Məhkəmə qərarları › İş №2(102)-670/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-670/2020

07.02.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-670/2020 07.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Xnın katibliyi, İddiaçı1 vəkili X2, Cavabdeh2 vəkili X3 iştirakı ilə, İddiaçılar İddiaçı1 və X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “qızıl-zinyət əşyalarının qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 13 sentyabr 2019-cu il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və X1 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkə mə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şamaxı rayon Məhkəməsinin (hakim E.Hümbətov) 27.07.2018-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və X1nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qızıl-zinyət əşyalarının qaytarılması” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər T.Quliyev, G.Tağızadə, E.Rəhimov) 11.01.2019-cu il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və X1nın birgə apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Şamaxı rayon Məhkəməsinin 27.07.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin qismən təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 750 əyarlı 30 qram çəkidə Rusiya istehsalı, üstündə 25 karat zümrüd, hər biri 12 sot kənarında düzülmüş 28 brilyant qaşlı bir cüt sırğa və 15 qram çəkidə Rusiya istehsalı, 750 əyarlı ortası ametist daşlı, hər biri 15 sot, 14 brilyant qaşlı üzüyün və ya onların dəyəri 6500 ABŞ dolları məbləğində pulun alınıb iddiaçılar İddiaçı1 və X1na verilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 27.80 hissəsinin cavabdehlərdən müştərək qaydada alınıb iddiaçılara verilməsi, 2.20 manat hissəsinin isə iddiaçıların özünə aid edilməsi, apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumunun 14 manat hissəsinin cavabdehlərdən müştərək qaydada alınıb iddiaçılara verilməsi, 1 manat hissəsinin isə iddiaçıların özünə aid edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 03 iyun 2019-cu il tarixli qərarı ilə (sədrlik edən M.Əhmədo va, hakimlər Ə.Rüstəmov və Ə.Nurməmmədov) cavabdeh MəhərrəmovaDostuƏmiraslanqızının kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 yanvar 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, işin yenidən apelyasiya baxışına göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə(sədrlik edən Ş.Abasov, hakimlər A.Abbasov, T.Məmmədov) apelyasiya şikayəti təmin edilməmiş, Şamaxı Rayon Məhkəməsinin 27 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçılar İddiaçı1 və X1 birgə kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 13 sentyabr 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 750 əyarlı, 30 qram çəkidə Rusiya istehsalı, üstündə 25 karat zümrüd, hər biri 12 sot kənarında düzülmüş 28 brilyant qaşlı bir cüt sırğa və 15 qram çəkidə Rusiya istehsalı, 750 əyarlı ortası ametist daşlı, hər biri 15 sot, 14 brilyant qaşlı üzüyün və ya onların dəyəri 7.00 0 ABŞ dolları məbləğində pulun alınıb iddiaçılar İddiaçı1 və X1na verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin halları ilə müəyyən edilir ki, iddiaçılar 2004-cü ildə Cavabdeh1 və Cavabdeh2 toyda istifadə etmək üçün iddia ərizəsində göstərilən qızıl-zinət əşyalarını verdiklərini lakin sonuncuların həmin əşyaları qaytarmadıqlarını göstərərək həmin əşyaları geri tələb edirlər. İş materiallarında olan Cavabdeh3 yazdığı 15 may 2007-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh2 və Cavabdeh1 İddiaçı1 həyat yoldaşından aldığı qızıl-zinət əşyalarını uzun müddət qaytara bilmədiklərindən, Cavabdeh3 Vəkalət və Dostunun xahişi ilə İddiaçı1 evinə gəlib yaxın günlərdə ya qızıl-zinət əşyalarının özünü və ya həmin əşyaların pulunu qaytaracaqlarını göstərmişdir. Həmçinin iş materiallarında olan Cavabdeh3 yazdığı digər qəbzdən görünür ki, Cavabdeh3 İddiaçı1 aldığı 1.0 karat tək qaşlı brilant üzüyünü və ya əmlakın indiki dəyərini 07 iyun 2006-cı il tarixə kimi qaytaracağını bildirmişdir. Bundan başqa Cavabdeh1 yazdığı28 aprel 2008-ci il tarixli qəbzdəngörünürki, Cavabdeh1 və Cavabdeh2 İddiaçı1 olan borclarını hər həftə 1.000 ABŞ dolları olmaqla verəcəklərinə söz verirlər. Cavabdeh1 04 may 2010-cu il tarixdə verdiyi iltizamd an görünürki, Cavabdeh1 Cavabdeh2 ilə birlikdə İddiaçı1 götürdükləri sırğa və üzüyü qiymətləndirərək, həmin əmlakların dəyəri olan 5.500 manat məbləğində pulu ayda 200 manat vermək şərtilə ödəyəcəklərini bildirmişdir. Həmin iltizam Cavabdeh1 və Cavabdeh2 tərəfindən təsdiq edilmişdir. Cavabdeh2 verdiyi qəbzdən görünürki, Cavabdeh2 İddiaçı1 4.000 ABŞ dolları qiymətində qızıl brilyant aldığını və 20 iyun 2004-cü il və 12 iyul 2004-cü il tarixlərdə qaytaracağını bildirmişdir. Şamaxı Rayon Məhkəməsinin 23 oktyabr 2012-ci il tarixli qərardadından məlum olur ki, iddiaçılar İddiaçı1 və X1nın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı qızıl-zinət əşyalarının qaytarılması barədə iddia ərizəsi ərazi aidiyyəti üzrə baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Suraxanı Rayon Məhkə məsinin 19 dekabr 2012-ci il tarixli qərardadından görünür ki, iddiaçıların nümayəndəsi X1 ərizəsi əsasında Cavabdeh3 Rusiya istehsallı brilyant 70 sotluq tək bütöv daş, 7 qramlıq 750 əyarlı Rusiya qızılı ilə brilyant üzüyün onlara qaytarılması tələbi bu barədə ərizəyə əlavə edilmiş sənədlərlə birlikdə geri götürülmüş və həmin tarixdə iddianın həmin hissəsinin baxılmamış saxlanılması barədə qərardad çıxarılmışdır. Eyni zamanda, işdən görünür ki, Suraxanı Rayon Məhkəməsinin 19 dekabr 2012-ci il tarixli digər qərardadı ilə iddiaçılar İddiaçı1 və X1nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair mülki iş baxılmaq üçün ərazi aidiyyəti üzrə Şamaxı Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şamaxı Rayon Məhkəməsinin 05 noyabr 2013-cü il ta rixli qərardadından aydın olur ki, həmin iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmışdır. İşin məhkəmələr tərəfindən müəyyən dilmiş hallarından görünür ki, tərəflər arasında qızıl-zinət əşyalarına dair alğı-satqı münasibəti olmuş, bununla bağlı yaranmış mübahisə ilə əlaqədar məhkəməyə müraciətlər olmuş, son nəticədə həmin iddia ərizələri baxılmamış saxlanılmışdır. İddiaçılar yenidən məhkəməyə müraciət edərək tələb etdikləri qızıl-zinət əşyalarını satmadıqlarını, cavabdehlərin həmin əşyaları onları aldatma yolu ilə mənimsədiklərini iddia edir, cavabdeh tərəf isə qeyd edilən əşyaları satmaq üçün götürdüklərini və pulunu ödədiklərini, eləcə də tələb üçün idia müdətinin keçdiyini bildirirlər. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında n görünür ki, iddiaçılar tələb etdikləri qızıl-zinət əşyalarını cavabdehlərə toya görə bir günlük verdiklərini, Cavabdeh2 isə iddianı qəbul etməyib həmin əşyaların satılmaq üçün verildiyini bildirmişdir. Lakin iddiaçı tərəf iddiasının əsaslarına dair heç bir mötəbər, sübut təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası iddiaçıların qızıl-zinət əşyasının yaxından tanımadığı şəxslərə toy üçün bir günlük verilməsi və yaxud bir dəfə görüşdüyü şəxslərdən toya taxmaq üçün qızıl-zinət əşyasının xahiş edilməsi, özü də, iddiaçıların deməsinə görə, təkidlə xahiş edilməsi barədə dəlillərini inandırıcı hesab etmir. Məhkəmə kollegiyası işin tədqiq olunan faktiki hallarına əsaslanaraq hesab edir ki, tərəflər arasında qızıl-zinət əşyalarının nisyə alğı-satqısı olmuşdur. AR Mülki Məcəlləsinin 567-ci maddəsin ə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Yenə həmin Məcəllənin 600.1-ci maddəsinin tələblərinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddət də icra etməyə borcludur. Həmin Məcəllənin 427.4-ci maddəsinə görə isə ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən isə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqav iləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinin tələblərinə görə alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Beləliklə, istinad olunan maddələrin əsas dispozitiv şərtinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya ver ildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Borclu ağlabatan müddətdə borcunu ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını, eləcə də faizlər ödəməsini tələb edə bilər. İşin tədqiq olunan faktiki hallarından göründüyü kimi, tərəflər arasında qızıl-zinət əşyalarının nisyə alğı-satqısına dair borc münasibətləri 2004-cü ildən yaranmış, bir neçə məhkəmə çəkişməsi olsa da son nəticədə iddia baxılmamış saxlanılmışdır. Başqa sözlə, pozulmuş hüququn müdafiəsi üçün müraciət etmə mü ddəti ötürülmüşdür. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini təzimləyən qaydalar ədalət mühakiməsinin lazımı qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarında iddia müddətinin əhəmiyyəti haqqında müəyyən edilmişdir ki: Birinci, o, hüquq m ünasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; İkinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; Üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Eyni zamanda “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına da ir” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, hüququn aliliyi hüquqi dövlətin təməl prinsiplərindən biridir. Bu prinsipə riayət olunması demokratik cəmiyyətdə ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinə dair hüquq kimi qəbul edilmiş ədalətli məhkəmə araşdırılması hüququnun həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Hüququn aliliyi və ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsi müasir məhkəmə icraatının iki qarşılıqlı və bir-birini tamamlayan şərtləridir. Məhkəmə müdafiə hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütə nasib şəkildə və eyni zamanda bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir. Hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (MM-in 375.1-ci maddəsi). İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (MM-in 375.2-ci maddəsi). İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir. Göründüyü kimi, həm daxili, həm də beynəlxalq qanunvericilik “müddət” anlayışına həssas yanaşaraq hüquq münasi bətləri iştirakçılarını intizamlandırdığından, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etdiyindən, eləcə də hüquq intizamının nizamlanmasına kömək etdiyindən hüquq münasibətləri iştirakçılarındanatılmalı olan formal addımları və verilməli olan şikayətləri onların verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətləri cərçivəsində edilməsini tələb edir. İddiaçı tərəfindən iddia ərizəsi iddia müddəti ötürüldükdən sonra verildiyi üçün cavabdeh yazılı ərizə verərək mübahisəyə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1 və 375.2-ci maddələrinə görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfin in məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi yuxarıda qeyd edilən əsaslarla yanaşı həmçinin iddia müddətinin keçməsi əsası ilə də rədd edilməlidir. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tut araq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və X1nın kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 13 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar