Məhkəmə qərarları › İş №2(102)-6567/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6567/2019

16.10.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6567/2019 16.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, cavabdehin vəkili Vəkil iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin MK-nın 30 may 2019-cu il tarixli qətnaməsindən Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Zaqatala Rayon Məhkəməsinin 26 fevral 2019-cu il tаrixli, 2(033)-77/2019 saylı qətnaməsi ilə (hakim E.Məmmədov) iddiа qismən təmin edilmiş, ünvan 1 ünvanda yerləşən fə rdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədi ilə AR ƏMDK yanında DƏDRX-in 18 saylı ərazi İdarəsinin əməkdaşlarının evə buraxılmamasından ibarət Cavabdeh hərəkətlərinə son qoyulması və fərdi yaşayış evinin 1-ci mərtəbəsində yerləşən 20 kvm sahəsi olan otaqdan Cavabdeh çıxarılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 30 may 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Ə.Məcidov (sədrlik edən), M.Əsədli (məruzəçi) və İ.Quliyev, İş № 2(107)-1855/2019) Cavabdeh apellyasiya şikayəti təmin edilməyərək Zaqatala Rayon Məhkəməsinin 26 fevral 2019-cu il tаrixli, 2(033)-77/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: X1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən m ərhum əri X4 miras qalmış ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədi ilə AR ƏMD yanında DƏDRX-in 18 saylı ərazi İdarəsinin əməkdaşlarının evə buraxılmaması ilə müşaiət olunan qəsdinə son qoyulması, fərdi yaşayış evinin 2-ci maərtəbsindən istifadəyə qoyduğu məhdudiyyətin aradan qaldırılması, o cümlədən Cavabdeh evin 1-ci mərtəbəsindəki zəbt etdiyi 20 kvm sahəyə malik olan otaqdan çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə ədaləti bərqərar etmək istəməmiş, birinci instansiya məhkəməsində irəli sürülən dəlillərə və müvafiq sənədlərə sübutların qiymətləndirilməsi ilə bağlı məhkəmənin üzərinə düşən vəzifələri yerinə yetirməmiş, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, qətnamənin ləğvi üçün əsas olan qanun pozuntularına yol verilmişdir. Ona görə də Şəki Apellyasiya Məhkəməsinin 30 may 2019-cu il tarixli qətnaməsinin ləğv edilib, yenidən baxılıb iddianın rədd edilməsi üçün işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Vəkil Şəki Apellyasiya Məhkəməsinin 30 may 2019-cu il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin olunması barədə qərar qəbul edilməsini xahiş e tdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin MK-nın 30 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkə məsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2, 152.5-ci maddələrinə əsasən işin materialları üzrə gəldiyi nəticədən görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evin ikinci mərtəbəsinə köçürüldüyü halda cavabdehin heç bir əsas olmadan evin birinci mərtəbəsindəki otağı zəbt etməsi iddiaçı tərəfin hüquqlarını pozması ilə nəticələnmişdir. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi digər nəticədən görünür ki, mübahisəli evin üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədi ilə AR ƏMDK yanında DƏDRX-in 18 saylı ərazi İdarəsinin əməkdaşlarının evə buraxılmamasından ibarət Cavabdeh hərəkətlərinə son qoyulmasına dair tələbin əsaslı olması işin araşdırılmış halları ilə təsdiq edilir. Məhkəmə kollegiyası hesab ed ir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə işin həqiqi hallarına uyğun olmaqla, iş üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlinmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayətinin dəlillərinə əsasən və işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi, Rəcəbova Bayramxatın Cavabdeh anasıdır. Hazırda mübahisələndirilən yaşayış evi iddiaçının əri, cavabdehin isə atası mərhum X4 istifadəsində olmuşdur. İş materiallarında olan Zaqatala rayon Məhkəməsinin 28 yanvar 2019-cu il tarixli qanuni qüvvəsini almış qətnamə əsasında hazırki iş üzrə Cavabdeh ailəsi ilə birlikdə mübahisə predmeti olan ünvan 3 ünvanda yerləşən evin ikinci mərtəbəsinə köçürülmüş və onlara evin ikinci mərtəbəsindən istifadə hüququ verilmişdir. İşin materiallarında olan 18 saylı Ərazi İdarəsinin 05 sentyabr 2018-ci il tarixli məktubundan görünür ki, ddiaçı tərəfin müraciəti əsasında 18 saylı Ərazi İdarəsinin əməkdaşları ölçmə aparmaq üçün həmin evə gəlmiş, lakin cavabdeh tərəfin maneçiliyi nəticəsində buna nail ola bilməmişlər. Bu səbəbdən də 18 saylı Ərazi İdarəsi tərəfindən ölçmə işlərinin aparılmasından imtina edilmişdir. Həmçinin işin materiallarından görünür ki, hazırda Cavabdeh evin ikinci mərtəbəsində yerləşən otaqlardan birinin döşəməsindən qapı açaraq evin birinci mərtəbəsində olan otaqdan mətbəx kimi istifadə etdiyi məhkəmə tərəfindən keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir. İşin materiallarından görünür ki, mübahisəli evin vərəsələr arasında sənədləşdirilməsi ilə bağlı tərəflər arasında razılıq olmadığından evin rəsmiləşdirilməsi ilə bağlı ölçmə işlərinin aparılması üçün və DƏDRX-nin 18 saylı Ərazi İdarəsinin əməkdaşlarına iş üzrə cavabdeh tərəfindən imkan verilmədiyindən iddiaçı bununla bağlı məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqa vilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin sadalanan maddi hüquq normalarının tələbləri baxımından 18 saylı Ərazi İdarəsi tərəfindən ölçmə işlərinin aparılmasından imtina edilməsi cavabdeh tərəfin maneçiliyi nəticəsində baş verməsi kimi halın və evin ikinci mərtəbəsinin cavabdehin ailə üzvləri ilə birlikdə istifadəsinə verilməsinə dair qüvvədə o lan məhkəmə qətnaməsinin mövcudluğunu nəzərə alaraq haqlı olaraq bu nəticəyə gəlmişdir ki, evin ikinci mərtəbəsinə köçürüldüyü halda cavabdehin heç bir əsas olmadan evin birinci mərtəbəsindəki otağı zəbt etməsi iddiaçı tərəfin hüquqlarını pozur. Həmçinin kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisə ləndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. P reyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə15 iyul 2015-ci il tarixli Qərarı). Məhkəmə kollegiyası kassasiya şikayətinin iddiaçının mübahisəli ev üzərində mülkiyyət hüququnu təsdiq edən sənədi olmadığı üçün onun evin otağından çıxarılması ilə bağlı sərəncam vermə hüququnun olmamasına dair dəlili ilə bağlı hesab edir ki, iddia tələblərinə əsasən cavabdehin ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədi ilə AR ƏMDK yanın da DƏDRX-in 18 saylı ərazi İdarəsinin əməkdaşlarının evə buraxılmamasından ibarət hərəkətinin qanunsuz olması mübahisələndirilməsi halı onu təsdiq edir ki, iddiaçının mübahisəli evə mülkiyyət hüquqları vardır və bu hüquqların qeydə alınması üçün sözügedən İdarənin əməkdaşlarının evə daxil olaraq müəyyən baxış keçirilməsi zəruri olduğu halda cavabdeh buna maneələr yaratmışdır. Həmçinin də, kollegiya qeyd edir ki, qanuni qüvvəsini almış qeyd edilən məhkəmə qətnaməsinə əsasən Cavabdeh ailəsi ilə birlikdə mübahisə predmeti olan ünvan 3 ünvanda yerləşən evin ikinci mərtəbəsinə köçürüldüyündən və evin ikinci mərtəbəsindən istifadə hüququ verildiyindən onun evin birinci mərtəbəsində olan otaqdan istifadə etməyə hüququ olmamasına dair apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə əsaslı olmuşd ur. Belə olan halda isə iddiaçının cavabdehə qarşı hazırki mərhum əri X4 miras qalmış ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədi ilə AR ƏMD yanında DƏDRX-in 18 saylı ərazi İdarəsinin əməkdaşlarının evə buraxılmaması ilə müşaiyət olunan qəsdinə son qoyulması o cümlədən cavabdehin evin 1-ci mərtəbəsindəki zəbt etdiyi 20 kvm sahəyə malik olan otaqdan çıxarılmasına dair iddia qaldırmaqda haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. «İnsan hüquqları haqqında Ümumi Bəyənnamə»nin 8-ci maddəsinə əsasən hər bir şəxs kostitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ və İİ hissələrinə əsasən bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilərinə hüquqi qiymət verərək hesab edir ki, cavabdeh iddianın ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət re yestrində qeydiyyata alınması məqsədi ilə AR ƏMDK yanında DƏDRX-in 18 saylı ərazi İdarəsinin əməkdaşlarının evə buraxılmaması kimi hərəkətlərə son qoyulması və fərdi yaşayış evinin 1-ci mərtəbəsində yerləşən 20 kvm sahəsi olan otaqdan çıxarılmaya dair iddia tələblərinə etirazının əsasları kimi istinad etdiyi hallara dair işə baxan məhkəmələrə heç bir sübut təqdim etməmişdir. Halbuki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd olunan Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzr ə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Kollegiya həmçinin qeyd edir ki, “Məhkəmələr və hakimlər haqqında” qanunun 3cü maddəsinə əsasən məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını, mülkiyyət formasından asılı olmayaraq şəxslərin hüquqlarını və qanuni mənafelərini hər cür qəsdlərdən və qanun pozuntularından müdafiə edirlər. Həmin qanunun 8-ci maddəsinə görə ədalət mühakiməsi heç bir məhdudiyyət qoyulmadan ədalətlə həyata keçirilir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilərinə qiymət verməkdə davam edərək hesab edir ki, məhkə mənin iddia tələblərinin qeyd edilən hissələri üzrə gəldiyi nəticə iddiaçının vərəsəlik, eləcə də onun əsasında yaranmış mülkiyyət hüquqlarının pozulması ilə bağlı olmuş və məhkəmə instansiyası bu qənaəti ilə iddiaçının hüquqlarını pozmuş şəxsə qarşı hüquqlarının bərpası ilə bağlı olaraq qəbul etdiyi qətnaməsi mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmasına yönəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquql arın və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin fak tiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir» Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi- prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri əsassız olmaqla həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilmədiyi üçün kassasiy a şikayəti təmin edilməməli, mahiyyəti üzrə düzgün olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin MK-nın həmin iş üzrə 30 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar