Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-663/2025 30.01.2025 ALİ MƏHKƏMƏ QƏRARDAD (kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi hakim), Babayev Zəki Baba oğlu və X1 ibarət tərkibdə, İddiaçı tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4684/2024 nömrəli, 7 oktyabr 2024-cü il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayəti qanunla müəyyən edilmiş məzmunda tərtib edilmədiyi üçün geri qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 407.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində şikayət i verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması göstərilməlidir. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Hazırkı kassasiya şikayətində isə işin faktiki halları sadalanmaqla, hər hansı normaya istinad edilməmiş, maddi və prosessual hüquq normalarının düzgün tə tbiq edilməməsinin nədən ibarət olması göstərilməmişdir. Bu hal kassasiya şikayətinin MPM-nin 407.1.4-cü maddəsinin tələblərinə uyğun tərtib olunmadığına dəlalət edir. MPM-nin 408.1.5-ci maddəsinə görə, kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Ona görə də kassasiya şikayətinin icraata qəbul olunmasından imtina edilməli və şikayət geri qaytarılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Qeyd olunanları nəz ərə alaraq və MPM-in 404-1.2 və 407-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4684/2024 nömrəli, 7 oktyabr 2024-cü il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və geri qaytarılması üçün iş həmin məhkəməyə göndərilsin.
Məhkəmə qərarları › İş №2(102)-663/2025
Ali Məhkəmə Qərardad — İş №2(102)-663/2025
30.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver