Məhkəmə qərarları › İş №2(102)-6593/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6593/2019

16.10.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6593/2019 16.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, X1 ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, cavabdeh Bakı şəhər Baş Polis İdarəsinin Bakı şəhəri X4 İdarəsinin vəkili ***nun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01.05.2019-cu il tarixli, 2(103)5754/2019 nömrəli qətnaməsindən cavabdeh Bakı şəhər Baş Polis İdarəsinin Bakı şəhəri X4 İdarəsinin kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı, cavabdehlər Bakı şəhər Baş Polis İdarəsinin Bakı şəhəri X4 İdarəsindən və Cavabdeh3 541,14 (481,14+60) manat vurulmuş maddi zərərin, 25.000 manat mənəvi zərərin əvəzinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını, Bakı şəhəri DYP-nin Yol patrul xidməti inspektoru, polis baş serjantı Cavabdeh3 tutduğu vəzifəyə uyğun olub-olmaması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi qarşısında məsələ qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim A.S.Məmmədov) 14 dekabr 2018ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı vurulmuş maddi ziyana görə 541,14 manat, habelə mənəvi ziyana görə 200 manat olmaqla, cəmi 741,14 manat məbləğində pulun cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X3 İdarəsindən tu tularaq, iddiaçıya ödənilməsi, iddianın qalan hissədə isə rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Z.Ə.Əliyev, F.Ş.Talışinski və R.Ə.Eyvazov) 01 may 2019-cu il tarixli, 2(103)-5754/19 saylı qətnaməsi ilə Bakı şəhər Baş Polis İdarəsinin Bakı şəhəri X4 İdarəsinin apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin2(004)-1766/2018 saylı iş üzrə 14 dekabr 2018-ci il tarixli qətnaməsi tutulan maddi zərərin məbləği hissəsində dəyişdirilmişdir. Bakı şəhər Baş Polis İdarəsinin X3 İdarəsindən İddiaçı xeyrinə maddi ziyana görə tutulan pulun məbləği 60 (altmış) manat müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Bakı şəhər Baş Polis İdarəsinin Bakı şəhəri X4 İdarəsi iş üzrə Bakı Apellyasi ya Məhkəməsi Mülki Kollegiyasının 01.05.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh Bakı şəhər Baş Polis İdarəsinin Bakı şəhəri X4 İdarəsi iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01.05.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə işin hallarına düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, tələbin cavabdeh olmayan şəxsə qarşı yönəlməyinə məhkəmə qiymət verməmişdir. Bundan başqa, Bakı şəhər Baş Polis İdarəsinin Bakı şəhəri X4 İdarəsinin maliyyə şöbəsi mövcud deyil. Belə olan halda, hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi andan etibarən icrasız qalması istisna deyil. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən cavabdeh Bakı şəhər Baş Polis İdarəsinin Bakı şəhəri X4 İdarəsinin vəkili *** kassasiya şikayətini müdafiə edərək, onun təmin apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Digər tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onun nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə ə sasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 01.05.2019-cu il tarixli qətnaməsi ilə iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 dekabr 2018-ci il tarixli qətnaməsini qismən dəyişdirərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi,Bakı şəhər X4 İdarəsinin inzibati xəta haqqında iş üzrə İQ ******* saylı, 27 iyul 2017-ci il tarixli qərarına əsasən, İddiaçı, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətdiyinə gör ə 60 manat cərimə olunmuşdur. İddiaçı, “xxxx” ASC-nin 28 May filialı vasitəsilə Daxili İşlər Nazirliyinin hesabına 60 manat (cərimə olaraq) pulu ödəmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 16 oktyabr 2017-ci il tarixli qanuni qüvvəsinə almış qərarına əsasən, Bakı şəhər X4 İdarəsinin 27 iyul 2017-ci il tarixli qərarı ləğv edilmiş və inzibati xəta icraatına dair işə xitam verilmişdir. Göründüyü kimi cavabdeh təşkilatın işçisinin iddiaçıya qarşı qeyri-hüquqi əməl törətməsi, bunun nəticəsində iddiaçının 60 manat cərimə ödəyərək maddi zərərə düşməsi işdəki sənədlərlə təsdiq olunur. Belə olan halda, iddiaçının həmin məbləğdə pulu cavabdeh qurumdan tələb etməsi əsaslıdır. Maddi hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qan uni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin: 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1099.1-ci və 1099.2-ci maddələrinə görə, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi m ülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Göründüyü kimi, işəgötürən olaraq cavabdeh təşkilatın iddiaçı qarşısında mülki hüquqi məsuliyyət daşıması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqa zidd olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğ un səbəbli əlaqə, zərəri vuran şəxsin cavabdehin işçisi olması və zərərin əmək funksiyalarının icrası zamanı yetirilməsi. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulamışdır ki, işəgötürənin delikt normaları çərçivəsində yaranan məsuliyyəti təqsirsiz məsuliyyət halıdır (qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. MM, maddə 1097.3.) Yəni, bu halda işəgötürənin mülki-hüquqi məsuliyyətinin yaranması üçün təqsirlilik şərtinin mövcud olmasına (və ya araşdırılmasına) ehtiyac yoxdur. Çünki yuxarıda sadalanan şərtlər təsbit olunduğu halda, zərər yetirən işçini işlədən şəx sin (qurumun) üzərinə qoyulmuş lazımi diqqət göstərmə öhdəliyini yerinə yetirilmədiyi və zərərin bu səbəbdən meydana gəldiyi qanunda prezumpsiya olaraq qəbul edilmiş və işəgötürən bu zərərdən məsul tutulmuşdur. Göründüyü kimi işçi çalışdıran şəxsin məsuliyyəti öz nəzarət (hakimiyyət) sahəsində baş verən hadisələrə görə cavabdehlik əsasına söykənir (MM-in 1099.2-ci maddəsi). Yəni, hər kəs öz nəzarəti altında olan şəxslərdən istifadə edərkən lazımi diqqət və ehtiyyatlılığı göstərmə öhdəliyini daşıyır. Belə ki, işçisini seçərkən, ona işi ilə əlaqədar təlimat verərkən və işinə nəzarət edərək onu yoxlayarkən zərərin meydana gəlməsinin qarşısını almaq üçün lazımi diqqət yetirmədiyi halda işəgötürənin məsuliyyəti qaçılmazdır. Hazırkı işdə cavabdeh Bakı şəhər X4 İdarəsinin mülki hüquqi məsuliyyəti ni yaradan və yuxarıda sadalanan şərtlər mövcuddur. Göstərilənlərə əsasən, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, apellyasiya şikayəti qismən təmin edilərək, qətnamə maddi zərərin məbləği hissəsində dəyişdirilməklə cavabdeh Bakı şəhər X4 İdarəsindən iddiaçının xeyrinə maddi zərərə görə tutulan pulun məbləği 60 manat müəyyən edilmişdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Belə ki, cavabdeh Daxili İşlər Nazirliyinin müstəqil hesab və balansa malik olan dövlət orqanı olduğundan hazırki iş üzrə cavabdeh qismində düzgün olaraq cəlb edilərək, zərərin məhz cavabdeh qismində ondan tutulması qət edilmişdir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Bakı şəhər Baş Polis İdarəsinin Bakı şəhəri X4 İdarəsinin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01.05.201 9-cu il tarixli, 2(103)-5754/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar