Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6580/2021 30.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə, 3-cü şəxlər "xxxx" QSC BOKTna, Şəmkir rayon İcra Bölməsinə və "xxxx" ASC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərracın nəticələri haqqında yekun protokolunun ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin vəkili Vəkil, 3-cü şəxslər "xxxx" QSC BOKT-un vəkili İmamverdiyev Beytulla Dadaş oğlunun və "xxxx" ASC-nin nümayəndəsi X3 və vəkili X5 oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-620/2021 nömrəli iş üzrə 22 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" MMC tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 30 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı1 3-cü şəxslər qismində "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatı və Şəmkir rayon İcra bölməsi cəlb olunmaqla cavabdeh "xxxx" MMC-nə qarşı “hərracın yekunları haqqında protokolun ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-yə məxsus Qazax rayonu, Yuxarı Salahlı kəndində 0,1 ha torpaq sahəsində yerləşən 2 girişli, 79,5 kv.m. əsas sahədən ibarət qeyri-yaşayış binasına (yanacaq doldurma məntəqəsi ) dair hərracın yekunları barədə Y-1105 saylı, 24.12.2012-ci il tarixli protokolun ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı qismində "xxxx" MMC-ni göstərməklə cavabdeh "xxxx" MMC tərəfindən 24.12.2012-ci il tarixli Y-1105 saylı "xxxx" MMC-yə məxsus Qazax rayonu, Yuxarı Salahlı kəndində 0,1 ha torpaq sahəsində yerləşən 2 girişli, 79,5 kv.m. əsas sahədən ibarət qeyri-yaşayış binasına (yanacaq doldurma məntəqəsi) dair hərracın yekunları barədə Protokolun ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Əmlak İxtisaslaşmış Hər rac Mərkəzi” MMC tərəfindən hərracın yekunları barədə 24 dekabr 2012-ci il tarixli Y1105 saylı protokoluna əsasən "xxxx" MMC-yə məxsus Qazax rayon, Yuxarı Salahlı kəndində 0,1 ha torpaq sahəsində yerləşən 2 girişli 79,5 kv.m ümumi, 79.5 kv.m əsas sahədən ibarət qeyri yaşayış binası (yanacaq doldurma məntəqəsi) 10838 manata satılmışdır. Əmlakın ilkin satış qiyməti 17.000 manat müəyyən edilmişdir. Qazax rayonu Yuxarı Salahlı kəndində yerləşən 2 girişli 79,5 kv.m ümumi, 79,5 kv.m əsas sahədən ibarət qeyri yaşayış binası, yəni yanacaqdoldurma məntəqəsinin məhkəməsi və hərracda satılması barədə ona məlumat verilməmiş, xəbəri olmayıb bu günə qədər fəaliyyətin davam edir və vergi ödəyir. Bildirir ki, Qazax rayonu Yuxarı Salahlı kəndində yerləşən 2 girişli 79,5 kv.m ümumi, 79.5 kv.m əsas sahədən i barət qeyri yaşayış binası yəni, yanacaq doldurma məntəqəsinin real bazar qiyməti 200.000 manatdan artıqdır. Necə olur ki, 200.000 manat dəyərində olan yanacaq doldurma məntəqəsinin ilkin satış qiyməti 17.000 manat müəyyən edilərək 10838 manata satılmışdır. Bu tamamilə qanunsuz və əsassızdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(009)-2964/2019 saylı, 09 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim Mədinə Bağırova) iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı və "xxxx" ASC arasında yaranmış öhdəlik münasibətləri ilə bağlı tərəflərin arasında mübahisənin məhkəmədənkənar həlli barəsində razılaşma olmamış və əmlaka tutma yönəldilməsi haqqında məhkəmə qətnaməsi qəbul edilmişdir. Qey d olunanlara əsasən məhkəmə, iddiaçının yanacaq doldurma məntəqəsinin hərrac təşkilatının hərracın yekunları barədə protokolunun ləğv edilməsi tələbini əsaslı hesab etmir. İddiaçının qeyri-yaşayış binasının hərracda satılmasına dair 24.12.2012-ci il tarixli Y1105 saylı Protokolun ləğv edilməsi tələbi ilə bağlı məhkəmə qeyd edir ki, hərracın keçirilməsi ilə bağlı sənədlərdən görünür ki, birinci hərracın keçirilməsi 29.10.2012-cı il tarixə, ikinci hərracın keçirilməsi 29.11.2012-ci il tarixə təyin edilmiş və “Market” qəzetində müvafiq elanlar verilmişdir. İş materiallarından aydın olur ki, mübahisəsi gedən qeyri yaşayış binası ilə bağlı təkrar hərrac baş tutmadığından ipoteka əmlak tələbkara təklif olunmuş və tələbkar ipoteka əmlakı almağa razılıq vermişdir. İş materiallarında olan poçt xəbə rnamələrinin kötüyündən görünür ki, hərracın keçirilməsi ilə bağlı bildirişlər iddiaçının qeydiyyatda olduğu ünvana çatdırılmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, təkrar hərracın yeri, vaxtı və əmlakın satış qiyməti barədə məlumatlandırılmasına baxmayaraq, iddiaçı hərracın keçirilməsinə etiraz etməyərək hərracda iştirak etməmiş, “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilə imzalanaraq hərracın nəticələri ilə əlaqədar Y-1105 saylı protokol tərtib edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisəsi gedən Qazax rayon, Yuxarı Salahlı kəndində 0,1 ha torpaq sahəsində yerləşən 2 girişli 79,5 kv.m ümumi, 79.5 kv.m əsas sahədən ibarət qeyri yaşayış binası (yanacaq doldurma məntəqəsi) hərracda satılması ilə bağlı keçirilmiş hərracın vaxtı, yeri, forması, ke çirilmə qaydası, əmlakın satış qiyməti barədə iddiaçıya xəbərdar edilməməsi, ona yazılı bildirişlərin göndərilməməsi, hərracın ondan gizlin keçirilməsi barədə iddiaçının arqumentləri öz təsdiqini tapmamışdır. Nəzərə alınmalıdır ki, bildirişlərdə hərracın forması, vaxtı, yeri, predmeti və başlanğıc qiyməti, hərracın keçirilmə qaydası, iştirakın rəsmiləşdirilməsi, onu udan şəxsin müəyyənləşdirilməsi, behə dair məlumatlar öz əksini tapmışdır. Məhkəmə belə qənaətə gəlir ki, mübahisəli əmlaın açıq hərracdan satılması ilə bağlı qanunvericilik müddəalarının kobud pozuntusu müəyyən edilmədiyindən iddia tələblərinin əsaslı hesab edilməsi üçün hüquqi əsaslar mövcud deyildir və bu səbəblə də iddia təmin edilməməlidir. Bundan başqa, məhkəmə iclasında müəyyən olundu ki, hərracın keçirilməsi ilə əlaqəda r «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən kütləvi informasiya vasitələrində elanlar dərc olunmuşdur. İddia müddətinin tətbiq olunması barədə 3-cü şəxs "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının ərizəsi ilə bağlı məhkəmə hesab edir ki, iddia müddətinin tətbiqinə əsaslar yoxdur, belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsi ilə müəyyən edilmiş müddət iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etdiyi dövrə keçməmişdir. Məhkəmə yuxarıda şərh olunan halları müzakirə edərək və onlara müvafiq qiymət verərək, hesab edir ki, iddiaçının tələbi əsassızdır və qanuni əsaslar olmadan mübahisəli əmlakın onun mülkiyyətçisindən geri almaq niyyətini təsdiq edir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mülki M əcəlləsinin 319.2, 319.5, 385.1, 415.2, 560.1, 560.2-ci, “İpoteka haqqında” Qanunun 35-39, 41.2, 41.3, 41.4, 41.5, 42, 43, 44-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan iddiaçı “Fərid MMC” birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – İlham Kərimli - sədrlik edən və məruzəçi, Akif İsgəndərov, Elşən Kazımov) 2(103)-7303/2020 saylı, 20 oktyabr 2020-ci il tarixli qərardadları ilə qeyri-yaşayış binasının likvid dəyərinin "xxxx" MMC-nin mütəxəssisləri tərəfindən müəyyənləşdirilməsi və iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilməsi qərara alınmışdır. Məhkəmə xətşünaslıq ekpertizasının 02 dekabr 2020-ci il tarixli 4/975 saylı rəyindən görünür ki, poçt göndərişlərinin verilməsi haqqında 18.11.2010-cu il tarixli xəbərnamədə “şəxsən” qrafasındakı imza, poçt göndərişinin verilməsi haqqında 18.11.2011-ci il tarixli xəbərnamədə “etibarnamə ilə” qrafasındakı imza, poçt göndərişinin verilməsi haqqında 17.11.2012-ci il tarixli xəbərnamənin kserosurətində “şəxsən” qrafasındakı “Şıxməmmədov” yazısı və imza İddiaçı1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. "xxxx" MMC tərəfindən verilən 30.10.2020-ci il tarixli hesabatdan görünür ki, "xxxx" MMCyə məxsus Qazax rayonu Yuxarı Salahlı kəndində yerləşən qeyri-yaşayış binasının (yanacaqdoldurma məntəqəsinin) likvid qiyməti 290000 manat təşkil edir. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – İlham Kərimli - sədrlik edən və məruzəçi, Akif İsgəndərov, Elşən Kazımov) 2(103)-620/2021 saylı, 17 fevral 2021-ci il tarixli qərardadı ilə qeyri-yaşayış binasının 2012-ci ildə və hal-hazırki dövrdə likvid dəyərinin “B+Ş” MMC-nin mütəxəssisləri tərəfindən müəyyənləşdirilməsi qərara alınmışdır. “B+Ş audit” Konsaltinq MMC tərəfindən verilən 11.04.2021-ci il tarixli hesabatdan görünür ki, "xxxx" MMC-yə məxsus Qazax rayonu Yuxarı Salahlı kəndində yerləşən qeyri-yaşayış binasının (yanacaqdoldurma məntəqəsinin) 09 mart 2021-ci il tarixə bazar qiyməti 100000 manat, 2012-ci il tarixinə likvid qiyməti 55000-60000 manat, 11 aprel 2021-ci il tari xə olan likvid qiyməti isə 75000-80000 manat təşkil edə bilər. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – İlham Kərimli - sədrlik edən və məruzəçi, Akif İsgəndərov, Elşən Kazımov) 2(103)-620/2021 saylı, 22 iyun 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2964/2019 saylı, 09 dekabr 2019-cu il tarixli qətnaməsinin apelyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, İşdə olan sübutlardan görünür ki, mübahisələndirilən hərrac qanuni əsaslarla keçirildiyinə görə onun ləğvi üçün əsas yoxdur. Belə ki, əvvəla X4 "xxxx" SKB ilə bağladığı kredit müqaviləsinin təminatı kimi 23 noyabr 2006-cı il tarixdə həmin bankla "xxxx" MMC arasında ipoteka müqaviləsi bağlanarkən həmin dövrdə Cəmiyyətin qanuni təmsilçisi olan İddiaçı1 məlumatlı olmuşdur. X6 bank qarşısında kredit müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirmədiyinə görə bank iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Şəmkir Rayon Məhkəməsinin 12 mart 2010-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin olunaraq ipoteka predmeti olan daşınmaz əmlaklar, o cümlədən "xxxx" MMC-yə məxsus yanacaqdoldurma məntəqəsinin açıq hərracda satılması yolu ilə kredit borcunun ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minərək icraya yönəldilmiş, Şəmkir rayon icra bölməsi tərəfindən 18.09.2012-ci il tarixli məktubla həmin yanacaqdoldurma məntəqəsinin hərrac yolu ilə satılması barədə hərrac təşkilatına, ipoteka saxlayan banka və "xxxx" MMC-yə məlumat verilmişdir. Hərracın keçirilməsi barədə hərrac təşkilatı tərəfindən "xxxx" MMC-yə də sifarişli poçtla bildirişlər göndərilmiş və həmin ünvanda qəbul edilmişdir. İpoteka qoyan şəxs qismində "xxxx" MMC çıxış etdiyinə görə bildirişlər X1 ünvanına yox, MMC-nin ünvanına göndərilmişdir. Ona görə də həmin bildirişlərdə olan imzanın məhz İddiaçı1 məxsus olmasının iş üçün əhəmiyyəti yoxdur. Həmin yanacaqdoldurma məntəqəsində Şıxməmmədov soyadlı digər şəxslərin də işləməsi və bildirişləri alması istisna olunmur. Belə ki, iş materiallarında olan poçt qəbzindən görünür ki, Bakı Apellyasiya Məhkəməsində 24 fevral 2020-ci il tarixdə və 08 iyun 2021-ci il tarixdə keçirilməli olan məhkəmə iclaslarına çağırılması barədə "xxxx" MMC-nin ünvanına göndərilmiş bildirişləri də “Şıxməmmə dov” soyadlı şəxs qəbul edərək latın qrafikalı Azərbaycan əlifbası ilə soyadını yazmış və imza etmişdir. (i.v.152) Buna görə də hərracla bağlı "xxxx" MMC-nin ünvanına göndərilmiş poçt qəbzlərində olan imza və yazıların həmin MMC-nin direktoru İddiaçı1 məxsus olmaması Cəmiyyətin hərracın keçirilməsindən məlumatlı olmaması anlamını vermir. İş materiallarından göründüyü kimi, hərrac barədə qəzetdə elanlar verilmiş və hərrac iştirakçılarına bildirişlər göndərilmişdir. Məhkəmə kollegiyası "xxxx" MMC-nin rəhbəri İddiaçı1 hərracın keçirilməsindən məlumatlı olmaması barədə dəlilini ağlabatan hesab etmir. Belə ki, hərracın keçirilməsi barədə bildirişlər İddiaçı1 tərəfindən şəxsən imza edilib qəbul edilməsə də, həmin ünvanda digər şəxslər tərəfindən, o cümlədən şəxsiyyəti məhkəməyə bəlli olmayan “Şı xməmmədov” soyadlı şəxs tərəfindən qəbul edilmişdir. Əmlakın qiymətləndirilməsi barədə hesabatda yanacaqdoldurma məntəqəsinin yerləşdiyi ünvanın ünvan 1də hərracın yekunları barədə protokolun ləğv edilməsinə və beləliklə hərracın nəticələrinin etibarsız hesab edilməsinə əsas vermir. Daşınmaz əmlakın qiymətləndirilməsində kəskin fərqlərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya icraatı zamanı keçirilmiş qiymətləndirmənin nəticələrinə əsasən tərtib olunmuş rəylər kifayət qədər əsaslandırılmamış, oxşar şəraitə malik daşınmaz əmlakların qiymətləri ilə müqayisəli tədqiqat aparılmamışdır. Buna görə də məhkəmə kollegiyası həmin rəyləri mötəbər sübut kimi qəbul etmir. Mülki dövriyyənin sabitliyinin qorunması, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması prinsipl əri baxımından iddianı rədd edən birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçının tələbi əsassızdır və qanuni əsaslar olmadan mübahisəli əmlakın onun mülkiyyətçisindən geri almaq niyyətini təsdiq edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində qeyd olunanlar yuxarıda göstərilənlərə əsasən qanuni və əsaslı qətnamənin ləğvi üçün əsas sayıla bilməz. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı "xxxx" MMC (vəkili Vəkil) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiya məhkəməsinin mübahisə ilə bağlı mövqeyi iddiaçıya münasibətdə qərəzli və qeyri-obyektiv olmuşdur. Sanki məqsədli şəkildə mübahisənin faktiki hallarını təhrif edərək göstərməklə çaşqınlıq və yanlış təsəvvür yaradaraq qanunsuz qətnaməsini pərdələmək məqsədi güdmüşdür. Belə ki, apelyasiya instansiyası işin faktiki hallarını sadalayarkən təhrif edilmiş formada qeyd edir: - “İş materiallarında olan "xxxx"nin hərracın nəticələri haqqında 24 dekabr 2012-ci il tarixli Y-19 nömrəli yekun protokolundan görünür ki, ilkin satış qiyməti 17000 manat olan "xxxx" MMC-yə məxsus Qazax rayonu Yuxarı Salahlı kəndində 0,1 ha torpaq sahəsində yerləşən iki girişli 79,5 kv.m ümumi, 79,5 kv.m əsas sahədən ibarət qeyri- yaşayış binasını (yanacaqdoldurma məntəqəsi) ipoteka saxlayan "xxxx" ASC 10838 manata almışdır.” Bununla bağlı qeyd edir ki, məhkəmənin işin bu halına istinad etməsi yanlışdır. Çünki yuxarıda qeyd edildiyi kimi işin belə bir faktiki halı yoxdur. İddiaçı məhz apelyasiya şikayətində qeyd etmişdir ki, yuxarıda qeyd olunan hal yanlışdır və protokolda da məhz belə yazılmışdır:- İş materiallarından olan “Sərraf’ MMC tərəfindən aparılan əmlakın qiymətləndirilməsi haqqında hesabatdan görünür ki, "xxxx" MMC tərəfindən X6 və "xxxx" MMC-yə məxsus olan ünvan 2 ünvanında yerləşən qeyriyaşayış sahəsinin bugünkü günə ilkin qiyməti 17.000 manat təşkil edir. Yəni işin faktiki ha lında, yəni həmin protokolda məhz yanacaq doldurma məntəqəsi barədə heç bir məlumat qeyd edilməmişdir. Şəmkir şəhəri, C.Cabbarlı küçəsində olan qeyri-yaşayış sahəsinin qiyməti 17000 manat göstərilmiş, həmin əmlak özbaşına və qanunsuz olaraq hərraca çıxarılmış və guya satılmışdır. Məsələ isə əslində ondan ibarətdir ki, məhz Şəmkir şəhərində də qeyri-yaşayış sahəsi girova qoyulmuşdur. Hərrac protokolunda da məhz həmin qeyri-yaşayış sahəsi barəsində məlumatlar göstərilmişdir. Çünki işin faktiki hallarından məlumdur ki, hərrac barədə qeyd olunan bütün məlumatlar heç biri yanacaq doldurma məntəqəsinə aidiyyatı yoxdur. Qeyri-yaşayış sahəsinin detalları barədə təsvirdə də, yəni tərtib olunmuş qrafıkdə də göstərilən məlumatlar yanacaq doldurma məntəqəsinə heç bir aidiyyatı yoxdur. Qazax rayonu, Yu xarı Salahlı kəndindən yerləşən "xxxx" MMC-yə məxsus yanacaq doldurma məntəqəsi barədə keçirilmiş hərracın folmallığı, yəni əslində ümumiyyətcə mövcud olmaması iş materiallarında olan sənədlərlə sübut olunur. Belə ki, əvvəla qeyd olunmalıdır ki, iddia üzrə iki əmlak hərraca çıxarılaraq satılması qət edilmişdir. Onun biri Şəmkir rayonunda, digəri isə Qazax rayonunda olmuşdur. Hesabatdan isə görünür ki, qiymətləndirmə təşkilatı ümumiyyətcə Qazax rayonunda yerləşən yanacaq doldurma məntəqəsinə baxış keçirməmiş, nə həmin məntəqədə olmamış, nə də onun qiymətləndirilməsi ilə bağlı heç bir müqayisəli tədqiqat aparmayaraq, ümumiyyətcə heç bir qanunamüvafıq tədbirlər görmədən həmin qeyri-yaşayış sahəsi barədə qiymətləndirmə həyata keçirməmişdir. Belə ki, həmin qiymətləndirmənin göstəriciləri haqqın da olan səhifəsində, fərdi yaşayış evinin göstəriciləri qeyd edilmişdir və həmin fərdi yaşayış evinin qiymətləndirilməsi aparılmışdır. Həmin göstəricilərdə əks olumuş məlumatların Qazax rayonu, Yuxarı Salahlı kəndində yerləşən "xxxx" MMC-yə məxsus yanacaq doldurma məntəqəsinə heç bir uyğunluğu və aidiyyatı olmamışdır. Yalnız uyğun gələn məlumat sahəsinin 79.5 kv.m olmasını göstərilən qeyddir. Qalan digər məlumatların heç biri yanacaq doldurma məntəqəsinə aidiyyatı olmamışdır. İş üzrə sübutlardan görünür ki, bütün bu qiymətləndirmə və hərrac keçirilməsi qaydası qanunamüvafiq qaydada həyata keçirilmədiyindən hazırki İddiaçı1 da məlumat verilməmiş və onun bu məsələlərdən xəbəri olmaması üçün gizlədilməsi istiqamətində müxtəlif qanunsuz hərəkətlərə əl atılmışdır. Həmin hərəkətlərdən biri odur ki, İddiaçı1 adından xəbərnaməyə onun familyasını yazmaqla və imza etməklə guya ona məlumat verilməsi görüntüsü yaradılmışdır. Bu məsələ birinci instansiya məhkəməsində araşdırılmamış, apelyasiya instansiya məhkəməsində isə araşdırma predmeti olaraq bununla bağlı ekspertiza təyin edilmişdir. Ekspert rəyində həqiqətən həmin imzaların İddiaçı1 aid olmaması qeyd edilmişdir. Lakin nədənsə apellyasiya məhkəməsi həmin rəyi nəzərə almamışdır. Məhkəmənin gəldiyi bütün nəticələr ehtimallara əsaslanmaqla bir daha qərəzli və ədalətsiz bir mövqedə olmasını sübut edir. Əgər belə bir ehtimal var idisə, yəni həmin qəbzi başqasi imza edib götürə bilərdisə, niyə apelyasiya instansiyası tərəfindən imzalarla bağlı xətşünaslıq ekspertizası təyin edilmişdir. Bu məsələnin mahiyyəti üzrə nəzərə alınmalı deyild isə nəyə görə bu məsələ araşdırma predmeti olmuşdur. Belə çıxır ki, həmin rəy iddiaçının ziyanına olsa idi, məhkəmə əks arqument kimi bunu iddiaçının ziyanına istifadə edə bilərdi. Bu isə tamamilə yolverilməz olmaqla qanunçuluq və ədalətli araşdırma prinsiplərinin pozulmasına gətirib çıxarır. Məhkəmə praktikasında işin faktiki hallarını araşdırarkən məhz ekspert rəylərinə istinad edilir. Hakim olaraq ədalətli araşdırma aparılan zaman heç kəsdə hər hansı obyekt barədə, yəni onun qiyməti barədə obyektiv şəxsi məlumat ola bilməz. Məhz hakim ekspert rəyləri ilə həmin qeyriyaşayış sahəsi haqqında məlumat ala bilər. Əks halda hakim həmin sahə haqqında öz mülahizəsini irəli sürə bilməz. Belə olan halda bu qərəzli bir mövqe olardı. Hazırki iş üzrə 2 ekspert rəyi həmin qeyri-yaşayış sahəsi barədə y üksək qiymət göstərsə də məhkəmə onları nəzərə almamış, əsaslandırmasını isə qətnaməsində göstərməmişdir. Halbuki iş üzrə məhz məhkəmə təkrar 2 dəfə qiymətləndirmə barədə ekspertiza təyin etmiş, özünün təyin etdiyi ekspertizalar üzrə verilmi rəyləri isə əsassız olaraq özü təkzib etmişdir. Bu qərəz məhz xətşünaslıq ekspertizasında da baş vermişdir. Bundan başqa dəfələrlə qeyd edilmişdir ki, ümumiyyətcə İddiaçı1 mübahisənin məhkəmədən kənar həll edilməsi barədə heç bir təklif edilməmiş, hətta məsələnin məhkəmə mübahisəsi zamanı isə onun məhkəmədən xəbəri olmamış və bankın iddiasına cavabdeh olaraq İddiaçı1 iştirakı və xəbəri olmadan baxılmışdır. İş üzrə sübutlardan görünür ki, bütün bu qiymətləndirmə və hərrac keçirilməsi qaydası qanuna müvafiq qaydada həyata keçirilmədiyindən hazırki İddiaç ı1 da məlumat verilməmiş və onun bu məsələlərdən xəbəri olmaması üçün gizlədilməsi istiqamətində müxtəlif qanunsuz hərəkətlərə əl atılmışdır. Həmin hərəkətlərdən biri odur ki, İddiaçı1 adından xəbərnaməyə onun familyasını yazmaqla və imza etməklə guya ona məlumat verilməsi görüntüsü yaradılmışdır. Bu hallar isə apellyasiya instansiya məhkəməsində araşdırılsada düzgün hüquqi qiymət verilməmişdir. Ən vacib məqamlardan da biri ondan ibarətdir ki, bank tərəfindən qanunsuz hərəkətlər bugünkü gün də davam etdirilməkdədir. Belə ki, mübahisənin məhkəmədə olduğu dövrdə əmlakın nə məqsədlə “Azərbaycan Sənaye Korporasiyasına” keçirilməsi məsələsi araşdırılmamışdır. Mübahisə getdiyi dövrdə bu əməliyyatın aparılması işin obyektiv aparılmasına mane olmaqdan başqa heç bir məqsəd güdməmişdir. Bu tamamilə qanunsuz olmaqla araşdırma zamanı hüquqi münasibət göstərilməli məqam olsa da nədənsə məhkəmə buna qətnaməsində heç bir münasibət bildirməmişdir. "İpoteka haqqında" Qanunun 42.1-ci maddəsinə uyğun olaraq nə iddiaçıya bildiriş göndərilmiş, nə hərrac barədə məlumat verilməmiş, nə də ipoteka predmeti ərazi və təşviq olaraq düzgün müəyyən edilməyərək düzgün qiymətləndirilməmişdir. Həmin Qanunun 42.3-cü maddəsinə uyğun olaraq ipoteka qoyan bu məsələlərdən xəbəri olmuş olsaydı özü alıcı qismində belə iştirak edərdi. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh "xxx x" MMC-nin və 3-cü şəxs Şəmkir rayon İcra bölməsinin səlahiyyətli nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin vəkili Vəkil kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs "xxxx" QSC BOKT-un vəkili İmamverdiyev Beytulla Dadaş oğlu kasasiya şikayətinə etiraz edərək, şikayətin əsassız olduğundan təmin edilməməsini, apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən 3-cü şəx s "xxxx" ASC-nin nümayəndəsi X7 və vəkili X5 oğlu kasasiya şikayətinə etiraz edərək, şikayətin əsassız olduğundan təmin edilməməsini, apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Tətbiq edilən hüquq F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktyabr 2008-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, MM-in 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən gec i 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə
416. Hərracın keçirilməsi qaydaları pozulars a maraqlı şəxslərin iddiası üzrə məhkəmə tərəfindən həmin hərrac etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata, (hərracın təşkilatçısına) sifariş verir. Maddə 42.1. Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. Maddə 42.3. Hərracın təşkilatçı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Maddə 42.8. Hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydi yyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. Maddə 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən o olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı və həmin müddət uzadılmasın. Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddə sində nəzərdə tutulmuş hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayanla ipoteka qoyan arasında müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır., Maddə 43.6. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübu tları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyas ı məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, iddiaçı kasasiya şikayətini iddia tələbinin və apelyasiya şikayətinin əsasları ilə əsaslandırmış, lakin kasasiya yoxlaması nəticəsində də müəyyən edilmişdir ki, hərracın keçirilməsi barədə hərrac təşkilatı tərəfindən "xxxx" MMC-yə də sifarişli poçtla bildirişlər göndə rilmiş və həmin ünvanda qəbul edilmişdir. İpoteka qoyan şəxs qismində "xxxx" MMC çıxış etdiyinə görə bildirişlər X1 ünvanına yox, MMC-nin ünvanına göndərilmiş və qəbul edilmişdir. İş materiallarında olan poçt qəbzindən görünür ki, Bakı Apellyasiya Məhkəməsində 24 fevral 2020-ci il tarixdə və 08 iyun 2021-ci il tarixdə keçirilməli olan məhkəmə iclaslarına çağırılması barədə "xxxx" MMC-nin ünvanına göndərilmiş bildirişləri də “Şıxməmmədov” soyadlı şəxs qəbul edərək latın qrafikalı Azərbaycan əlifbası ilə soyadını yazmış və imza etmişdir. (i.v.152) Qeyd edilməlidir ki, hərracla bağlı "xxxx" MMC-nin ünvanına göndərilmiş poçt qəbzlərində olan imza və yazıların həmin MMC-nin direktoru İddiaçı1 məxsus olmaması Cəmiyyətin hərracın keçirilməsindən məlumatlı olmaması anlamını vermir. İş materialları ndan göründüyü kimi, hərrac barədə qəzetdə elanlar verilmiş və hərrac iştirakçılarına bildirişlər göndərilmişdir. Beləliklə, hərrac mərkəzi tərəfindən hərracın keçirilməsi ilə əlaqədar qanunvericiliyin ona vermiş səlahiyyətlər həddində hərəkət etməsi öz təsdiqini tapmış və hərracın keçirilməsi ilə bağlı hər hansı pozuntuya yol verməsi halı müəyyən edilməmişdir. İddiaçının əmlakının dəyərinin yüksək olması ilə bağlı göstərdiklərinə münasibətdə isə qeyd edilməlidir ki, ipoteka predmetinin dəyəri daha əvvəl və hazırda qüvvədə olan məhkəmə aktları əsasında müəyyən edilmiş və həmin dəyərlə də ipoteka predmeti hərraca çıxarılmışdır. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyas ı qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı "xxxx" MMC oğlu tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-620/2021 nömrəli iş üzrə 22 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.