Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-665/2020 30.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, cavabdehin vəkili X3 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(012)4196/2018, hakim Ş.N.Nəcəfova) İddiaçı Cavabdeh qarşı iddiası qismən təmin edilmiş, iddiaçının mülkiyyətində olan XXX ye rləşən 0.1 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının həyata keçirilməsinə cavabdehin müdaxiləsinin qanunsuz hesab edilməsi, həmin torpaq sahəsinin hasarlarının sökülməsinin cavabdehə qadağan edilməsi, həmin torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş qazanxananın onun hesabına sökülməsi, cavabdehdən vurulmuş zərərin əvəzi kimi 751 manat məbləğində pulun alınıb iddiaçıya ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(105)-1927/2019, hakimlər Ş.R.Abasov, A.Ə.Abbasov və E.M.Əhmədov) Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxı lması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: XXX yerləşən 0.1 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Cavabdeh həmin qəsəbədə yerləşən 0,1429 hektar torpaq sahəsinin mülkiyyətçisidir. xx xxxxxxxx 2017-ci il tarixdə İddiaçı Cavabdeh tərəfindən ona məxsus torpaq sahəsinin qanunsuz zəbt edildiyinə, həmin torpaq sahəsində özbaşına tikililər inşa edildiyinə və bununla da ona maddi zərər vurulduğuna istinad edərək cavabdeh tərəfindən onun mülkiyyətinə qanunsuz müdaxilənin qadağan edilməsi, özbaşına tikilinin sökülməsi və maddi ziyanın tutulması barədə hazırki iddianı irəli sürmüşdür. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxşləri n izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarla təsdiq edilən işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş kassator məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı m addəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçı onun mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən tutulduğuna istinad edərək hazırki iddia tələbini irəli sürmüşdür. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Qanunvericiliyin tələblərinə görə mülkiyyətçinin öz əmlakına başqa şəxslərin sahibliyinə yol verməməsi və özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmə si zamanı üç şərtin mövcudluğu tələb olunur: 1. iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır: 2. əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır: 3. özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın rədd olunmasına əsasdır. Azərbaycan Respubikasının Torpaq Məcəlləsinin 65-ci maddəsinin tələblərinə görə torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Qanunvericiliyin tələblərinə görə məhkəmə tərəfindən yalnız torpaq qanunvericiliyinin tələblərinə uyğun olaraq müvafiq sübut hesab edilə bilən rəy alınmaqla, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin sərhədləri yerdə (naturada) müəyyən edilməklə iddiaçının cavabdeh tərəfindən zəbt edildiyini isti nad etdiyi torpaq sahəsi ilə üst-üstə düşüb-düşmədiyi müəyyən edilməklə iddia tələbinin əsaslı olub-olmaması nəticəsinə gəlmək olar. Apellyasiya məhkəməsi tərəfindən alınan Azərbaycan Respubikası ƏMDK yanında X5 və Ünvan Reyestr Xidmətinin xx xxxx 2019-cu il tarixli mütəxəssis rəyi ilə müəyyən edilir ki, torpaq sahələrinin döngə nöqtələrinin koordinatları və torpaq sahəsinin faktiki istifadə vəziyyəti arasında (müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alınmışdır. Pay torpağı kimi verilmiş torpaq sahələrində tikilmiş evlər torpaq sahələrinin naturada (yer üzərində) mövcud olan sərhədlərinin tamamilə itməsinə səbəb olmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq tərəflərə məxsus torpaq sahələrinin rəsmi koordinatlarının üstüstə düşüb-düşməməsinin və tərəflərin biri-birinə məxsus torpaqları zəbt etmə faktının olub-olmamasının cavablandırılması mütəxəssisin səlahiyyətləri daxilində deyildir. Azərbaycan Respubikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən mütəxəssis rəyində qərardadda qoyulmuş suallar cavablandırılmadığından mülki iş icra olunmadan geri qaytarılmışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, ekspertiza tədqiqatı nəticəsində tərəflərə məxsus torpaq sahələrinin rəsmi koordinatlarının üst-üstə düşüb-düşməməsini və tərəflərin biri-birinə məxsus torpaqları zəbt etmə faktının olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri ma hiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-665/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-665/2020
30.01.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver