Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-662/2024 08.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Şamaxı Şəhər Bələdiyyəsinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: tikilinin sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1894/2023 nömrəli iş üzrə 16 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları
1. Mübahisə Şamaxı şəhəri “Şah Xəndan ” qəbristanlığında cavabdeh tərəfindən özbaşına rezervasiya olunduğu bildirilən 11 ədəd qəbir yerlərinin və dəmir məhəccərlərin sökülməsi tələbi ilə bağlıdır.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 04 dekabr tarixli, 522 nömrəli Qərarı ilə təsdiq edilmiş "Qəbiristanlıqların idarə olunması və salınması” qaydalarına əsasən qəbiristanlıqlar bələdiyyələrə təhvil verilmişdir.
3. Şamaxı şəhəri ərazisində “Qəriblər", "Şaxəndan", “Laləzar", “Yəhudi", “Rus”, “Kiçik Xınıslı” və “Böyük Xınıslı" kəndində mövcud olan qəbiristanlıqlar Şamaxı bələdiyyəsinin balansındadır.
4. Şamaxı Bələdiyyəsinin iclasında qanunsuz olaraq özbaşına zəbt edilmiş 11 ədəd rezervasiya edilmiş qəbir yerləri və dəmir məhəccərlər qanuna zidd olduğu üçün Cavabdeh öz vəsaiti hesabına sökülməsi üçün qərar çıxarı lması barədə Şamaxı rayon Məhkəməsinə müraciət edilməsi qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Şamaxı Şəhər Bələdiyyəsinin (bundan sonra – iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (bundan sonra – cavabdeh) tərəfindən özbaşına rezervasiya olunmuş 11 ədəd qəbir yerlərinin və dəmir məhəccərlərin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Şamaxı şəhərinin cənub hissəsində yerləşən qəbiristanlığın ərazisində tarixi abidə hesab olunan "Şah Xəndan” türbəsinin ətrafında Heydər Əliyev fondunun dəstəyi Avstriyadan dəvət olunmuş beynəlxalq ekspertlərin nəzarəti altında abadlıq, bərpa və konservasiya işləri aparılmış və 2019-cu ildə Azərbaycan Respublik asının Prezidenti və Birinci Vitse-Prezidenti tərəfindən görülmüş bərpa və konservasiya işlərinə baxış keçirilməklə tarixi abidə ziyarət olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 04 dekabr tarixli, 522 nömrəli Qərarı ilə təsdiq edilmiş "Qəbiristanlıqların idarə olunması və salınması” qaydalarına əsasən qəbiristanlıqlar bələdiyyələrə təhvil verilmişdir. 2022-ci ilin sonlarında "Şah Xəndan” qəbiristanlığına baxış keçirən zaman müəyyən edilmişdir ki, cavabdeh anası X1 xx.xx.2002-ci il tarixdə Şamaxı şəhərinin "Şah Xəndan" qəbiristanlığında dəfn etmiş və qəbiristanlıqda özbaşına torpaq sahəsini zəbt edərək 11 ədəd qəbir yerlərini rezervasiya etməklə dəmir məhəccərlər quraşdırmışdır. Qeyd olunan rezervasiya işləri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Qəbiri stanlıqların salınması və idarə olunması Qaydaları” haqqında xx.xx.2018-ci il tarixli 522 saylı qərarına zidd olaraq həyata keçirilmişdir. Bu barədə cavabdehə xx.xx.2022-ci il tarixdə xəbərdarlıq məktubu göndərilmişdir. Lakin cavabdeh tərəfindən işin müsbət həlli ilə əlaqədar hər hansı bir tədbir görülmədiyi üçün, xx.xx.2022-ci il tarixdə 169 saylı məktubla Şamaxı rayon Prokurorluğuna müraciət ünvanlanmış və rayon prokurorluğu tərəfindən məhkəməyə müraciət edilməsi ilə bağlı Şamaxı şəhər Bələdiyyəsinə xx.xx.2022-ci il tarixli 736xid-22 saylı məktubla rəsmi cavab verilmişdir. Qanunsuz olaraq özbaşına zəbt edilmiş 11 ədəd rezervasiya edilmiş qəbir yerləri və dəmir məhəccərlər qanuna zidd olduğu üçün cavabdehin öz vəsaiti hesabına sökülməlidir.
7. Məhkəmə iclasında iştirak edən cavabdehin nüm ayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək izahat verib bildirmişdir ki, belə tələb şəxsi qərəzlikdən doğan subyektiv münasibətdir. İlk öncə iddiaçının hazırki iddianı qaldırılmaq üçün subyektiv hüququ yoxdur. Bundan başqa həmin qəbiristanlıqda bütün qəbirlərdə demək olar ki, dəmir məhəccərlər mövcuddur. Bu isə abadlıq və qəbirləri qorumaq üçün edilmişdir. Bundan başqa həmin 11 ədəd boş sahə gül-çiçək əkilməsi üçün nəzərdə tutlmuşdur. "Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”-nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin müvafiq qərarında da qəbiristanlıqların abadlığını nəzərədə tutan xeyli sayda norma var. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
8. Məhkəmənin əvvəlki baxış iclasında iştirak edən cavabdeh bildirmişdir ki, qaldı rılmış iddia tələbinin heç bir əsası yoxdur. Belə ki, Şamaxı şəhərinin cənubunda yerləşən şəhər qəbiristanlığında anası Həqiqət Abdulrazaqova 2021-ci ildə dəfn edilmiş və tərəfindən digər məzarlarda olduğu kimi anasının məzarı da dəmir məhəccərlə əhatəyə alınmışdır. Hələ anasının sağlığında yəni 2017-ci ildən oranı çəpərləyib abadlıq işləri görməyə başlamışdır. Həmin dəmir məhəccərin mövcudluğu qəbirüstü abidədən hər hansı oğurluğun qarşısının alınması, həmçinin heyvanların girişinin qarşısının alınması ilə yanaşı eyni zamanda görülmüş abadlıq işlərinin məhv olmaması və görünüşün daha səliqəli olması üçün edilmişdir. Dəmir məhəccərlər qəbiristanlığın və orada yerləşən tarixi abidə olan“ Şah Xəndan”-ın ümumi görünüşünə, giriş-çıxışına heç bir maneə yaratmır və tam əksinə olaraq həmin qəbiri stanlığın və tarixi abidənin görünüşünü bir qədərdə yaxşılaşdırır. Bu günə kimi heç bir şəxs bu abadlıq və quruculuq işindən hər hansı formada narazılıq etməmişdir. Həmin dəmir məhəccərlər tarixi abidə olan “Şah Xəndan”-a gedən yolu zəbt etməmişdir. Qəbiristanlıqda demək olar ki, bütün qəbirlərin dəmir məhəccərləri mövcuddur və bu bir növ abadlıq və qoruma anlamı daşıyır. İddia ərizəsində göstərilən 11 qəbrin rezerv olunması barədə qeyd edilənlər isə absurd və heç bir əsası yoxdur, orada göstərilən ot örtüyü ilə daş döşəmənin eksteryeridir və həmin hissələr gülçiçək əkilməsi üçün nəzərdə tutulmuşdur. “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin müvafiq qərarında da qəbiristanlığın abadlığını nəzərdə tutulan xeyli sayda norma mövc uddur. Tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X4, İnkişaf və Bərpası üzrə Dövlət Xidmətinin rəisi xanım Səbinə Hacıyevaya bu barədə müraciət edilmiş, tarixi və mədəni abidə olan “Şah Xəndan” türbəsinə hər hansı formada təsirinin olub-olmaması, ona xələl gətirib- gətirməməsi barədə sorğu da verilmişdir. Bundan başqa həmin qərarda göstərilmişdir ki, bu qərar qanuni qüvvəyə minənə qədər olan hallara şamil edilmir. Göründüyü kimi cavabdeh tərəfindən orada abadlıq və çəpərləmə işləri bu qərar qüvvəyə minməmişdən öncə həyata keçirilmişdir və bu halı Bələdiyyənin nümayəndəsi də təsdiq etmişdir. Bundan başqa həmin qərarda Yerli icra hakimiyyəti orqanları bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydalardan irəli gələn vəzifələrin həyata keçirilməsi məqsədi ilə qəbiris tanlıqların müvafiq bələdiyyələrə 3 ay müddətində təhvil verilməsini təmin etmələri göstərilmişdir. Lakin həmin qəbiristanlıqların təhvil verilməsi barədə iş materiallarında heç bir sübut mövcud deyildir və bu bir daha onu göstərir ki, qəbiristanlıq bələdiyyələrə təhvil verilmədiyi üçün Bələdiyyənin hazırkı vəziyyətdə iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
9. Şamaxı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 19 iyul 2023-cü il tarixli, 2(074)-513/2023 nömrəli qətnaməsi ilə (hakim N.İsmayılov) iddia təmin edilmiş, Cavabdeh tərəfindən Şamaxı şəhərinin "Şah Xəndan" qəbiristanlığında özbaşına rezervasiya olunmuş 11 (on bir) ədəd qəbir yerləri və dəmir məhəccərlərin sökülm əsi qət edilmişdir.
10. Məhkəmə mövqeyini iş materiallarına və işin məhkəmə icraatı zamanı müəyyən edilmiş hallarına istinadən belə əsaslandırmışdır, iş üzrə cavabdehin anası Həqiqət Abdulrazaqova 2021-ci ildə Şamaxı şəhərinin cənubunda yerləşən “Şah Xəndan” qəbiristanlığında dəfn edilmiş və cavabdeh tərəfindən 11 ədəd qəbir yeri rezervasiya olunmuş və həmin yerlərin ətrafı dəmir məhəccərlə əhatələnmişdir ki, bu hal qanuna zidd olduğundan həmin dəmir məhəccərlər sökülməlidir.
11. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli 522 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qəbiristanlıqların salınması və idarə olunması Qaydalarının 17.2, 18.1, 18.2 19.1, 22.2-ci maddələri, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 29, 111-ci ma ddələri, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 218.3, 360-cı maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin iş üzrə qəbul etdiyi qətnamə qanunsuz və əsassızdır. İddia ərizəsində göstərilən 11 qəbirin rezerv olunması barədə qeyd edilənlər isə absurd və heç bir əsası olmayan mülahizələrdir. Orada göstərilən ot örtüyü ilə daş döşəmənin eksteryeridir və həmin hissələr gül-çiçək əkilməsi üçün nəzərdə tutulmuşdur. “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin müvafiq qərarında da qəbiristanlığın abadlığını nəzərdə tutulan xeyli sayda norma mövcuddur. Bundan başqa bütün bu abadlıq və dəmir məhəccərlər 2017-ci il tarixdə yəni Nazirlər Kabinetinin qərarından əvvəl həyata keçirilmişdir. Həmin maddənin dispozisiyasına əsasən tarix-mədəniyyət təyinatlı torpaqlara tarix mədəniyyət qoruqlarının, xatirə parklarının, qəbiristanlıqların, məzarların, arxeoloji abidələrin və nadir geoloji törəmələrin torpaqları aiddir. Göründüyü kimi qəbiristanlıqlar da tarix mədəniyyət təyinatlı torpaqlara aiddir. Lakin işə baxan məhkəmə həmin normadan irəli gələn məsələləri həll etməmiş, “Şah-Xəndan” qəbiristanlığının Şamaxı Bələdiyyəsinin balansına verilməsinə dair təhvil təslim aktı olmadan və həmin qəbiristanlığın ərazisi müəyyən edilmədən məhz həmin normanı səhv tətb iq etmişdir. İddia tələbini qaldırmış Bələdiyyənin məhkəmə iclasında iştirak edən nümayəndəsi özü də bildirdi ki, həmin bələdiyyənin ərazisinə dair sənəd mövcud deyil və təhvil təslim olmamışdır. Belə olan halda işə baxan məhkəmə bu halları nəzərə almadan qətnamə qəbuledərək göstərilən maddi normanı pozmuşdur. Göründüyü kimi “Şah-Xəndan” qəbiristanlığının Bələdiyyəyə təhvil verilməsi haqqında iş materiallarında heç bir təhvil-təslim aktı mövcud deyildir. Bununla bağlı məhkəmənin müvafiq olaraq İqtisadiyyat Nazirliyi yanınında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Katastrı və X3 14 Saylı Şamaxı Ərazi İdarəsinə verdiyi sorğuya gələn cavab ondan ibarət olmuşdur ki, həmin ərazi “Sanitariya zonası kimi nəzərdə tutulmuşdur”. Bundan başqa Şamaxı Bələdiyyəsinin məhkəmənin sorğusu na verdiyi cavab məktubunda qeyd edilmişdir ki, “mövcud olan arxiv sənədlərində Bələdiyyə ərazisində yerləşən qəbiristanlıqların Bələdiyyəyə təhvil verilməsinə dair tərtib edilmiş akt aşkar edilmir. Bu hal bir daha onu göstərir ki, həmin ərazi Bələdiyyəyə təhvil verilməmişdir. İcra Hakimiyyəti qərəzli və əsassız olaraq inzibati resuslardan istifadə etməklə Bələdiyyəni belə bir iddia ilə məhkəməyə müraciət etməyə məcbur etmişdir. Beləliklə işə baxan məhkəmə heç bir əsas olmadan formal mülahizələrlə əsaslandırılmış iddianı təmin etmişdir. Göstərilənlərə əsasın apellyasiya şikayəti təmin edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni əsaslı qətnamə qəbul edilməlidir.
14. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-1894/20 23 nömrəli, 16 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – A.A.Mahmudov (sədrlik edən və məruzəçi), L.M.Məmmədova və L.E.Rəhimli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, apellyasiya şikayətinin dəlillərinə münasibətdə bildirmişdir ki, işdəki fotolar heç də cavabdehin iddia etdiyi kimi həmin ərazidə bütövlükdə boş torpaq sahəsi kimi abadlıq işlərinin görülməsini əks etdirmir. Əksinə həmin fotolardan görünür ki, qeyd olunan ərazidə kənarları daş örtüklə əhatələnmiş 11 ədəd gah çox rezervasiya edilmiş qəbir yerləri vardır. Yəni cavabdehin hər hansı qəbir yerinin rezervasiya edilməməsi, həmin ərazidə yalnız abad lıq işlərinin görülməsi barədə dəlili öz təsdiqini tapmamışdır.
16. Apellyasiya şikayətinin ikinci, yəni subyektiv hüquqla bağlı dəlilini əsassız hesab edən kollegiya bu barədə mövqeyini bu cür əsaslandırır ki, əvvəla iş materiallarında mövcud olan sübutlara əsasən (iş vərəq 10 Şamaxı Rayon İcra Hakimiyətinin məktubu və iş vərəqə 46 akt) Şamaxı şəhəri ərazisində yerləşən “Yeddi Gümbəz”, “Şah Xəndan", "Böyük Xınıslı", "Kiçik Xınıslı", “Qəriblər”, "Laləzar”, “Yəhudi-Xristian” qəbiristanlıqları “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 4 dekabr 2018-ci il tarixli, 522 nömrəli Qərarının 2-ci bəndinə əsasən Şamaxı bələdiyyəsinə təhvil verilmişdir və hazırda Şamaxı Bələdiyyəsinin balansındadır.
17. Kollegi ya bu hissədə həm də onu qeyd etmişdir ki, apellyatorun ikinci dəlili yəni iddiaçının subyektiv hüquqa malik olmaması barədə dəlili cavabdehin əslində iddianın mahiyyəti üzrə əsaslılığını qəbul etməsini özündə ehtiva edir. Belə ki, hər hansı zəbtə (qəbir rezervasiyası) yol verməmiş cavabdehin əsas dəlili yalnız zəbt məsələsinin mövcudluğunun sübuta yetirilməsi istiqamətində olmalı idi.
18. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1, “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 3.1, 10.1, 17.1, 17.2 və 18.2-ci maddələrinə istinadən əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. Cavabdeh (Vəkil) kassas iya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq belə əsaslandırılmışdır ki, iddiaçı tələbinin əsası kimi heç bir tutarlı sübut ortaya qoymamış, təqdim edilmiş arayışlar isə sorğuya gələn cavablarla qəti şəkildə üst-üstə düşmür. Rayon məhkəməsi isə əsaslandırma aparmadan iddianı təmin etmiş, apellyasiya instansiyası məhkəməsi isə bu halları nəzərə almamışdır. İddiaçının öz nümayəndəsi məhkəmə iclasındada bildirmişdir ki, torpağın Bələdiyyəyə təqdim edilməsi barədə heç bir sənəd mövcud deyildir.
21. İş üzrə isə işə baxan birinci instansiya məhkəməsi ilə yanaşı Sumqayıt Apellyasiya Məhkəməsinin hakimləri iddiaç ı və cavabdeh tərəfindən verilən sorğulara gələn cavablara hüquqi qiymət vermədən əvvəlcədən sübutlara qiymət verərək, nəticədə prosessual normaların pozulması ilə nəticələnən əsasız və qanunsuz qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Mülki Məcəlləsi
23. Maddə 153.1. Bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər.
24. Maddə 153.2. Qanunvericiliklə yalnız dövlət mülkiyyətində və ya bələdiyyələrin mülkiyyətində ola bilən əmlak növləri müəyyənləşdirilir.
25. Maddə 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir.
26. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
27. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
28. Maddə 3.1. Azərbaycan Respublikasının ərazisində mövcud olan, habelə bu Qaydalar qüvvəyə mindikdən sonra yaradılan qəbiristanlıqların və onların ətrafındakı sanitariya mühafizə zonasının əraziləri qəbiristanlığın yerləşdiyi ərazi vahidi ü zrə bələdiyyənin müraciətinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrinə daxil edilir.
29. Maddə 10.1. Qəbiristanlıqlar bələdiyyə tərəfindən bu Qaydaların tələbləri gözlənilməklə ayrılmış torpaq sahələrində Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq qeyri-kommersiya qurumu statusunda yaradılır.
30. Maddə 17.1. Qəbiristanlıq ərazisindəki qəbir yerləri yaşayış məntəqəsinin əhalisinin dini mənsubiyyətinə və milli adət və ənənələrinə uyğun olaraq, qəbir yerlərinin bu Qaydalarla müəyyən edilmiş ölçüləri nəzərə alınmaqla, seksiyalara ayrılmalıdır və qəbiristanlığın giriş qapısındakı elan lövhəsində aydın görünən və oxunan yerdə bu barədə məlumat yerləşdirilir.
31. Maddə 17.2. Azərbaycan Resp ublikası vətəndaşlarının, Azərbaycan Respublikasında olan və ya yaşayan, habelə qaçqın statusu alan əcnəbi və ya vətəndaşlığı olmayan və kimsəsiz şəxslərin dəfn olunması üçün qəbir yerləri qəbiristanlığın müdiriyyəti tərəfindən ödənişsiz ayrılır. Qəbir yerlərinin əvvəlcədən rezervasiya edilməsinə (bu Qaydaların 18.2-ci bəndində nəzərdə tutulmuş hal istisna olmaqla) yol verilmir Qonşu qəbir yerinin əvvəlcədən rezervasiyasına yalnız dəfn edilmiş şəxsin ərinin (arvadının) yazılı müraciəti əsasında yol verilir. Qəbiristanlığın müdiriyyəti rezervasiya olunmuş qəbir yeri və onu rezervasiya etmiş ər (arvad) barədə məlumatı (soyadı, adı, atasının adı və olduğu halda fərdi idenfikasiya nömrəsi) dəfnlərin qeydiyyat kitabına və dəfnlərin vahid dövlət reyestrə daxil etməlidir. Mülki Prosesual Məcəllə
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayə t həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Kassasiya şikayətində qətnamə tam mübah isələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi iş materiallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, Şamaxı şəhəri ərazisində yerləşən “Şah Xəndan" qəbiristanlığı Şamaxı bələdiyyəsinə təhvil verilmişdir və hazırda onun balansındadır. Cavabdeh tərəfindən Şamaxı şəhərinin "Şah Xəndan" qəbiristanlığında 11 (on bir) ədəd qəbir yeri düzəldilməklə ətrafına dəmir məhəccər çəkilməsinin qanuni əsası müəyyən edilmir. Belə olan halda iddianın təmin olunması əsaslıdır.
41. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
42. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəmə sinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
44. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
45. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1894/2023 nömrəli iş üzrə 16 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.