Məhkəmə qərarları › İş №2(102)-667/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-667/2023

08.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-667/2023 08.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: qanunsuz həbsə almanın nəticəsində vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 noyabr 2022-ci il tarixli, 2(103)7286/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassas iya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. İddiaçı 30 noyabr 2019-cu il tarixdə cinayəti törətməkdə şübhəli şəxs kimi tutulmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 dekabr 2019-cu il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.

2. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə İddiaçı Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3cü maddələri ilə bəraət verilmiş, barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri ləğv edilmişdir. Dövlət ittihamçısının verdiyi apellyasiya və kassasiya protestləri müvafiq ola raq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 aprel 2021-ci il tarixli və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 13 oktyabr 2021-ci il tarixli qərarları ilə təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı iddia ərizəsi ilə, sonradan isə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılmasını dair ərizələrlə məhkəməyə müraciət edərək, ona vurulmuş maddi ziyana görə 24000 ABŞ dolları məbləğində, hüquqi yardıma görə vəkillərə ödədiyi 1260 manat məbləğində və vurulmuş mənəvi ziyana görə 50000 manat məbləğində pul vəsaitinin cavabdeh Azərbayc an Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı 1997-ci ildən beynəlxalq yük daşımaları ilə məşğul olmuş, əsasən İran İslam Respublikasından Rusiya Federasiyasına və Ukraynaya meyvə-tərəvəz məhsulları daşımış, müştərisini brokerlər vasitəsilə tapmışdır. 2019-cu ilin noyabr ayının əvvəllərində idarə etdiyi “Volvo FH12” markalı **-BP*** qeydiyyat nömrəli dartıcı yük maşınının “Schmitz sko 24” modelli **-ZA-*** qeydiyyat nömrəli soyuducu ilə təchiz edilmiş yarımqoşqusunun arxadan əvvələ üçüncü oxunda əyrilik yaranmış, nasazlığı təmir etdirmək üçün Astara sərhəd nəzarət məntəqəsindən keçməklə İran İslam Respublikasının Ərdəbil şəhərinə getmişdir. Yolda olarkə n İran İslam Respublikasında yaşayan və brokerlik fəaliyyəti ilə məşğul olan tanışı Əziz adlı şəxsə zəng etmiş, ona nəqliyyat vasitəsini təmir etdirmək üçün Ərdəbil şəhərinə getdiyini demiş və qayıdan zaman ona yük tapmağı xahiş etmişdir. 26 noyabr 2019-cu il tarixdə nəqliyyat vasitəsinin üzərində təmir işləri başa çatmış, 27 noyabr 2019-cu ildə səhər saatlarında Əziz iddiaçıya zəng edərək, X2 şəhərinə aparılacaq kivi və nar yüklərinin götürmək üçün Astara şəhərində “Pəyanə” gömrük terminalına gəlməsini tapşırmışdır. Terminala daxil olan zaman avtomobili gömrük əməkdaşları tərəfindən yoxlanılmışdır. Bir qədər sonra gömrük ərazisinə Əziz, Engin Bayram və onların yanında olan bir nəfər şəxs gəlmiş, Odessa şəhərinə aparılacaq yük gömrük ərazisində X1 məxsus qeydiyyat nişanlı və yarımqoşqusu o lan yük maşını ilə gətirilmişdir. Ümumilikdə yük maşınında 24 ədəd paletdə qablaşdırılmış standart ölçülü plastik yeşiklərdə yığılı nar və kivi yükləri olmuşdur. Gömrük əməkdaşının nəzarəti altında fəhlələr paletləri nəqliyyat vasitəsinin yük yerinə yığmağa başlamışlar. Yükləmə prosesi başa çatdıqdan sonra avtomobil rentgen müayinəsindən keçirilmiş və gömrük əməkdaşı tərəfindən yük yerinin qapısı plomblanmışdır. Həmin gün gömrük rəsmiləşdirilməsi başa çatmadığı üçün iddiaçı gecəni maşının kabinasında keçirməklə gömrük terminalında qalmış, 28 noyabr 2019-cu il tarixdə gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra, saat 16 radələrində təxminən 200-300 metr məsafədə yerləşən Azərbaycan Respublikasının gömrük postuna daxil olmuşdur. Astara gömrük postunda nəqliyyat vasitəsi rentgen qurğusund an keçdikdən sonra avtomobilin xidməti it tətbiq etməklə yoxlanılmasına qərar verilmişdir. Lakin həmin vaxt gömrük yoxlanışında ondan əvvəl üç maşın olduğu üçün gömrük əməkdaşı iddiaçıya həmin gün növbə çatmayacağını deməklə evə getməyi və növbəti gün səhər saatlarında gəlməyi təklif etmişdir. Buna görə də, iddiaçı nəqliyyat vasitəsini Astara gömrük postunun ərazisində saxlamaqla, Lənkəran rayonunda yerləşən evinə gəlmiş, gecəni evdə qalmışdır. İddiaçı 29 noyabr 2020-ci ildə saat 10 radələrində Astara gömrük postuna getmiş və yük yerinin qapısı gömrük əməkdaşı tərəfindən plomb qırılmaqla açılmış, sonra avtokar vasitəsilə kivi və nar paletləri yerə boşaldılaraq xidməti it tətbiq edilməklə yoxlanılmışdır. Xidməti it 8 ədəd kivi paletinə reaksiya vermiş və həmin paletlər açılmışdır. Hər palet də 96 ədəd olmaqla, ümumilikdə 768 ədəd kivi yeşiyinin 471 ədədinin içərisindən - hər yeşikdə 4 ədəd olmaqla, ümumilikdə 1884 ədəd müxtəlif ölçülü, rəngli və formalı, üzəriləri şəffaf və sarı yapışqanlı lentlə sarınmış vəziyyətdə olan düzbucaqlı formalı bağlamalar aşkar edilərək götürülmüşdür. Həmin maddənin paletlərin içərisinə harada və necə yerləşdirilməsindən xəbəri olmamışdır. Bu barədə gömrük işçilərinə bildirsə də, iddiaçının 30 noyabr 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş və 02 dekabr 2019cu il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək iddiaçıya Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edilmiş, Bakı şəhəri Yasamal Rayon məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İbtidai is tintaq və iddiaçının həbsdə qalma müddəti 30 sentyabr 2020-ci il tarixədək uzadılmışdır. 10 avqust 2020-ci il tarixdə iddiaçının barəsində olan cinayət işi üzrə ittiham aktı tərtib edilmiş, ittiham aktı 17 avqust 2020-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokurorunun müavini tərəfindən təsdiq edilərək məhkəməyə verilmişdir. İddiaçı barəsində olan cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılmış və məhkəmənin 30 noyabr 2020-ci il tarixli hökmü ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə ona Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilmiş və barəsində seçilmiş həbs növündə qətimkan tədbiri ləğv edilmişdir. Beləliklə, İddiaçı qanunsuz olaraq 1 il həbsdə saxlanılmışdır. İddiaçı həbs edilməmişdən əvvəl beynəlxalq yük daşımaları ilə mə şğul olmuş, ayda 2000 ABŞ dolları məbləğində maaş almışdır. Bununla da o, 24000 ABŞ dolları pul vəsaitindən mərhum olmuşdur. Bundan əlavə 30 noyabr 2019-cu il tarixdən 30 noyabr 2020-ci il tarixədək əsassız olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı Təcridxanasında həbsdə saxlanılmaqla, azadlıqdan məhrum olunduğu müddət ərzində ailə üzvləri tərəfindən ona yemək və ərzaq gətirilməsinə, həmçinin hüquqlarını müdafiə edən vəkillə müqavilə bağlanmasına 20000 manatdan çox pul sərf olunmuşdur ki, həmin məsrəfi də cavabdehlərin qanunsuz hərəkətləri səbəbindən sərf etmək məcburiyyətində qalmışdır. Bundan əlavə, iddiaçı günahsız olaraq 1 il müddətə haqsız yerə azadlığından məhrum olunduğu üçün, eləcə də, heç bir əsas olmadan törətmədiyi cinayət əməlində ittiham o lunduğu üçün ona böyük mənəvi ziyan da dəymişdir. Belə ki, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçının çəkdiyi əzab-əziyyət onda əsəb pozuntusu və ürək ağrısına gətirib çıxartmışdır. Buna görə cavabdehlər vurduqları maddi ziyanla yanaşı, 50000 manat məbləğində mənəvi ziyanı da ödəməyə borcludurlar.

5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 avqust 2022-ci il tarixli, 2(006)3416/2022 nömrəli qətnaməsi ilə (hakim G.Ç.Abidova) iddia qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına 1000 manat məbləğində maddi zərərin, 12000 manat məbləğində mənəvi zərərin əvəzinin və göstərilən hüquqi xidmət xərcinə görə 150 manat olaraq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi vurulmuş maddi ziyanla bağlı qeyd etmişdir ki, iddiaçı ona məhrum olduğu gəlirlərə görə 24000 ABŞ dolları məbləğində ziyan dəyməsini bildirsə də, bu iddiasını əsaslandıracaq sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən brokerlik sənədlərindən onun aylıq mütəmadi gəlirinin məbləğini müəyyən etmək mümkün deyildir. Bu səbəbdən də, məhkəmə tərəfindən həmin sənədlər iddiaçının gəlirini təsdiq edən və qanunsuz olaraq həbsdə saxlanılması nəticəsində ona 24000 ABŞ dolları məbləğində maddi ziyan dəydiyini təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Lakin iddiaçı qanunsuz olaraq həbsdə saxlandığı müddətdə hüquqi yardıma görə vəkilə 1000 manat məbləğində pul vəsaiti ödənildiyini təsdiq edən qəbzi məhkəməyə t əqdim etdiyindən, iddia tələbi iddiaçıya vurulmuş maddi ziyanın ödənilməsi hissəsində qismən təmin edilməli və iddiaçıya vurulmuş 1000 manat məbləğində maddi ziyanın əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

7. Məhkəmə mənəvi zərərin iddia edilən məbləğdə təmin edilməsini mümkün hesab etməyərək, iddianın bu hissəsinin qismən, yəni 12000 manat həcmində təmin olunmasını ədalətli hesab etmişdir. Belə ki, İddiaçı 30 noyabr 2019-cu il tarixdən 30 noyabr 2020-ci il tarixədək, yəni 12 ay və ya 365 gün həbsdə saxlanılması ona inamsızlıq, narahatlıq, məyusluq hissləri, stresslər, əzab və əziyyətlər yetirmişdir.

8. Məhkəmə iddia tələbinin hüquqi yardıma görə 260 manat məbləğində vəkil xərci hissəsinə münasibətdə hesab etmişdir ki, 150 manat vəkil xərci iddiaçının xeyrinə cavabdehin vasitə si ilə büdcə vəsaiti hesabına ödənilməlidir.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsi, Mülki Məcəlləsinin 1101.1-ci maddəsi, Mülki Prosessual Məcəlləsinin 9, 14.2, 77.1, 88, 217.1, 217.3, 218.1, 218.3, 220.4-cü maddələri, Cinayət Prosessual Məcəlləsinin 56.0.2, 56.0.3-cü maddələri, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanununun 4-cü maddəsi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair” 19 mart 2002-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 20 02-ci il tarixli qərarları, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarı, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedent qərarları ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

10. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 avqust 2022-ci il tarixli, 2(006)3416/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 noyabr 2022-ci il tarixli, 2(103)-7286/2022 nömrəli qətnaməsi ilə (hakim R.M.Həsənovun sədrliyi və məruzəsi ilə, hakimlər M.A.Məmmədovun və Ş.Ə.Məhərrəmovanın iştirakı ilə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 avqust 2022-ci il tarixli, 2(006)3416/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşan apellyasiya məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə göstərmişdir ki, hazırki işdə Maliyyə Nazirliyi delikt törədən deyil, deliktə görə dövlət büdcəsindən ödənilməli olan vəsaiti idarə edən təşkilat kimi mülki prosessə cavabdeh qismində cəlb olunmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

13. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 noyabr 2022-ci il tarixli, 2(103)-7286/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 43.3, 1096, 1100, 1101-ci, Mülki Prosessual Məcəllənin 387.2.8-ci, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun 5 və 7-ci, “Büdcə sistemi haqqında” Qanunun 15 və 17-ci, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 19-cu maddələri, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Nazirliyi haqqında Əsasnamənin” 9.23-cü b əndi pozulmuşdur. Belə ki, hazırki halda vurulmuş ziyana görə Maliyyə Nazirliyi deyil, aidiyyəti pozuntunu törədən orqanı cavabdeh qismində cəlb edilməlidir. İddiaçıya münasibətdə cavabdeh heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tələbinin cavabdeh Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. İddiaçının tələbi onun barəsində müvafiq hərəkətlərə yol verən, müvafiq qərarlar qəbul edən orqana yönəlməli və iddia tələbinə həmin orqana münasibətdə baxılmalıdır. Məhkəmə dövlət büdcəsindən vəsaitin iddiaçıya ödənilməsini qət edərkən həmin vəsaitin gələcəkdə dövlət büdcəsinə bərpası məqsədilə ziyanı vuran təqsirli vəzifəli şəxsi müəyyən etməmişdir.

15. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

16. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

17. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunveri ciliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

18. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kassasiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

19. Azərbaycan Respublikasının Konstitusiyasının 68-cı maddəsinin İİ hissəsinə görə hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. 20. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında ” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 4-cü maddəsinə müvafiq olaraq qanunda nəzərdə tutulanlara zidd olaraq tutulmuş və ya həbs olunmuş hər bir şəxsin iddia ilə təmin olunan kompensasiya almaq hüququ vardır.

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şərait ində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik dir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. 1101.2-ci maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq or qanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. 22. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: 4-cü maddəsinə əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda, cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə yaranır. 5-ci maddəsinə əsasən Azə rbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya suiistifadəsi nəticəsində hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. 6-cı maddəsinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. 7-ci maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab e dilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. 12-ci maddəsinə əsasən fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. 23. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 31 may 2002-ci il tarixli Qərarına əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri il ə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. 24. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı Qərarına əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əm-lak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassas iya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Belə ki, apellyasiya məhkəməsi tərəfindən cavabdehin hazırki kassasiya şikayətinin dəlillərinə oxşar olan apellyasiya şikayətinə hüquqi qiymət ver ilmiş və məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır.

28. Kassasiya şikayəti üzrə məhkəmə kollegiyası qeyd edir ki, azadlıq hüququ təbiətən insana xas olan xüsusiyyət olmaqla hər kəsin istifadə etməli olduğu başlıca nemətlərdən biridir. Azadlıq hüququna malik olmayan şəxs digər hüquqlardan istifadə etmək imkanından da əsasən məhrum olur, insanın bir sıra digər hüquqları deklarativ xarakter daşıyır. Bu mühüm hüquq “İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi”nin 3- cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsində, BMT-nin “Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt”ın 9-cu maddəsində, Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsində geniş təsbit olunmuşdur.

29. İddiaçının qanunsuz cinayət məsul iyyətinə cəlb edilməsi və barəsində həbs qətimkan tədbiri seçilməklə, 1 il müddətində həbsdə saxlanılması barəsində qəbul edilən məhkəmə hökmü ilə təsdiq olunmuşdur.

30. İddiaçıya vurulmuş maddi və mənəvi ziyana görə müvafiq kompensasiyanın verilməli olması və kompensasiyanın məbləği mübahisə olunmur.

31. Hazırki kassasiya şikayətində mübahisələndirilən yeganə hal, iddiaçıya vurulmuş ziyana görə məsuliyyətin Azərbaycan Respublikası Maliyyə Nazirliyinin üzərinə qoyulmasının əsassızlığıdır.

32. Kassasiya şikayətinin bu dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 43.3-cü maddəsinə görə Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmaya n orqanları həyata keçirirlər. Yəni dövlət orqanlarının fəaliyyəti nəticəsində hər hansı şəxsə ziyan vurulduqda, Azərbaycan Respublikası qanunla müəyyən olunan hədlərdə məsuliyyət daşıyır. 33. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun 6cı maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

34. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”ni n İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.

35. Hazırkı iş üzrə iddiaçı ilə Maliyyə Nazirliyi arasında hər hansı hüquq münasibətinin mövcudluğundan asılı olmayaraq, iddiaçıya kompensasiya qismində pul vəsaiti Döv lət büdcəsi hesabına Dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və Dövlət büdcəsinin kassa icrasını təmin edən Maliyyə Nazirliyi tərəfindən ödənilməlidir. Yəni, hazırki halda Maliyyə Nazirliyi iddiaçıya bilavasitə zərərvuran şəxs olaraq deyil, Dövlətin adından Dövlət vəsaitini idarə edən orqan qismində məsuliyyət daşıyır. Bu səbəbdən Maliyyə Nazirliyinin cavabdeh qismində cəlb olunması və iddianın ona münasibətdə təmin olunması ilə hüquq normaların pozulmasına səbəb olmamışdır.

36. İş üzrə təqsirkar vəzifəli şəxslərin təqsirinin müəyyən olunmamasından ibarət kassasiya şikayətinin dəlilləri həmçinin əsassızdır. İlk olaraq bu səbəbdən ki, həmin məsələ hazırki məhkəmə baxışının predmetini təşkil etmir. Digər tərəfdən Mülki Məcəllənin 1101.1-ci maddəsinə görə cinayət məsuliyyətinə qanuns uz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın qanunsuz tətbiqi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzi təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilməlidir.

37. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

38. Göstərilənl ərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 noyabr 2022-ci il tarixli, 2(103)-7286/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar