Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-669/2022 07.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali MəhkəməsiMülki kollegiyasının İddiaçı: İddiaçı ASC-nin cavabdehlər "xxxx" ASC-yə, Azərbaycan Respublikası Milli Depozit Mərkəzinə,Cavabdeh2, Cavabdeh1, üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “səhmə mülkiyyət hüququnun ləğv edilməsi, həmin səhmlərə iddiaçının mülkiyyət hüququnun tanınması, "xxxx" ASC-nin səhmdarlarının 25.02.2015-ci il tarixli və 06.04.2015-ci il tarixli qərarlarının və həmin qərarların yaratdığı nəticələrin etibarsız hesab edilməsi, Milli Depozit Mərkəzi tərəfindən verilmiş 23.02.2015-ci il tarixli X7 reyestrinin etibarsız hesab olunması” tələbinə da ir iş üzrə QƏRARİ (Açar sözlər: səhmə mülkiyyət hüququnun tanınması, ümumi yığıncağın qərarlarının və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə Rəşid oğlunun və vəkili Vəkil5, cavabdehlər Cavabdeh1 və vəkili X4, 3-cü şəxs AR İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nin vəkili Cavadov Habil Azad oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 07 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin b inasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları Dövlət Əmlak Komitəsinin 27 oktyabr 1997-ci il tarixli sərəncamı ilə Bakı Komvol Kombinatının bazasında əsas fəaliyyəti parça istehsalı və satışı olan "xxxx" ATSC yaradılmaqla, 07 yanvar 1998-ci ildə dövlət qeydiyyatına alınmışdır. "xxxx" ATSC-nin nizamnamə kapitalı ******* ədəd səhmdən ibarət olmuşdur. 14-27 noyabr 1997-ci ildə Cəmiyyətin 731077 ədəd səhmi, 21 yanvar - 3 fevral 1998- ci ildə 202461 ədəd səhmi çek auksionunda satışa çıxarılmış, həmin auksionlarda ümumilikdə 852150 səhmi əldə etməklə qalib Cavabdeh1 olmuş və 02 fevral 2014-cü ildə sonuncu həmin səhmləri Cavabdeh2 satmışdır. "xxxx" ASC-yə məxsus Bakı şəhəri, Nərimanov rayonunda yerləşən əmlak kompleksi 25 aprel 2015-ci il tarixdə X3 və həmin əmlak sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Bununla bərabər, Milli Depozit Mərkəzi tərəfindən verilmiş 25 fevral 1999-cu il tarixli səhmlərin sertifikatında İddiaçı ASC-nin "xxxx" ATSC-nin 852.600 ədədsəhminin sahibi olması qeyd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 23 noyabr 2015-ci il tarixdə İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 "xxxx" ASC-nin 852.600 ədəd səhminə mülkiyyət hüququnun ləğv edilməsi, həmin səhmlərə onun mülkiyyət hüququnun tanınması, "xxxx" ASC-nin səhmdarlarının 25.02.2015-ci il tarixli və 06.04.2015-ci il tarixli qərarlarının və həmin qərarların yaratdığı nəticələrin etibarsız hesab edilməsi, Milli Depozit Mərkəzi tərəfindən verilmiş 23.02.2015-ci il t arixli X7 reyestrinin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ASC "xxxx" ASC-nin səhmlərinin satılması ilə bağlı Dövlət Əmlak Komitəsi tərəfindən keçirilən çek hərraclarında iştiraketməklə, həmin səhmlərin 852.600 ədədini (64,1 %) almış, “Mülk” Milli Depozit Mərkəzi tərəfindən 25 fevral 1999cu il tarixdə həmin səhmlərin sertifikatı verilmişdir. Həmin səhmlərin Cavabdeh1 adına rəsmiləşdirilməsi qanunsuz olmuş, bununla da iddiaçı ASC-nin mülkiyyət hüquqları pozulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-408/2016 nömrəli iş üzrə 21 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə (hakim A.B.Əliyev) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, id diaçı sözügedən səhmlərin onun tərəfindən alınmasına dair mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının istinad etdiyi sertifikata gəldikdə isə, həmin sertifkat müvafiq qaydada qeydiyyata alınmamış, yəni səhmlərin əldə edilməsinə dair dövlət reyestrində belə bir qeydiyyat aşkar edilməmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının hazırki tələbi irəli sürmək üçün subyektiv hüququ yoxdur. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat İddiaçı həmin qətnaməni apellyasiya qaydasında mübahisələndirmiş, şikayətini iddia ərizəsinə uyğun əsaslandırmış və həmçinin göstərmişdir ki, birinci instansiyaməhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun deyil, məhkəməmübahisənin mahiyyəti üzrə hər hansı bir araşdırma aparmamış, maddi və prosessual hüquq normalarını pozm uşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-713/2017 nömrəli iş üzrə 15 dekar 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.M.Həsənov, X.A.Mərdanova, İ.Ş.Vəliyev) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Eyni zamanda Bakı Apellyasiya Məhkəməsi Mülki Kolegiyası iş üzrə müəyyən edilmiş faktlarla bağlı xüsusi qərardad çıxararaq Milli Depozit Mərkəzi tərəfindənİddiaçı ASC-yə 25.02.1999-cu il tarixdə AA000327 saylı “Səhmlərin Sertifikatı”nın verilməsində, eləcə də Cavabdeh1 "xxxx" ASC-nin 852.150 ədəd səhminin satın alınmasına və sonradan satmasına dair aparılmış əməliyyatlarda cinayət əməllərinə yol verilib-verilmədiyinin araşdırılması üçün zəruri sənədlərin surətləri əlavə edilməklə Bakı şəhər Prokurorluğuna göndərilməsini qərara almışdır. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1/2019 nömrəli iş üzrə 05 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – Ə.Ə.Əliyev, A.K.Kalbalıyev, V.Ə.İbayev) iddiaçının kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya MəhkəməsiMülk i Kollegiyasının 15 dekar 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Kassasiya instansiya məhkəməsinin qərarında göstərilmişdir ki, apellyasiya instansiya məhkəməsi 25.02.1999-cu il tarixli sertifikatda göstərilən 852.600 səhm üzərində iddiaçının hüquqları qiymətli kağızların reyestrində qeydə alınmadığı üçün sonuncunun həmin səhmlərə mülkiyyət hüququ yaranmadığı barədə nəticəyə gələrkən, Milli Depozit Mərkəzinin mübahisəli hüquq münasibəti yaranan vaxt qüvvədə olan Əsasnaməsində qiymətli kağızların reyestrinin aparılması Milli Depozit Mərkəzinin vəzifəsi kimi təsbit edilməsini nəzərə almamış, işə məhkəmə baxışlarında izahat verən Cavabdeh1 adı çəkilən çek auksionlarında iştirak etmədiyini, "xxxx" ATSC-nin səhml ərini almadığını və həmin səhmləri hər hansı bir şəxsə satmadığını bildirmişdir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8415/2019 nömrəli iş üzrə 02 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – M.A.Məmmədov, Ş.Ə.Məhərrəmova, E.Y.Şamayev) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, iddia qismən təmin edilmiş, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 852.600 ədəd səhminə İddiaçı ASC-nin mülkiyyət hüququnun tanınması, "xxxx" ASC-ninsəhmdarlarının 25 fevral 2015-ci il tarixli və 06 aprel 2015-ci il tarixli qərarları və həmin qərarların yaratdığı məticələrin, habelə Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi tərəfindən verilmiş 23 fevral 2015-ci il tarixli X7 reyestrinin etibarsız hesab ed ilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2/2021 saylı, 24.02.2021-ci il tarixli qərarı ilə (Gündüz Quliyev (sədrlik edən və məruzəçi) İlqar Xələfov, Zaur Əliyev) apellyasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya məhkəməsinin 02.08.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyinə görə apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticələr aşağıdakılara əsasən qanuni və əsaslı deyil. Belə ki, iş materiallarına əlavə edilmiş 012 saylı (14-27 noyabr 1997-ci il tarixli) ixtisaslaşdırılmış çek auksionu komissiyasının 012/40 saylı yekun protokolu və 016 saylı (21 yanvar-03 fevral 1998-ci il tarixli) ixtisaslaşdırılmış çek auksionu üzrə daimi auksion komissiyasının 016/45 saylı yekun protokolu ilə keçirilmiş hərracların nəticələri müəyyənləşdirilmişdir. Hərracların nəticələrinə görə iddiaçının hərraclarda iştirak etməklə 852.000 ədəd səhmləri alması müəyyən edilmir. İddiaçının etibarsızlığını və ləğvini mübahisələndirdiyi bütün əqd və sənədlər 14-27 noyabr 1997-ci il tarixli və 21 yanvar – 03 fevral 1998-ci il tarixli hərracların yekunlarınadair nəticələrə əsaslanır. Halbuki, iddiaçı həmin hərracların nəticələrinin etibarsızlığı iləbağlı ümumiyyətlə tələb irəli sürməmişdir. Lakin, apellyasiya məhkəməsi işin qeyd olunan halına hərracların nəticələrini müəyyən edən qanunvericiliyin tələbləri baxımından ümumiyyətlə qiymət vermədən keçirilmiş hərrac lar qüvvədə olduğu halda, onun nəticələri əsasında aparılmış hərəkətlərin etibarsız hesab edilməsi nəticəsinə gəlmişdir. Digər tərəfdən, "xxxx" ASC-nin səhmdarlarının 25.02.2015-ci il tarixli və 06.04.2015-ci il tarixli qərarları əsasında ASC-yə məxsus olmuş Bakı şəhəri, Nərimanov rayonunda yerləşən əmlak kompleksi 25 aprel 2015-ci il tarixdə X3 və həmin əmlak sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Apellyasiya məhkəməsi həmin qərarların və həmin qərarların yaratdığı nəticələrinetibarsız hesab edilməsi ilə bağlı mübahisəyə dair işə baxılması zamanı X6 maraqlarına toxunan məsələnin həll edilməsinə baxmayaraq o, işə cəlb edilməmiş, nəticədə onun qanunla qorunan hüquqları pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat Bakı Apellyasiya Məhkə məsi Mülki Kollegiyasının 2(103)-4963/2021 saylı (İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, X13, X10) 07.07.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 21 oktyabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin faktiki halları belə müəyyən edilmişdir ki, Dövlət Əmlak Komitəsinin 27 oktyabr 1997-ci il tarixli sərəncamı ilə Bakı Komvol Kombinatının bazasında əsas fəaliyyəti parça istehsalı və satışı olan "xxxx" ATSC yaradılmaqla, 07 yanvar 1998-ci ildə dövlət qeydiyyatına alınmışdır. "xxxx" ATSC-nin nizamnamə kapitalı 1 329 231 ədəd səhmdən ibarət olmuşdur. 14-27 noyabr 1997-ci ildə Cəmiyyətin 731077 ədəd səhmi, 21 yanvar - 3 fevral 1998-ci ildə 202461 ədəd səhmi çek auks ionunda satışa çıxarılmış, həmin auksionlarda ümumilikdə 852150 səhmi əldə etməklə Cavabdeh1 qalib olmuş və 02 fevral 2014-cü ildə sonuncu həmin səhmləri Cavabdeh2 satmışdır. "xxxx" ATSC-nin səhmdarlarının 25.02.2015-ci il tarixli ümumi yığıncağında nizamnamənin yeni redkasiyada təsdiq edilməsi, cəmiyyətin adından “Tipli” sözünün çıxarılması, cəmiyyətin "xxxx" adlandırılması, ASC-nin hüquqi ünvanının ünvan 1ı və s. qərara alınmışdır. Cəmiyyətin 06.04.2015-ci il tarixdə keçirilmiş ümumi yığıncağında cəmiyyətin mülkiyyətinin bölünməsi və digər məsələlər barədə qərar qəbul olunmuşdur. "xxxx" ASC-yə məxsus Bakı şəhəri, Nərimanov rayonunda yerləşən əmlak kompleksi 25 aprel 2015-ci il tarixdə X3 və həmin əmlak sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Milli Depozit M ərkəzinin 04.07.2019cu il tarixli məlumatına əsasən cəmiyyətin 1 287 381 ədəd səhmi Cavabdeh5 tərəfindən alınmışdır. Kassasiya instansiyası məhkəməsinin qərarında şərh olunan göstərişlərə görə iddiaçının hazırkı işdə etibarsızlığını və ləğvini mübahisələndirdiyi bütün əqd və sənədlər 14-27 noyabr 1997ci il tarixli və 21 yanvar – 03 fevral 1998-ci il tarixli hərracların yekunlarına dair nəticələrə əsaslansa da, iddiaçı həmin hərracların nəticələrinin etibarsızlığı ilə bağlı ümumiyyətlə tələb irəli sürməmiş və apellyasiya instansiyasıməhkəməsi işə baxarkən bu hala hərracın nəticələrini müəyyən edən qanunvericiliyin tələbləri baxımından qiymət verməmişdir. Kassasiya məhkəməsi həmçinin göstərmişdir ki, "xxxx" ASC-nin səhmdarlarının 25.02.2015ci il tarixli və 06.04.2015-ci il tarixli qərarları əsasında ASC-yə məxsus olmuş Bakı şəhəri, Nərimanov rayonunda yerləşən əmlak kompleksi 25 aprel 2015-ci il tarixdə X1 həmin əmlak sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış olsa da, YYY maraqlarına toxunan məsələnin həll edilməsinə baxmayaraq işdə iştirak etməyə cəlb edilməmiş, nəticədə onun qanunla qorunan hüquqları pozulmuşdur. İşə apelyasiya qaydasında yenidən baxılarkən məhkəmə kollegiyası qətnamə ilə maraqlarına toxunan YYYu və "xxxx" ASC-nin səhmlərinin hazırkı mülkiyyətçisi Cavabdeh5 iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işdə iştirak etməyə cəlb etmişdir. YYYun nümayəndəsi məhkəmə kollegiyasının iclasında izahat verərkən bildirmişdir ki, təmsil etdiyi şəxs vicdanlı alıcıdır, əmlak kompleksini qanuni əsaslarla əldə etmişdir və hazırda hüquqlar ı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməklə mülkiyyətçidir. Cavabdeh5 nümayəndəsi də məhkəmə kollegiyasının iclasında izahat verərək təmsil etdiyi şəxsin vicdanlı alıcı olmaqla səhmləri qanuni əsaslarla əldə etdiyini və hazırda qanuni mülkiyyətçi olduğunu göstərdi. Apellyasiya Məhkəməsi kassasiya instansiyası məhkəməsinin qərarında şərh olunan göstərişlərin icrası qaydasında müəyyən etmişdir ki, 14-27 noyabr 1997-ci il və 21 yanvar-03 fevral 1998-ci il tarixlərdə ixtisaslaşdırılmış çek auksionları keçirilmiş və auksion komissiyasının 012/40 və 016/45 saylı yekun protokolları ilə keçirilmiş hərracların nəticələri müəyyənləşdirilmişdir. Hərracların nəticələrinə görə İddiaçı ASC-ninhərraclarda iştirak etməsi və 852.000 ədəd səhmləri alması müəyyən edilməmişdir. Azərbaycan Resp ublikası Mülki Məcəlləsinin 416.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. İddiaçının etibarsızlığını və ləğvini mübahisələndirdiyi bütün əqd və sənədlər 14-27 noyabr 1997-ci il tarixli və 21 yanvar – 03 fevral 1998-ci il tarixli hərracların yekunlarınadair nəticələrə əsaslansa da, iddiaçı həmin hərracların nəticələrinin etibarsızlığı ilə bağlı ümumiyyətlə tələb irəli sürmədən hərracların nəticələri əsasında aparılmış hərəkətləri mübahisələndirmişdir. İddiaçı hazırkı mülki işdə nəinki hərracların nəticələrini mübahisələndirməmiş, h əmin hərraclarda iştirakını belə sübut edə bilməmişdir. Birinci instansiya məhkəməsi MPM-nin 218.3-cü maddəsinə əsasən irəli sürülmüş tələblər həddində işə baxmış və İddiaçı ASC-nin bu iddianı qaldırmağa subyektiv hüququ olmadığı qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən sözügedən səhmlərin alınmasına dair mötəbər sübutların təqdim edilə bilmədiyini və səhmlərin əldə edilməsinə dair dövlət reyestrində hər hansı qeydiyyatın aşkar edilmədiyini əsas götürərək hesab etmişdir ki, iddiaçının hazırkı tələbi irəli sürmək üçün subyektiv hüququ yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi bu nəticə ilə razılaşmışdır. Apellyasiya Məhkəməsi hesab etmişdir ki, hazırkı işdə iddiaçı tərəfindən irəli sürülmüş tələbin qanuni əsası tapılmadığından və faktiki hallar istinad olunan qanuni əsasın şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından hüquqi dəyərləndirmə də məhkəmə üçün artıq başa çatmışdır və əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac yoxdur. Məhkəmə kollegiyası ASC-yə məxsus olmuş Bakı şəhəri, Nərimanov rayonunda yerləşən əmlak kompleksinin 25 aprel 2015-ci il tarixdə X2 və həmin əmlakın sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı qeyd etmişdir ki, iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ olmadığının müəyyən edilməsi ilə yanaşı, ümumiyyətlə əmlak kompleksi YYY tərəfindən əldə olunarkən hər hansı qanun pozuntusuna yol verilməsi halı da müəyyən edilmədi. Məhkəmə kollegiyası iş materiallarına əsasən həmçinin qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçı ola n İddiaçı ASC başqa bir işdə "xxxx" ASC-yə qarşı inzibati-iqtisadi məhkəmədə iddia qaldıraraq cavabdehin üzərinə ASC-nin nizamnaməsinin, X7 Reyestrinin surətinin iddiaçıya təqdim edilməsi vəzifəsinin qoyulması və 25.02.2015-ci il tarixdə "xxxx" ASC-nin səhmdarlarının ümumi yığıncağının keçirilməsinə dair gündəliyin ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmiş,lakin İddiaçı ASC-nin həmin iddianı qaldırmağa subyektiv hüququ olmadığı müəyyən edildiyindən iddia tələbi Bakı İnzibati-iqtisadi məhkəməsinin 09.09.2015-ci il tarixli qətnaməsi ilə rədd edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi Bakı Apellyasiya Məhkəməsi İnzibatiiqtisadi kollegiyasının 14.12.2015-ci il tarixli qətnaməsi ilə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi isə Ali Məhkəmənin İnzibati-iqtisadi Ko llegiyasının 17 may 2016-cı il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin İnzibati-iqtisadi Kollegiyasının həmin iş üzrə 17 may 2016-cı il tarixli qərarında qeyd olunmuşdur ki, İddiaçı ASC-nin iş üzrə iddiaçı qismində çıxış etməsi üçün subyektiv hüquqa malik olması iddiaçı tərəfindən sübuta yetirilməli olduğu halda, məhkəməyə təqdim olunmuş sənədlərlə onun belə bir hüququnun mövcudluğutəsbit olunmamışdır. Belə ki, iddiaçının istinad etdiyi 1997-ci ildə əldə olunmuş səhmlərin sertifikatını vermiş “Mülk” Milli Depozit Mərkəzi adlı hüquqi şəxs Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin X8 Dövlət Qeydiyyatı İdarəsində olan reyestrdə aşkar edilməmişdir. Əlavə olaraq, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin13.02.2015-ci il tarixli 149 saylı lisenziyası əsas ında fəaliyyət göstərən Milli Depozit Mərkəzi QSC-nin 23.02.2015-ci il tarixdə hazırladığı X7 Reyestrindən məlumata əsasən "xxxx" ASC-nin səhmdarları arasında İddiaçı ASC-nin adı yoxdur. Milli Depozit Mərkəzi QSC-nin uçot sistemində də iddiaçı barəsində heç bir məlumata rast gəlinməmişdir. Milli Depozit Mərkəzi QSCnin nizamnaməsi 08.09.1999-cu ildə təsdiq olunmuş və Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır, hələ də qüvvədədir. Göründüyü kimi, İddiaçı ASC və "xxxx" ASC arasında yaranmış və inzibati-iqtisadi icraat qaydasında baxılmış həmin işdə də İddiaçı ASC-nin "xxxx" ASC-nin səhmlərinə hər hansı aidiyyəti olması müəyyən edilməmiş və subyektiv hüququ olmadığına görə iddiası rədd olunmuşdur. Beləliklə, apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasınd a yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.07.2021-ci il tarixli qətnaməsindən iddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini,iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin işti rakı və izahatları Kassator kassasiya şikayətinin dəlillərini əsaslandıraraq qeyd etmişdir ki, İddiaçı ASC cavabdeh "xxxx" ASC-nin səhmlərinin satılması ilə bağlı Dövlət Əmlak Komitəsi tərəfindən keçirilən çek hərraclarında iştirak etmiş, həmin səhmlərin 852.600 ədədini (64,1%) almışdır. Bu barədə “Mülk” Milli Depozit Mərkəzi tərəfindən 25 fevral 1999-cu il tarixdə İddiaçının adına müvafiq olaraq AA № 000327 saylı Səhmlərin Sertifikatı verilmişdir. İddiaçıya məlum sertifikatın verilməsi zamanı qüvvədə olmuş 14 iyul 1998-ci il tarixli, 523-İQ saylı “Qiymətli kağızlar haqqında” qanunun 1-ci maddəsinin 10-cu abzasına görə, ““Emissiya qiymətli kağızlarının sənədləşdirilmiş forması” müvafiq surətdə sənədləşdirilmiş qiymətli kağız sertifikatı təqdim etmək əsasında və ya qiymətli kağızlar deponen tə qoyulduğu halda depo hesabında olan yazının əsasında sahibi müəyyən edilən emissiya qiymətli kağızları formasıdır”. Həmin maddənin 12-ci abzasına görə, ““Emissiya qiymətli kağızının sertifikatı” - emitent tərəfindən və ya emitentin tapşırığı ilə müvafiq depozitari tərəfindən buraxılan və qiymətli kağızların sertifikatda göstərilən sayına hüquqların məcmusunu təsdiqləyən sənəddir. Qiymətli kağızın sahibi belə sertifikat əsasında emitentin Öhdəliklərini yerinə yetirməsini tələb etmək hüququ vardır”. Göründüyü kimi, Səhm Sertifikat, İddiaçının 852.600 ədəd adi adlı səhminin sahibi olduğunu təsdiqləyir. İddiaçının həmin səhmlərin sahibi olduğunu təsdiqləyən hər hansı digər sübut təqdim etməsinə zərurət yoxdur. Lakin tamamilə müəmmalı şəkildə, səhmlərin alınmasından 17 il sonra həmin səhmlər in Cavabdeh1 adma rəsmiləşdirilməsi və sonuncu tərəfindən sonradan Cavabdeh2 satılması baş vermişdir. Nəticədə, iddiaçının mülkiyyət hüquqları pozulmuşdur. CavabdehYYYnin çek auksionlarının qalibi olmasının hüquqi nəticəsi - Səhm Sertifikatı (yaxud səhmdarların reyestri) işdə yoxdur. Çünki məhkəmənin çek auksionlarının qalibi kimi qəbul etdiyi Cavabdeh1 adına isə heç bir zaman "xxxx" ASC-nin səhmdarı olması barədə Səhm Sertifikatı verilməyib. Məhkəmə adına səhm sertifikatı olmayan, auksionlarda iştirak etdiyini özü inkar edən Cavabdeh1 subyektiv hüquqa malik olduğunu qəbul edir (əks halda, səhmlərin R.Haverdi tərəfindən Cavabdeh2 satıldığını qəbul etmiş olmazdı), lakin buna qarşılıq, (digər sübutlar bir kənara), əlində Səhm Sertifikatı olan iddiaçının subyektiv hüquqa malik olduğunu qəbul etmir. Qeyd edilən hal təsdiq edir ki, məhkəmə işə qərəzli və qeyri-obyektiv baxıb, iddiaçının müikiyyət hüququ ilə yanaşı həm də ədalətli məhkəmə araşdırması hüququnu pozub. Bundan başqa, 012 saylı (14-27 noyabr 1997) ixtisaslaşdırılmış çek auksionu üzrə daimi auksion komissiyasının 012/40 nömrəli, 05 dekabr 1997-ci il tarixli yekun protokolu və 016 saylı (21 yanvar-03 fevral 1998) ixtisaslaşdırılmış çek auksionu üzrə daimi auksion komissiyasının 016/45 nömrəli, 17 fevral 1998-ci il tarixli yekun protokolu iş materiallarında mövcuddur. Həmin protokollar auksionun keçirildiyini təsdiq edir. Lakin mübahisəli məqam ondan ibarətdir ki, hər iki protokola əlavə edilən çek auksionu qaliblərinin siyahısında iddiaçıya məlum olmayan tarixdə və sonradan dəyişiklik edilmiş, iddiaçının adı həmin siyah ılardan çıxarılmış, əvəzində isə Cavabdeh1yevin adı daxil edilmişdir. Dolayısı ilə, hazırkı işin hallan baxımından iddiaçı, hər iki protokolun mövcudluğunu mübahisələndirmir, əksinə həmin tarixlərdə keçirilmiş auksionlarda iştirak etdiyini, bu zaman aldığı səhmlər üçün 5.404 ədəd çek. təqdim etdiyini və auksionun qalibi olduğunu iddia edir. Hərrac protokollarına əlavə edilmiş Siyahılarda Cavabdeh1 qalib gəlməsinin göstərilməsinin heç bir faktiki və hüquqi əsası yoxdur. Bu mənada Siyahılara Cavabdeh1 adının daxil edilmiş olması açıq-aşkar qanun pozuntusudur və bunun sonradan edildiyi aşkardır. Məhkəmə tərəfindən həmçinin MM-in 416.1-ci və 416.2-ci maddələrinin tətbiqi açıq maddi hüquq pozuntusudur. Ona görə ki, haazırkı Mülki Məcəllə 01 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmişdir. Başqa sözlə, çek auksionları keçirilən tarixdə həmin normalar qüvvədə deyildi. Dolayısı ilə, apellyasiya məhkəməsi, mübahisəli hüquq münasibətləri yaranan tarixdə qüvvədə olmamış maddi hüquq normalarına istinad etməklə maddi hüquq pozuntusunu yol vermişdir. Məhkəmə nəzərə almamışdır ki, iş materiallarında iddiaçının "xxxx" ASC-nin səhmlərinin sahibi olduğunu təsdiqləyən dolayı sübutlar da vardır. Lakin məhkəmə bunların heç birinə hüquqi qiymət verməyib. Diqqət edilsin ki, iddiaçı tərəfindən "xxxx" ASC-yə məxsus səhmlərin əldə edilməsi təsadüf deyildir. Belə ki, 24 may 1994-cü ildə Azərbaycan Respublikasının Prezidenti, möhtərəm Heydər Əliyev cənabları X15 rəsmi səfəri zamanı ÇXR və Azərbaycan Respublikası arasında hökümətlərarası Saziş imzalanmışdır. İmzalanmış Sazişə əsasən ÇXR tərəfindən Azərb aycan Respublikasına 60 milyon yuan (təxminən 7,3 milyon ABŞ dolları) güzəştli kredit və 3 milyon yuan (365,0 min ABŞ dolları) əvəzsiz yardım ayrılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası X12 Nazirliyi 22.09.1995-ci il tarixli 2-32/İƏ 1513 saylı məktubu ilə Baş Nazirə müraciət edərək Çin Respublikası ilə Azərbaycan Respublikası arasında imzalanmış Sazişin icrasını İddiaçı Xarici Ticarət Birliyinə həvalə edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası X12 Nazirliynin təşəbbüsü və Ulu Öndərin göstərişi ilə AR Nazirlər Kabineti 15.12.1995-ci il tarixli 17/5395-22 saylı qərarı ilə Sazişin icrasını İddiaçı Birliyinə həvalə etmiş və Birliyə Sazişin icrasının konsepsiyasını hazırlamaq tapşırılmışdır. Azərbaycan Respublikası X12 Nazirliynin ÇXR-in Xarici Ticarət və İqtisadi Əlaqələr Nazirliyinə ünvanladığı 25.12.1995-ci il tarixli məktubunda Sazişin icrasının İddiaçı Birliyinə həvalə edildiyi haqda məlumat verilmişdir. İddiaçı tərəfindən alınacaq güzəştli kredit hesabına "xxxx" ATSC-nin sağlamlaşdırılmasına dair biznes plan və texniki-iqtisadi əsaslandırma Hökumətə təqdim edilmişdir. Təqdim edilmiş biznes planın layihəsinə keçmiş X12 Nazirliyində, İqtisadiyyat Nazirliyində, Maliyyə Nazirliyində, Ticarət Nazirliyində, Dövlət Əmlak Komitəsində, Milli Bankda, Beynəlxalq Bankda və Prezident Aparatında baxılmış və müsbət rəy və tövsiyələr verilmişdir (bu barədə bütün sənədlər işdə vardır). Yəni, 1995-ci ildən 2003-cü ilə kimi 10-larla dövlət və hökumət orqanları ilə aramızda olan yazışmalar və məktublar, bağlanmış müqavilələr mövcuddur. Yazışmaların bir çoxunda isə alınaca q kreditin Bakı Komvol Kombinatının sağlamlaşdırılmasma və yeni istehsalın qurulmasına yönəldiləcəyinin vurğulandığı aşkar görünür. Göründüyü kimi, iddiaçının hərraclarda iştirakının və səhmdar olmasına qədərki dövrə aid rəsmi, hökümət səviyyəsindəki sənədlərlə onun "xxxx" ASC-nin səhmdarı olmasına yönəlmiş hərəkətlər etməsi isbat edilir. Başqa sözlə, "xxxx" ATSC-nin sağlamlaşdırılmasma dair biznes plan və texniki-iqtisadi əsaslandırma hazırlayaraq onu Hökümətə təqdim etmiş iddiaçının hərracda iştirak etmədiyini, əlində olan Səhm Sertifikatının isə qeydiyyata alınmadığının iddia edilməsi, qanunsuz olmaqdan ziyadə, həm də çox məntiqsizdir. Kassasiya şikayətinə dair etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə və vəkili Vəkil5 kassasiya şikayətinin məzmununa uyğun izahat verərək, qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Cavabdeh1 və vəkili X5 məhkəmə iclasında izahat verərək, kassasiya şikayətini müdafiə etdilər. 3-cü şəxs AR İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nin vəkili Cavadov Habil Azad oğlu kassasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, lakin onlar, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkü n hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasi ya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışın ın hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün t ətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətinin dəlilləri əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Kassasiya məhkəməsinin göstərişlərinə əməl edilmişdir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı bildirir ki, mübahisə predmeti olan səhmlərin iddiaçıya məxsus olmasını təsdiq etmək üçün məhkəməyə təqdim etdiyi Milli Depozit Mərkəzi tərəfindən verilmiş 25 fevral 1999-cu il tarixli səhmlərin sertifikatını təqdim etmiş, lakin məhkəmə araşdırmaları zamanı "xxxx"ATSC-nin reystrsaxlayıcısı olan Cavabdeh3-dən əldə edilmiş məlumata əsasən reyestrdə "xxxx"ATSC-nin səhmlərinə sahibliyi haqqında heç bir məlumat olmadığı müəyyən edilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi və Milli Depozit Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərə görə 14- 27 noyabr 1997-ci il tarixli və 21 yanvar – 03 fevral 1998-ci il tarixli hərraclarda Cavabdeh1 ümumilikdə 852150 səhmi əldə etməklə qalib olmuşdur. Həmçinin, hazırkı iş üzrə iddiaçı olan İddiaçı ASC-nin "xxxx" ASC-yə qarşı cavabdehin üzərinə ASC-nin nizamnaməsinin, Qiymətli Kağız Sahiblərinin Reyestrinin surətinin iddiaçıya təqdim edilməsi vəzifəsinin qoyulması və 25.02.2015-ci il tarixdə "xxxx" ASC-nin səhmdarlarının ümumi yığıncağının keçirilməsinə dair gündəliyin ləğv edilməsi barədə i d d i a t ə l ə b i ü z r ə qanuni qüvvəyə minmiş Ali Məhkəmənin İnzibati-iqtisadi Kollegiyasının 17 may 2016-cı il tarixli qərarı ilə də müəyyən edilmişdir ki, İddiaçı ASC-nin iş üzrə iddiaçı qismində çıxış etməsi üçün subyektiv hüquqa malik olması iddiaçı tərəfindən sübuta yetirilməli olduğu halda, məhk əməyə təqdim olunmuş sənədlərlə onun belə bir hüququnun mövcudluğutəsbit olunmamışdır. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin13.02.2015-ci il tarixli 149 saylı lisenziyası əsasında fəaliyyət göstərən Milli Depozit Mərkəzi QSC-nin 23.02.2015-ci il tarixdə hazırladığı X7 Reyestrindən məlumata əsasən "xxxx" ASC-nin səhmdarları arasında İddiaçı ASC-nin adı yoxdur. Milli Depozit Mərkəzi QSC-nin uçot sistemində də iddiaçı barəsində heç bir məlumata rast gəlinməmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, X7 reyestrində müvafiq qeydiyyata əsaslanmayan 25 fevral 1999-cu il tarixli səhm sertifikatının hər hansı hüquqi qüvvəsi yoxdur. Kassasiya şikayətinin dəlillərinə qiymət verəməkdə davam edərək, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı 012 saylı (14-27 noyabr 1997) ixtisaslaşdı rılmış çek auksionu üzrə daimi auksion komissiyasının 012/40 nömrəli, 05 dekabr 1997-ci il tarixli yekun protokolu və 016 saylı (21 yanvar-03 fevral 1998) ixtisaslaşdırılmış çek auksionu üzrə daimi auksion komissiyasının 016/45 nömrəli, 17 fevral 1998-ci il tarixli yekun protokolunu mübahisələndirməyərək, həmin auksionun keçirildiyini qəbul edir, lakin həmin auksionun qalibinin özü olduğu halda, siyahıda başqasının adının göstərilməsini qanunsuzluq hesab edir. Lakin məhkəmə kollegiyası hesab edir ki, auksionun nəticələrinin rəsmiləşdirilməsi auksionun keçirilməsi prosedurunun tərkib hissəsidir və nəticələri düzgün rəsmiləşdirilməyən auksion prosedur qaydalara uyğun keçirilməyən aiksion deməkdir. İddiaçı həmin hərracların(auksionun) nəticələrinin etibarsızlığı ilə bağlı tələb irəli sürməd ən həmin hərracın yekunlarına dair nəticələrə əsaslanan əqd və hərəkətlərin etibarsızlığını tələb edə bilməz. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər oldu ğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi cavabdehin şikayətinin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Bu səbəbdən, kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələr ini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ASC-nin kassasiya şikayəti təmin edilməsin Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 07 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.