Məhkəmə qərarları › İş №2(102)-6622/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6622/2021

30.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6622/2021 30.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X2 Törəmə ASC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müavinatın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı, cavabdeh X2 Törəmə ASC-nin nümayəndəsi X1 və vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4442/2021 nömrəli iş üzrə 25 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdeh X2 Törəmə ASC tərəfindən verilmiş kasasiya şikayəti üz rə işə 30 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdeh X2 Törəmə ASC-yə qarşı “müavinatın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 Törəmə ASC-dən beş il ərzində ona ödənilməyən, yəni 7920 manat pulun birdəfəlik ödənilməsi, bundan sonra da hər ay 400 manat pulun ömürlük ödənilməsi, həmçinin vaxtında ödənilməyən pula görə 574.20 manat faizin, 03.07.2018-ci il işdən çıxdığı müddətdən ödənilməmiş məzuniyyət pulunun və ödənilmiş dövlət rüsumunun ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, X2 Törəmə ASC-dən tələb etdiyi 20 illik məzuniyyət pulundan i mtina etdiyini bildirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1950-ci ildə Gürcüstan, Marneuli rayonunda doğulmuşdur. 1972-ci ildən X2 Törəmə ASC-də işləyir. Həmin zavodda 1972-ci ildən metaltəmizləyən işləmişdir. İşlədiyi dövrdə, 24.01.1973-cü il ildə işlədiyi 2 saylı sexdə saat 16:30 radələrində iş zamanı digər işçinin qeyri-dəqiq hərəkəti nəticəsində xəsarət almışdır. Bununla bağlı zavodda “İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında” 25.01.1973-cü il tarixli akt tərtib edilmişdir. Xəsarət nəticəsində ona İİİ qrup əlillik dərəcəsi verilmişdir. Həmin vaxtdan zavod ona istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində sağlamlığına dəymiş zərərə görə 2015-ci ilə kimi pul ödəyirdi. 2015-ci ildə 130.60 manat məbləğində aylıq pul almışdır. 2018-ci ildə işdən çıxmışdır. Dəfələrlə müraciət etməsinə baxmayaraq, zavodun yeni direktoru hadisənin əvvəlki direktorun vaxtında baş verdiyini bildirərək, ona pul ödənilməsindən imtina etmişdir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 26 oktyabr 2020-ci il tarixli 2(008)-3414/2020 nömrəli qətnaməsi ilə (hakim Əşir Səmədov) iddia tələbi qismən təmin edilərək, "xxxx" ASC-dən İddiaçı xeyrinə axırıncı dəfə müavinətin ödənildiyi tarixdən – 30.04.2015-ci il tarixdən məhkəməyə müraciət edilən tarixə kimi ödənilməyən ümumilikdə 7920 manat (aylıq müavinətin məbləği 132 manatdan hesablanmaqla) məbləğində birdəfəlik müavinət pulunun tutulması və 18.05.2020-ci il tarixdən etibarən İddiaçı hər ay 132 manat məbləğində müavinətin verilməsinin "xxxx" ASC-yə həvalə edilməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı 31.08.1972-ci il tarixdən "xxxx" Zavodunda 2 saylı sexdə metaltəmizləyən vəzifəsi üzrə işə qəbul edilmişdir. "xxxx" Zavodunda işlədiyi müddətdə 24.01.1973-cü il tarixdə, saat 16:30 radələrində zavodda baş vermiş bədbəxt hadisə barədə işəgötürən tərəfindən 25.01.1973-cü il tarixli 2 nömrəli aktı (İZ Aktı) tərtib edilmişdir. Həmin aktın əsasında istehsalatda baş vermiş bədbəxt hadisə səbəbindən İddiaçı İİİ qrup əlillik dər əcəsi verilmiş və aylıq müavinət təyin edilmişdir. İşəgötürən tərəfindən iddiaçıya 30.04.2015-ci il tarixə kimi müavinət verilmiş və həmin tarixdən etibarən müavinətin verilməsi dayandırılmışdır. 03.07.2018-ci il tarixdə 34 nömrəli əmrə əsasən İddiaçı Əmək Məcəlləsi nin 69-cu maddəsinin tələblərinə uyğun olaraq işdən azad edilmişdir. Məhkəmə qeyd edilən hallara və qətnamədə göstərdiyi normalara əsasən hesab edir ki, İddiaçı istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində xəsarət alması, hadisənin baş verməsinə işəgötürənin təqsirli olması, o cümlədən xəsarətin məhz xidməti vəzifələrinin yerinə yetirilməsi zamanı alındığı (səbəbli əlaqəsini) işdə olan sənədlərlə (25.01.1973-cü il tarixli 2 nömrəli aktı (İZ Aktı), 09.03.1973-cü il tarixli arayış və s.) öz təsdiqini tapmışdır. Eyni zamanda İddiaçı əsaslandırıcı və cavabdeh tərfin etirafedici izahatları ilə işəgötürən tərəfindən iddiaçının əmək və mülki hüquqlarının kobud şəkildə pozularaq İddiaçı təyin edilmiş müavinətin ödənilmədiyi sübuta yetirilmişdir. Bu səbəbdən iddiaçı ona ödənilməyən müavinətin cavabdehdən onun xeyrinə tutulmasını tələb etməkdə haqlı olmuşdur. Məhkz bu səbəbdən məhkəmə hesab edir ki, Zabrat Maşınqayırma” ASC-dən İddiaçı xeyrinə axırıncı dəfə müavinətin ödənildiyi tarixdən – 30.04.2015ci il tarixdən məhkəməyə müraciət edilən tarixə kimi ödənilməyən ümumilikdə 7920 manat (aylıq müavinətin məbləği 132 manatdan hesablanmaqla) məbləğində birdəfəlik müavinət pulu tutulmalı və 18.05.2020-ci il tarixdən etibarən İddiaçı hər ay 132 manat məbləğində müavinətin verilməsi "xxxx" ASC-yə həvalə edilməlidir. Buda n əlavə, məhkəmə iddia tələbinin “vaxtında ödənilməyən pula görə 574.20 manat faizin tutulması” hissəsini qeyri-müəyyən tələb hesab etdiyindən belə qənaətə gəlir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.02.2020-ci il tarixli, 27 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının təsdiq edilməsi haqqında” Qaydaların 1.2, 1.3, 1.6, 1.7, 2.1-ci bəndləri, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191, 239.1, 239.2ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 217.4-cü maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 23 9-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15.07.2011-ci il tarixli Qərarı ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsini və işin diqqətlə araşdırılıb obyektiv qərar qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Namiq Cəfərov - sədrlik edən və məruzəçi, Emin Mehdiyev, Xəyal Sarıyev) 2(103)-4442/2021 saylı, 25 iyun 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, hazırkı iş üzrə Sabunçu Rayon Məhkəməsinin 26.10.2020-ci il tarixli qətnaməsinin qismən – keçmiş dövr üçün 7.920 manat müavinətin tutulması hissəsində ləğv edilməsi, həmin tələbin qismən təmin olunması, ke çmiş dövr üçün 4.699,2 manat müavinətin cavabdeh "xxxx" X6 Cəmiyyətindən alınaraq İddiaçı verilməsi, ləğv edilən hissədə qalan tələbin təmin edilməməsi, mübahisələndirilən qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehlə əmək münasibətində olub. Əmək vəzifələrinin icrası zamanı istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində iddiaçının sağlamlığına zərər vurulub, ona 3-cü qrup əlillik dərəcəsi təyin olunub. Zərərin əvəzi kimi cavabdeh tərəfindən iddiaçıya hər ay 132 manat ödənilib, müavinətin ödənilməsi 30.04.2015-ci il tarixə kimi davam edib, bundan sonra müavinət dayandırılıb (iş v. 39, arayış). Cavabdeh apelyasiya şikayətində qeyd edib ki, keçmişdə xəsarət (sağala bi lən xəsarət) alan şəxslərin sayı çoxdur, ona görə də bütün bunların araşdırılması üçün müvafiq dövlət orqanına müraciət ediblər. Məhkəmə qeyd edir ki, müavinətin ödənilməsinin dayandırılması və ya müavinətin ödənilməsinə xitam verilməsi üçün hazırda hüquqi əsas yoxdur, əgər gələcəkdə belə hüquqi əsas müəyyən edilərsə cavabdeh müvafiq tədbirlər görə bilər. Ona görə də məhkəmə Əmək Məcəlləsinin 239-cu maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, cavabdeh iddiaçıya zərərin əvəzini ödəməlidir. Lakin Mülki Məcəllənin 384.0.3-cü maddəsinin göstərişinə müvafiq olaraq keçmiş dövrə görə zərərin əvəzi ən çoxu iddia irəli sürülməzdən əvvəlki 3 il üçün ödənilə bilər. Müavinət aylar üzrə ödənildiyinə görə iddia verilənə (18.05.2020-ci il tarixə) qədər bu dövr 35 ay 18 gün təşkil edir. Hər ay üçün 132 manatdan hesablandıqda ödənilməli olan məbləğ 35 ay üçün 4.620 manat, 18 gün üçün 79,2 manat, cəmi 4.699,2 manat təşkil edir. Ona görə də qətnamə 30.04.2015-ci il tarixdən 18.05.2020-ci il tarixədək olan dövr üçün 7.920 manat müavinətin tutulması hissəsində ləğv edilməli, keçmiş dövrə görə müavinət kimi 4.699,2 manat tutulmalıdır. İddianın rədd edilməsinə aid hissədə qətnamə mübahisələndirilmədiyinə görə həmin hissədə qətnamənin əsaslılığı apellyasiya qaydasında yoxlanılmadı. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh "xxxx" X6 Cəmiyyəti (vəkili Vəkil) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qərar qəb ul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ASC-də işlədiyi dövrdə, 1973-cü ildə istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində sağlamlığına zərər dəymiş və İİİ qrup əlillik dərəcəsi təyin edilmişdir. Zərərin əvəzi kimi iddiaçıya hər ay 132 manat ödənilmişdir. Müavinətin ödənilməsi 30.04.2015-ci il tarixə kimi davam etmiş və bundan sonra dayandırılmışdır. Cavabdeh tərəfindən AR ƏƏSMN-ə müraciət edilərək, keçmişdə xəsarət alan və müəssisədən müavinət alan şəxslərin əlillik dərəcələrinin yoxlanılmasını xahiş etmişdir. İddiaçıya xəbərdarlıq edilmişdir ki, əlilliyini təsdiq edən sənədi müəssisəyə təqdim etsin və bundan sonra müavinət almaq hüququ mövcud qanunvericiliyə uyğun olaraq bərpa olunacaqdır. Hesab edir ki, apelyasiya məhkəməsi sübutları, faktları, tərəflərin təqdim etdiyi dəlilləri, onların izahatlarını hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirməmişdir. Hazırki mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almayaraq, mübahisə predmetinə MPM-nin 88-ci maddəsinin müddəaları baxımından hüquqi qiymət verməmiş və bunun nəticəsində iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" X6 Cəmiyyətinin nümayəndəsi X3 və vəkili Vəkil kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azər baycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 239.1. İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. [251] Maddə 239.2. İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 384.0.3. Fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Lakin bu cür zərərin əvəzinin ödənilməsi hüququnun əmələ gəldiyi andan üç il bitdikdən sonra irəli sürülmüş tələblər ən çoxu iddia irəli sürülməzdən əvvəlki üç il üçün ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (ha kim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiy a instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq ol unmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, cavabdeh kasasiya şikayətində istehsalatda xəsarət almış şəxslərə təyin edilmiş müavinətlərin ƏƏSMN-nə əlillik dərəcələrinin müəyyən edilməsi səbəbi ilə dayandırılmasını əsas göstərsə də, apelyasiya kollegiyası düzgün olaraq vurğulamışdır ki, müavinətin ödənilməsinin dayandırılması və ya müavinətin ödənilməsinə xitam verilməsi üçün hazırda hüquqi əsas yoxdur, əgər gələcəkdə belə hüquqi əsas müəyyən edilərsə cavabdeh müvafiq tədbirlər görə bilər. H əmçinin qeyd edilməlidir ki, cavabdeh kasasiya şikayətində iddiaçıya verilməli olan müavinətin dayandırılmasını etiraf etdiyi kimi, iddiaçının istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində xəsarət almasını da mübahisələndirməmiş, hətta etiraf etmişdir. Belə olan halda, apelyasiya kollegiyası iddia tələbini qismən, yəni Mülki Məcəllənin 384.0.3-cü maddəsinə istinad etməklə təmin etməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu madd ələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx" X6 Cəmiyyəti tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4442/2021 saylı, 25 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar