Məhkəmə qərarları › İş №2(102)-6594/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6594/2019

16.10.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6594/2019 16.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X5 oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01.07.2019-cu il tarixli 2(103)-9503/2019 nömrəli qərardadından cavabdeh X3 və vəkili Vəkil2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin X1 qarşı “zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmi şdir. Məhkəmə baxışının gedişində cavabdeh X3 vəsatətlə məhkəməyə müraciət edərək, mülki işin aidiyyəti üzrə 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin (hakim N.Tağıyeva) 2(006)-2509/2019 saylı 30 aprel 2019-cu il tarixli qərardadı ilə cavabdehin vəsatəti təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər X.Cəlilov sədrlik edən və məruzəçi, İ.Xəlilov İ.Kərimli) 2(103)-9503/2019 saylı, 01.07.2019-cu il tarixli qərardadı ilə iddiaçı “X2 Şirkət” ASC tərəfindən verilmiş şikayət təmin edilərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2509/2019 saylı 30.04.2019-cu il tarixli qərardadı ləğv edilmiş, mülki iş mahiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilmişdir. Cavabd eh və vəkili Vəkil2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9503/2019 saylı iş üzrə 01 iyul 2019-cu il tarixli qərardadının ləğv edilərək işin baxılması üçün müvafiq inzibati-iqtisadi məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında olan mübahisənin predmeti iddia edilən borc müqaviləsi nəticəsində əmələ gəlmişdir. İddia ərizəsinə istinad edərək bəlli olur ki, “A Agro” “Aqro Yurd”-a 60.000 AZN məbləğində borc vermişdir. Borc müqaviləsi də kommersiya fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər arasında bağlanmışdır və mübahisənin predmetini məhz həmin məbləğ təşkil edir. Bakı Apellyasiya Məhkəməsinin sözügedən qərardadında istina d etdiyi predmet şərti də ödənilmiş olmuşdur. PROSESSUAL MƏSƏLƏLƏR İddiaçının nümayəndəsi və vəkili Vəkil1 kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Digər proses iştirakçılarına işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxl ayır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia tələbi “zərərin ödənilməsi” tələbinə dair olub, cavabdehin fiziki şəxs olaraq özünün müstəqil şəkildə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yaranmadığından və mülki xarakter daşıdığından həmin iddia tələbinə baxılması mülki prosessual qanunvericiliyin tələbinə görə ümumi məhkəmələrə aiddir. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya instansiya məhkəməsinin mübahisənin məhkəmə aidiyyəti ilə bağlı mövqeyi əsaslıdır. Belə ki, Mülki Prosessual Məcəllənin: - 24.2-ci maddəsinə əsasən görə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. - 25.1-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. -26.1-ci maddəsinə əsasən idarə və ya digər mənsubiyyətindən və tabeliyindən asılı olmayaraq, hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər arasında, y axud vergi orqanının qaldırdığı iddialar ilə bağlı vergi orqanı ilə vergi ödəyicisi arasında iqtisadi mübahisələr üzrə işlər mülki icraat qaydasında inzibati-iqtisadi məhkəməyə aiddir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, iddia tələbi “müqavilə üzrə öhdəliyin icra edilməməsinə görə vurulan ziyanın ödənilməsi” barədə olub, tərəflər arasında bağlanan müqaviləni təsisçilər qismində bir tərəfdən fiziki şəxs- «Cavabdeh», digər tərəfdən «X6 fermer» MMC imzalamış, «təsisçi» qismində iştirak edən Cavabdeh müqaviləni fiziki şəxs kimi imzalayarkən həmin müqavilədə onun sahibkar statusunun olması və ya bu müqavilənin onun sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə bağlandığına dair hər hansı qeyd öz əksini tapmamışd ır. Mülki Prossesual Məcəllənin 26.1-ci maddəsi göstərilən subyektlər arasında bütün mübahisələrin deyil, yalnız iqtisadi mübahisələr üzrə işlərin mülki icraat qaydasında inzibati-iqtisadi məhkəməyə aid olduğunu müəyyən edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 06 fevral 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə koll egiyası QƏRARA ALİR: Cavabdeh kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-9503/2019 nömrəli iş üzrə 01 iyul 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar