Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6686/2019 24.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xnın katibliyi, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-3223/2019 nömrəli iş üzrə 12 mart 2019-cu il tarixli qətnaməsindən birgə verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin (hakim Rəşid Səməd ov) 2(006)-5746/2018 saylı 06 dekabr 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 9500 manat və 7857 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pul vəsaitinin İddiaçı1, 3300 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pul vəsaitinin isə İddiaçı2 xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (hakimlər – Xumar Mərdanova sədrlik edən və məruzəçi, Elnur Həsənov, Fuad Babayev) 12 mart 2019-cu il tarixli qətnaməsi il ə müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” MMC-nin apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2(006)-5746/2018 saylı 06 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddia tələbi rədd edilmişdir İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 7857 ABŞ dolları və 9500 manat məbləğində pulun İddiaçı1, 3300 ABŞ dolları məbləğində pulun isə İddiaçı2 xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti verərək Bakı Apellyas iya Məhkəməsi mülki kollegiyasının 12 mart 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişlər. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilir ki, guya iddiaçılar cavabdehlərdən kredit müqaviləsi üzrə pul tələb edir. Halbuki, onlar kredit müqaviləsini iş üzrə borcun təsdiq edilməsinə dair sübut növü kimi təqdim etmişlər. Bundan başqa şahid ifadələri və müstəntiqin protokolu (cavabdeh müstəntiqlə danışarkən borcunun olmasını və yaxın zamanda qaytaracağını etiraf edir) iş üzrə sübut olaraq təqdim edilmişdir. Bakı Apellyasiya Məhkəməsi öz səlahiyyətlərinin çərçivəsindən kənara çıxaraq qanunsuz qətnamə q əbul etmişdir. Belə ki, iş üzrə üçüncü şəxs faktiki olaraq cavabdehin mövqeyindən çıxış edir və borcun olduğunu, lakin onun tərəfindən ödənildiyini iddia edir. Halbuki, cavabdehlər borcu mübahisələndirmir, əksinə etiraf edirlər. Apellyasiya instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyət kəsb edən halları nəzərə almayaraq, Azərbaycan Respublikası MPM-nin 9.3, 88, 217 və 220-ci maddələrinin tələblərini kobud surətdə pozmuş, tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etməmiş, tətbiq edilmiş normanı isə düzgün təfsir etməmişdir. Tərəflərin izahatları: Müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” MMC-nin nümayəndəsi X2 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Məhk əmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 12 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçılar müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” MMC il ə razılığa gələrək, sonuncuya “Bir ovuc sonsuzluq” adlı film çəkilməsi üçün xidmətlər göstərmişlər və 2526 may 2017-ci il tarixlərində hər iki iddiaçı notarial qaydada təsdiq olunmuş ərizə təqdim edərək “xxxx” MMC-dən əmək haqqı aldıqlarını bildirmişlər. Bundan başqa “xxxx” MMC ilə filmin çəkilişində iştirak edən şəxslər arasında 25 may 2017-ci il tarixdə “Muvafakat (razılıq) Sözləşməsi (müqavilə)” bağlanmış və həmin müqavilədə tərəflərin bir-birinə qarşı hər hansı tələb və iddialarının olmadığı bəyan edilmişdir. Həmin müqavilə iddiaçılar və filmdə iştirak edən digər şəxslər tərəfindən imzalanmışdır. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiçılarla film çəkilişi ilə bağlı hüquq münasibətləri cavabdehlərlə deyil, “xxxx” MMC ilə yaranmış, Cavabdeh2 isə həmin MMC-ni həm təs isçisi, həm də direktoru olmuşdur. İddiaçılar film çəkilişi ilə bağlı “xxxx” MMCyə xidmət göstərmişlər və əmək haqqı almalarına dair MMC-yə ərizə təqdim etmişlər. Lakin hazırda iddiaçılar Cavabdeh1 və Cavabdeh2 qarşı iddia irəli sürərək onlardan borcun tutulmasını xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmı ş muzd ödəməyi öhdəsinə götürür. İş materiallarından da müəyyən olunduğu kimi, iddiaçılarla “xxxx” MMC arasında film çəkilişi ilə bağlı xidmətlərin göstərilməsinə dair razılıq əldə olunmuş və bunun müqabilində muzd müəyyən edilmişdir. İddiaçılar onlara tapşırılmış işi gördükdən sonra, “xxxx” MMC-dən əmək haqqı (muzd) almaları barədə notarial qaydada təsdiq olunmuş ərizələr vermişlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İ ddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 28.12.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessua l qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Azərbaycan RespublikasınınMülki Məcəlləsinin əsas vəzifələrindən biri mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək (maddə 1.2.) prinsiplərindən isə mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması (maddə 6.1.7), pozulmuş hüquqların bərpasının təmin edilməsidir. (maddə 6.1.8) Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kredit müqaviləsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün qiymətləndirilməməsi ilə bağlı kassasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbi ilə bağlı hüquqi qiymətləndirmə apararkən təkcə iddiaçılar tərəfindən təqdim edilmiş kredit müqaviləsin deyil, tərəflər arasında yaranmış qarşıqlıqlı münasibətlərə və işin hallarına qiymət verərək iş üzrə nəticəyə gəlmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiçılarla film çəkilişi ilə bağlı hüquq münasibətləri cavabdehlərlə deyil, “xxxx” MMC ilə yaranmışdır. İddiaçılar film çəkilişi ilə bağlı “xxxx” MMC-yə xidmət göstərmişlər və əmək haqqı almalarına dair MMC-yə ərizə təqdim etmişlər. Lakin buna baxmayaraq iddiaçılar həmin münasibətlərdə n yaranmış faktiki əsaslara istinad edərək tələblərini “xxxx” MMC-yə deyil, iddia tələbinə cavabdeh verməli olmayan şəxslərə, hazırki iş üzrə cavabdehlərə qarşı yönəltmiş ki, bu hal iddia tələbinin sonunculara qarşı təmin edilməsi üçün əsas olmamışdır. Üçüncü şəxsin apellyasiya şikayətinə əsasən iddia tələbini rədd edən apellyasiya instansiyası məhkəməsinin səlahiyyətlərindən kənara çıxması barədə kassasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi üçüncü şəxsin apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxmağa haqlı olmuş, apellyasiya nəticələrinə əsasən iddia tələbinin faktiki əsası öz təsdiqini tapmadığından iddia tələbini rədd etməkdə hər hansı bir prosessual pozuntuya yol verməmişdir. Yux arıda qeyd edildiyi kimi Cavabdeh2 3-cü şəxs “xxxx” MMC-nin yeganə təsisçisi, digər Cavabdeh1 isə Cavabdeh2 arvadıdır. Belə olan halda iddia tələbləri bilavasitə “xxxx” MMC-nin maraqlarına toxunur. MMC-nin cavabdeh tərəfindən müstəqil tələb irəli sürməyın 3-cü şəxs kimi işdə iştirak etməsi Mülki Prosessual Məcəllənin tələblərinə uyğundur. Mülki Prosessual Məcəllənin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kim i işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-3223/2019 nömrəli iş üzrə 12 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçılar İddiaçı1 və İddiaçı2 birgə verdikləri kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-3223/2019 nömrəli iş üzrə 12 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-6686/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6686/2019
24.10.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver