Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6662/2021 13.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: əmlakın qanunsuz sahiblikdən geri tələb edilməsi, sübutetmə yükü, işin mübahisəsiz halları, sübutların yetərliliyi, şahid ifadələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı avtomobilin geri qaytarılması tələbinə dair Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106 )-1132/2021 nömrəli iş üzrə 20 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 13 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları “Chevrolet Cruze” markalı **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobil (yeni qeydiyyat nişanı - **-BG-***, bundan sonra – mübahisəli avtomobil) İddiaçı (bundan sonra – iddiaçı) xüsusi mülkiyyətindədir. İmişli Rayon Məhkəməsinin 2(036)-6129/2016 nömrəli iş üzrə 02 noyabr 2016-cı il tarixli qətnaməsi ilə, hazırkı iş üzrə iddiaçı ilə "xxxx" ASC (bundan sonra – Bank) arasında bağlanmış 07 oktyabr 2013-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, hazırkı iş üzrə iddiaçıdan 12398.88 ABŞ dolları məbləğində əsas kredit borcunun, 783.02 ABŞ dol ları məbləğində faiz borcunun, 250.09 ABŞ dolları məbləğində cərimə borcunun, ümumilikdə 13431.99 ABŞ dolları məbləğində kredit borcunun (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) tutularaq Bankın xeyrinə ödənilməsi və kredit məbləğinin girov qoyulmuş, iddiaçıya məxsus mübahisəli avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracda satılması, satışdan əldə ediləcək vəsait hesabına kredit borcunun ödənilməsi və satışdan əldə ediləcək pul vəsaiti kifayət etmədikdə ödəmənin ümumi qaydada tutulması qət edilmişdir. Mübahisəli avtomobilə dair iddiaçı tərəfindən Cavabdeh (bundan sonra – cavabdeh) 05 iyun 2018-ci il tarixdə verilmiş etibarnaməyə iddiaçının ərizəsi əsasında 10 iyun 2 018-ci il tarixdə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xüsusi mülkiyyətində olan mübahisəli avtomobilin alınaraq ona verilməsi və iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, kredit müqaviləsinə əsasən öhdəliyini yerinə yetirə bilmədiyi üçün mübahisəli avtomobili qarşılıqlı razılaşma yolu ilə, yəni ilkin ödəniş olaraq ona 1800 manat məbləğində və hər ay 800 manat məbləğində kredit ödənişini Banka ödəmək şərti ilə 05 iyun 2018-ci il tarixdə etibarnamə əsasında cavabdehə satmışdır. Mübahisəli avtomobilin ilkin dövlət qeyd iyyat nişanı, yəni **-FR-*** dövlət nömrə nişanı itdiyi üçün avtomobilə yeni **-BG-*** dövlət qeydiyyat nişanını almışdır. Avtomobili satdıqdan 2 gün sonra narahat olduğu üçün cavabdehə zəng edərək avtomobilin geri qaytarılmasını bildirmişdir. Cavabdeh ona avtomobili Bakı şəhərində yerləşən təmir sexlərinin birində ustaya verdiyini və avtomobilin təmirinə 800 manat məbləğində pul xərclədiyini bildirmişdir. Cavabdehə avtomobilin təmirinə xərclədiyi pul vəsatini ödəyəcəyini demişdir. Lakin cavabdeh ona məxsus mübahisəli avtomobili ona geri qaytarmamışdır. 10 iyun 2018-ci il tarixdə mübahisəli avtomobilə dair etibarnəməyə xitam verilməsi barədə ərizə ilə Notariat Kontoruna müraciət etmişdir. Hal-hazırda, mübahisəli avtomobil onun xüsusi mülkiyyətindədir və avtomobilə dair verilmiş etibarnaməy ə xitam verilmişdir. 29 iyun 2018-ci il tarixdə cavabdeh idarə etdiyi mübahisəli avtomobillə yolnəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Bakı Şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsində müvafiq araşdırma aparılmışdır. Beləliklə, dəfələrlə cavabdehə xüsusi mülkiyyətində olan mübahisəli avtomobilin geri qaytarılması barədə müraciət etmiş, lakin cavabdeh avtomobili ona geri qaytarmaqdan imtina etmiş, nəticədə o, mülkiyyət hüququndan faktiki olaraq məhrum edilmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək, izahatında bildirmişdir ki, iddiaçı 05 iyun 2018-ci il tarixdə mübahisəli avtomobili qarşılıqlı razılaşma yolu ilə, yəni ilkin ödəniş olaraq, ona 1800 manat məbləğində və hər ay 800 manat məbləğində kredit ödənişini Banka ödəmək şərti ilə etibarnamə əsasında ona satmışdır. Avtomobili iddiaçıdan aldıqdan sonra təmirə ehtiyacı olduğu üçün Bakı şəhərində yerləşən avtomobil təmiri sexlərinin birinə aparmışdır. İddiaçı avtomobili satdıqdan 2 gün sonra ona zəng edərək, avtomobilin geri qaytarılmasını bildirmişdir. O da, iddiaçının təklifini qəbul edərək, mübahisəli avtomobili təmir sexində evakuator maşınına qoyaraq, ona geri qaytarmışdır. İddiaçı da həmin avtomobilə görə ilkin olaraq ödənilmiş 1800 manat məbləğində pulu ona geri qaytarmış və eləcə də, 10 iyun 2018-ci il tarixdə həmin avtomobilə dair verdiyi etibarnaməyə xitam vermişdir. İddiaçının dedikləri həqiqətə uyğun deyildir. 29 iyun 2018-ci il tarixdə mübahisəli avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ümumiyyətlə avtomobil onda olmamışd ır. Ona qarşı irəli sürülmüş iddia tələbi şər və böhtan xarakterlidir. İddiaçı ondan əsassız olaraq pul tələb etmək fikrindədir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, iddiaçını və cavabdehi işi ilə əlaqədar tanıyır. Özü Bakı şəhərində yerləşən avtomobil təmiri sexində işləyir. 2019-ci ilin iyun ayının əvvəllərində XXX və XXX “CHEVROLET CRUZE” avtomobilinin motor hissəsinin təmirinə görə onun işlədiyi avtomobil təmiri sexinə gəlmişlər. Belə ki, XXX həmin avtomobili nasaz vəziyyətdə evakuator maşını vasitəsi ilə onun işlədiyi avtomobil təmiri sexinə gətirmişdir. XXX ustadan avtomobilin motor hissəsinin təmir xərcinin məbləğini soruşmuş və usta da ona təmir xərcinin 2400 manat məbləği təşkil edəcəyini demişdir. Orada XXX ilə XXX arasında müəyyən narazılıq yaranmışdır. Elə həmin gün evakuator maşını çağırılmış və həmin avtomobili XXXgil aparmışlar. Avtomobil evakuator maşını vasitəsi ilə aparıldıqdan sonra XXX və XXX də onun işlədiyi avtomobil təmiri sexindən getmişlər. İmişli Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(036)2124/2020 nömrəli iş üzrə 08 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim T.Nüsrətov) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi işin mübahisəli faktiki halları məhkəmə tədqiqi zamanı öz təsdiqini tapmadığı üçün iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi və işin mübahisəli faktiki halını, xüsusilə, məhz mübahisəli avtomobilin hal-hazırda cavabdehin “qanunsu z” sahibliyində olmasını əsaslandıra bilməmiş və bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Ümumiyyətlə, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar kifayət qədər güclü, aydın, bir-birinə uyğun və təkzib olunmaz faktlara deyil, yalnız formal mülahizələrə əsaslanmış və gətirdiyi dəlillər əsaslı hesab edilə bilməz. Bununla yanaşı, cavabdeh iddia tələbinə qarşı etirazın əsası kimi istinad etdiyi və işin mübahisəli faktiki hallarını əsaslandıra bilmiş və bununla bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilmişdir. Belə ki, iddia tələbinin əsası kimi istinad edilən və işin mübahisəli faktiki halları məhkəmə iclasında məhz cavabdeh tərəfindən dəvət edilmiş şahid ifadəsi ilə də öz təsdiqini tapmışdır. Beləliklə, cavabdehin izahatında istinad etdiyi hallar kifayət qədər güclü, aydın, bir-birinə uyğun və təkzib olunmaz faktlara əsaslanır və gətirdiyi dəlillər əsaslı hesab edilməlidir. Məhkəmə hesab etmişdir ki, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxsin ifadəsi də işin obyektiv həll olunması üçün yeni fakt, dəlil ortaya qoyduğu üçün məhkəmə tərəfindən ciddi qəbul edilməli və mötəbər sübut kimi qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddia rədd olunmalıdır. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 6.1.4, 14, 139.1, 139.2, 152.1, 152.8, 157.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 80, 217.3, 217.4, 218.3cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. b ) Apellyasiya instansiyası məhkəməsindəki icraat İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən işin müəyyən edilmiş faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə nəticələnən qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-1132/2021 nömrəli iş üzrə 20 may 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – N.Mirzəyev (sədrlik edən və məruzəçi), E.Camalov və Z.Babayev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi gəldiyi nəticəni ilə bağlı qeyd etmişdir ki, nəqliyyat vasitəsi rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əmlakdır, bu səbəbdən həmin əmlakla bağlı alqı-satqı və həmin nəqliyyat vasitələri üzərində yaranmış mülkiyyət hüququ daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. Ona görə də əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət olunması vacib şərtdir. İddiaçının xüsusi mülkiyyətində olan mübahisəli avtomobilə dair cavabdehə 05 iyun 2018-ci il tarixdə verilmiş etibarnaməyə 10 iyun 2018-ci il tarixdə xitam verilmişdir. Apellyasiya şikayətinin dəlili olaraq iddiaçı avtomobilə dair cavabdehə verilmiş etibarnaməyə 10 iyun 2018-ci il tarixdə xitam verilməsinə baxmayaraq, hazırda mübahisə olunan avtomobilin onun sahibliyində deyil, cavabdehin qanunsuz sahibliyində olduğunu göstərmişdir. Lakin iddiaçı avtomobilin qaytar ılmasını tələb etsə də, mübahisəli avtomobilin cavabdehin sahibliyində olmasına dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlir, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən əsasən düzgün tətbiq edilmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmışdır. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 182.2, 365.1.3, 365.2, 366.1, 366.3, 650-ci, MPM-in 14.2, 77, 217.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayətində apell yasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin həqiqi hallarını tam və obyektiv araşdırmamış, maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarına uyğun olmayan qətnamə qəbul etmişdir. Kassator qeyd etmişdir ki, məhkəmə onun tərəfindən mübahisəli avtomobilin satış məqsədi ilə cavabdehə verilməsinin işin mübahisəsiz halı olduğunu nəzərə almamışdır. Məhkəmə iddianı rədd edərkən yalnız cavabdehin şahid qismində məhkəməyə təqdim etdiyi X2 həqiqətə uyğun olmayan ifadəsində istinad etmişdir. Sonuncunun məhkəmədə verdiyi ifadəsinə görə, guya o, avtomobili təmir etmiş, evakuator vasitəsi ilə avtomobilin ona verilməsinin şahidi olmuşdur. Lakin ifadə tamamilə yalandır. O, şahidi ilk dəfə məhkəmədə görmüş, şahid onunla cavabdeh arasında olan proseslərdə iştirak etməmiş, həmin vaxt şahid təmir sexində olmamış və evakuator çağırılmamışdır. Avtomobilə görə cavabdeh tərəfindən çəkilmiş xərc olan 800 manat pulu cavabdehə verib avtomobili götürmək istəyəndə cavabdeh avtomobilə 2000 manat pul xərclədiyini bildirərək avtomobili həmin pulu ona verdikdən sona qaytaracağını bildirmişdir. Pulu hazırladıqdan sonra cavabdehə müraciət etdikdə, o, hər dəfə müxtəlif bəhanələr gətirərək avtomobili qaytarmaqdan yayınmışdır. Məhkəmədə şahid qismində təmir sexinə birlikdə getdiyi X1 dindirilməsini xahiş etsə də, məhkəmə vəsatətini təmin etməmişdir. İşin hallarından göründüyü kimi, cavabdeh mübahisəli avtomobilin ona verilməsini etiraf etmiş, lakin qaytarmağını sübuta yetirə bilməmişdir. Şikayətin əsası kimi, MPM-in 14.2, 217-ci maddələrinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya instansiyası məhkəməsində işə baxılarkən kassatorun vəkili şikayətin məzmununa uyğun izahat verməklə, qətnamənin ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının həd ləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçının kassasiya şikayəti əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (152.1, 152.5, 157.2-ci maddələr). MPM (işə baxıldığı dövrdə qüvvədə olmuş redaksiyada) Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (maddə 14.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). İşdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək və surət çıxarmaq, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, işdə iştirak edən digər şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatətlər, o cümlədən də əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək, məhkəməyə şifahi və yazılı izahatlar vermək, mə hkəmə prosesinin gedişi vaxtı ortaya çıxan bütün məsələlər barədə dəlillər gətirmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək, məhkəmə qərarlarından şikayət etmək və mülki məhkəmə icraatı barədə qanunvericilikdə verilən digər prosessual hüquqlardan istifadə etmək hüququna malikdirlər (maddə 47.2). Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (maddə 77.3). Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (maddə 81). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonr a həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (maddə 88). İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (maddə 106.1). Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir (maddə 106.3). İşə baxılması ilə əlaqədar olan məsələlərə dair işdə iştirak edən şəxslərin vəsatətləri işdə iştirak edən digər şəxslərin fikirləri dinlənildikdən sonra məhkəmə qərardadları ilə həll olunur (maddə 184.4). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir (maddə 407.2). Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o v axt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18.03.2021-ci il tarixli qərarı Mülki prosessual qanunvericilikdə nəzərdə tutulan və işdə iştirak edən şəxslərin öz hüquqlarını məhkəmədə müdafiə etmələrinin təminatı qismində çıxış edən prosessual hüquqlardan biri də vəsatətlə məhkəməyə müraciət etmək hüququdur. Belə ki, MPM-in 47.2-ci maddəsinə görə, işdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, vəsatətlər, o cümlədən əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək kimi hüquqlara malikdirlər. Vəsatət, onu verən şəxsin öz hüquqlarını hə yata keçirməsinə yardım edən, işin ədalətli, obyektiv, qərəzsiz həll edilməsinə, işdə iştirak edən və ya etməyən şəxslərin üzərinə müəyyən vəzifələr qoyulmasına, habelə digər prosessual hərəkətlərin edilməsinə yönəlmiş xahişdir. Vəsatət şifahi və ya yazılı ola bilər. Vəsatət işin məhkəmədə baxılmasına hazırlanması mərhələsindən məhkəmənin yekun aktı çıxarması üçün müşavirə otağına getməsinədək məhkəmə prosesinin istənilən mərhələsində verilə bilər. Vəsatətlərin verilmə və həll edilmə qaydaları MPM-in bir sıra maddələrində nəzərdə tutulmuşdur. Məcəllənin işdə iştirak edən şəxslərin vəsatətlərinin həllinin ümumi qaydasını müəyyən edən 184.4-cü maddəsinə uyğun olaraq, işə baxılması ilə əlaqədar olan məsələlərə dair işdə iştirak edən şəxslərin vəsatətləri işdə iştirak edən digər şəxslərin fi kirləri dinlənildikdən sonra məhkəmə qərardadları ilə həll olunur....məhkəmələr tərəfindən işə baxılarkən işin obyektiv, tam, hərtərəfli və ədalətli həll olunması, eləcə də məhkəmə icraatının iş üzrə həqiqətin müəyyən edilməsinin təmin edilməsi vəzifəsini həyata keçirməsi, iş üzrə mühüm əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə işdə iştirak edən şəxslərin vəsatətləri hər bir halda onların təmin edilib-edilməməsinin mümkünlüyü baxımından araşdırılmalı və həll olunmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə g örə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri). Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması i şin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Eyni zamanda MPM-ə əsasən əgər tərəf qarşı tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları etiraf edirsə, əks tərəf gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edilir. Belə etiraf yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir (maddə 106.3). Nəzərə alınmalıdır ki, MPM etirafla bağlı iki institut müəyyən edir: faktın etirafı (maddə 106.3) və iddianın etirafı (maddə 191). Prosessual qanunvericilik hər iki etirafa münasibətdə yazılı və ya protokola imza etmə şərti irəli sürmüşdür. Baxılan iş üzrə cavabdehin qismən etirafı yalnız şifahi izahatda ifadə edildiyidən, bu, MPM-in 106.3 və 191-ci maddələrinə uyğun olaraq faktın və ya iddianın etirafı kimi qəbul oluna bilməz. Lakin mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etməkdən ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-in 88-ci maddəsinə əsasən sübutlara qiymət verməlidir. İşin mübahisəsiz halları tərəflərin həm şifahi, həm də yazılı izahatları əsasında müəyyən oluna bilər. Bu baxımdan məhkəmə iclasında şifahi izahat verən tərəfin işin hallarını məhkəməyə düzgün bildirmək vəzifəsi vardır və o, həmin izahatın hüquqi nəticələrindən irəli gələn riskləri daşıyır. Eyni zamanda mülki prosessual qanunvericilik tərəfləri şifahi izahatlarının təhrif olunmasından qorumaq üçün xüsusi institut – protokola dair qeydlər vermək imkanı nəzərdə tutmuşdur. Belə ki, əks olunmuş izahatı ilə razılaşmayan işdə iştirak edən şəxs MPM-in 273-cü maddəsinə əsasən onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər. Qanunvericilk nəzərdə tutur ki, protokolu imzalamış hakim qeydlərlə razılaşmadıqda belə həmin qeydləri işə əlavə etməldir. Sonuncu məsələni müəyyən etməkdə qanunvericinin məqsədi işə baxan yuxarı instansiya məhkəməsinə hər bir halda qeydlər barədə məlumatlı olmaq və işdə iştirak edən şəxsin birinci instansiya məhkəməsində verdiyi şifahi izahata hüquqi qiymət vermək imkanını təqdim etməkdir. Baxılan iş üzrə iddiaçı mülkiyyətində olan avtomobilin cavabdehin qanunsuz sahibliyindən geri tələb edir. İşə baxılması zamanı cavabdeh avtomobilin iddiaçı tərəfindən ona verildiyini mübahisələndirməmişdir (həmin faktı şifahi etiraf etmişdir). Bu baxımdan iddiaçıya məxsus avtomobilin 2018-ci ilin iyun ayında cavabdehə verildiyi işin mübahisəsiz halıdır. Buna baxmayaraq birinci və apellyasiya instansiyası məhkəmələri hesab etmişlər ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Bu baxımdan hazırkı iş üz rə mübahisəli avtomobilin iddiaçı tərəfindən cavabdehin sahibliyinə verildiyi işin mübahisəsiz halı olduğu üçün MPM-in 77.1-ci maddəsinə əsasən həmin avtomobilin cavabdeh tərəfindən iddiaçıya qaytarıldığını (etirazını) sübut etmək yükü cavabdehin üzərində olmuşdur. Cavabdeh həmin halı təsdiq edən sübut qismində məhkəməyə yalnız bir şahid təqdim etmiş, birinci instansiya məhkəməsi həmin şahidin ifadəsini cavabdehin etirazının dəlillərini təsdiq edən mötəbər sübut kimi qiymətləndirmişdir. Nəzərə alınmalıdır ki, mülki prosesdə işin konkret hallarının müəyyən edilməsi üçün təqdim edilmiş sübutlar mümkün, aid, mötəbər olmaqla yanaşı həm də yetərli olmalıdır. Sübutların yetərli olması dedikdə, işin sübutetmə predmetinə daxil olan hallarının mövcud olub-olmadığı barədə etibarlı qənaətə gəlməyə im kan verən sübutlar məcmusu başa düşülür. Sübutların iş üçün əhəmiyyətli halların müəyyən edilməsinə yetərli olub-olmaması məsələsini isə məhkəmə öz daxili inamına əsasən həll edir. Cavabdeh həmin halı təsdiq edən sübut qismində məhkəməyə yalnız bir şahid təqdim etmiş, birinci instansiya məhkəməsi həmin şahidin ifadəsini cavabdehin etirazının dəlillərini təsdiq edən mötəbər sübut kimi qiymətləndirmişdir. Nəzərə alınmalıdır ki, mülki prosesdə işin konkret hallarının müəyyən edilməsi üçün təqdim edilmiş sübutlar mümkün, aid, mötəbər olmaqla yanaşı həm də yetərli olmalıdır. Sübutların yetərli olması dedikdə, işin sübutetmə predmetinə daxil olan hallarının mövcud olub-olmadığı barədə etibarlı qənaətə gəlməyə imkan verən sübutlar məcmusu başa düşülür. Sübutların iş üçün əhəmiyyətli halların müəy yən edilməsinə yetərli olub-olmaması məsələsini isə məhkəmə öz daxili inamına əsasən həll edir. Mülki prosessual qanunvericilikdə əsas sübut növlərindən biri də şahid ifadələridir. MPM-in 81-ci maddəsində göstərilən hal istisna olmaqla məhkəmə, tərəflərin təqdim etdiyi şahid ifadələri əsasında işin hallarını müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edə bilər. Dolayı sübutlar istisna olmaqla prosessual qanunvericilik işin müəyyən halının bir şahid ifadəsi əsasında müəyyən edilməsini qadağan edən birbaşa norma müəyyən etməmişdir. Lakin baxılan mülki işin hallarından irəli gələn hüquqi (formal) həqiqətə nail olmaq üçün işin obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdırılması, məhkəmə aktlarının əsaslandırılmış olmasına dair MPM-in 9, 14, 88, 217 və 220-ci maddələri baxımından tələbin və ya etirazın əsasında duran sübut kimi yeganə şahid ifadəsi məhkəmə tərəfindən daha ciddi tədqiq edilməlidir. Bunun üçün məhkəmə, tərəflərin izahatları və işdə olan digər sübutlarla şahid ifadəsi arasında olan ziddiyyətləri aradan qaldırmaq, şahidin yalan ifadə verməsi halını istisna etmək üçün ona suallar verməli, yeganə şahid ifasəsinin işdəki məlumatlarlarla uyğunluğunu və mötəbərliliyini qiymətləndirməli, zərurət yaranarsa MPMin 77.3-cü maddəsinə əsasən əlavə sübutlar təqdim etməyi tərəflərə təklif etməlidir. Qeyd olunanlara baxmayaraq apellyasiya instansiyası məhkəməsi yuxarıda istinad olunan prosessual qanunvericilik normalarının tələblərini zidd olaraq iddiaçının öz tələbini təsdiq edən mötəbər sübutlarını təqdim edə bilmədiyi barədə qənaətə gəlmiş, həmçinin birinci instansiya məhkəm əsinin işdə olan yeganə şahid ifadəsini etirazı təsdiq edən mötəbər sübut hesab edilməsi barədə qənaətinə ümumiyyətlə münasibət bildirməmişdir. Bununla yanaşı, iş materiallarından görünür ki, işin apellyasiya baxışı zamanı iddiaçı şahidlərin dindirilməsi barədə yazılı vəsatət vermiş (i.v. 90), lakin apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən həmin sübutların hansı səbəbdən birinci instansiya məhkəməsinə təqdim edilmədiyi barədə məsələni araşdırmamış, ümumiyyətlə vəsatətə heç bir münasibət bildirməmişdir. Halbuki işin həlli ilə bağlı tərəflərin verdiyi vəsatət (ərizə) məhkəmə tərəfindən qəbul edilibsə işin obyektiv, tam, hərtərəfli və ədalətli həll olunması, eləcə də məhkəmə icraatının iş üzrə həqiqətin müəyyən edilməsinin təmin edilməsi vəzifəsini həyata keçirməsi, iş üzrə müh üm əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə həmin vəsatəti (ərizəni) tərəflərlə müzakirə edərək, onun təmin və ya rədd olunması barədə əsaslandırılmış qərar qəbul etməli və bununla bağlı mövqeyini əsaslandırmalıdır. Əgər məhkəmə həmin məsələnin yekun qərar qəbul edərkən müşavirə otağında həll edilməli olduğunu hesab edirsə qətnamənin əsaslandırıcı hissəsində işdə iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlilləri əsaslandırmalıdır (MPM-in 14.1, 88 və 184.4-cü maddələri). Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altı na alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı). Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ko nstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı). Ona görə də kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan prosessual hüquq normalarının tələblərinə cavab verən əsaslandırılmış məhkəmə aktı qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1132/2021 nömrəli iş üzrə 20 may 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul ed
Məhkəmə qərarları › İş №2(102)-6662/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-6662/2021
13.12.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver