Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-67/2022 18.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı3 və digərlərinin cavabdeh Cavabdeh1 və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-67/22 (Açar sözlər: bağışlama müqaviləsinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı3, vəkili Vəkil, Cavabdeh: Cavabdeh1 iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 may 2021-ci il tarixli, 2(104)702/2021 saylı qətnaməsindən iddiaçılar İ ddiaçı3, İddiaçı2 və İbrahimova Lütviyyə Sabir qızının kassasiya şikayəti üzrə işə 18 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçılar İddiaçı3, İddiaçı2 və İbrahimova Lütviyyə Sabir qızı məhkəmədə Cavabdeh1 və digərlərinə qarşı iddia qaldıraraq, Bərdə şəhəri, S.Vurğun küçəsi, 6-cı döngə, mülkiyyətdə olan 0,06 ha torpaq sahəsində yerləşən, 2 otaqlı, ümumi sahəsi 85,1 kv.metr olan 7 saylı fərdi yaşayış evinə dair X1 ilə Cavabdeh1 arasında notarial qaydada bağlanmış 20 aprel 2018-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqaviləyə əsasən Cavabdeh1 adına verilmiş 02 may 2018-ci il tarixli Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş ediblər. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Tərtər Rayon Məhkəməsinin 29 iyun 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim K.A.Rzayev) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, 20 aprel 2018-ci il tarixli Çıxarışa əsasən, Bərdə şəhəri, S.Vurğun küçəsi, 6-cı döngədə, mülkiyyətdə olan 0,06 ha torpaq sahəsində yerləşən, 2 otaqlı, ümumi sahəsi 85,1 kv.metr olan 7 saylı fərdi yaşayış evi iddiaçıların atası Sabir Salahovun mülkiyyətində olub və sonuncu həmin evi notarial qaydada təsdiq edilmiş 20 aprel 2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən nəvəsi Cavabdeh1 bağışlayıb. 02 may 2018-ci il tarixli Çıxarışa əsasən həmin ev daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydə al ınıb. 07 yanvar 2020-ci ildə X2 rayonunda ürək çatışmamazlığından ölüb. Mülki qanunvericiliyə görə, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Hazırki halda sözügedən bağışlama müqaviləsi Mülki Məcəllədə nəzərdə tutulmuş şərtləri pozmamaqla bağlanıb və həmin müqavilənin etibarsızlığı üçün əsaslar yoxdur. Həmçinin, iddia tələbində bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas kimi göstərilmiş dəlillər mülki iş materialları ilə təkzib edilir. Ona görə də iddia rədd edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 666.1, 666.2, 667.1-ci maddələr inin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçılar apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş ediblər. Apellyasiya instansiyası məhkəməsində icraat Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 may 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər A.V.Bayramov sədrlik edən, məruzəçi, R.Z.Mamedov və Ə.G.Abdullayev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Tərtər Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələb lərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 397.2, 666.1, 670.3-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçılar kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş ediblər. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxıl olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı3 və vəkili Vəkil kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. Cavabdeh1 məhkəmə iclasında iştirak etsə də, vəkillə birgə təmsil olunmadığı üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. İddiaçılar İddiaçı2, İddiaçı1, cavabdehlər Bərdə rayon “Asan Xidmət” Mərkəzi və Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bərdə Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbayc an Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəlləsinin 324.1-ci maddəsinə görə, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 339.2-ci maddəsinə görə, şəxs ə qd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Həmin Məcəllənin 666.1-ci maddəsində göstərilir ki, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul olunduğu ehtimal olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araş dırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdır ma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki h allarını araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçılar kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdiklərindən, qətnaməsinin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandıma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və iddiaçının kassasiya şikayətinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçılar kassasiya şika yətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsələr də kassasiya instansiyası məhkəməsi onların bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, 20 aprel 2018-ci il tarixli Çıxarışa əsasən, Bərdə şəhəri, S.Vurğun küçəsi, 6-cı döngədə, mülkiyyətdə olan 0,06 ha torpaq sahəsində yerləşən, 2 otaqlı, ümumi sahəsi 85,1 kv.metr olan 7 saylı fərdi yaşayış evi iddiaçıların atası Sabir Salahovun mülkiyyətində olub və sonuncu həmin evi notarial qaydada təsdiq edilmiş 20 aprel 2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən nəvəsi Cavabdeh1 bağışlayıb. 02 may 2018-ci il tarixli Çıxarışa əsasən həm in ev daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydə alınıb. 07 yanvar 2020-ci ildə X2 rayonunda ürək çatışmamazlığından ölüb. Hazırda iddiaçılar, mübahisəli evin mərhum atası Sabir Salahovun mülkiyyətində olduğunu, sonuncunun İ qrup gözdən əlil olmaqla skleroz xəstəliyindən əziyyət çəkdiyini, öz hərəkətlərini idarə etmək iqtidarında olmadığını, əqd bağlanması məqsədilə nəvəsi Cavabdeh1 tərəfindən aldadıldığını və bağışlama müqaviləsinin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlandığını göstərib, mübahisəli evə dair mərhum Sabir Salahovla Cavabdeh1 arasında bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsini, həmin evə dair sonuncunun adına verilmiş Çıxarışın ləğv edilməsini iddia edirlər. Cavabdeh Sabir Salahov isə mübahisəli evə dair bağışlama müqaviləsinin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmamaqla bağlandığını, həmin müqavilənin bilavasitə mərhum Sabir Salahovun iradəsini ifadə etdiyini göstərib, iddiaya etiraz edir. Daha sonra, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş 5235 saylı müayinə aktına əsasən, Sabir Salahov 30 noyabr 2006-cı ildən ümumi xəstəlik səbəbindən İ qrup gözdən əlil olub və Bərdə rayon İHB-nın 19 noyabr 2013-cü il tarixli sərəncamına əsasən, nəvəsi Elnur İbrahimov onun üzərində patronaj təyin edilib. Mülki Məcəllənin 324.1-ci maddəsinə görə, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zam anı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 666.1-ci maddəsində göstərilir ki, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul olunduğu ehtimal olunur. Apellyasiya insta nsiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları, o cümlədən kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, mübahisəli evə dair mərhum Sabir Salahovla Cavabdeh1 arasında bağışlama müqaviləsi Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmamaqla bağlanıb. Belə ki, bağışlama müqaviləsi üzrə Sabir Salahov öz sağlığında mülkiyyətində olan evi nəvəsi Cavabdeh1 bağışlamaqla sonuncunu zənginləşdirib və bağışlama müqaviləsi hədiyyə alan Cavabdeh1 tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilməyib. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd edib ki, sözügedən bağışlama müqaviləsinin etibarsızlığı üçün heç bir əsas yoxdur. Belə ki, həmi n müqavilə bilavasitə lazımi subyektlərin, yəni hədiyyəni verən Sabir Salahovun və hədiyyəni alan Cavabdeh1 iştirakları ilə bağlanıb, həmin müqavilə onların iradələrini ifadə etməklə, əqdin forma və məzmununa dair qanunvericiliyin tələblərinə tam əməl olunub. Yuxarıda qeyd edilən maddi hüquq normalarının müqayisəli təhlilindən də göründüyü kimi, hər hansı əqdin (o cümlədən bağışlama müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdlər iradə ifadələri nəticəsində əmələ gəldiklərinə görə, bir əqdin etibarlı olması üçün onu əmələ gətirən iradə ifadəsinin də sağlam olması, başqa sözlə irad ə və onun bildirilməsi arasında vahidliyin mövcudluğu lazımdır. Bu vahidlik həm iradənin formalaşmasında, həm də onun bildirilməsi anında mövcud olmalıdır. Belə ki, iradə formalaşdığı anda sağlam olmalı və buna uyğun olaraq bildirilməlidir. Bu uyğunluğun (vahidliyin) olmadığı hallarda iradə ifadəsinin zədələnmiş olduğunu demək olar. İradə ifadəsinin sağlamlığına təsir edən, daha doğrusu onu (iradə ifadəsini) zədələyən ümumi hallar bunlardır: 1- vacib əhəmiyyətli yanılma, 2- aldatma, 3-təhdid edilmə (hədələnmə). Aldatma, əqdin tərəflərindən birində qəsdən səhv bir qənaət və təsəvvür əmələ gətirərək, ya da ondakı səhv qənaət və təsəvvürü davam etdirərək onun həmin bu səhv təsəvvürə görə əqd bağlamasına səbəb olmaqdır. Göründüyü kimi, aldatma əslində əqdin bir tərəfinin qəsdən yanılmasına səb əb olmaqdır. Apellyasiya instansiyası məhkəməsi, işin hallarını nəzərə alıb qeyd etmişdir ki, tərəflər qohumluq münasibətlərində olmaqla, iddiaçılar cavabdehin bibiləridir. Mülki Məcəllənin 397.2-ci maddəsinə əsasən müqaviləyə görə bir tərəf digər tərəfdən haqq və ya digər qarşılıqlı əvəz almadan ona nə isə verməyi öhdəsinə götürürsə, həmin müqavilə əvəzsiz sayılır. Bu baxımdan, bağışlama müqaviləsi hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmədiyindən əvəzsiz müqavilədir və bu müqavilə hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Bağışlama müqaviləsi yalnız hədiyyə alanın hədiyyəni qəbul etdiyi andan bağlanmış sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 dekabr 2012-ci il tarixli Qərarında göstərmişdir ki, mülki qanunvericiliyin normaları bağışlama müqaviləsinin əvəzli müqavilə olduğunu, hədiyyə alan şəxsin hədiyyə müqabilində hədiyyə verən qarşısında onun bəhrələnməsinə yönələn öhdəliklər daşıdığını deməyə əsas vermir. Əks halda bu öhdəliklər bağışlama müqaviləsinin anlayışına, mahiyyətinə və hüquqi təbiətinə zidd olardı. Digər tərəfdən bağışlamanın əvəzsiz müqavilə olması bəzi hallarda hədiyyə alanı hədiyyə verən qarşısında öhdəliklərdən və şərtlərdən azad etmir. Belə ki, hədiyyə verən hədiyyə alanın üzərinə özünün bəhrələnməsi ilə bağlı olmayan müxtəlif öhdəliklər qoya bilər. Belə öhdəliklər dövlət mənafeyi, ictimai mənafe, hədiyyə verənin və ya başqa şəxslərin xeyrinə qoyula bilər. Burada nəzərə alı nmalıdır ki, öhdəlik bağışlama müqaviləsinin əvəzsizliyinə zidd olmamalı, hədiyyə verənin zənginləşməsi və ya hər hansı maddi təminat əldə edilməsi ilə bağlı olmamalıdır. Apellyasiya instansiyası məhkəməsi, sadalanan maddi hüquq normalarınin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, haqlı olaraq qeyd etmişdir ki, bağışlama müqaviləsinin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmamaqla bağlanması, mərhum Sabir Salahovun əqd bağlanması məqsədilə nəvəsi Cavabdeh1 tərəfindən aldadılması mülki iş materialları ilə istisna olunur və birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib və sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. İddiaçılar kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətində bağışlama müqaviləsindək i imzanın mərhum ataları Sabir Salahova məxsus olmadığını göstərsələr də, həmin dəlil iş üzrə keçirilmiş məhkəmə xətşünaslıq ekspertinin rəyi ilə öz təsdiqi tapmayıb. Belə ki, Məhkəmə Ekspertiza Mərkəzinin 15 fevral 2021-ci il tarixli ekspert rəyi ilə müəyyən olunub ki, bağışlama müqaviləsindəki imza mərhum Sabir Salahova məxsusdur. Apellyasiya instansiyası məhkəməsi, iddiaçıların ataları Sabir Salahovun İ qrup gözdən əlil olmasına dair dəlilini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 22-ci bəndinə əsasən, əgər notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxs savadsız və kordursa, notarius ona sənədin mətnini oxumağa və bu barədə sənəddə qeyd yazmağa borcludur. Lakin, işə əlavə edilmiş Əmək və Əhalinin Sosial Müdafi əsi Nazirliyinin 5235 saylı müayinə aktı ilə müəyyən olunur ki, Sabir Salahov kor deyil, ümumi xəstəlik səbəbindən gözdən İ qrup əlil olub. Bu isə, onu deməyə əsas verir ki, bağışlama müqaviləsini təsdiq edən notariusun Sabir Salahova bağışlama müqaviləsinin mətnini oxumaması və bu barədə həmin müqavilədə hər hansı qeyd yazmaması, hazırki iddia tələblərinin təmin edilməsi üçün əsas ola bilməz. Apellyasiya instansiyası məhkəməsi, mərhum Sabir Salahovun üzərində patronaj təyin edildiyi üçün onun bağladığı əqdin etibarlı olmamasına dair iddiaçıların apellyasiya şikayətində göstərdikləri dəlili araşdırıb haqlı olaraq qeyd etmişdir ki, şəxs özünün üzərində patronaj təyin edilməsini xahiş edə bilər. Hazırki halda da Sabir Salahov qoca və xəstə olduğuna görə onun üzərində patronaj təyin edilməsin i xahiş edib və Bərdə rayon İHB-nin 19 noyabr 2013-cü il tarixli, 216 saylı sərəncamı ilə nəvəsi Elnur İbrahimov onun üzərində partonaj təyin edilib. Nəzərə alınmalıdır ki, şəxsin üzərində patronaj təyin edilməsi onun hüquqlarının, o cümlədən müqavilə bağlamaq hüququnun məhdudlaşdırılmasına səbəb olmur. Belə ki, Mülki Məcəllənin 39.1-ci maddəsinə əsasən, sağlamlıq vəziyyətinə görə müstəqil surətdə öz hüquqlarını həyata keçirməyə və müdafiə etməyə, öz vəzifələrini icra etməyə qadir olmayan yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxsin xahişi ilə onun üzərində patronaj təyin edilə bilər. Patronaj təyin edilməsi fiziki şəxsin hüquqlarının məhdudlaşdırılmasına səbəb olmur. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsasland ırma ilə razılaşır və hesab edir ki, iddiaçılar kassasiya şikayətində Mülki Məcəllənin 346.1, 346.2-ci maddələrinin tələblərinə istinad edib Sabir Salahovun bağışlama müqaviləsi bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyini, onlara rəhbərlik edə bilmədiyini göstərsələr də, işdə bu barədə heç bir mötəbər yazılı sübut yoxdur. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Əksinə, işdən görünür ki, mübahisəli evə dair bağışlama müqaviləsi 20 aprel 2018-ci il tarixdə bağlanmasına, 07 yanvar 2020-ci il tarixdə isə X2 rayonunda ürək çatışmamazlığından ölməsinə baxmayaraq, sonuncu ötən 1 il 9 ay müddət ərzində öz sağlığında sözügedən bağışlama müqaviləsini məhkəmə qaydasında mübahisələndi rməyib və bu barədə aidiyyəti qurumlara şikayət etməyib. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, iddiaçıların kassasiya şikayətinin dəlillərini əsassız hesab edir və belə qənaətə gəlir ki, iddianı rədd etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlib və yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçılar İddiaçı3, İddiaçı2 v ə İbrahimova Lütviyyə Sabir qızının kassasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 may 2021-ci il tarixli, 2(104)-702/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-67/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-67/2022
18.01.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver