Məhkəmə qərarları › İş №2(102)-6650/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6650/2019

24.10.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6650/2019 24.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi, İddiaçı və vəkili ƏƏnun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 20 may 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 24 oktyabr 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin MK-nın 29 iyun 2018-cu il tarixli qətnaməsi ilə (hakim R.Mürsəlov, iş № 2(002)-524/2018 saylı mülki iş) iddia təmin edilmiş, Azərbaycan Respublikası Ekologoya və Təbii Sərvətlər Nazirliyi "xxxx" ASC-dən istifadə edilməmiş məzuniyyətə görə 2599(iki min beş yüz doxsan doqquz) manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20.08.2018-ci il qətnaməsi ilə (hakimlər A.İmanov (sədrlik edən, məruzəçi), X.Sarıyev və R.Qurbanov, 2(103)9567/2018 saylı mülki iş) cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-528/2018 saylı iş üzrə 29 iyun 2018-ci il tarixli qətnaməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi "xxxx" ASC-yə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsini n Mülki Kollegiyasının 29.01.2019-cu il tarixli qərarı ilə (sədrlik edən hakimlər İ.Dəmirov, A.İsgəndərov və Ə.Əhmədov, 2( 102)432/2019 saylı mülki iş) cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi "xxxx" ASC-nin kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 9567/2018 saylı, 20.08.2018-ci il qətnaməsi ləğv edilmiş, iş yenidən apellyasiya baxışma qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 20 may 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər F.Ş.Talışınski (sədrlik edən, məruzəçi), Z.Ə.Əliyev və R.Ə.Eyvazov, 2(103)4782/2019 saylı mülki iş) hazırki iş üzrə cavabdeh Azərbaycan Respublikası Ekologoya və Təbii Sərvətlər Nazirliyi "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhk əməsinin 29 iyun 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi "xxxx" ASC-yə qarşı son haqq-hesabın düzgün hesablanaraq ona ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi olaraq ümumilikdə 2599 manat məbləğində pul vəsaitinin cavabdeh təşkilatdan tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya instans iyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı və vəkili ƏƏ kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdehin nümayəndəsi X2 Mülki-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməyərək məhkəmə kollegiyasının iclasına vəkilsiz gəldiyi üçün işin kassasiya baxışında onun izahatı dinlənilmədi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassa siya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. İşdə olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 16454551 saylı şəxsiyyət vəsiqəsinin surət indən görünür ki, İddiaçı 25.01.1977-ci ildə Lerik rayonunda doğulmuş, Bakı şəhəri, ÜNVANnda qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nun Xəzər rayon şöbəsinin 07.12.2017-ci il tarixli 3162 saylı arayışından görünür ki, İddiaçı 01.03.2017-ci il tarixdən ömürlük olaraq üçüncü qrup əlilliyə görə sosial müavinət təyin olunmuşdur. Hal-hazırda 47 manat məbləğində sosial müavinət alır. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi "xxxx" ASC-nin X1 və İstismarı idarəsinin 18 dekabr 2017-ci il tarixli 13/67 saylı arayışından görünür ki, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi "xxxx" ASC-nin Suvarma Sistemlərinin Quraşdırılması və İstismarı İdarəsində 05 yanvar 2010cu il tari xdən fəhlə peşəsinə qəbul olunmuş, aylıq əmək haqqı 256 manatdır. 01 mart 2010-cu il tarixdən sürücü peşəsinə keçirilmiş aylıq əmək haqqı 298 manatdır. 2011-ci ilin yanvar ayı əmək haqqı 298 manat, qalan aylar isə 325 manatdır. 2012-ci ildən 2016-cı ilin yanvar ayına kimi əmək haqqı 325 manat, 2016-cı ilin fevral ayından 2017-ci ilin sentyabr ayına kimi əmək haqqı 351 manat olub və 05.09.2017-ci il tarixdən işdən azad olunmuşdur. İşdə olan əmək müqaviləsindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi "xxxx" ASC-nin X1 və İstismarı idarəsinə 05.01.2010cu il tarixdə fəhlə işinə qəbul edilmişdir. İşdə olan əmək müqaviləsindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi "xxxx" ASC-nin X1 və İstismarı idarəsinə 06.09.2017ci i tarixdə sürücü işinə qəbul edilmişdir. Əmək haqqı 351 manat hesablanmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti 1 saylı region üzrə DƏM-nin İddiaçı ünvanlanmış məktubundan görünür ki, ona məzuniyyətlə bağlı məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nun Xəzər rayon şöbəsinin 29 iyun 2018-ci il tarixli 1294 saylı arayışından görünür ki, İddiaçı 12.01.2005-ci il tarixdən ömürlük üçüncü qrup əlilliyə görə sosial müavinət təyin olunmuşdur. Hal-hazırda 52 manat məbləğində sosial müavinət alır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi "xxxx" ASC-nin X1 və İstismarı idarəsi tərəfindən verilmiş 15.04.2013-cü il tarixli 73/M saylı əmrin surətindən görünür ki, İddiaçı 05.01.2011- 05.012012-ci illlərin iş dövrü hesabına 15.04.2013-cü il tarixdən 05.05.2013-cü il tarixədək, cəmi 21 təqvim günü müddətinə əmək məzuniyyəti verimiş, işə 06.05.2013-cü il tarixdən başlamışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi "xxxx" ASC-nin X1 və İstismarı idarəsi tərəfindən verilmiş 01.07.2014-cü il tarixli 112/M saylı əmrin surətindən görünür ki, İddiaçı 05.01.2012- 05.012013-cü illlərin iş dövrü hesabına 01.07.2014-cü il tarixdən 21.07.2014-cü il tarixədək, cəmi 21 təqvim günü müddətinə əmək məzuniyyəti verimiş, işə 22.07.2014-cü il tarixdən başlamışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi "xxxx" ASC-nin X1 və İstismarı idarəsi tərəfindən verilmiş 01.12.2014-cü il tarixli 208/M sayl ı əmrin surətindən görünür ki, İddiaçı 05.01.2013- 05.01.2014-cü illlərin iş dövrü hesabına 01.12.2014-cü il tarixdən 21.12.2014-cü il tarixədək, cəmi 21 təqvim günü müddətinə əmək məzuniyyəti verimiş, işə 22.12.2014-cü il tarixdən başlamışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi "xxxx" ASC-nin X1 və İstismarı idarəsi tərəfindən verilmiş 23.05.2016-cı il tarixli 65/M saylı əmrin surətindən görünür ki, İddiaçı 05.01.2014- 05.01.2015-ci illlərin iş dövrü hesabına 23.05.2016-cı il tarixdən 13.06.2016-cı il tarixədək, cəmi 21 təqvim günü müddətinə əmək məzuniyyəti verimiş, işə 14.06.2016-cı il tarixdən başlamışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi "xxxx" ASC-nin X1 və İstismarı idarəsi tərəfindən verilmiş 01.12.2016-cı il tarixli 163/M s aylı əmrin surətindən görünür ki, İddiaçı 05.01.2015-05.01.2016-cı illlərin iş dövrü hesabına 01.12.2016-cı il tarixdən 21.12.2016-cı il tarixədək, cəmi 21 təqvim günü müddətinə əmək məzuniyyəti verimiş, işə 22.12.2016-cı il tarixdən başlamışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi "xxxx" ASC-nin X1 və İstismarı idarəsi tərəfindən verilmiş 01.03.2011-ci il tarixli 029/M saylı əmrin surətindən görünür ki, İddiaçı 05.01.2010- 05.01.2011-cı illlərin iş dövrü hesabına 01.03.2011-ci il tarixdən 27.03.2011-ci il tarixədək, cəmi 21 təqvim günü müddətinə əmək məzuniyyəti verimiş, işə 28.03.2011-ci il tarixdən başlamışdır. Müəyyən edilmişdir ki, iddiaçı tərəfindən idarəyə 2011-ci ildə təqdim etdiyi 07.04.2011 -ci il tarixli 275 saylı həkim arayışından görünür ki, o, prakt iki cəhətdən sağlam olmuş, əlilliyi 13 iyun 2016-cı il tarixdən cavabdehə məlum olduğu üçün həmin ildən başlayaraq əlillərə dair qanunvericilikdə nəzərdə tutulmuş imtiyazlar ona şamil edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, Şəmsəddin Əzizov işlədiyi müddətdə hər il məzuniyyət hüququndan istifadə etmişdir. Onun 12.01.2005-ci il tarixdən ömürlük üçüncü qrup əlil olması barədə idarədə heç bir məlumat olmamışdır. İddiaçı özü də bu barədə idarəyə məlumat verməmişdir. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etməklə, iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 20 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar