Məhkəmə qərarları › İş №2(102)-6612/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6612/2019

21.10.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6612/2019 21.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 30 may 2019-cu il tarixli qətnaməsindən Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 mart 2019-cu il tarixli, 2(001)2094/2019 saylı qətnaməsi ilə, iddia ərizəsi təmin edilərək, X3 maddi ziyana görə 9800 manat və dövlət rüsumuna g örə 30 manat olmaqla cəmi 9830 İddiaçı xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 30 may 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən Ş.Məmmədova, hakimlər V.Həsənov və X.Sarıyev, İş № 2(103)-7314/2019) iş üzrə Cavabdeh apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 mart 2019-cu il tarixli, 2(001)-2094/2019 saylı qətnaməsinin dəyişdirilmədən sаxlаnılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdeh X4 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tanışı olan cavabdeh X5 onun qızını Kooperasiya Universitetinə qəbul etdirmək məqsədi ilə ondan 9800 manat almış, lakin qaytarmamışdır. Cavabdeh X5 törətdiyi başqa cinayət əməllərinə görə Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə 7 il 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğundan o, cavabdehin aldığı pulu qaytarmasına dair vədlərinə inanaraq onun azadlığa çıxmasını gözləmişdir. Məhkumluğu bitdikdən sonra X6 barəsində daxil olan şikayətlər əsasında yenidən cinayət işi başlanmışdır. O, Cavabdeh barəsində şikayət etsə də, cavabdeh aldığı pulu qaytaracağı barədə ona 20.05.2018-ci il tarixli qəbz yazıb verdiyindən o, cavabdehə inanıb şikayətini müdafiə etməmişdir. Lakin cavabdeh qəbz yazdıqdan sonra da ondan aldığı pulu qaytarmamışdır. Ona görə də X3 9800 manatın və ödənilmiş dövlət rüsumuna görə ödədiyi 30 manat onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasım xahiş edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, apellyasiya instansiya məhkəməsi tərəfindən işin halları hərtərəfli araşdırılmamış, cavabdehin məhkəmə iclasına hansı səbəbdən gələ bilməməsi nəzərə alınmamaqla prosessual hüquqları pozulmuş, həmçinin, apellyasiya instansiyası məhkəməsi tərəfindən MM-nin 337, 340-cı maddələrinin tələbləri pozulmuşdur. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 30 may 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyərək kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilmədən Bakı Apellyasiya Məhkəməsinin MK-nın 30 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən imzalanmış qəbzdən görünür ki, o, İddiaçı 2010-cu ildə borc aldığı 9800 manatı geri qaytara bilməm iş, 20.05.2018-ci il tarixdən başlayaraq 1 il 6 ay ərzində İddiaçı olan borcunu qaytaracaqdır. Bakı şəhəri BPİ-nin İstintaq və Təhqiqat idarəsinin Ağır cinayətlərin istintaq şöbəsinin 22.06.2018-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından müəyyən olunmuşdur ki, 01.05.2017-ci il tarixdə X5 Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan edilmişdir. Əlavə olaraq qərardan müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxs qismində X5 ifadəsində İddiaçı ilə 2010-cu ilin avqust ayında "xxxx" ticarət mərkəzində tanış olmasını, İddiaçı qızının Kooperasiya Universitetinin Dünya İqtisadiyyatı fakültəsinə qəbul olunması üçün 2010-cu ilin sentyabr ayında hissə-hissə olmaqla cəmi 9800 manat almasını, həmin pulu ehtiyacın a xərcləməsini, qızı tələbə kimi qəbul etdirə bilməməsini, belə imkanının olmamasını göstərmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, 20.05.2018-cı il tarixli qəbzə əsasən, İddiaçı 2010-cu ildə 9800 manat borc almış, lakin qaytara bilməmiş, 20.05.2018-ci il tarixdən başlayaraq 1 il 6 ay ərzində İddiaçı olan borcunu qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh bu müqavilə üzrə öhdəlikləri lazımınca icrasım təmin etməməklə müqavilənin şərtlərini pozmuşdur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı qənaəti və onun hüquqi əsaslandırılması ilə razılaşaraq hesab etmişdir ki, qətnamə qanuni və işin hallarına uyğundur, habelə onun qəbulu zamanı maddi və prosessual normaların pozuntusuna yol verilməmişdir. Apellyasiy a instansiyası məhkəməsi gəldiyi nəticələrinin maddi əsası kimi aşağıdakı maddi hüquq normalarına istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasım tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müq avilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və həmin nəticəyə tətbiq etdiyi hüquq normaları düzgün olmuşdur. Məhkəmə kollegiyası cavabdehin məhkəmə iclasın da üzrlü səbəblərdən iştirak edə bilməməsi ilə bağlı kassasiya şikayətinin dəlili ilə əlaqədar olaraq qeyd edir ki, MPMnin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Belə ki, cavabdehin üzrlü səbəbdən məhkəmə iclasına gələ bilməməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinə hər hansı məlumat daxil olmadığından işə onun iştirakı olmadan baxılması qanuni olmuşdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, hər iki məhkəmə instansiyaları mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli ol an hüquqla bağlı düzgün nəticəyə gəlmişlər. Kassasiya şikayətinin dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmçinin də Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd olunan Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməl i olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göstərilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün işin faktiki hallarını düzgün müəyyənləşdirmiş, sübutları tam, hərtərəfli araşdırmış, işdə olan sübutlarla tərəflərin irəli sürdüyü dəlillərə lazımi hüquqi qiymət verərək iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, qəbul etdiyi qətnaməsi qanuni və əsaslı olmaqla, maddi və prosessual hüquq normaları duzgün tətbiq edilmişdir. Buna görə də kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏ RARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın həmin iş üzrə 30 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar