Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-6553/2021 12.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina, kassasiya şikayətinin məzmununun prosessual qanunvericiliyinə uyğun olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Həsənov Vüqar Təvəkgül oğlu Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 iyul 2021-ci il tarixli, 2(106)-2115/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək müəyyən etdim, İşin halları: İddiaçı “Atəşgah S ığorta» Şirkəti ASC iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək, X1 məxsus və "xxxx" SŞ-də sığortalanmış «İnfiniti G 35» markalı, ** GL *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan ziyanın əvəzi kimi 4100 (dörd min yüz) manat sığorta ödənişinin və 30,40 manat dövlət rüsumunun əvəzinin Cavabdeh iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Füzuli Rayon Məhkəməsinin 11 mart 2020-ci il tаrixli qətnaməsi ilə (hakim Y.Həşimov, iş № 2(064)-272/2020) iddiaçı "xxxx" Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiа tələbinin rədd edilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsində birinci icraat Şirvan Apellyasiya Məhkəməsi Mülki K ollegiyasının 24 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər N.Mirzəyev (sədrlik edən və məruzəçi), Z.Babayev, Q.Kərimov, iş № 2(106)-1717/2020) iddiaçı "xxxx" Sığorta Şirkəti ASC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Füzuli Rayon Məhkəməsinin 11 mart 2020-ci il tаrixli, 2(064)272/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiyası məhkəməsində birinci icraat Ali Məhkəmənin Mülki Kollegiyasının 12 aprel 2021-ci il tarixli qərarı ilə (hakimlər A.Abbasov (sədrlik edən və məruzəçi), E.Vəliyeva, E.Şamayev, iş № 2(102)-1174/2021) iddiaçı "xxxx" Sığorta Şirkəti ASC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1717/2020 nömrəli, 24 sentyabr 2020-ci il tarixli qətnaməsinin lə ğv edilməsi, işin yeni apelyasiya baxışına qaytarılması qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Əhmədov (sədrlik edən və məruzəçi), İ.Əsədov, T.Heydərov, iş № 2(106)2115/2021) iddiaçı "xxxx" Sığorta Şirkəti ASC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, Füzuli Rayon Məhkəməsinin 11 mart 2020-ci il tаrixli, 2(064)-272/2020 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilərək, iddianın təmin edilməsi, X1 məxsus və "xxxx" Sığorta Şirkətində sığortalanmış “İnfiniti G 35” markalı, ** GL *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan zərərin əvəzi olaraq Cavabdeh 4100 manat və 30.4 manat ödənilmiş dövlət rüsumu cəmi 4130.4 manat tut ularaq iddiaçı "xxxx" Sığorta Şirkəti ASC-yə ödənilməsi qət edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kasasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 iyul 2021-ci il tarixli, 2(106)-2115/2021 nömrəli qətnaməsinin tamamilə ləğv edib, işi yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kasasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kasasiya şikayəti verilə bilər. 407.1.4-cü maddəsinə əsasən kasasiya şikayətində şikayəti verən şəxsin tələbi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməlidir. 407.2-ci maddəsinə əsasən kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 408.1.1-ci maddəsinə əsasən kasasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışa; Məcəllənin 408.1.5-ci maddəsinə əsasən kasasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə, kasasiya şikayəti qaytarılır. 408.2-ci maddəsinə əsasən bu Məcəllənin 408.1.1 və 408.1.3-408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kasasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.2-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda kasasiya şikayəti kasasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda isə kasasiya şikayətinin qaytarılması barədə ərizənin daxil olduğu vaxt işin şikayətlə hansı instansiya məhkəməsində olmasından asılı olaraq apelyasiya və kasasiya instansiyası məhkəmələri tərəfindən qaytarılır. 409-cu maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi kasasiya şikayətinin bu Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 407-ci maddəsinin tələblərinə cavab verən kasasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kasasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kasasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən olunmuşdur ki, cavabdehin kassasiya şikayətinin məzmunu Azərbaycan Respublikası MPM-in 407-ci maddəsində müəyyən olunmuş qaydalara uyğun tərtib olunmamışdır. Kassasiya şikayətinin məzmunundan görün ür ki, cavabdeh işin hallarını, iş üzrə qəbul edilmiş məhkəmə qərarlarını sadalamış, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız olduğunu göstərmişdir. Lakin kassator qeyd olunan hüquq normalarının pozulmasının nədən ibarət olmasını, hazırki mübahisədə necə tətbiq edilməli olmasını göstərməmiş və bununla da, Azərbaycan Respublikası MPM-in 407.1.4-cü maddəsinin tələblərini pozmuşdur. Buna baxmayaraq apellyasiya instansiya məhkəməsi kassasiya şikayətini iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərmişdir. Qeyd olunanlara əsasən, kassasiya şikayətində maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilmədiyi üçün icraata qəbul edilə bilməz. Odur ki, kasasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 iyul 2021-ci il tarixli, 2(106)-2115/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6553/2021
Ali Məhkəmə Qərardad — İş №2(102)-6553/2021
12.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver