Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-6676/2022 20.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARDADİ kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh8 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh8 Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 sentyabr 2022-ci il tarixli, 2(103)-3124/2022 nömrəli qətnaməsindən ayrıayrılıqda kassasiya şikayətləri vermişlər. Həmin qətnaməyə ə sasən, İddiaçı MTK-nın cavabdehlər Cavabdeh1, X2, Cavabdeh8 və qeyrilərinə qarşı kommunal xidmətlərə görə yaranmış borcun tutulması tələbi dair iş üzrə cavabdehlər Cavabdeh1 Həmdiyyə oğlundan 3389,83 manat, X1 3392,81 manat İddiaçı MTK-nın xeyrinə tutulmuş, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh8 3715 manatın tutulması hissəsində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki kollegiyasının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Baxılan iş üzrə hər bir cavabdehin ayrılıqd a verdiyi kassasiya şikayətində mübahisələndirdiyi hissə - müvafiq olaraq iddianın onların hər birinə qarşı təmin edilmiş hissəsi 5000 manatdan az olduğu üçün həmin şəxslər qətnamədən kassasiya şikayəti verilə bilməzlər. MPM-in 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Ona görə də, kassasiya şikayətləri qeyri-mümkün hesab edilməli və iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Qeyd olunanları nəzərə alaraq və MPM-in 404-1.2 və 402-ci maddələrini rəhbər t utaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh8 Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 oktyabr 2021-ci il tarixli, 2(103)-8344/2021 nömrəli qətnaməsindən ayrıayrılıqda verdikləri kassasiya şikayətləri qeyri-mümkün hesab edilsin və iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-6676/2022
Ali Məhkəmə Qərardad — İş №2(102)-6676/2022
20.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver