici əlaqələr üzrə” menecer vəzifəsinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini xx arvadı xx təyin edilib. Qeyd edilən bu struktur və kadr islahatları onu göstərir ki, onun vəzifəsi ixtisara salındıqdan və işdən azad edildikdən sonra başqa işə keçirilməsi üçün kifayət qədər geniş imkanlar olub. Lakin cavabdeh təşkilat onun başqa işə keçirilməsi üçün heç bir tədbir görməyib. İşdən azad edilməsinin əsl səbəbi müxtəlif vaxtlarda cavabdeh təşkilat ın rəhbərliyini açıq şəkildə əsaslı tənqid etməsi, “Davranış kodeksi”nə ciddi riayət etməsi, xxxnin qanunsuz tapşırıqlarını deyil, daxili prosedurlara vicdanla yanaşması, xxxnin israrına, göstərişlərinə və təkidlərinə baxmayaraq “Sosial sərmayələr üzrə” Mütəxəssis vəzifəsinə onun dəstəklədiyi şəxsi təyin etməməsi olub. Şikayəti ilə bağlı təkidli məktublarından sonra xx xxxxxx 2019-cu il tarixdə elektron məktubla “şikayəti üzrə aparılan araşdırmalar nəticəsində göstərdiklərinin öz təsdiqini tapmadığını” bildirilib və buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq no rmalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. Cavabdeh “BP Eksploreyşn (Kaspian Sİ) Limited” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin vəkili Yusif İsmayılov və nümayəndəsi xx məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatlarında kassasiya şikayətinin təmin edilmədən, iş üz rə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədiyi üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdir ilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, işəgötürən tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə düzgün olaraq xitam verilməsinə, iddia ərizəsini rədd etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinin, 77-ci maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiy ası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən, maddi və prosessual hüquq normalarının tələblərini düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, iddiaçı, xx xxxxxx 2004-cü il tarixdən cavabdeh təşkilatda “Dövlət idarələri ilə əlaqələr üzrə” koordinator vəzifəsinə işə qəbul olunub, cavabdeh təşkilatda müxtəlif vəzifələrdə çalışıb, xx xxxxxx 2016-cı il tarixdə “Sosial sərmayələr və icma ilə əlaqələr üzrə” menecer vəzifəsinə keçiri lib. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə işəgötürənin xx xxxxxx 2017-ci il tarixli, 6494 saylı əmrinə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilib. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilərkən cavabdeh təşkilat tərəfindən qanunvericiliyin hər hansı pozuntusuna yol verilməyib. Belə ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin sayı və ya ştatları ixtisar edildikdə, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəlləni n 77-ci maddəsinə görə isə, “işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq bu maddədə nəzərdə tutulan müddətlərdə rəsmi xəbərdar edilməlidir; xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir; əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əm ək stajından asılı olaraq bu maddədə göstərilən məbləğlərdə işdənçıxarma müavinəti ödənilir. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki əmək mübahisəsinə tətbiq edib, işə əlavə edilmiş sübutları araşdırıb müəyyən etmişdir ki, cavabdeh təşkilatın qanuni təmsilçisinin xx xxxxxx 2017-ci il tarixli qərarı əsasında “Əlaqələr və xarici işlər” Departamentinin “Sosial sərmayələr və icma ilə əlaqələr” şöbəsinin “Sosial sərmayələr və icma ilə əlaqələr üzrə menecer” vəzifəsi ləğv edilib. Bununla əlaqədar olaraq xx xxxxxx 2017-ci il tarixdə işəgötürən tərəfindən iddiaçıya onunla bağlanmış əmək müqaviləsinə xx xxxxxx 2018-ci il tarixdən xitam veriləcəyinə dair rəsmi xəbərdarlıq bildirişi göndərilib. Xəbərdarlıq bildirişində işdənçıxarma müavinəti ilə bağlı yekun ödənişi n əmək müqaviləsinə xitam verildiyi zaman bank hesabına köçürüləcəyi, istədiyi halda 2 aylıq xəbərdarlıq müddətini gözləmədən kompensasiya ala biləcəyi bildirilib və iddiaçı həmin təklifi qəbul edərək 111.362,87 manat məbləğində kompensasiyanı alıb. Buna görə də əmək müqaviləsinə xəbərdarlıq müddəti gözlənilmədən göstərilən tarixdə xitam verilib. Göründüyü kimi, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarət dir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb haqlı olaraq qeyd etmişdir ki, iddiaçı mübahisələndirdiyi əmrin ləğvi tələbi ilə həmin əmrin verilməsindən 1 ildən artıq müddət keçdikdən sonra məhkəməyə müraciət etməklə iddia müddətini də ötürmüşdür. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci və 3-cü hissələrinə görə, fərdi əmək m übahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən biləbilə qəsdən pozulduğu gündür. İşin mübahisə olunmayan halına görə iddiaçı, işdən çıxarılması barədə əmrdən həmin əmrin verildiyi tarixdə xəbərdar olmuş, onunla son haqq-hesab aparılmış, əmrin surəti ona təqdim edilmişdir. Bu səbəbdən də apellyasiya instansiyası məhkəməsi sadalanan maddənin tələblərini hazırki əmək mübahisəsinə tətbiq edib düzgün ola raq qeyd etmişdir ki, iddia ərizəsi iddia müddəti ötürüldükdən sonra məhkəməyə təqdim edilmiş və müddətin bərpası haqqında iddiaçı tərəfindən məhkəməyə müvafiq vəsatət verilməmişdir. Mülki Məcəllənin 375-ci maddəsinə müvafiq olaraq, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qeyd olunmalıdır ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plen umu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Kassasiya instansiyası məhkəməsi apellyasiya şikayəti ilə eyni məzmu nlu olan kassasiya şikayətinin dəlillərini müzakirə edib, həmin dəlillərə apellyasiya instansiyası məhkəməsi tərəfindən artıq hüquqi qiymət verilməsini nəzərə alıb, hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır.Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız h esab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı kassasiya şikayətitəmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-9912/2019 saylı qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar