Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-664/2024 05.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk tələbinə dair, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ İş № 2(102)-664/2024 Açar sözlər:: özbaşına tikilinin sökülməsi, fiziki şəxslərin törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət (real zərər, mənəvi zərərin əvəzinin ödənilməsinə dair tələb (fiziki şəxslərin törətdiyi mülki hüquq pozuntusu) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi, özbaşına tikilinin sökülməsi barədə ilk iddia tələbi, Cavabdeh İddiaçı qarşı özbaşına tikilinin sökülməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5595/2023 saylı iş üzrə, 4 oktyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətlərinə 05 aprel 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi, ev 41, mənzil 9 xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyatdan keçirilmişdir.
2. Bakı şəhəri, Xaqani küçəsi, 41 saylı evin 37 saylı mənzili X2 adına xüsusi mülkiyyət kimi hüququ qeydiyyatdan keçirilmişdir.
3. Səbail rayon İcra Hakimiyyətinin Başçısının 15 dekabr 1994-cü il tar ixli sərəncamı ilə, Xəqani küçəsi 41, mənzilin 37-də sanitar qovşağının /1,5x3m/ ölçüdə genişləndirilməsi haqqında idarələrarası komissiyanın 3 dekabr 1994-cü il tarixli rəyi təsdiq edilmiş və vətəndaş Cavabdeh sanitar qovşağının genişləndirilməsinə icazə verilmişdir. 4. xx.xx.2022-ci il tarixli akta əsasən, Səbail rayonu 4 saylı MKİS-nin mühəndisi Nazim Mustafayev, sahə bələdçisi Əsədulla Məmmədov, Səbail rayon Xaqani 41, mənzil 37a-nın sahibi X4 həmin ünvana şikayət əsasında tərəflərindən keçirilmiş texniki baxış zamanı, vanna otağının sanitar qovşağından su axıntıları nəticəsində alt mərtəbədə yaşayan 9-cu mənzilin vanna otağına uzun müddət su axıntıları nəticəsində tavanı və divarları yararsız hala düşməsi müəyyən olunmuşdur. Həmin aktda imza yerində X2 adı göstərilməmiş, İddiaçı isə a ktı imza etməmişdir.
5. MKTD Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin ünvan 2 ünvanında yaşayan Rahim Quliyevə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, ərizəçinin sanitar qovşağının qəzalı vəziyyətə düşməsi barədə müraciəti baxılması üçün Səbail rayon MKTB-nə göndərilmiş, sözügedən ünvana tərəflərindən baxış keçirilən zamanı birinci mərtəbədə yerləşən bərbərxananın daxilində hər hansı bir dəyişikliyin aparılması aşkarlanmamışdır. Ərizəçinin nəzərinə çatdırılır ki, həyətdəki su və kanalizasiya xətlərinin üst hissəsinin qeyri-qanuni bərbərxananın sahibi tərəfindən bağlandığı üçün ona xəbərdarlıq edilmişdir. 6. "xxxx" ASC Səbail rayon Sukanal İdarəsinin ünvan 2 ünvanında yaşayan Rahim Quliyevə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Xaqani küçəs i 41 ünvanında su və kanalizasiya xəttinin yaxınlığında inşa edilmiş obyektə idarənin əməkdaşları tərəfindən texniki baxış keçirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurulmuş maddi ziyanın əvəzi kimi 7000 manatın, mənəvi ziyanın əvəzi kimi 2000 manat olmaqla cəmi 9000 manat məbləğində zərərin və ödənilmiş 110 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İlkin iddia üzrə iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 5 ünvanında yerləşən 9 saylı mənzilin sahibidir və hüquqları dövlət qeydiyyatına alınmışdır. Qonşusu, Cavabdeh qəsdən davamlı olaraq onun əmlakına zərər vurur və bu gün də qanunsuz əməl lərini davam etdirir. Belə ki, bu şəxs dəfələrlə öz mənzilinin vanna otağından onun mənzilinə su axıdaraq ona maddi zərər vurmaqla yanaşı qanunsuz əməllərini dayandırması ilə bağlı onun haqlı tələbinə məhəl qoymayıb qonşuların yanında onu nalayiq sözlərlə təhqir edir, ona qarşı qanunsuz əməlini bundan sonra da qəsdən davam etdirəcəyini bildirməklə ona mənəvi zərər də vurur. Beləliklə də, cavabdeh onun qanunla qorunan mülkiyyət hüququnu pozur. Onun mənzilinə zərər dəyməsi barədə xx.xx.2022-ci il tarixdə onun, Səbail rayon 4 saylı MKİS-nin mühəndisi Nazim Mustafayevin və sahə bələdçisi Əsədulla Məmmədovun iştirakı ilə məzilinə baxış keçirilərək akt tərtib edilmişdir. Mənzilidə baxış zamanı ona maddi ziyanın (material və usta xərci) ümumi məbləği 7000 (yeddi min) manat qiymətləndirilmişdir. O, maddi ziyanla yanaşı cavabdehdən keçirdiyi mənəvi iztirablara görə, daima depressiyada olduğuna görə 2000 manat da mənəvi ziyan tələb edir. Hesab edir ki, cavabdehdən maddi ziyanla yanaşı mənəvi ziyanı da tələb etməyi qanundan irəli gələn haqqıdır. Cavabdeh qanunsuz əməlindən əl çəkib ona vurduğu maddi və mənəvi zərəri könüllü olaraq ödəmədiyinə görə hüquqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
9. Cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək, İddiaçı tərəfindən ünvan 5 ünvanda yerləşən 9 saylı mənzilə bitişik, ona məxsus mənzilin sanitar qovşağının altında və sanitar qovşağın dəmir dirəklərinə qaynaq edilmək yolu ilə özbaşına inşa edilmiş tikilinin, həmin ünvanda, binaya girişdə, onun mənzilinə gələn su xəttinə qoyulmuş sayğacın istifadəsini məhdudlaşdıran, kanalizasiya borularına nəzarəti çətinləşdirən tikililərin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, ev 41 ünvanda yerləşən, 37 sayı mənzil onun xüsusi mülkiyyətidir. Həmin mənzilə dair ona Azərbyacan Respublikası BŞİH Başçısı Aparatının Texniki İnventarlaşma və Mülkiyyət Hüquqlarının Qediyyaiı İdarəsi tərəfindən xx.xx.1995-ci il tarixdə qeydiyyat vəsiqəsi verilmişdir. Adıçəkilən mənzildə həyat yoldaşı ilə birlikdə yaşayır. Mənzil iki otaqdan, mətbəx, sanitar qovşaq və mənzilə girişdən ibarətdir. Mənzilin sanitar qovşağı kiçik olduğundan hələ 1994cü ildə Bakı şəhəri Səbail RİH Başçısı na müraciət edib sanitar qovşağın genişləndirilməsinə icazə verilməsini xahiş etmişdir. Müvafiq sənədləşmədən sonra Bakı şəhəri Səbail RİH Başçısı idarələrarası komisiyanın rəyinə əsaslanıb mənzilində olan sanitar qovşağın genişləndirilməsinə dair xx.xx.1994-cü il tarixdə 4207 №-li sərəncam vermişdir. Təsdiq olunmuş rəyə və eskizə uyğun tikinti işləri apararaq mənzilində olan sanitar qovşağı genişləndirmişdir. Mülkiyyətində olan mənzilin binanın 2-ci mərtəbəsində yerləşməsini nəzərə alaraq, genişlənən sahəni həmin səviyyədə saxlamaq üçün dəmir borulardan istifadə olunmuş, əsas yük daşıyıcı olan iki ədəd dəmir borulardan binanın divarına döşəmə altı dəmirlər qaynaq edilmiş, beton tökməklə sanitar qovşağın döşəməsi tikilmiş, divar hörülmüş, digər tikinti işləri görülmüşdür. Ötən müddət ərzin də apardığı tikinti ilə bağlı hər hansı hadisə olmamışdır. Bununla belə, son dövrlərdə cavabdeh İddiaçı hərəkətləri nəticəsində onun mənzili üçün təhlükə yaranmış, qeyd etdiyi sanitar qovşaq uçmaq təhlükəsi ilə üz-üzrə qalmışdır. Belə ki, sözügedən 41 saylı evin 1-ci mərtəbəsində yaşayan, 9 saylı mənzilin sahibi cavabdeh İddiaçı tərəfindən onun sanitar qovşağının əsas yük daşıyıcı dirəyi rolunu oynayan iki ədəd dəmir boruya müdaxilələr edilmiş, sanitar qovşağın altında özbaşına inşa olunmuş tikili həmin dəmir borulara qaynaq edilməklə onlar əlavə yüklənmiş, dəmir borular suvaqla örtülmüş, çatlamış suvaq çox zaman nəm olduğundan boruların paslanmasına və sıradan çıxmasına gətirib çıxarmışdır. Ondan fərqli olaraq cavabdeh İddiaçı evin 1-ci mərtəbəsində apardığı tikinti işlərinə dair muvarıq dövlət orqanından rəsmi qaydada icazə almamışdır. Özbaşına tikinti işləri aparmaq nəticəsində onun mənzilimin bir hissəsi uçmaq təklükəsi ilə üzləşmiş, mənzilində çatlar əmələ gəlmiş, sanitar qovşaq binadan aralanmışdır. Cavabdehin özbaşına inşa etdiyi tikililər onun mənzilinin bir hissəsinin uçmasına və hadisə baş verəcəyi təqdirdə təsadüfi insan tələfatının ola biləcəyinə şərait yaratmışdır. Bundan başqa, binaya giriş tərəfdən onun mənzilinə gələn su xəttinə qoyulmuş sayğacın istifadəsi cavabdeh İddiaçı özbaşına apardığı digər qanunsuz tikililər nəticəsində mümkün olmamış, onun su təsərrüfatına nəzarət edən orqanların həmin cihaza nəzərət etmələrinin qarşısı alınmışdır. Cavabdehin özbaşına inşa etdiyi tikililər nəticəsində o, faktiki işlətdiyi su məsrəfini ödəmək əvəzinə, müvafiq dövlət orqanı tərəfindən müəyyən olunmuş normaya uyğun lüzumsuz ödənişləri köçürmək məcburiyyətində qalmışdır ki, bu da ailə büdcəsinə ziyan vurmaqla nəticələnir. Bundan başqa, mənzildən çıxan kanalizasiya borularının da üstü cavabdehin özbaşına tikinti aparmaq səbəbi ilə örtülmüş, onların faktiki vəziyyətinə nəzarət etmək mümkün olmamışdır. Dəfələrlə müraciət və xəbərdarlıq etməsinə baxmayaraq, cavabdeh İddiaçı qeyd olunan ünvandakı mənzili icarəyə verməklə istifadə edən qızı Nümayəndə1 onun qanuni tələblərini yerinə yetirməmiş, özbaşına apardığı qanunsuz tukililəri sökməmiş, onun ailəsinin və digər sakinlərin rahat yaşaması üçün mövcud olmuş şəraiti bərpa etməmişdir. Yaranmış vəziyyət mübahisənin məhkəmə yolu ilə nizama salınmasını zəruri etmişdir. Hesab edir ki, məhkəmə cavabdeh İddiaçı tərə findən ünvan 5 ünvandakı evin 1-ci mərtəbəsində olan 9 saylı mənzilinə bitişik inşa etdiyi özbaşına tikililərin, habelə binanın girişinə onun su xəttində qoyulmuş sayğacın istifadəsini məhdudlaşdıran, kanalizasiya borularına nəzarəti çətinləşdirən tikililərin sökülməsi və mövcud texniki pasporta uyğun vəziyyətə gətirilməsi barədə qətnamə qəbul etməlidir.
11. Daha sonra İddiaçı məhkəməyə tələbin həcminin artırılması barədə ərizə ünvanlayaraq bildirmişdir ki, vurulmuş ziyanın ödənilməsi ilə yanaşı, Cavabdeh İddiaçı mənzilinin üzərində inşa etdiyi özbaşına tikilinin onun hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə ki, bu özbaşına tikili İddiaçı mənzilinə ağırlıq verərək, binanın 4 yerdən divarlarda təhlükəli çatlar verməsinə səbəb olub. İddiaçı mənzilinin altı gedi ş gəliş yeri olduğundan keçiddən keçən minlərlə adamların həyatıni təhlükə altına salıb. Belə olan vəziyyətdə iddianın dəqiqləşdirilməsi zərurəti yarandığı üçün hazırkı ərizəni məhkəməyə təqdim etməklə ilkin iddianın təmin edilərək, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X1 vurulmuş maddi ziyanın əvəzi kimi 7000 manat, mənəvi ziyanın əvəzi kimi 2000 manat, ödənilmiş 110 manat dövlət rüsumunun ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı xeyrinə tutulması, X5 Xəlilovanın mənzili üzərində inşa etdiyi özbaşına tikilinin onun hesabına sökülməsi və qarşılıqlı iddianın rədd edilməsi barədə qənamə çıxarılmasını xahiş etmişdir.
12. X4 məhkəməyə iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsindəki 41 sa ylı binanın 1-ci mərtəbəsində yerləşən cavabdeh İddiaçı məxsus 9 saylı mənzilə bitişik özbaşına tikili kimi inşa edilmiş sanitar qovşağının alt hissəsində cavabdehin hesabına əlavə yüksaxlama işlərinin aparılması, qaynaq və suvaq işlərini sökmək yolu ilə həmin tikilinin Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsindəki 41 saylı binanın 2-ci mərtəbəsində yerləşən 37 saylı mənzilinin sanitar qovşağının iki ədəd dəmir dirəklərdən ayrılması, onun sanitar qovşağı ilə cavabdehin özbaşına tikilisi arasındakı boşluğun açılması, cavabdeh İddiaçı tərəfindən Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsindəki 41 binanın 1-ci mərtəbəsində yerləşən 9 saylı mənzilə bitişik, ona məxsus mənzilin sanitar qovşağının altında və sanitar qovşağın dəmir dirəklərinə qaynaq və suvaq edilmiş özbaşına inşa edilmiş tikilini n sökülməsi, həmin ünvanda, binaya girişdə, onun mənzilinə gələn su xəttinə qoyulmuş sayğacın istifadəsini məhdudlaşdıran, kanalizasiya borularına nəzarəti çətinləşdirən tikililərin cavabdehin hesabına sökülməsi barədə qənamə çıxarılmasını xahiş etmişdir.
13. İlkin iddia üzrə iddiaçı, qarşlıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə3 qarşılıqlı iddiaya etirazını məhkəməyə ünvanlayaraq, qarşılıqlı iddia tələbinin əsassız olduğundan rədd edilməsini, ilkin iddia tələbinin təmin edilməsini xahiş etmiş və etirazında göstərmişdir ki, İddiaçı ərazidə hər hansı özbaşına tikili inşa etməmişdir. Məhkəməyə təqdim etdiyi iddiaçının mənzilinin texniki pasportundan da göründüyü kimi su axıdılan sahə onun mülkiyyətindədir. İddiaçı mənzlinin vanna otağına 37 saylı mənzilin vanna otağı ndan su axması, nəticədə mənzilinin vanna otağının tavan və divar hissəsinə dəymiş zərərin həcminin müəyyən edilməsi üçün müvafiq ekspertiza təyin edilməsini xahiş etsə də Cavabdeh istər ilkin istərsə də qarşılıqlı tələb üzrə sübut təqdim etməyib ekspertiza təyin olunmasına etiraz etmişdir. Halbuki istər su axımı, istərsə də dəymiş maddi ziyanının həcminin müəyyən edilməsi xüsusi bilik sahəsi olub bu sahədə ixtisaslamış mütəxəssis tərəfindən müəyyən edilməlidir. Cavabdeh ilkin iddiaya mülahizəsində İddiaçınm məhkəməyə müraciətindən bir neçə gün sonra Səbail rayon 4 saylı MKİS-nin mühəndisi N.Mustafayev onun mənzilindən aşağı qonşuya su axması barədə ona müraciət etdiyini etiraf etmiş və İddiaçı 9 saylı mənzilinə ziyan vurmaması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bu səbə bdən də hesab edir ki, qarşlıqı iddia ərizəsi tamamilə əsassızdır. Qeyd olunanları nəzərə alaraq ilkin iddianın təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Məhkəmə icraatı zamanı Səbail rayon MKTB 4 saylı MKİS-nin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Səbail rayon MKTB 4 saylı MKİS-ə Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, ev 41, mənil 37 ilə bağlı daxil olmuş ərizəyə cavab olaraq, xx.xx.2022-ci il tarixdə sözügedən ünvana baxış keçirildiyu, bu zaman vanna otağında borular keçən hissələrin üstü açılmış köhnə çuqun boruların üst hissəsində su axıntısı və həmin hissədə nəmişlik aşkar edilmədiyi, sonradan ev sahibi tərəfindən borular yeni plastik borularla əvəz olunması və döşəmədə nəmliyin olmaması müəyyən edilmişdir.
15. Birinci instansiya məhkəməsinin qərardadı əsasında məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/8714 saylı, 17 mart 2023-cü il tarixli ekspert rəyindən görünür ki, X3 məxsus Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, ev 41 ünvanında yerləşən 37 saylı mənzilin vanna otağından və ya mənzilin hər hansı hisəsindən İddiaçı məxsus ünvan 6 mənzilin vanna otağına və ya hər hansı hissəsinə su sızma halı baş vermədiyi müəyyən edilmişdir. Eyni zamanda qeyd olunur ki, mülki iş materialında Azərbaycan Respublikası İcra Hakimiyyyəti Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamenti Səbail Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 4 saylı MKİS-nin əməkdaşları tərəfindən tər tib edilmiş xx.xx.2022-ci il tarixli arayışın məlumatlarını nəzərə alaraq, Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, ev 41 ünvanında yerləşən 37 saylı mənzildən 9 saylı mənzilə suyun sızmadığı müəyyən edilmişdir. ünvan 6 mənzilin sanitar qovşağının dam örtüyü üzərində yaşayış evinə (binaya) aid təbii çöküntülərinin axıdılması üçün borunun yerləşdiyini nəzərə alaraq həmin borudan təbii çöküntülərin axıdılması səbəbindən oİduğu müəyyən edilir. ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsində su sızma nəticəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 450,0 manat məbləğində müəyyən edilir. ünvan 6 ünvanında inşa edilmiş tikilinin (sanitar qovşağı) inşa olunmasına dair müvafiq icra hakimiyyəti or qanlarından icazə sənədləri olmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160№-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının” 4.1. və 4.2. bəndlərinə uyğun inşa olunmadığından tikinti norma və qaydalarına uyğun olunmadığı müəyyən edilir. İddiaçı məxsus 9 saylı mənzilin sanitar qovşağına aid dəmirlər, yükün saxlamaq üçün həmin ünvandakı 37 saylı mənzilin yük daşıyıcı rolunu oynuyan dəmir dirəklərinə qaynaq olunduğu müəyyən edilmiş və həmin dəmir dirəklərin yükün artırılmasına səbə b olduğu müəyyən edilir. Cavabdeh məxsus 37 saylı mənzilə məxsus su xəttinə qoyulmuş sayğacın və kanalizasiya borularının qarşısında inşa edilmiş tikili su sayğacına və kanalizasiya borularına nəzarəti məhdudlaşdırdığı müəyyən edilir.
16. Bakı şəhəri Səbal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 22 iyun 2023-cü il tarixli, 2(009)-187/2023 nömrəli qətnaməsi ilə (hakim Mədinə Bağırova) ilk iddia tələbi təmin edilməmiş, qarşılıqlı iddia qismən təmin edilərəkBakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, 41 saylı binanın 1-ci mərtəbəsində yerləşən qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məxsus 9 saylı mənzilə bitişik özbaşına tikili kimi inşa edilmiş sanitar qovşağın alt hissəsində İddiaçı hesabına əlavə yüksaxlama işlərinin aparılması, həmin özbaşına tikilinin fasad hissəs ində qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məxsus 37 saylı mənzilin yükdaşıyıcı dəmir borularının üzərindəki suvağın (borular keçən hissədə) sökülməsi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məxsus 9 saylı mənzilə bitişik özbaşına tikili ilə onun üzərində qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məxsus 37 saylı mənzilin sanitar qovşağı arasındakı boşluq qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı hesabına açılması, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən həmin ünvanda binaya girişdə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məxsus 37 saylı mənzilə gedən su xəttinə qoyulmuş sayğacın istifadəsini məhdudlaşdıran, kanalizasiya borularına nəzarəti çətinləşdirən tikililər qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı hesabına sökülməsi qət edilmişdir.
17. Məhkəmə ilkin iddia tələbi ilə bağlı qeyd etm işdir ki, İddiaçı Cavabdeh qanunsuz hərəkətləri nəticəsində onun mənzilinə zərər vurulduğunu iddia etsə də, bu hal məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında öz təsdiqini tapmamışdır.
18. Məhkəmə tikinti-texniki ekspertizasının ekspert rəyinə hüquqi qiymət verərək hesab etmişdir ki, İddiaçı mənzilinə zərərin Cavabdeh mənzilindən su axıdılması nəticəsində dəyməsi öz təsdiqini tapmadığından, iddiaçının cavabdehə qarşı maddi ziyanın əvəzi kimi 7000 manatın ödənilməsi hissəsində iddiası əsassızdır, ona görə də, təmin edilə bilməz.
19. Məhkəmə iddia tələbinin mənəvi ziyan hissəsi ilə bağlı qeyd etmişdir ki, maddi ziyan tələbi hissəsində iddia təmin olunmadığı üçün mənəvi ziyan tələbi hissəsində də iddia təmin edilmədən saxlanılmalıdır.
20. Həmçinin məhkəmə, iddianın cavabdeh Ruhəngiz Hacıyevanın onun sanitar qovşağının üzərində inşa etdiyi özbaşına tikilinin onun hesabına sökülməsi tələbi ilə bağlı qeyd etmişdir ki, cavabdeh mənzilində olan sanitar qovşağının genişləndirilməsi buna lazımi icazələr alınmaqla həyata keçirildiyi üçün özbaşına tikili kimi sayıla bilməz. Bu səbəbdən, iddiaçının həmin tələbi də əsassızdır və təmin edilməməlidir.
21. Məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia üzrə mülkiyyətin müdafiəsinin hüquqi əsaslarını nəzərdə tutan Mülki Məcəllənin 157.4-cü maddəsinin dispozisiya şərtləri müəyyən edildiyindən, qarşılıqlı iddia qismən təmin edilməli, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh hüquqları bərpa olunmalı, 9 saylı mənzilə bitişik özbaşına tikili kimi inşa edilmiş sanitar qovşağın alt hissəsində əlavə yüksaxlama işləri aparılması, həmin özbaşına t ikilinin fasad hissəsində Cavabdeh məxsus 37 saylı mənzilin yükdaşıyıcı dəmir borularının üzərindəki suvağın (borular keçən hissədə) sökülməsi, İddiaçı məxsus özbaşına tikili ilə onun üzərində Cavabdeh məxsus mənzilin sanitar qovşağı arasındakı boşluğun açılması, həmin ünvanda binaya girişdə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məxsus 37 saylı mənzilə gedən su xəttinə qoyulmuş sayğacın istifadəsini məhdudlaşdıran, kanalizasiya borularına nəzarəti çətinləşdirən tikililərin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı hesabına sökülməsi vəzifəsi onun üzərinə qoyulmalıdır.
22. Belə ki, məhkəmə tərəfindən mübahisəli ünvana baxış zamanı müəyyən olunmuşdur ki, iddiaçıya məxsus Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, ev 41, mənzil 9 binanın birinci mərtəbəsində yerləşir və mənzilə əlavə tikilmiş sanitar qovşaq cavabdehə məxsus mənzilin əlavə inşa edilmiş sanitar qovşağının altında yerləşir və cavabdehə məxsus sanitar qovşağının əsas yük daşıyıcısı olan iki dəmir boruya söykənir. İddiaçı məxsus sanitar qovşaq hissəsində dəmir boruların üstü suvaqla örtülmüşdür. Həmçinin yerli baxış zamanı cavabdehə məxsus su sayğacının qarşısında aparılmış tikili nəticəsində su sayğacına nəzarətin qarşısı alındığı, eləcə də, kanalizasiya borularının üstünün iddiaçı tərəfindən aparılmış tikinti nəticəsində örtüldüyü müəyyən olunmuşdur.
23. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 60, 33, 13 və 29-cu: Azərbaycan Respublikası Mülki Məcəlləsinin21, 1096,1097.1. 1111.2, 180.1, 152.1, 152.5, 152.6, 157.4; İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi h aqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 14.2, 77.1, 88, 217.4, 216220 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
24. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və ilkin iddianın tam təmin və qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
25. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, o qarşılıqlı iddiaya münasibət bildirərək ilk növbədə ərazidə özbaşına tikili inşa etmədiyini, su axıdılan sahənin isə onun mülkiyyətində olduğunu qeyd etmişdir. (texniki pasport işə əlavə edilmişdir.) Bununla yanaşı İddiaçı mənzlinin vanna otağına 37 saylı mənzilin vanna otağından su axması, nəticədə mənzilinin vanna otağının tavan və divar hissəsinə dəymiş zərərin həcminin müəyyən edilməsi üçün ekspertiza təyin edilməsini xahiş etsə də, Ruhəngiz Hacıyeva ekspertiza təyin olunmasına etiraz etmişdir. Halbuki, Ruhəngiz Hacıyeva iddiaya mülahizəsində İddiaçı məhkəməyə müraciətindən sonra Səbail rayon 4 saylı MKİS-nin mühəndisi N.Mustafayevə onun mənzilindən aşağı qonşuya su axmasını etiraf etmişdir. Məhkəmə qulluq mövqeyindən istifadə edib onun hüquqlarını və prosessual qanunvericiliyin tələbini pozub qarşılıqlı iddia üzrə iddiaçının sübut edə bilmədiyi tələbinin təmin olunması barədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. İşin hallarından göründüyü kimi X8 Xəlilovaya vurduğu ziyanı ödəməlidir və bu işin halları ilə tam subut olunur. Məhkəmə normanın (MPM 88-ci maddə) tələbini poz araq qarşılıqlı iddia tələbinə sübutlar əsasında deyil cavabdeh Ruhəngiz Hacıyeva və nümayəndəsinin əsaslandırılmamış izahatı və mülahizəsi əsasında qiymət vermişdir. Mülki iş materiallarından göründüyü kimi qarşılıqlı iddia tələbi əsaslandırılmamış və Ruhəngiz Hacıyeva tələbini sübut edə bilməmişdir. Məhkəmə işə baxarkən hüquq normalarının tələbini pozmaqla yanaşı gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır. Məhkəmə İddiaçı mənzilə dəymiş zərərin həcmini və dairəsini tam müəyyən etməmişdir. Məhkəmə əsaslandırlamış ekspert rəyinə əsaslanıb ilkin iddianı rədd etmişdir. Ekspert rəyi isə tam aydın və dəqiq deyil. Məhkəmə onun mənzilinə dəymiş real zərəri müəyyən etsə də, o bu barədə təkrar vəsatət versə də, təkrar vəsatəti təmin etməyib işə formal baxmışdır. 2
6. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra-apellyasiya instansiyası məhkəməsi) 4 oktyabr 2023-cü il tarixli, 2(102)-5595/23 nömrəli qətnaməsi ilə (hakimlər Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Fuad Abdıyev və Fərrux Qasımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
27. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd etmişdir ki, İddiaçı Cavabdeh qanunsuz hərəkətləri nəticəsində onun mənzilinə zərər vurulduğunu iddia etsə də, bu hal məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında öz təsdiqini tapmamışdır.
28. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının tələbinin əsası kimi gösərdiyi hallar iş materialları ilə öz təsdiq ini tapmamış, iş üzrə ekspertiza təyin edilərək, ekspert rəyi alınmasına baxmayaraq X3 məxsus Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, ev 41 ünvanında yerləşən 37 saylı mənzilin vanna otağından və ya mənzilin hər hansı hisəsindən İddiaçı məxsus ünvan 6 mənzilin vanna otağına və ya hər hansı hissəsinə su sızma halı baş vermədiyi müəyyən edilmişdir. Su sızmasının 9 saylı mənzilin sanitar qovşağının dam örtüyü üzərində yaşayış evinə (binaya) aid təbii çöküntülərinin axıdılması üçün borudan təbii çöküntülərin axıdılması səbəbindən oİduğu müəyyən edilmişdir.
29. Kollegiya hesab etmişdir ki, ekspert rəyi ilə də iddiaçıya dəymiş zərərin yaranmasında Cavabdeh təqsiri müəyyən edilmədiyindən, zərərin onun hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsini təsdiqləyən hər hansı bir mötəbər süb ut mövcud olmadığından yəni, iddiaçının tələbinin qanuni əsaslarının dispozitiv şərtlərinin mövcudluğu öz təsdiqini tapmadığından kollegiya hesab edir ki, məhkəmə ilkin iddia tələbinin maddi zərərlə bağlı təmin edilməyən hissəsində düzgün nəticəyə gəlmişdir.
30. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, cavabdeh tərəfindən hər hansı hüquqa zidd əmələ yol verilmədiyi müəyyən olunduğundan, həmçinin, mənəvi zərərlə bağlı tələb ilkin maddi zərərlə bağlı iddia tələbi ilə əlaqəli olduğundan iddia mənəvi zərərin ödənilməsi hissəsində də düzgün olaraq təmin edilməmişdir. Kollegiya iddiaçının ekspert rəyi ilə razılaşmaması ilə bağlı dəlilini əsassız hesab edərək qeyd etmişdir ki, o, işdə olan ekspert rəyini şübhə altına ala biləcək heç bir mötəbər sübut təqdim etməmişdir.
31. Məhkəmə kollegiy ası iddia tələbinin Cavabdeh onun sanitar qovşağının üzərində inşa etdiyi özbaşına tikilinin onun hesabına sökülməsi tələbi ilə bağlı hissəsini də əsassız hesab edərək qeyd etmişdir ki, iş materiallarından müəyyən edilir ki, Cavabdeh mənzilində olan sanitar qovşağının genişləndirilməsinə icazə verilməsi üçün 1994-cü ildə Bakı şəhəri Səbail RİH Başçısına müraciət etmiş və Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin Başçısının 15 dekabr 1994-cü il tarixli, 4207 nömrəli sərəncamı ilə Səbail rayonu, Xəqani küçəsi 41, mənzilin 37-də sanitar qovşağının /1,5x3m/ ölçüdə genişləndirilməsi haqqında idarələrarası komissiyanın 3 dekabr 1994-cü il tarixli rəyi təsdiq edilərək, Cavabdeh sanitar qovşağının genişləndirilməsinə icazə verilmişdir.
32. Məhkəmə kollegiyası həmçinin qarşılıqlı iddia tələbin in təmin edilən hissəsində də məhkəmənin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iş materiallarının araşdırılması, eyni zamanda məhkəmə tərəfindən mübahisələndirilən tikiliyə yerli baxış zamanı müəyyən edilmişdir ki, İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, ev 41, mənzil 9 binanın birinci mərtəbəsində yerləşir və mənzilə əlavə tikilmiş sanitar qovşaq Cavabdeh məxsus mənzilin əlavə inşa edilmiş sanitar qovşağının altında yerləşir və Cavabdeh məxsus sanitar qovşağının əsas yük daşıyıcısı olan iki dəmir boruya söykənir. İddiaçı məxsus sanitar qovşaq hissəsində dəmir boruların üstü suvaqla örtülmüşdür. Yerli baxış zamanı cavabdeh İddiaçı məxsus su sayğacının qarşısında aparılmış tikili nəticəsində su sayğacına nəzarətin qarşısı alındığı, eləcə də, kanalizasiya borularının üstünün iddiaçı tərəfindən aparılmış tikinti nəticəsində örtüldüyü müəyyən olunmuşdur
33. Kollegiya qarşılıqlı iddianın qismən təmin edilən hissəsində məhkəmənin mövqeyini qanuni və əsaslı hesab edərək, qeyd edir ki, məhkəmə 9 saylı mənzilə bitişik özbaşına tikili kimi inşa edilmiş sanitar qovşağın alt hissəsində əlavə yüksaxlama işləri aparılması, həmin özbaşına tikilinin fasad hissəsində Cavabdeh məxsus 37 saylı mənzilin yükdaşıyıcı dəmir borularının üzərindəki suvağın (borular keçən hissədə) sökülməsi, İddiaçı məxsus özbaşına tikili ilə onun üzərində Cavabdeh məxsus mənzilin sanitar qovşağı arasındakı boşluğun açılması, həmin ünvanda binaya girişdə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məxsus 37 saylı mənzilə gedən su xəttinə qoyulmuş sayğacın istifadəsini məhdudlaşdıran, kanalizasiy a borularına nəzarəti çətinləşdirən tikililərin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı hesabına sökülməsi vəzifəsinin onun üzərinə qoyulması ilə bağlı düzgün nəticəyə gəlmişdir.
34. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
35. İddiaçı (vəkil Nümayəndə3) apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən apellyasya baxışına qaytarılması barədə qərar qəbul edəlməsini xahiş edir.
36. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eyni əsaslandırılmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
37. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi
38. Maddə 21.1.Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
39. Maddə 21.2.Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozul muş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür
40. Maddə 1096.Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
41. Maddə 1097.1.Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfin dən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
42. Maddə 1111.2.Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir.
43. Maddə 180.1.Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
44. Maddə 152.1.Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dai r sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
45. Maddə 152.5.Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
46. Maddə 152.6.Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.
47. Maddə 15 7.4.Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər.
48. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmal ı və onlardan istifadə etməlidir.
50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
51. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
52. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
53. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
54. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki halları na uyğun olmamasına istinad etməyə yol verilmir.
55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
56. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4- cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
57. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kas sasiya baxışının hədləri
58. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
59. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
60. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansi yası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
61. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.
62. MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi iddiaçının şikayətinin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
63. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
64. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən s axlanılmalıdır.
65. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 4 oktyabr 2023-cü il tarixli, 2(103)5595/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.