Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6542/2021 21.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: tikiliyə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdeh1 vəkili Əliyeva Könül Nəriman qızının iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 iyun 2021-ci il tarixli, 2(103)820/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 21 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Nəsimi rayonu Ağadadaş Qurbanov küçəsində yerləşən 89 saylı ev paylı mülkiyyət hüququ üzrə 2/36 hissədən qalan hissədə Cavabdeh1, 2/36 hissədə Cavabdeh2, 2/36 hissədə Cavabdeh3, qalan hissələrdə isə digər 6 nəfər şəxsə məxsusdur.
2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 dekabr 2017-ci il tarixli 2(006)2790/2017 saylı qərardadının surətindən görünür ki, iddiaçı Məlikova (Hüseynova) Sədaqət Musa qızının ərizəsi təmin edilmiş, Bakı şəhəri Nəsimi rayonu Ağadadaş Qurbanov küçəsində yerləşən 89 saylı evin Cavabdeh3 məxsus 2/36 hissəsinin, Cavabdeh2 məxsus 2/36 hissəsinin, Cavabdeh1 məxsus 2/36 hissəsinin üzərinə qoyulmuş həbs götürülmüşdür.
3. Məl ikova (Hüseynova) Sədaqət Musa qızı tərəfindən imzalanmış 22.12.2018-ci il tarixli qəbzin surətindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07.06.2017ci il tarixli 2(006)-2790/2017 saylı və 14.09.2017-ci il tarixli 2(006)-4846/2017 saylı qərarlarının icrası ilə əlaqədar o, Fərzullayevlərin etibarnamə üzrə nümayəndəsi İddiaçı 9000 manat pul almışdır.
4. Cavabdeh1 notarial qaydada təsdiq edilmiş 30.12.2017-ci il tarixli ərizəsindən görünür ki, mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Ağadadaş Qurbanov küçəsində yerləşən 89 saylı evin 2-ci və 3-cü mərtəbələrinin X2 və İddiaçı tərəfindən tikilməsinə heç bir etirazı yoxdur. Gələcəkdə bu barədə məhkəmə və digər orqanlar qarşısında iddia qaldırmayacaqdır.
5. Cavabdeh2 notarial qaydada təsdiq edilmiş 30.12.2017-ci il tarixli ərizəsi ndən görünür ki, anası Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Ağadadaş Qurbanov küçəsində yerləşən 89 saylı evin 2-ci və 3-cü mərtəbələrinin X2 və İddiaçı tərəfindən tikilməsinə heç bir etirazı yoxdur. Gələcəkdə bu barədə məhkəmə və digər orqanlar qarşısında iddia qaldırmayacaqdır.
6. X3 13.11.2018-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Bakı şəhəri Nəsimi rayonu Ağadadaş Qurbanov küçəsində yerləşən 89 saylı evin 2-ci mərtəbəsi İddiaçı məxsusdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri Nəsimi rayonu Ağadadaş Qurbanov küçəsi, 89 saylı evin ikinci mərtəbəsində yerləşən sahəsi 48,08 kv.m. olan üç yaşayış otağı, mətbəx və sanitar qovşa ğından ibarət tikiliyə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi, 89 saylı evin paylı mülkiyyətçiləridir. Cavabdehlərin X7 adlı şəxsin qarşısında 9000 manat məbləğində pul öhdəlikləri olmuş, bununla bağlı məhkəmə qətnaməsi çıxmış və icraya yönəlmişdir. Məhkəmə tərəfindən iddianın təmin tədbiri kimi həmin evin üzərinə həbs qoyulmuşdur. Danışıqları nəticəsində cavabdehlərlə belə razılaşmışlar ki, o, cavabdehlərin əvəzinə 9000 manat məbləğində borcu, o cümlədən də məcburi icranın 7 faiz xərci olan 630 manatı ödəyir, 1000 manat da nağd ödəyir, evi həbsdən azad edirlər və onlar ona həmin evin ikinci mərtəbəsində özünə ev tikməyə icazə verirlər. O, cavabdehlərin 9630 mana t borcunu ödəmiş və evin ikinci mərtəbəsində evi tikib başa çatdırmışdır. Evin tikilməsinə isə 21400 manat xərc çəkmişdir. Cavabdehlər söz vermişlər ki, paylı mülkiyyətlərində olan evin birinci mərtəbədəki paylarından 2 kv.m. ona satacaqlar. O, evi tikib başa çatdırdıqdan sonra onlar həmin vədə əməl etməmiş və 2 kv.m. sahəni onun adına keçirməmişlər. Bundan sonra aralarında narazılıqlar yaranmağa başlamış, nəticədə cavabdehlər onu ikinci mərtəbədə olan tikiliyə buraxmamış, qapını bağlamış, hazırda isə cavabdehlərin qanunsuz müdaxilələri ucbatından həmin evə daxil ola, orada yaşaya bilmir. O, yaşayış evini inşa edərkən tikilinin inşa olunmasına xərc çəkmiş, digər şəxslərlə şifahi əqdlər bağlamış, daşınar əşyalar kateqoriyasına daxil olan materiallar almış, tikilinin tərkib hissəsi olan ma terialların və digər xassələrin sahibinə çevrilmişdir.
9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 iyul 2019-cu il tarixli, 2(006)3053/2019 saylı qətnaməsi ilə (hakim P.A.Hüseynov) iddia tələbi təmin edilməmişdir.
10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli tikili özbaşına tikinti olduğundan və iddiaçının həmin tikiliyə mülkiyyət hüququ olmadığından, ümumiyyətlə həmin tikiliyə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı üçün iddia tələbi əsassızdır və təmin edilməməlidir.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.3, 139.1, 178.1, 180.1, 180.2, 180.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
12. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamə nin ləğv və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 dekabr 2019-cu il tarixli, 2(103)-14633/2019 saylı qətnaməsi ilə (hakimlər Z.Ə.Əliyev (sədrlik edən və məruzəçi), F.Ş.Talışınski və R.Ə.Eyvazov) İddiaçı apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3053/2019 saylı iş üzrə 16 iyul 2019-cu il tarixli qətnaməsi ləğv olunmuş və iş üzrə yeni qətnamə qəbul edilərək, iddia təmin olunmuş, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi, 89 saylı evin ikinci mərtəbəsində yerləşən, sahəsi 48,08 kv.m. olan, üç yaşayış otağı, mətbəx və sanitar qovşaqdan ibarət tikiliyə köçürülməsi qət edilmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi ilə raz ılaşmayaraq hesab etmişdir ki, iddiaçı, köçürülməsini istədiyi üst tikilini (cavabdehlərə məxsus evin ikinci mərtəbəsini) cavabdehlərin üçüncü şəxsə olan borcunu ödəməklə, onların notarial razılıqları əsasında inşa etdiyini bildirərək hazırkı iddianı qaldırmış, cavabdehlər isə evin ikinci mərtəbədəki tikilini özlərinin inşa etdiklərini bildirərək iddiaya etiraz edirlər. Cavabdeh1, mübahisəli ikinci mərtəbəni özlərinin tikdiyini, həmin sahənin İddiaçı aidiyyətinin olmadığını, ona evinin üzərində tikintiyə razılığı vermədiyini bildirsə də, bu halları təsdiqləyən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehlərin üçüncü şəxs qarşısındakı öhdəliyinin icrası müqabilində ümumi mülkiyyət hüququ ilə özlərinə məxsus evin ikinci mərtəbəsində iddiaçının tikili inşa etməsinə, tikilinin sonuncunun sahiblik və istifadəsinə verilməsinə razılıq verdikləri, tikinti başa çatdıqdan sonra isə cavabdehlərin iddiaçını həmin sahəyə buraxmadıqları yuxarıda göstərilən sənədlərlə yanaşı, birinci instansiya məhkəməsində şahid qimində dinlənilmiş çoxsaylı şahidlər - Pərviz Şıxəliyev, Anar Babayev, Mirnurəddin Şıxəliyev, Reana Qurbanova və Mehriban Məmmədxanova təsdiqləmişlər. Sözügedən evin 3-cü mərtəbəsində tikintiyə razılıq almış Pərviz Şıxəliyev, 2-ci mərtəbənin İddiaçı məxsus olması barədə 13.11.2018-ci il tarixdə notarial qaydada ərizə də vermişdir. Göründüyü kimi, iddiaçı, müəyyən əvəz müqabilində cavabdehlərə məxsus evin üstündəki tikilini onların razılığı ilə inşa etməklə sahiblənmişdir. Cavabdehlər isə əvvəl verdikləri ra zılıqlara zidd olaraq iddiaçını mübahisəli sahəyə buraxmamaqla, onun hüquqlarını özbaşına şəkildə pozurlar. Üst tikiliyə hüquq və sahiblik isə tikilinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatından asılı olmayaraq qanunla qorunur.
16. Apellyasiya instansiyasınin qənaətinə görə cavabdehlərə məxsus evin ikinci mərtəbəsindəki tikiliyə köçürülməsini tələb etməkdə haqlıdır.
17. Cavabdeh1 həmin qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər Vüqar Həsənov (sədrlik edən və məruzəçi), Əhməd Əhmədov və İlqar Dəmirov) 2(102)-3529/2020 saylı, 22 sentyabr 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək Ba kı Apellyasiya Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv olunmuş və mülki iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
19. Kassasiya kollegiyasının mövqeyinə görə işə baxan apellyasiya məhkəməsi müvafiq olaraq tələb irəli sürən iddiaçının tikiliyə ilkin olaraq subyektiv hüququnun olmasını araşdırmalı, iddiaçının tikili üzərində hər hansı hüquqa malik olmasını yoxlamalı və bundan sonra iddiaya hüquqi qiymət verməli (müvafiq olaraq sahibliyin yaranması əsasları müəyyən olunmalı, tikilinin qanuni əsaslarla tikilib-tikilməməsi araşdırılmalı, mənzilin mülkiyyət hüququ əsasında kimin mülkiyyətində olması və üst tikilidən kimin istifadə etməsi) olduğu halda göstərilənlərlə bağlı heç bir araşdırma aparmamışdır.
20. Eyni zamanda işin halları ilə müəyyən olun ur ki, 04.01.2019-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən mübahisəli tikilinin alt mərtəbəsinin mülkiyyətçilərindən biri olan X4 öz mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayon Ağadadaş Qurbanov küçəsində yerləşən 139,7 kv.m. olan 89 saylı fərdi yaşayış evində paylı mülkiyyət üzrə özünə məxsus 2/36 hissədən qalan hissə payından 3 kv.m. hissəsini, X1. Apellyasiya məhkəməsi isə işin hallarının tam araşdırmadığı üçün yeni mülkiyyətçinin müəyyən edilməsi və onun işə cəlb edilməsini təmin etməmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
21. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 iyun 2021-ci il tarixli, 2(103)-820/2021 saylı qətnaməsi ilə (hakimlər İ.Ə.Kərimli (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və E.C.Kazımov) İddiaçı apellyasiya şikayəti təmin edilmə miş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 iyul 2019-cu il tarixli 2(006)-3053/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
22. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı tərəfindən cavabdehlərin 9630 manat məbləğində borcunun ödənilməsi, Cavabdeh1 tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsində yerləşən 89 saylı evin 2-ci mərtəbəsinin İddiaçı tərəfindən tikilməsinə razılıq verilməsi və sonuncu tərəfindən orada tikili inşa edilməsi iddiaçının həmin tikiliyə köçürülməsinə əsas vermir.
23. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı həmin tikiliyə köçürülməsi üçün ilk növbədə həmin tikiliyə hüquq əldə etməlidir. Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsində yerləşən ümumi sahəsi 139,7 kv.m. olan 89 saylı ev 9 nəfər ş əxsin ümumi paylı mülkiyyətində olduğundan və Cavabdeh1 həmin evdə payı 2/36 hissədən qalan hissədə olduğundan, Cavabdeh1 təkbaşına olaraq ümumi paylı mülkiyyətdə olan evdə əlavə tikili aparılmasına razılıq verə bilməzdi. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
24. İddiaçı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 iyun 2021-ci il tarixli qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
25. Kassasiya şikayəti iddia tələbində göstərilən dəlillərlə əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı həqiqətən də mübahisəli tikilini cavabdehlərin razılığı ilə tikmiş və qarşılığında onlara pul vəsaiti vermişdir. Həmin tikili özbaşına olsa da, iddiaçının onun üzərində, daha dəqiq onun materialları üzərində mülkiyyət hüququ yaranmışdır. Tikilinin inşa edilməsi üçün müxtəlif tikinti materiallarından - əşyalardan istifadə edilməsi mübahisəsizdir. Həmin əşyaların da tikilinin sahibinə, yəni iddiaçıya məxsus olması, başqa sözlə həmin əşyaların tikinti sahibinin mülkiyyəti, həm də bu anlayışın tam mənasında sahiblik, istifadə və sərəncam vermək də daxil olmaqla mülkiyyəti olması da mübahisəsizdir. Tikilidə istifadə olunmuş hər hansı tikinti materialı olan əşyalara (daş, qum, sement, kərpic, taxta, mismar və s.) münasibətdə ev tikən şəxslərin (sahibin) öz iradəsinə uyğun, istədiyi kimi həmin əşyalara sahib olmaq, onlardan istifadə etmək və onlara dair sərəncam vermək kimi dövlət tərəfindən tanınan və qorunan hüquqları vardır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə dair cavabdehlərin etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
27. Məhkəmə iclasında İddiaçı və onun vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdilər.
28. Məhkəmə iclasında Cavabdeh1 vəkili Əliyeva Könül Nəriman qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
29. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, işdə iştirak edən digər şəxslər heç bir səbəb göstərmədən məhkəmə icla sına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
30. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Maddə 217.4. Əşyanın dəyərini artırmaq və ya sərfəliliyini və işlənməyə yararlığını yüksəltmək məqsədi ilə aparılan təzələmə və yenidənqurma işləri üçün eyni zamanda əşyadakı payların çox hissəsini təmsil edən mülkiyyətçilərin əksəriyyətinin razılığı zəruridir. Əşyan ın əvvəlki təyinatı üzrə işlədilməsini və ya istifadəsini iştirakçılardan biri üçün əhəmiyyətli dərəcədə və həmişəlik çətinləşdirən və ya sərfəsiz edən dəyişikliklər onun razılığı olmadan aparıla bilməz. Əgər dəyişiklik iştirakçıların birindən onun imkanları xaricində olan, o cümlədən payının əmlak dəyəri ilə tənasübsüzlüyünə görə imkanları xaricində olan xərclər tələb edirsə, dəyişiklik onun razılığı olmadan yalnız o halda həyata keçirilə bilər ki, qalan iştirakçıların hamısı onun payına düşən məsrəfləri, bunlar onun üçün mümkün olan məbləğdən çoxdursa, öz öhdələrinə götürsünlər.
31. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətn amə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
32. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
33. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulma sı və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
34. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
35. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsində yerləşən 89 saylı ev paylı mülkiyyət hüququ üzrə 2/36 hissədən qalan hissədə Cavabdeh1, 2/36 hissədə Cavabdeh2, 2/36 hissədə Cavabdeh3, qalan hissələrdə isə digər 6 nəfər şəxsə məxsusdur. İddiaçı ilə Cavabdeh1 arasında olan razılaşmaya əsasən Cavabdeh1 evinin üzərində İddiaçı tərəfindən tikinti işlərinin aparılmasına icazə vermiş və iddiaçı tərəfindən həmin ünvanda tikinti işləri aparılmışdır. Daha sonra aralarında olan razılaşma pozulmuş, Cavabdeh1 iddiaçını həmin tikiliyə buraxmamışdır. Hazırda iddiaçı onun Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi, 89 saylı evin ikinci mərtəbəsində yerləşən tikiliyə köçürülməsini xahiş edir. 38.“İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qər arında Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.
39. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. İddia etmək hüququ məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İddianın təmin edilməsi hüququ isə iddia tələblərinin məhkəmə vasitəsil ə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
40. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
41. Apellyasiya instansiyası məhkəməsi də müb ahisənin həllinə məhz iddiaçının subyektiv hüququnun araşdırılmasından başlamış və iddia daşınmaz əmlaka dair hüquqla bağlı olduğuna görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə istinadla, iddiaçının mübahisəli tikiliyə hüququnun olmadığı barədə nəticəyə gəlmişdir.
42. Apellyasiya instansiyası məhkəməsi əlavə olaraq bildirmişdir ki, İddiaçı tərəfindən cavabdehlərin 9630 manat məbləğində borcunun ödənilməsi, Cavabdeh1 tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsində yerləşən 89 saylı evin 2-ci mərtəbəsinin İddiaçı tərəfindən tikilməsinə razılıq verilməsi və sonuncu tərəfindən orada tikili inşa edilməsi, iddiaçının həmin tikiliyə köçürülməsinə əsas verən hallar deyil. Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsində yerləşən ümumi sahəsi 139,7 kv.m. olan 89 saylı ev 9 nəfər şəxsin ümumi paylı mülkiyyətində olduğundan və Cavabdeh1 həmin evdə payı 2/36 hissədən qalan hissədə olduğundan, Cavabdeh1 təkbaşına olaraq ümumi paylı mülkiyyətdə olan evdə əlavə tikili aparılmasına razılıq verə bilməzdi.
43. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və əsaslandırması ilə razılaşır. Çünki bu nəticə Mülki Məcəllənin 217.4-cü maddəsinin tələblərinə uyğundur.
44. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 iyun 2021-ci il tarixli, 2(103)820/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi anda