Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-663/2024 06.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “övladlığa götürmənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi, apellyasiya şikayətinin məzmununun prosessual qanunvericiliyə uyğun olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 dekabr 2023-cü il tarixli, 2(103)7747/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikay əti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, uşağı X1 cavabdeh tərəfindən övladlığa götürülməsinin ləğv edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli, e-2(006)3838/2023 nömrəli qətnaməsi ilə (hakim R.A.Xəlilov) təmin olunmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 aprel 2016-cı il tarixli, 2(006)-2759/2016 nömrəli qətnaməsi ilə müəyyən edilərək, 20 may 2016-cı il tarixdə Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən X2 barəsində övladlığa götürmə haqqında 22 saylı akt qeydindəki məlumatların ləğv olunması, övladlığa götürmə barədə verilmiş həmin şəhadətnamənin etibarsız hesab edilməsi, övladlığa götürülənin doğumu haqqında akt qeydində övladlığa götürmədən əvvəl olmuş bütün ilkin məlumatların (soyadı istisna olmaqla) bərpa olunması qət edilmişdir.
3. İddiaçının həmin qətnamədən verdiyi apellyasiya şikayəti mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 dekabr 2023-ci il tarixli, 2(103)-7747/2023 nömrəli qərardadı ilə (hakim E.M.Həsənovun sədrliyi və məruzəsi ilə, hakimlər X.A.Mərdanovadan və S.X.Bəhrəmzadədən ibarət tərkibdə) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli, e-2(006)-3838/2023 nömrəli qətnaməsindən İddiaçı nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiy a qeyri-mümkün hesab edilmiş və mülki iş həmin məhkəməyə qaytarılmışdır.
5. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qərardadı onunla əsaslandırmışdır ki, məhkəmənin 27 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddiaçının iddia tələbi təmin edilmişdir. Apellyasiya (lat. apellatio – müraciət, şikayət) şikayəti isə, qəbul edilmiş qərar (qətnamə) ziyanına olan və ya qərarı (qətnaməni) ədalətsiz (qanunsuz) hesab edən şəxslərin ondan yuxarı instansiya məhkəməsinə ünvanladıqları müraciətdir və şəxsin öz xeyrinə olan məhkəmə aktından şikayət verməsi Mülki Prosessual qanunvericiliyin mənasına uyğun deyildir.
6. Şəxsin öz lehinə olan məhkəmə aktının maddi-hüquqi əsaslandırması ilə razılaşmayaraq, yaxud məhkəmənin prosessual pozuntuya yol verdiyini irəli sürərək ondan məhz bu səbəblərlə şikayə t verə bilməsi mümkündür – lakin bu halda da o, apellyasiya instansiyası məhkəməsindən istədiyi nəticəni aydın ifadə etməli, hansı məhkəmə aktının çıxarılmasını konkret göstərməlidir.
7. İddiaçının apellyasiya şikayətinin məzmunundan anlaşılan odur ki, o, məhkəmənin “övladlığa götürülmə ilə bağlı verilmiş şəhadətnamənin etibarsız sayılması, habelə övladlığa götürülənin doğumu haqqında akt qeydində övladlığa götürmədən əvvəl olmuş məlumatların bərpa olunması” barədə gəldiyi nəticə ilə razılaşmamışdır – bununla belə, şikayətdə qətnamənin ləğv olunması xahiş edilmiş, apellyasiya instansiyası məhkəməsindən hansı məzmunda qətnamə çıxarılmasının istənildiyi müəyyənləşdirilməmişdir. Buna görə də, apellyasiya məhkəməsi hesab etmişdir ki, apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur.
8. Apellyasiy a instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 357.1, 366.2-ci maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
9. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 dekabr 2023-cü il tarixli, 2(103)-7747/2023 nömrəli qərardadının ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 363 və 366-ci maddələri pozulmuşdur. Belə ki, apellyasiya məhkəməsi qəbul etdiyi qərardadda birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayətinin mümk ünsüzlüyü üçün hansı prosessual əsasların olmasını göstərməmiş, hansı maddi və prosessual hüquq normalarının pozulması konkret olaraq göstərməmişdir. İddiaçı tərəfindən məhkəmədə “övladlığa götürmənin ləğv edilməsi” barədə iddia qaldırılmışdır. Birinci instansiya məhkəməsi qətnamənin qət etdi hissəsində iddia tələbinin təmin edilməsini qeyd etsə də, övladlığa götürmənin ləğv edilməsini qətnamədə qeyd etməmişdir. Məhkəmə faktiki olaraq iddia tələbindən kənara çıxmış, iddia tələbində olmadığı halda, məhkəmə həmin qətnamə ilə 20 may 2016-cı il tarixdə Nəsimi Rayon Qeydiyyat Şöbəsi tərəfindən X2 barəsində verilmiş övladlığa götürmə haqqında 22 saylı akt qeydindəki məlumatları ləğv etmiş, övladlığa götürmə barədə verilmiş həmin şəhadətnaməni etibarsız hesab etmişdir. Halbuki, övladlığa götürmən in ləğv edilməsi ilə akt qeydindəki məlumatların ləğv edilməsi ayrı-ayrı hüququ məna daşıyır və fərqli hüquqi nəticələrə səbəb olurlar. Övladlığa götürmə haqqında şəhadətnamə etibarsız hesab oluna bilməz. Yalnız övladlığa götürmə ləğv olunarsa, şəhadətnamə də etibarsız deyil, ləğv oluna bilər. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində bu əsaslara görə qətnamənin qanunsuz olması qeyd edilmiş və qətnamənin ləğv olunması tələb olunmuşdur. Apellyasiya instansiya məhkəməsi işə mahiyyəti üzrə baxmadan qətnamənin qanuni və ya qanunsuz olması nəticəsinə gələ bilməz.
11. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
12. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Tətbiq edilən hüquq:
13. Az ərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 361.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmal arın aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı. 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə ş ikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
14. Məhkəmə kollegiyasının mövqeyinə görə, apellyasiya instansiyası məhkəməsi səlahiyyətləri çərçivəsində iddiaçının apellyasiya şikayətinin mümkünlüyünü yoxlamış və apellyasiyanı qeyri-mümkün hesab etmişdir.
15. Belə ki, apellyasiya şikayətinin nəticə hissəsindən müəyyən olunur ki, iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edilməsini xahiş etsə də, nə kimi qətnamənin qəbul edilməsinin apellyasiya məhkəməsindən istədiyini qeyd etməmişdir. Bununla da, apellyasiya şikayətində Mülki Prosessual Məcəllənin 361.1.4-cü maddəsindən göstərilən məlumatlar öz əksini tapmamışdır.
16. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiyanın qeyri-mümkün hesab edilməsi iddiaçın apellyasiya şikayəti vermək hüququndan məhrum olunması və birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinə qabaqcadan qiymət verilməsi kimi qiymətləndirilə bilməz.
17. Belə ki, apell yasiya məhkəməsinin də göstərdiyi kimi, iddiaçının onun xeyrinə olan məhkəmə aktının maddi-hüquqi əsaslandırmasından və ya məhkəmənin prosessual pozuntuya yol verilməsi əsası ilə apellyasiya şikayəti vermək hüququ vardır. Lakin, belə halda o, bunu əsaslandırmalı və apellyasiya instansiyası məhkəməsindən istədiyi nəticəni aydın ifadə etməlidir ki, hazırki apellyasiya şikayətində belə xahiş ifadə olunmamışdır.
18. Bu səbəbdən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının şikayətinin qeyrimümkün hesab edilməsinə dair apellyasiya məhkəməsinin qərardadı qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilən hallar qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən, kassasiya şikayəti isə təmin edilmədən sax lanılmalıdır.
19. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 dekabr 2023-cü il tarixli, 2(103)-7747/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.