Məhkəmə qərarları › İş №2(102)-6581/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6581/2019

16.10.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6581/2019 16.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, X1 ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, cavabdeh «xxxx» ASC-nin vəkili ***nun və nümayəndəsi ***nun, üçüncü şəxs ***nin vəkili ***nun və nümayəndəsi ***nun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.04.2019-cu il tarixli, 2(103)4047/2019 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «xxxx» ASC-yə (iddiaçı tərəfindən müstəqil tələblər irəl i sürməyən üçüncü şəxslər «xxxx» MTK, «xxxx» *** və ***) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-dən 285055,68 (iki yüz səksən beş min əlli beş manat altmış səkkiz qəpik) manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması, həmin məbləğin 169612,13 manatını “xxxx” ***nin vergi borcunun ödənilməsi məqsədi ilə Vergilər Nazirliyinin hesabına keçirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (N.T.Tağıyeva) 16 oktyabr 2018-ci il tarixli 2(006)-5243/2018 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər R.Ə.Qurbanov, E.Q.Nəbiyev və A.Ə.Hüseyn) 30.04.2019-cu il tarixli, 2(103)-4047/2019 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şik ayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia rədd edilmişdir. İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.04.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.04.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə işin hallarına düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, iddiaçı bu günə qədər üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirsə də, cavabdeh müqavilə şərtlərini pozmuş, dəfələrlə iddiaçının hesabında artıq qalan pulun iddiaçıya verilməsini gecikdirmiş və uzun müddətlərlə özündə saxlamış və nəticədə İddiaçı və şirkətlərə külli miqdarda zərər vurmuşdur. Belə ki, müqavilənin predmeti olan bina «xxxx» MTK tərəfindən hələ 2016-cı ildə başa çatdırılmış, 2018-ci ildə isə artıq bütün mənzillər və qeyri-yaşayış sahələri dövlət reyestrindən qeydiyyatdan keçərək, cavabdeh qarşısında yüklü edilmişdir. Buna baxmayaraq cavabdeh müqavilə şərtlərini pozaraq, müqavilədə göstərilən məbləğdən dəfələrlə artıq məbləği iddiaçının hesablarında təcrid edilmiş vəziyyətdə saxlamış və onların çoxsaylı müraciətlərinə baxmayaraq, pulun verilməsini uzun müddətlərlə gecikdirmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh 71000 manat ödəməli olduğu halda bu mə bləği də özündə qanunsuz saxlamış və iddiaçını kredit götürən şəxslərin borclarını qaytarmağa məcbur etmişdir. Ümumiyyətlə cavabdeh idiaçını kredit götürən sakinlərin 80.000 manat borcunu ödəməyə qanunsuz şəkildə məcbur etmişdir. Bundan başqa, bank öz öhdəliklərini vaxtında yerinə yetirmədiyinə görə vergi öhdəliyini də vaxtında yerinə yetirmək mümkün olmamış və əsas vergi borcuna faiz və dəbbə hesablanmışdır. Apellyasiya instansiyası məhkəməsi isə bu əlaqəni müəyyən edə bilməmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən cavabdeh «xxxx» ASC-nin vəkili *** kassasiya şikayətinə etiraz edərək, onun rədd, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh «xxxx» AS C-nin nümayəndəsi *** kassasiya şikayətinə etiraz edərək, onun rədd, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs ***nin vəkili *** kassasiya şikayətinə etiraz edərək, onun rədd, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs ***nin nümayəndəsi *** kassasiya şikayətinə etiraz edərək, onun rədd, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Digər tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrin in səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 30.04.2019-cu il tarixli qətnaməsi ilə iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli qətnaməsini ləğv edib, iddianı rədd edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instans iyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi,sifarişçi - borcalan «xxxx» ***, bank Cavabdeh ASC və zamin İddiaçı arasında 01 fevral 2016-cı il tarixli birgə fəaliyyəti haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən müqavilənin predmetini «xxxx» MTK tərəfindən tikintisi aparılan çoxmərtəbəli yaşayış komplekslərində müştərilərə satılmış mənzillərin və qeyri-yaşayış sahələrinin dəyərinin 90 faizindən artıq olmayan hissəsinin minimum illik 8 faiz dərəcəsi ilə 240 ay müddətinədək kreditləşdirilməsi ilə əlaqədar tərəflərin qarşılıqlı öhdəlikləri təşkil edir. Həmin müqavilənin 7.5-ci bəndinə əsasən *** ilə *** arasında bağlanacaq hər bir Kredit Müqaviləsi üzrə verilmiş kredit borcunun Bank ilə razılaşdırılmış müəyyən faizi məbləğində vəsait i Cavabdeh ASC-nin ***nda mövcud olan ******************** və ya ******************** No-li hesablarında təcrid etməlidir; Həmin müqavilənin 7.6-cı bəndinə əsasən ***nin təminatı kimi çıxış edən və “***”in Cavabdeh ASC-nin ***nda mövcud olan ******************** və ya ******************** No-li hesablarında “Bank” ilə *** arasında bağlanacaq hər bir Kredit Müqaviləsi üzrə verilmiş kredit borcunun Bank ilə razılaşdırılmış müəyyən faizi məbləğində təcrid olunmuş vəsaitin yalnız qeyd olunan *** üzrə “***” tərəfindən öhdəliklərin yerinə yetirilməsi üçün nəzərdə tutulması və digər *** müqavilələri üzrə öhdəliklərin təmin olunması üçün istifadə oluna bilməyəcəyi barədə xəbərdardır və bu şərtləri qəbul edir; Həmin müqavilənin 7.7-ci bəndinə əsasən “Bank” ilə *** arasında bağlanacaq Kredit Müqavil əsi üzrə verilən kreditin və ona hesablanacaq faizlərin, cərimə faizlərinin və dəbbə pulunun qaytarılmasının təminatı kimi ******ın öhdəliklərinin yerinə yetirilməsinə görə “Bank” qarşısında cavabdehlik daşımağı və bu borcun Cavabdeh ASC-nin ***nda mövcud olan ******************** və ya ******************** No-li hesablarında təcrid olunmuş vəsait hesablarına ödənilməsini öhdəsinə götürür; Həmin müqavilənin 7.8-ci bəndində isə göstərilmişdir ki, *** “Bank” ilə *** arasında bağlanacaq Kredit Müqaviləsinə əsasən üzərinə düşən öhdəliyi tamamilə və ya hissəhissə icra etmədikdə *** qarşısında kredit məbləğinin, hesablanacaq faizlərin, dəbbə pulunun, icranın gecikdirilməsi ilə vurulmuş zərərin ödənilməsi üçün məsuliyyət daşıyır və bu borcun Cavabdeh ASC-nin ***nda olan ******************** və ya ******************** No-li hesablarında mövcud olan vəsait hesabına ödənilməsini öhdəsinə götürür. Həmin tərəflər arasında 01 iyun 2016-cı il tarixli razılaşma protokolu bağlanmış və həmin razılaşmaya əsasən tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər:

1. MTK ilə Bank arasında bağlanmış 01.02.2016-cı il tarixli birgə fəaliyyət haqqında müqavilənin 7.5-ci və 7.6-cı bəndlərinə uyğun olaraq verilmiş kredit borcunun 50 (əlli) faizi məbləğindən aşağı olmamaq şərti ilə vəsaiti İddiaçı Bankda mövcud olan ******************** və ya ******************** saylı hesablarında təcrid edilməsi;

2. MTK tərəfindən tikintisi aparılan çoxmərtəbəli yaşayış komplekslərində Bankın krediti hesabına mənzillərin satılması çərçivəsində ***qismində çıxış edən İddiaçı ilə Bank arasında bağlanmış və bağlanacaq ** * müqavilələrinin 4.2.5-ci və 4.2.6-cı bəndlərinə uyğun olaraq verilmiş kredit borcunun 50 (əlli) faizi məbləğində aşağı olmamaq şərti ilə vəsaiti Bankda mövcud olan ******************** və ya ******************** saylı hesablarında təcrid edilməsi. Daha sonra həmin tərəflər arasında 01 fevral 2016-cı il tarixli birgə fəaliyyət müqaviləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında 13 dekabr 2017-ci il tarixli Əlavə № 1 bağlanmış və əlavəyə əsasən 01 fevral 2016-cı il tarixli birgə fəaliyyət müqaviləsinin 7.5 və 7.6-cı bəndləri aşağıdakı kimi qəbul edilmişdir: - ***, “Bank” ilə *** arasında bağlanacaq (bağlanmış) hər bir Kredit Müqaviləsi üzrə verilmiş kredit borcunun qalığının 33 faizi məbləğində vəsaiti Cavabdeh ASC-nin ***nda mövcud olan ******************** və ya ******************** No-li hesablarında təcrid etməlidir. MTK tərəfindən Bank yolu ilə satılmış mənzillərə çıxarışlar (o cümlədən qabaqcadan qeydiyyat ilə) alınaraq DƏDRX-də Bankın xeyrinə yüklü edildikdə hər bir Kredit Müqaviləsi üzrə verilmiş kredit borcunun qalığının təcrid faizi 10, çıxarışlar (o cümlədən qabaqcadan qeydiyyat ilə) alınaraq DƏDRX-də bankın xeyrinə yüklü edildikdə və verilmiş kreditin qalığı mənzilin dəyərinin (yenidən aparılmış qiymətləndirmə ilə) 70 faiz olduqda və eyni zamanda *** tərəfindən ona məxsus krediti üzrə son bir il ərzində ümumi gecikməsi 90 gündən (hər bir gecikmə 30 gündən artıq təşkil etdikdə) çox olmadığı halda təcrid faizi 0 (sıfır) olmalıdır (7.5). - ***‘‘*** müqaviləsi”nin təminatı kimi çıxış edən və ***in Cavabdeh ASC-nin ***nda mövcud olan ******************** və ya ** ****************** No-li hesablarında təcrid olunmuş vəsaitin yalnız qeyd olunan *** üzrə ***tərəfindən öhdəliklərin yerinə yetirilməsi üçün nəzərdə tutulması və digər *** müqavilələri üzrə öhdəliklərin təmin olunması üçün istifadə oluna bilməyəcəyi barədə xəbərdardır və bu şərtləri qəbul edir (7.6). Müqavilənin digər şərt və müddəaları dəyişdirilmədən saxlanılmışdır. Həmçinin «xxxx» ***, «xxxx» MTK və İddiaçı arasında 15 aprel 2016-cı il tarixli birgə fəaliyyəti haqqında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən müqaviləni bağlayan tərəflər, ***də yerləşən 0,10 ha torpaq sahəsində layihə üzrə 1 bloklu 16 mərtəbəli yaşayış evin inşa edilməsi və inşa edilmiş obyektdəki mənzillərin və qeyriyaşayış obyektlərinin satılması üzrə birgə fəaliyyət göstərəcəklər. İddiaçı bildirir ki, o, bu gü nə qədər üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirsə də, cavabdeh müqavilə şərtlərini pozmuş, dəfələrlə hesabında artıq qalan pulun ona verilməsini gecikdirmiş və uzun müddətlərlə özündə saxlamış və nəticədə ona və şirkətlərə külli miqdarda zərər vurmuşdur. Belə ki, müqavilənin predmeti olan bina «xxxx» MTK tərəfindən hələ 2016-cı ildə başa çatdırılmış, 2018-ci ildə isə artıq bütün mənzillər və qeyri-yaşayış sahələri dövlət reyestrindən qeydiyyatdan keçərək, cavabdeh qarşısında yüklü edilmişdir. Buna baxmayaraq cavabdeh müqavilə şərtlərini pozaraq, müqavilədə göstərilən məbləğdən dəfələrlə artıq məbləği onun hesablarında təcrid edilmiş vəziyyətdə saxlamış və onların çoxsaylı müraciətlərinə baxmayaraq, pulun verilməsini uzun müddətlərlə gecikdirmişdir. Hal-hazırda isə cavabdeh 7100 0 manat ödəməli olduğu halda bu məbləği də özündə qanunsuz saxlayır və onu kredit götürən şəxslərin borclarını qaytarmağa məcbur edir. Ümumiyyətlə, cavabdeh kredit götürən sakinlərin 80000 manat borcunu ödəməyə qanunsuz şəkildə məcbur etmişdir. Həmçinin cavabdehin qanunsuz hərəkətləri, yəni pul vəsaitini uzun müddət ərzində özündə saxlaması nəticəsində «xxxx» *** vergi ödənilməsini gecikdirmiş və əsas vergilərdən əlavə vergi orqanı tərəfindən müəssisəyə 134055,68 manat gecikməyə görə faiz hesablanmışdır. Vergi borcu ilə əlaqədar hətta «xxxx» ***ni faktiki idarə edən şəxs kimi şəxsən onun barəsində vergidən yayınma maddəsi ilə cinayət işi belə başlanılmışdır. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, tərəflər arasında 01 fevral 2016-cı il tarixli birgə fəaliyyəti haqqında müqaviləyə əlav ə və dəyişikliklərin edilməsi haqqında 27 noyabr 2018-ci il tarixli Əlavə № 2 bağlanmış və əlavəyə əsasən təcrid olunmuş faizin miqdarı verilmiş kredit borcunun qalığının 4% kimi müəyyən olunmuşdur. Ona görə də, iddiaçı müqavilənin əvvəlki şərtlərinə istinad edərək, öhdəliyin icra edilməsini tələb edə bilməz. Həmçinin hər bir kredit müqaviləsi üzrə iddiaçı ilə *** müqavilələri bağlanmış və həmin müqavilələrə əsasən iddiaçı borcalanlarla birgə məsuliyyət daşıyır. Ona görə də, iddiaçı tərəfindən 80000 manat pulun ödənilməsi *** müqavilələrinə uyğun olmuşdur. Bundan başqa cavabdeh bank «xxxx» ***nin vergi borcuna görə hər hansı məsuliyyət daşımır. «xxxx» ***, Cavabdeh ASC və İddiaçı arasında 01 fevral 2016-cı il tarixli birgə fəaliyyəti haqqında müqaviləyə əlavə və dəyişikliklərin edilməsi ha qqında 27 noyabr 2018-ci il tarixli Əlavə №2 bağlanmış və həmin əlavəyə əsasən Bankla MTK arasında bağlanmış 01 fevral 2016-cı il tarixli birgə fəaliyyət müqaviləsinin 7.5-ci bəndi aşağıdakı kimi qəbul edilmişdir: - ***, “Bank” ilə *** arasında bağlanacaq (bağlanmış) hər bır Kredit Müqaviləsi üzrə verilmiş kredit borcunun qalığının 4 (dörd) faizi məbləğində vəsaiti Cavabdeh ASC-nin ***nda mövcud olan ******************** və ya ******************** No-li hesablarında təcrid etməlidir. MTK tərəfindən Bank yolu ilə satılmış mənzillərə çıxarışlar (o cümlədən qabaqcadan qeydiyyat ilə) alınaraq DƏDRX-yə Bankın xeyrinə yüklü olmalıdır. Göründüyü kimi iddiaçının istinad etdiyi birgə fəaliyyət haqqında müqavilənin 7.5-ci bəndi tərəflər arasında bağlanmış əlavə razılaşma ilə dəyişdirilmişdir. Maddi hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 424.1-ci maddəsinin tələblərinə görə müqavilə dəyişdirilərkən tərəflərin öhdəlikləri dəyişdirilmiş şəkildə saxlanılır. 531.1-ci maddəsinə görə öhdəliyə tərəflər arasında mövcud olmuş ilkin öhdəliyin eyni şəxslər arasında digər predmet və ya icra üsulu (novasiya) nəzərdə tutan başqa öhdəliklə əvəz edilməsi haqqında tərəflərin razılaşması ilə xitam verilir. 531.3-cü maddəsində isə təsbit olunmuşdur ki, əgər ayrı qayda nəzərdə tutulmayıbsa, novasiya ilkin öhdəliklə bağlı olan əlavə öhdəliklərə xitam verir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi haqqlı olaraq hesab etmişdir ki, tər əflər arasında öhdəliklərlə əlaqədar novasiya baş verdiyindən iddiaçı müqavilənin əvvəlki şərtləri üzrə öhdəliklərin yerinə yetirilməsini tələb edə bilməz. Çünki tərəflər arasında bağlanmış yeni razılaşmaya əsasən əvvəlki şərtlərlə bağlı öhdəliklərə xitam verilmişdir. Ona görə də, həmin iddia tələbləri rədd edilməlidir. Eyni zamanda kollegiya düzgün olaraq qeyd etmişdir ki, hal-hazırda cavabdeh tərəfindən müqavilənin 7.5-ci bəndinin şərtlərinə əməl edilib-edilməməsi araşdırıla bilməz. Çünki 01 fevral 2016-cı il tarixli birgə fəaliyyəti haqqında müqaviləyə əlavə və dəyişikliklərin edilməsi haqqında 27 noyabr 2018-ci il tarixli 2 saylı əlavə mübahisənin predmetinə aid deyildir. İddia tələblərinin ikinci hissəsi cavabdehdən 80.000 manat məbləğində pul vəsaitinin tutulmasından ibarətdir. İddia çı bildirir ki, o, birgə fəaliyyət haqqında müqavilənin 7.7-ci bəndinə əsasən yalnız Cavabdeh ASC-nin ***nda mövcud olan ******************** və ya ******************** No-li hesablarındakı vəsait hesabına borcluların öhdəlikləri üzrə məsuliyyət daşımışdır. Lakin cavabdeh onu kredit götürən şəxslərin 80000 manat məbləğində borcunu nağd şəklində ödəməyə məcbur etmişdir. Apellyasiya instansiyası məhkəməsi düzgn olaraq hesab etmişdir ki, həmin tələblər də əsassızdır. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, tərəflər arasında bağlanmış 01 fevral 2016-cı il tarixli birgə fəaliyyəti haqqında müqavilədən əlavə olaraq iddiaçı ilə cavabdeh arasında hər bir kredit müqaviləsi üzrə aşağıda göstərilən *** müqavilələri bağlanılmışdır: Kərimov Natiq İmran oğlunun kredit müqaviləsi üzrə 08 dek abr 2017-ci il tarixli 35-08-122017-FC-RA saylı; ***nın kredit müqavilələri üzrə 25 aprel 2016-cı il tarixli 9-25-04-2016-RA-RA və 10-25-042016-RA-RA saylı; ***nın kredit müqaviləsi üzrə 18 iyul 2017-ci il tarixli 29-18-07-2017-RA-RA saylı; Əliyeva Leyla Faiq qızının kredit müqavilələri üzrə 25 aprel 2016-cı il tarixli 8-25-04-2016RA-RA və 11-25-04-2016-RA-RA saylı saylı; ***nun kredit müqaviləsi üzrə 23 may 2016-cı il tarixli 15-23-05-2016-FC-RA saylı; ***nun kredit müqaviləsi üzrə 14 dekabr 2017-ci il tarixli 36-14-12-2017-FC-RA saylı; ***nun kredit müqaviləsi üzrə 08 aprel 2016-cı il tarixli 6-08-04-2016-FC-RA saylı. Apellyasiya icraatı zamanı məhkəmə iclasında iddiaçının nümayəndəsi qeyd edilən müqavilələrin 4.2.5 və 4.2.6-cı bəndlərinə istinad edərək bildirmişdir ki, həmin müqavilələr ə əsasən də iddiaçı yalnız cavabdeh bankda olan hesablardakı vəsait hesabına borcluların öhdəlikləri üzrə məsuliyyət daşıyır. Həmin müqavilələrin 4.2.5-ci bəndinə görə zamin borclunun kredit qalığının bankla razılaşdırılmış müəyyən faiz məbləğində vəsaiti Cavabdeh ASC-nin ***nda mövcud olan ******************** və/və ya ******************** No-li hesablarında təmin etməlidir. Müqavilələrin 4.2.6-cı bəndinə isə göstərilmişdir ki, *** müqaviləsinin təminatı kimi çıxış edən və zaminin Cavabdeh ASC ***nda mövcud olan ******************** və/və ya ******************** №-li hesablarında borclunun kredit qalığının Bankla razılaşdırılmış müəyyən faizi məbləğində təcrid olunmuş vəsait yalnız qeyd olunan *** üzrə zamin tərəfindən öhdəliklərin yerinə yetirilməsi üçün nəzərdə tutulub və digər *** müqa vilələri üzrə öhdəliklərin təmin olunması üçün istifadə oluna bilməz. Apellyasiya instansiyası haqqlı olaraq hesab etmişdir ki, iddiaçının həmin bəndlərə istinad etməsi əsassızdır. Belə ki, *** müqavilələrinin həmin bəndləri iddiaçının zamin kimi vəzifələrini və məsuliyyət həddini müəyyən etsə də, onun tərəfindən borcluların öhdəliklərini digər şəkildə, yəni kredit borclarını nağd şəkildə ödənilməsini qadağan etmir. Əksinə *** müqavilələrinin 4.1.1-ci bəndində nəzərdə tutulmuşdur ki, zamin borclunun üzərinə düşən öhdəlikləri vaxtından əvvəl yerinə yetirə bilər. Həmçinin tərəflər arasında bağlanmış 01 fevral 2016-cı il tarixli birgə fəaliyyəti haqqında müqavilənin 7.1-ci bəndində də göstərilmişdir ki, *** ilə *** arasında bağlanacaq Kredit Müqaviləsi üzrə ***ın üzərinə düşən öhdəlikləri v axtından əvvəl yerinə yetirə bilər. Eyni zamanda iddiaçı istinad etdiyi halları, yəni kredit alan şəxslərin 80000 manat məbləğində borcunu ödəməyə qanunsuz şəkildə məcbur edildiyini təsdiq edən sübutları təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Belə olan halda isə qəbul edilir ki, iddiaçı könüllü olaraq zamin kimi üzərinə düşən öhdəlikləri icra etmiş və kredit götürən şəxslərin borclarını ödəmişdir. Bu baxımdan apellyasiya instanisyası məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən ödənilmiş 80000 manat pulun cavabdeh bank tərəfindən qəbul edilməsi qanunsuz olmamış və bunun nəticəsində cavabdehin əsassız varlanması baş verməmişdir. Ona görə də, həmin tələblərə münasibətdə Mülki Məcəllənin 1092.1-ci mad dəsi tətbiq edilərək iddianın təmin edilməsi üçün də heç bir əsas mövcud deyildir. Eyni zamanda kollegiya izah etmişdir ki, iddiaçı ödədiyi həmin 80000 manat məbləğində pul vəsaitini Mülki Məcəllənin 475.1-ci maddəsinə istinad etməklə reqres qaydasında borclulardan tələb edə bilər. İddia tələblərinin üçüncü hissəsi 169612,13 manat məbləğində zərərin ödənilməsindən ibarətdir. Kollegiya düzgün olaraq hesab etmmişdir ki, həmin tələb özü-özlüyündə əsassızdır. Belə ki, zərərin ödənilməsi məsələlərini tənzimləyən və ümumi norma kimi çıxış edən Mülki Məcəllənin 21.2-ci maddəsinin, həmçinin hazırkı mübahisə üzrə xüsusi norma kimi çıxış edən Mülki Məcəllənin 443-cü maddəsinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin öhdəliyi pozulması nəticəsində vurulması, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə bu əsaslar müəyyən edilmir. Belə ki, iddiaçı onunla «xxxx» *** və «xxxx» MTK arasında bağlanmış 15 aprel 2016-cı il tarixli birgə fəaliyyət haqqında müqavilənin 4.1-ci bəndinə istinad etməklə həmin tələbi irəli sürmüşdür. Həmin bəndə əsasən 3-cü tərəf (İddiaçı) obyektin tikintisi, mənzillərin və qeyri-yaşayış sahələrinin satılması və bu Müqavilənin icrasından irəli gələn bütün digər vergi öhdəliklərinə görə 2-ci tərəf («xxxx» MTK) ilə birlikdə məsuliyyət daşıyır. Lakin kollegiya qeyd edir ki, məhz cavabdehin öz öhdəliyini yerinə yetirməmə si ilə iddiaçının vergi orqanı qarşısında vergi borcunun yaranması arasında heç bir səbəbli əlaqə mövcud deyildir. Belə ki, tərəflər arasında bağlanmış 01 fevral 2016-cı il tarixli birgə fəaliyyəti haqqında müqavilədə «xxxx» ***nin vergi ödənişlərinin iddiaçının Cavabdeh ASC-nin ***nda mövcud olan ******************** və ya ******************** No-li hesablarında olan pul vəsaiti hesabına ödəniləcəyi ilə bağlı hər hansı müddəa nəzərdə tutulmamışdır. Ona görə də, hətta cavabdeh tərəfindən müqavilə şərtlərinin pozulması halı, yəni iddiaçıya məxsus həmin hesablardakı pul vəsaitinin əsassız olaraq artıq məbləğdə təcrid edilməsi müəyyən edildiyi halda belə «xxxx» ***nin vergi borcu ilə cavabdehin hərəkətləri arasında hər hansı səbəbli əlaqə mövcud deyil. Bu baxımdan kollegiya haqqlı olaraq həmi n tələblərin rədd edilməsi qənaətinə gəlmişdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi sübutetmə və zifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Buna baxmayaraq, iddiaçı kassasiya şikayətində istinad etdiyi halları üzrə üzərinə düşən sübutetmə yükünün öhdəsindən gələ bilmədiyindən kassasiya şikayəti rədd edilməlidir. Kassasiya şikayətində istinad edilən işin faktiki halları ilə bağlı dəlilə münasibətdə isə kollegiya işin faktiki hallarına qiymət vermədən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlilinin əksinə olaraq sübutlara məhz Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından işdə olan digər sübutlarla birgə qiymət verməklə nəticəyə gəlmişdir. Sübutların mahiyyətinə qiymətin verilməsi isə kassasiya instansiyası məhkəməsinin səlahiyyətinə aid olmadığından həmin sübutların məzmunu ilə bağlı kassasiya şikayətinin dəlillərini kollegiya əhəmiyyətsiz hesab edir. Belə ki, Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilm əsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.04.2019-cu il tarixli, 2(103)-4047/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar