Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6536/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər:pulun tutulması) 21.12.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı vəkili Vəkil3, Cavabdeh2 vəkili Vəkil4 və Cavabdeh1 vəkili Vəkil2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6287/2021 nömrəli,15 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı, habelə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən ve rilmiş kassasiya şikayətlərinə dair işə 21 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xaricdə sahibkarlıqla məşğul olmuş, 2011-ci ildən başlayaraq hissə-hissə olmaqla satmaq məqsədi ilə Cavabdeh2 idman malları göndərmişdir. Cavabdeh2 göndərilən malları satıb pulu iddiaçıya ödəmişdir. Malların pulunun iddiaçıya tam qaytarılmaması ilə bağlı tərəflər arasında mübahisə yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 734.098,24 ABŞ dolları məbləğində borcun ödəniş günü Azərbaycan manatının məzənnəsi ilə tutulub ona verilməsi barədə qətnamə çıxar ılmasını xahiş etmişdir.
3. Sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Daxili İşlər Nazirliyi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsində aparılmış araşdırma prosesində Cavabdeh2 etiraf etdiyi borc məbləğindən ödənilməmiş 55.000 ABŞ dollarının da qaldırılmış iddia məbləğinə əlavə edilərək, cavabdehlərdən müştərək qaydada 789.098,24 ABŞ dolları məbləğində borcun ödəniş günü Azərbaycan manatının məzənnəsi ilə tutulub iddiaçıya verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun müddətdir xarici ölkədə sahibkarlıq fəaliyyəti ilə məşğul olur. İddiaçının bu fəaliyyəti ilə bağlı Bakı şəhərində bir sıra şəxslərlə tanışlığı var. İddiaçının cavabdehlərdən Cavabdeh1 ilə uzun müddətdir tanışlığı olmuşd ur. 2011-ci ildə cavabdeh iddiaçıya bildirmişdir ki, kürəkəni Cavabdeh2 idman mallarının alğı-satqısı ilə məşğul olur və xahiş edib ki, Tural iddiaçı ilə birlikdə bizneslə məşğul olsun. Amil iddiaçıdan xahiş etmişdir ki, o, Dubaydan idman mallarını Bakı şəhərinə göndərsin, Tural da həmin malları Bakı şəhərində satsın, sonra həmin malların pulunu iddiaçıya qaytarsın. Həmçinin bu işə zamin olaraq bildirib ki, əgər birgə işdə hər hansı bir problem olarsa, Tural pulu qaytarmazsa o, öz evini, mülklərini satıb iddiaçının pullarını qaytaracaq. 2011-ci ildə Turalla birgə fəaliyyətə başladılar. İlk vaxtlarda Amilin nəzarəti altında Tural göndərilən malları sataraq pulları qaytarıb. 2011-ci ildən başlayaraq hissə-hissə olmaqla Turala 3.159.785 ABŞ dolları məbləğində idman malları göndərib. Tural gön dərdiyi malları satmaqla iddiaçıya pulların bir hissəsini ödəyib, lakin 986.000 ABŞ dolları məbləğində malın pulunu bu günə qədər qaytarmayıb. Cavabdeh1 Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində verdiyi izahatında digər Cavabdeh2 hazırki mübahisə ilə əlaqədar İddiaçı qarşısında zaminlik öhdəliyi götürməsini etiraf etmiş, həmçinin Cavabdeh2 həqiqətən də aldığı idman mallarının dəyərinin üç milyon ABŞ dolları məbləğindən artıq olduğunu və həmin məbləğdən İddiaçı bir milyon ABŞ dolları borclu qaldığını etiraf etmişdir.
5. Birinci instansiya məhkəməsində Cavabdeh2 nümayəndəsi və vəkili iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini xahiş etmişdir.
6. Digər Cavabdeh1 birinci instansiya məhkəməsinin iclasına gəlməmiş və iddia tələbinə qarşı yazılı münasibət bildirməmişdir.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1255/2020 nömrəli iş üzrə 02 mart 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.Səmədov) iddia tələbi təmin edilmiş cavabdehlərdən müştərək qaydada 789.098,24 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pulun, habelə 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında olan Cavabdeh2 Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində verdiyi izahatda göstərmişdir ki, Novruzun mallara görə verdiyi pullar təxminən 3.159.000 dollar olmuşdur. O, həmin malların satışından əldə etdiyi puldan ona 2.000.000 dollardan artıq pul göndərmişdir. O, da Sədərək ticarət mərkəzində 81.600 manat məbləğində 40 kvadrat metr sahədən ibarət obyekt, Karvan ticarət mərkəzindən isə 100.000 manat məbləğində 110 kvadrat metr sahədən ibarət obyekt aldı. Həmin vaxt onun İddiaçı təxminən 1.000.000 dollar borcu var idi. O, Novruzun göndərdiyi 3.159.785 dollarlıq malın satışından əldə edilmiş puldan 127.000 dollara Karvan ticarət mərkəzində obyekt almış, Sədərək ticarət mərkəzində 103.950 dollara obyekt almışdır. Həmin obyektlər hazırda Novruzun adınadır. O, bundan başqa, 2.173.687 dollar cəmi pul vermişdir.O, cədvəldə göstərilən 375.615 dollar pulu qəbul etmir. Bundan başqa, o, 31847 dollar Karvandakı obyektin təmirinə, 20.382 dollar isə Sədərəkdəki olan obyektin təmirinə sərf etmişdir. Bundan əlavə olaraq, o, Novruzun sözü ilə 19.535 dollar məbləğində malları onun tanışlarına vermiş, yerdə isə 307.510 dollar pul qalır, o, həmin pulun 116.000 dollarını nağd şəkildə 25 mart 2019-cu il tarixə qədər verəcəkdir. Qalan 191.000 dollar (324.000 manat) pulun məbləğində ona mənzil verməyi söz verir.
9. Məhkəmə daha sonra qeyd etmişdir ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis polkovnik-leytenantı X2 tərəfindən tərtib edilmiş 06.04.2019-cu il tarixli “pul vəsaitinin ödənilməsi haqqında” protokoldan görünür ki, Cavabdeh2 İddiaçı 116.000 (yüz on altı min) ABŞ dolları məbləğində nağd pul vəsaiti ödədi və "xxxx" MMC-nin yaşayış binasından 206,24 kvadrat metr sahədə o lan mənzilin İddiaçı satılması haqqında 25 mart 2019-cu tarixli, 72 nömrəli müqaviləni ona təqdim etdi, eyni zamanda Cavabdeh2 55.000 ABŞ dolları pul vəsaitini ən geci 1 ay müddətində İddiaçı ödəyəcəyinə dair öhdəlik götürdü. İş materiallarında olan “Faqihi Enterprises LLC” şirkətinin hesabdan çıxarışından görünür ki, Cavabdeh2 və Cavabdeh1 06.04.2019-cu il tarixə toplam borcu 734.098,24 ABŞ dolları təşkil edir.
10. Beləliklə məhkəmə iclasında işin müəyyən olunmuş faktiki hallarından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xarici ölkədən ticarət məqsədilə müxtəlif vaxtlarda 3.159.785 (üç milyon bir yüz əlli doqquz min yeddi yüz səksən beş) ABŞ dolları məbləğində idman malları göndərmiş, lakin cavabdehlər iddiaçı qarşısında aldıqları mala görə ödənişə dair öz öhdəliklərini ta m yerinə yetirməmişlər. Hazırda iddiaçı vurulmuş maddi zərərin əvəzinə görə 789.098,24 ABŞ dolları tələb edir, cavabdehlər isə iddiaçıya 55.000 ABŞ dolları borclu olduqlarını etiraf edirlər.
11. Məhkəmə qeyd etmişdir ki, yuxarıda qeyd olunanlardan göründüyü kimi cavabdehlər iddiaçıya cəmi 55.000 ABŞ dolları borclu olduqlarını etiraf etmiş, habelə iş materiallarında olan sənədlərdən görünür ki, cavabdehlərin iddiaçıya 55.000 ABŞ dollarından əlavə, 06.04.2019-cu il tarixə 734.098,24 ABŞ dolları, ümumilikdə 789.098,24 ABŞ dolları borcları vardır. Belə ki, cavabdeh T.Ə.X1 Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsində verdiyi izahatında da təsdiq etmişdir ki, İddiaçı mallara görə verdiyi pullar təxminən 3.159.000 ABŞ dolları olmuş, həmin məbləğdən o, İddiaçı 2.000.000 ABŞ dollardan artıq pul göndərmişdir (bir hissəsi əlbəəl, bir hissəsi isə bank köçürmələri vasitəsilə verilmişdir). Həmin məsələ Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsində araşdırılarkən İddiaçı 116.000 ABŞ dolları nağd pul vəsaiti ödəmiş və "xxxx" MMC-nin yaşayış binasından 206 kv.m. sahəsi olan mənzili ona təqdim etmişdir (mənzilin qiyməti 120.000 ABŞ dolları kimi razılaşdırılmışdır). Həmin pul vəsaitləri “Faqihi Enterprises LLC” şirkətinin hesabdan çıxarışında da ödənilmiş pul vəsaitləri kimi nəzərə alınmışdır.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 1091, 1091.2, 1092.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 106.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsasland ırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
13. Cavabdehlər apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın tamamilə rədd olunmasını xahiş etmişlər.
14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5201/2020 nömrəli, 14 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Talışinski (sədrlik edən və məruzəçi), X.Mərdanova və Z.Şirinov) cavabdehlərin apellyasiya şikayətləri təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul olunaraq, iddia təmin edilməmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq, qeyd etmişdir ki, iddiaçı tərəfin istinad etdiyi sübutlar mümkünlük, aidiyyət və mötəbərlik baxımından müvafiq sənədləşmə (müqavilə, məxaric və məda xil qəbzləri və sair) ilə dəqiq müəyyən edilməli olan pul-mal dövriyyəsi üzrə iddia tələbini təsdiq etmir və prosessual qanunvericiliklə müəyyən edilmiş etiraf etmə proseduru istisna edilməklə, ehtimallara (izahat, ifadə və sair bu növ yanakı sübutlara) əsasən belə əhəmiyyətli məsələdə iddiaçının xeyrinə qənaətin bərqərar edilməsi sui-istifadəyə şərait yaradan hal kimi yolverilməzdir. Apellyasiya şikayətlərində iddiaçının əsassız varlanma tələbi üzrə müddətə görə qüvvədən düşməsinə istinad edilməsinə isə qanuni zərurət mövcud deyil. Belə ki, bu zərurət iddianın mahiyyəti təsdiq edildiyi halda mövcud ola bilərdi. Mövcud olmayan (sübuta yetirilməyən) “əsassız varlanma”ya dair müddətin tətbiqi isə mümkünsüzdür.
16. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkə məsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun qətnaməni düzgün əsaslandırmamış, mülki (prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada cavabdeh tərəfindən etiraf edilməmiş) qanunvericiliklə əsassız varlanma üzrə münasibətləri tənzimləyən maddi hüquq normalarını ehtimal edilən və mülki hüquqi əsası olmayan öhdəliyə tətbiq etmişdir.
17. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21, 385-388, 399, 470, 739, 1091-ci, MPM-in 14.2, 52, 76, 77.1, 80-82, 106.2, 216, 106.2, 216, 217.3, 217.4-cü maddələrinə istinadən əsaslandırılmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
18. İddiaçı qətnamdən kassasiya şikayəti verib, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiya sına göndərilməsini xahiş etmişdir.
19. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1977/2021 nömrəli, 19 aprel 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarılmışdır.
20. Kassasiya kollegiyasının mövqeyinə görə sadəcə bir sıra qanunvericilik normalarının sadalanması və mübahisənin mahiyyətinə qiymət vermədən iddianın əsassız olması barədə qənaəti əks etdirən bir cümlədən ibarət olan məhkəmə aktı əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin lazımi qaydada qəbul edilmiş qanuna uyğun aktı kimi qəbul etməyə imkan vermir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
21. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6287/2021 nömrəli, 15 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər– Ş.Məmmədova (sədrlik edən və məruzəçi), E.Kazımov və A.İsgəndərov) cavabdehlərin apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 55.000 (əlli beş min) ABŞ dolları pulun ödəniş günü Azərbaycan manatının məzənnəsinə uyğun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarından və tərəflərin izahatından görünür k i, iddiaçı ilə cavabdehlər arasında birgə fəaliyyətlə bağlı şifahi razılaşma olmuş, razılaşmaya əsasən cavabdehlərdən Cavabdeh1 2011-ci ildə iddiaçıya bildirib ki, kürəkəni Cavabdeh2 idman mallarının alğı-satqısı ilə məşğul olur və xahiş edib ki, Tural iddiaçı ilə birlikdə bizneslə məşğul olsun. Amil iddiaçıdan xahiş edib ki, o, Dubaydan idman mallarını Bakı şəhərinə göndərsin, Tural da həmin malları Bakı şəhərində satsın, sonra həmin malların pulunu iddiaçıya qaytarsın, həmçinin, Cavabdeh1 bildirmişdir ki, əgər bu birgə işdə hər hansı bir problem olarsa, Tural pulu qaytarmazsa o, iddiaçının pullarını qaytaracaq. İddiaçı və Cavabdeh2 birgə fəaliyyətə başlamışdırlar. İlk vaxtlarda Amilin nəzarəti altında Tural göndərilən malları sataraq pulları qaytarıb. Tural iddiaçının göndərdiyi malları satmaqla iddiaçıya pulların bir hissəsini ödəyib, lakin hazırda iddiaçıya borcu qalmış və həmin məbləğ pulunu bu günə qədər qaytarmayıb. İddiaçı həmin borc məbləğinin 789.098,24 ABŞ dolları olduğunu iddia edir, cavabdehlər isə borcun ödənildiyini və heç bir borc qalmadığını bildirirlər.
23. Apellyasiya instansiyası məhkəməsi iş materiallarına əsasən hesab etmişdir ki, iddiaçı iddia tələbinin tam təmin olmasına əsas verən mötəbər və təkzibedilməz sübutları təqdim etməmiş, cavabdehlər isə ödənilməsinə öhdəlik götürdükləri qalan 55.000 ABŞ dolları pul vəsaitinin iddiaçıya ödədiklərini sübut edə bilməmişlər.
24. Cavabdehlər qətnamədən kassasiya şikayəti verib, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
25. İddia çı da qətnamədən kassasiya şikayəti verib, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətlərinin dəlilləri
26. Cavabdehlərin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının 375.615 ABŞ dolları dəyərində gəlir kimi tələb etdiyi məbləği qəbul etmir, bildirir ki, həmin məbləğdə gəlir əldə etməmişdir. İddiaçı malların satışından cavabdehlərin göstərilən məbləğdə gəlir əldə etmələri ilə bağlı heç bir sübut təqdim etməmişdir
27. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən faktiki halları araşdırmamı ş, maddi və prosessual hüquq normalarını pozmuş, hüquq mühafizə orqanının araşdırmasına dair yazılı sübuta düzgün hüquqi qiymət verməmiş, sübutları tam və obyektiv tədqiq etməmişdir. b) Kassasiya şikayətlərinə qarşı tərəfin etirazının dəlilləri
28. Kassasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları
29. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək, kassasiya şikayətinin təmin edilməsini, cavabdehlərin kassasiya şikayətlərinin təmin edilməməsini xahiş etdi.
30. Məhkəmə kollegiyasının iclasında cavabdehlərin vəkili kassasiya şikayətini müdafiə edərək, şikayətlərinin təmin edilməsini, iddiaçının kassasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Tətbiq edilən hüquq
31. Azərbaycan Respubli kasının Mülki Məcəlləsi Maddə 14.2 Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 329.2 Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Mad də 329.3 Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Maddə 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
32. Azərbaycan Respublikasının M ülki Prosessual Məcəlləsi Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəfl ərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.4. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə
418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
33. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
34. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki h allarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
35. Hazırkı kassasiya şikayətləri apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvini əhatə etdiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Ali Məhkəmənin Mülki Kollegiyası məruzəçi hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib hesab edir ki, Cavabdeh1 kassasiya şikayət i qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən - Cavabdeh1 qarşı iddianın təmin olunmuş hissəsində ləğv edilməli, iddia tələbi Cavabdeh1 aid hissədə rədd edilməli, iddiaçının və digər Cavabdeh2 kassasiya şikayətləri təmin edilməməlidir.
37. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 qarşı iddianı təmin edərkən, iddiaçı iddia tələbinin tam təmin olmasına əsas verən mötəbər və təkzibedilməz sübutları təqdim etməmiş, cavabdehlər isə ödənilməsinə öhdəlik götürdükləri qalan 55.000 ABŞ dolları pul vəsaitinin iddiaçıya ödədiklərini sübut edə bilməmişlər.
38. Apellyasiya instansiyası məhkəməsi bu nəticəyə gələrkən təqdim olunmuş bütün sübutları tədqiq edib qiymətləndirmişdir. Məhkəmə kollegiyası ape llyasiya instansiyası məhkəməsinin iddianın qismən təmin olunması və borcun Cavabdeh2 tutulması barədə gəldiyi nəticə ilə razılaşır. Bu nəticə məhkəmə araşdırmasının MPM-nin 77, 88-ci maddələrində müəyyən olunmuş tələblərə və mülki münasibətlərin iştirakçıları üçün Mülki Məcəllənin 385-ci maddəsində müəyyən olunmuş vəzifələrə uyğundur.
39. Lakin məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin borcun həm də Cavabdeh1 tutulması barədə gəldiyi nəticə ilə razılaşmır. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 qarşı iddianı təmin edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Cavabdeh1 verdiyi izahatından müəyyən olunur ki, o, kürəkəni Cavabdeh2lə İddiaçı a rasında birgə fəaliyyət göstərilməsi üçün razılaşma əldə olunmasında bilavasitə iştirak etməklə bərabər, Cavabdeh1 baş tutacaq birgə fəaliyyətdən yaranacaq öhdəliklər üçün məsuliyyət daşıması barədə öhdəlik götürərək bildirmişdir ki, əgər Tural onun pulunu qaytarmasa, o, (Cavabdeh1) cavabdehdir. Bundan sonra Turalla Novruz işləməyə başlamışlar.
40. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2 və 385.1-ci maddələrinə əsasən qeyd etmişdir ki, tərəflər arasında yazılı müqavilə olmasa da, onlar şifahi qaydada əqd bağlamışlar (bu fakt həm iddiaçı, həm də cavabdehlər tərəfindən də təsdiq olunmuşdur) və bu zaman tərəflər arasında qarşılıqlı öhdəlik yaranmışdır.
41. Məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır. Be lə ki, Mülki Məcəllənin 14.2-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir.
42. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
43. Bu norma öhdəliklərə ümumi qaydada anlayış verir. Öhdəliklərin növləri isə müxtəlifdir və mülki münasibətlərin iştirakçılarının daxil olduqları münasibətlərin məzmununa görə qanunvericiliklə həm ümumi, həm də fərqli tənzimləmə müəyyən olunmuşdur. İddiaçının izah etdiyi vəziyyətdə, onun Cavabdeh1la olan münasibətləri hüquqi mənada zaminlik hüquq münasibətləridir.
44. Belə ki, iddiaçının izahına görə Cavabdeh1, Cavabdeh2 öhdəliklərini icra etmədiyi halda onun öhdəliyini icra etmək barədə öhdəlik götürmüşdür və bu cür öhdəlik zaminlik adlanır. Zaminlik, öhdəliklərin icrası üsullarından biri olmaqla, zaminin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürməsidir (Mülki Məcəllənin 470.1-ci maddəsi).
45. Nəzərə alınmalıdır ki, mülki münasibətlərdən hüquq və vəzifələrin əmələ gəlməsi bilavasitə müqavilələrlə (əqdlərlə) bağlıdır. Mülki Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, ə sassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
46. Müqavilə dedikdə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması başa düşülür (Mülki Məcəllənin 389.1-ci maddəsi).
47. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
48. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tər əfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər (Mülki Məcəllənin 399.1, 406.1 və 406.3-cü maddələri).
49. Mülki Məcəllənin 329.1-ci maddəsinə əsasən, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.
50. Mülki Məcllənin 471-ci maddəsində də zaminlik müqaviləsi üçün yazılı forma müəyyən edilmişdir və dərhal da qeyd olunur ki, yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.
51. Göründüyü kimi Cavabdeh1, Cavabdeh2 iddiaçı qarşısında öhdəliyini icra etmək barədə yazılı müqavilə bağlamamışdır. Bu halda ona qarşı iddianın təmin olunması üçün Azərbaycan Respublikas ı Mülki Məcəlləsinin 386-cı maddəsində olan əsaslar yoxdur və iddia təmin oluna bilməz.
52. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələbinə görə qətnamə qanuni və əsaslı olmalıdır. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
53. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh1 münasibətdə maddi hüquq normalarının pozulması ilə çıxarılmışdır.
54. Məhkəmə koll egiyası yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı və Cavabdeh2 kassasiya şikayətləri təmin edilməsin. Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6287/2021 nömrəli, 15 iyul 2021-ci il tarixli qətnaməsi qismən Cavabdeh1 qarşı iddianın təmin olunmasına aid hissədə ləğv edilsin. İddia tələbi Cavabdeh1 aid hissədə təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.